Nağdsız dövriyyənin həcmini
genişləndirilməsi
şəffəflıq təmin edir
Bütün sahələrdə müasirləşən, yüksək
dinamizmlə inkişaf
edən Azərbaycan hazırkı mərhələdə
iqtisadi həyatın bütün sahələrində
şəffaflığı və hesabatlılığı
təmin etməyə,
müasir dünyanın
tətbiq etdiyi yeniliklərdən səmərəli
şəkildə bəhrələnməyə çalışır.
Hökumət mütərəqqi
mexanizmlərin tətbiqi
yolu ilə cəmiyyətdə özünü
göstərən neqativ
hallara, o cümlədən
vergidən¬yayınma və
korrupsiyaya qarşı
mübarizə tədbirlərini
genişləndirmək niyyətindədir.
Nağdsız ödəniş
sisteminin inkişafı,
nağdsız dövriyyənin
genişləndirilməsi cəmiyyətdə
maliyyə sabitliyinin qorunub saxlanılması baxımından da zəruri sayılır.
Son 2 ildə
Azərbaycanda biznes və maliyyə-təsərrüfat
subyektlərində şəffaf
mexanizmlərin tətbiqi
istiqamətində ardıcıl
tədbirlər həyata
keçirilir. Məqsəd,
ilk növbədə,
nağdsız dövriyyənin
inkişafı yolu ilə iqtisadi sferada hesabatlılığı
və şəffaflığı
təmin etmək, vətəndaşları plastik
kartlardan istifadəyə
həvəsləndirməkdir. Məlumat üçün bildirək
ki, ümumi daxili məhsulda nağdsız dövriyyənin
həcmi baltikyanı ölkələrdə 40-45%, Rusiya
Federasiyasında 32% təşkil
etdiyi halda, Azərbaycanda bu göstərici 2005-ci ildəki
2%-dən 2013-cü ildə
10%-ə yüksəlib. Ümumi
pul kütləsində
nağdsız dövriyyənin
həcmi isə 13,5%-dən təqribən 30%-ə
çatıb.
Nazirlər Kabinetinin 2012-ci ilin
sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında ölkə başçısı
nağdsız ödənişlərin
genişləndirilməsi ilə
bağlı aparılan
işlərin sürətləndirilməsini
mühüm vəzifə
kimi müəyyənləşdirib.
Azərbaycan Mərkəzi
Bankının (AMB) digər
nazirlik və dövlət qurumları ilə birgə hazırlayaraq hökumətə
təqdim etdiyi təkliflər paketi də nağdsız dövriyyənin həcminin
artırılmasına geniş
imkanlar açır. Təkliflər paketində müasir
elektron ödəniş
alətləri və bank texnologiyalarından istifadənin genişləndirilməsi,
elektron ticarətin inkişafının sürətləndirilməsi,
ödəniş sistemləri
və hesablaşmalar sahəsində qanunvericilik
bazasının təkmilləşdirilməsi
və s. tədbirlər
nəzərdə tutulur.
AMB-nin departament rəhbəri Kəmalə Qurbanovanın
bildirdiyinə görə,
təkliflər paketi stimullaşdırıcı, maarifləndirici
və inzibati tədbirləri özündə
ehtiva edir. Ümumilikdə, təkliflər
vətəndaşların və
biznes qurumlarının
plastik kartlardan geniş istifadəsini stimullaşdıracaq. Təkliflər
paketi nağdsız ödəniş zamanı
müxtəlif vergi güzəştlərini, elektron
ödənişlərin ƏDV-dən azad edilməsini,
o cümlədən regionlarda
kommunikasiya infrastrukturunun
yaradılmasını nəzərdə
tutur. Bundan başqa, internet vasitəsi ilə həyata keçirilən
və elektron formada ödənilən satınalmaların bəzi
növlərinin gömrük
rüsumlarından azad
edilməsi də təklif olunur.
Təkliflər paketində müəyyən
sahələrdə hesablaşmalar
zamanı nağd pulların istifadəsi ilə bağlı məhdudiyyətlərin tətbiqi
də əksini tapıb. Yəni hər hansı növ malların satışından, xidmətlərin
göstərilməsindən asılı olmayaraq, müəyyən limitdən
yuxarı bütün
əməliyyatların nağdsız
formada aparılması
təklif olunur.
İqtisadi və
Sosial İnkişaf Mərkəzinin rəhbəri
Vüqar Bayramov hesab edir ki,
yeni təkliflər nağdsız hesablaşmaların
həcmini artıracaq:
«Nağdsız hesablaşmalar qiymətlərin
müəyyən qədər
tənzimlənməsinə və istehlak bazarına psixoloji təsirin aradan qaldırılmasına səbəb
olur, vəsaitin hərəkətinə nəzarət
etməyə, satış
və xidmət obyektinin dövriyyəsini
müəyyənləşdirməyə,
vergidən¬yayınmanın
qarşısını almağa
imkan verir, eləcə də inflyasiyanın cilovlanması
və ya tənzimlənməsində önəmli
rol oynayır. Nağd hesablaşmalardan fərqli olaraq, nağdsız hesablaşmalar
zamanı pulun hərəkəti üzərində
şəffaflıq təmin
edilir. Nağdsız hesablaşmalar məmurla vətəndaş arasında
hər hansı təması istisna edir və bununla
da korrupsiya üçün imkanların
daralmasına gətirib
çıxarır».
Ekspert hesab
edir ki, nağd ödənişlərin
yuxarı həddi üçün limitin tətbiqi təcrübəsindən
təkcə yüksək
gəlirli deyil, inkişaf etməkdə olan ölkələr də bəhrələnirlər.
Qazaxıstan qanunvericiliyinə
görə, hüquqi
şəxslər arasında
bir əqd üzrə nağd qaydada aparılan hesablaşmanın məbləğinin
yuxarı həddi 26 min ABŞ dolları (3,9 mln tenge) həcmində
müəyyən olunub.
Bundan yuxarı hesablaşmalar isə yalnız nağdsız qaydada aparıla bilər. Hüquqi şəxsin bir əqd üzrə nağd qaydada apardığı ödənişin
məbləği bu həddən artıq olduqda, ona ödənişin
5%-i həcmində cərimə
tətbiq olunur. Rusiya Federasiyası qanunvericiliyinə əsasən,
hüquqi və fiziki şəxslərin bir müqavilə üzrə nağd qaydada apardıqları hesablaşmaların maksimal
məbləği 3,4 min
ABŞ dolları təşkil
etməlidir.
Bu baxımdan, Azərbaycanda
nağdsız ödənişlərin
həcminin əhəmiyyətli
dərəcədə artırılması
üçün maarifləndirmə
tədbirləri ilə
yanaşı, qanunvericilikdə
nağd ödənişlər
üçün müəyyən
limitin müəyyənləşdirilməsi
də zəruri sayılır. V.Bayramov
hesab edir ki, böyük həcmli alqı-satqı və digər əməliyyatların nağd
pulla aparılması vergidən¬yayınma hallarına
şərait yaradır:
«Azərbaycanda son dövrlər nağdsız
dövriyyənin stimullaşdırılması
istiqamətində aparılan
maarifləndirici və
stimullaşdırıcı tədbirlər müsbət
nəticələrini göstərir.
Amma söhbət nağdsız dövriyyənin
dəfələrlə artırılmasından
gedirsə, bunun üçün iri həcmli nağd ödənişlərə limit
müəyyənləşdirilməlidir.
Artıq bir neçə ildir ki, daşınmaz əmlak yalnız bank hesabları ilə satılır. Əks təqdirdə, notariuslar alqı-satqını
qeydə almırlar. Böyük həcmli digər nağd əməliyyatlar üçün
də belə məhdudiyyətin tətbiqi
yaxın illərdə
nağdsız ödənişlərin
həcminin 15-20%-ə qalxmasını
təmin edə bilər».
Hökumətə təqdim edilmiş təkliflərdə, həmçinin,
Azərbaycanda ödəniş
sistemi infrastrukturunun daha da təkmilləşdirilməsi
tədbirlərinə də
yer ayrılıb. Hazırda Milli Ödəniş Sistemi infrastrukturuna 4 kart-prosessinq
mərkəzi, 44 bank,
822 bank filialı ilə yanaşı, «Azərpoçt»un 800-dən çox
filial və şöbələri daxildir.
Gələcəkdə bu
şəbəkənin daha
da genişləndirilməsi
istiqamətində müəyyən
tədbirlər həyata
keçiriləcək. Qarşıya
qoyulan hədəflərin
reallaşdırılması nəticəsində bank sektorunun aktivləri, resursları və potensialı təqribən
iki dəfə, nağdsız ödənişlərin
həcmi 10 dəfəyədək
artacaq. Hazırlanan təkliflər paketinin qəbulu Azərbaycanda nağdsız dövriyyənin
Baltikyanı və ya Şərqi Avropa dövlətləri səviyyəsinə qaldırılmasına
imkan verəcək. Təkliflər paketinə
görə, banklar kart sahiblərini kartdan istifadəyə stimullaşdırmaq üçün
müxtəlif layihələr,
bonus paketləri işləyib hazırlayacaqlar.
Xatırladaq ki, Nazirlər
Kabinetinin təsdiq etdiyi «Azərbaycan ərazisində POS-terminalların
quraşdırılması, istifadəsi və və tətbiqi Qaydaları»na görə,
ölkənin bütün
kənd və qəsəbələrində 2015-ci ilin sonunadək POS-terminallar quraşdırılmalıdır.
POS-terminalların tətbiqi ƏDV ödəyiciləri
olan bütün təsərrüfat subyektləri
(obyektləri), rüb
üzrə orta aylıq dövriyyəsi iki min manatı
ötən vergi ödəyiciləri, hüquqi
şəxslərə və
fərdi sahibkarlara aid olan minik
avtomobilləri vasitəsi
ilə sərnişindaşımanı
həyata keçirən
nəqliyyat vasitələri,
vergilərin, dövlət
rüsumlarının və
haqlarının ödənişini
qəbul edən dövlət orqanları üçün məcburi
hesab edilir.
Samir .MUSTAFAYEV
Mövqe.- 2019.- 8 avqust.- S.7