Əsas kapitala yönəldilmiş investisiyaların həcmi artır

 

 

 

Bu ilin yanvar-iyul aylarında ölkənin iqtisadi sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4082,5 milyon manat investisiya yönəldilmişdir. Dövlət mülkiyyətinə məxsus müəssisə təşkilatlar əsas kapitala 2477,6 milyon manat ya ümumi investisiyanın 60,7 faizi, qeyri-dövlət müəssisələri 1605,1 milyon manat ya 39,3 faizi qədər sərmayə qoymuşdur. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artaraq 2875,5 milyon manat olmuşdur. İstehsal təyinatlı obyektlərin inşasında 3171,4 milyon manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 911,1 milyon manatlıq investisiya reallaşdırılmışdır.

 

Hesabat ilinin 7 ayında əsas kapitala yönəldilmiş daxili investisiyaların həcmi xarici investisiyaları üstələmişdir. Belə ki, əsas kapitala yönəldilmiş vəsaitin 82,7 faizini daxili investisiyalar, 17,3 faizini isə xarici investisiyalar təşkil etmişdir. Daxili investisiya əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 6,8 faiz üstələmişdir. Əsas kapitala yönəldilmiş daxili investisiyanın 69,7 faizi dövlət mülkiyyətinə məxsus müəssisə təşkilatların, 30,3 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür.

 

Xatırladaq ki, bu ilin dövlət büdcəsindən tikinti işləri üçün 4718 milyon manat vəsait ayrılmışdır. İlin 7 ayında bu vəsaitin 1402,2 milyon manatından istifadə edilmişdir.

 

İlin əvvəlindən əsas kapitala yönəldilmiş bütün investisiyanın 39,3 faizi kənd təsərrüfatına, 0,1 faizi balıqçılığa, 0,7 faizi tikintiyə, 2,5 faizi ticarət xidmətə 53,7 faizi digər sahələrə sərf olunmuşdur.

 

Yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 73,3 faizi qeyri-neft bölməsinin, 26,7 faizi neft bölməsinin inkişafında istifadə edilmiş əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft bölməsinə yönəldilmiş investisiyanın həcmi 4,5 faiz çox olmuşdur.

 

Bu ilin ötən yeddi ayı ərzində Gədəbəy qızıl-mis emalı zavodu, Bakı Naxçıvan şəhərlərində avtovağzal kompleksləri, Şərur rayonunda asfalt-beton zavodu, muxtar respublikada meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbarlar, “Gəmiqaya” mineral sular zavodu istismara verilmişdir. Bütün bunlarla yanaşı, hesabat dövründə ölkənin müxtəlif bölgələrində 163,3 kilometr uzunluğunda fiber-optik magistral kabel xətti, 26 min nömrəlik avtomat-telefon stansiyaları, ümumi sahəsi 657,8 min kvadratmetr olan yeni yaşayış evləri, 508 şagird yerlik ümumtəhsil məktəbi, 90 yerlik məktəbəqədər uşaq müəssisəsi, 175 çarpayılıq xəstəxana, növbədə 140 nəfəri qəbul edən ambulatoriya, Şəmkir Şərur rayonlarında Olimpiya kompleksləri, paytaxtda Tennis Akademiyası Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu, Bərdədə Müalicə Diaqnostika, Naxçıvan şəhərində Doğum Şahmat mərkəzləri istifadəyə verilmişdir.

 

Bu ilin yanvar-iyul aylarında xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın həcmi 706,3 milyon manat təşkil etmişdir. Xarici ölkələr beynəlxalq təşkilatlar tərəfindən bu ilin əvvəlindən əsas kapitala yönəldilmiş xarici investisiyanın 618,4 milyon manatı (87,6 faizi) Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya Türkiyə investorlarına məxsusdur.

 

Tikinti müəssisələri tərəfindən bu ilin yanvar-iyul ayları ərzində yerinə yetirilmiş inşaat işlərinin həcmi 1679 milyon manat olmuşdur. Görülmüş işlərin 67,3 faizini yeni tikinti, yenidənqurma genişləndirmə, 20,8 faizini əsaslı təmir, 5 faizini cari təmir, 6,9 faizini isə digər tikinti işləri təşkil etmişdir. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri 1218,1 milyon manatlıq, dövlət tikinti müəssisələri isə 460,9 milyon manatlıq inşaat işləri görmüşlər.

 

Bu ilin birinci yarısında inşaat bölməsində çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,4 manat təşkil etmişdir. İri orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı isə 495,7 manat olmuşdur.

 

Göründüyü kimi, tikinti-quruculuq işlərinin böyük bir qismi regionlarda həyata keçirilib. Dövlət başçımız Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında demişdir: “Regionların inkişafında ümidverici meyillər davam edir. baxmayaraq ki, son beş il ərzində, demək olar, işsizliyin böyük əksəriyyətini aradan götürdük, bu məsələ ilə bağlı konkret tədbirlər yenə davam edir. Ötən altı ayda Azərbaycanda 35 min yeni yeri açılmışdır ki, onlardan 25 mini daimidir.

 

Regional inkişaf proqramının ikinci mərhələsi başlanmışdır. Bu, böyük çox konkret proqramdır. Şübhə etmirəm ki, proqramın icrası nəticəsində 2013-cü ilə qədər Azərbaycanın regionlarında mövcud olan bütün problemlər öz həllini tapmalıdır".

 

Həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu gün ölkəmiz dünyada liderlik mövqeyinə çıxmış özünü artıq yeni bir keyfiyyətdə - lider islahatçı dövlət kimi tanıtmışdır. Bu nəticə dünyada dərinləşən iqtisadi maliyyə böhranı şəraitində əldə olunmuşdur. Mürəkkəb xarici risklər şəraitində milli iqtisadiyyatımız yüksək dayanıqlılıq sabitlik nümayiş etdirir. Bəli, bu uğur son beş ildə Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan, dərin milli maraqlara əsaslanan, hərtərəfli düşünülmüş iqtisadi strategiyanın iqtisadi siyasətin məntiqi nəticəsidir.

 

Qlobal iqtisadi böhran şəraitində milli iqtisadiyyat nəinki öz tarazlığını qorumuş, hətta qeyri-neft sektoru tarixdə ən yüksək - 16 faizə qədər artım sürəti nümayiş etdirmişdir. Ölkədə illik inflyasiya 2007-ci ilə nisbətən səngiməyə doğru getmişdir. Ötən ilin birinci yarısında bəzi beynəlxalq təşkilatlar ölkədə inflyasiyanın 25-27 faiz səviyyəsində olacağını proqnozlaşdırırdılar. Qlobal amillərin, o cümlədən daxili siyasətin nəticəsində inflyasiya səviyyəsi proqnozlaşdırılan səviyyədən aşağı — 20 faiz olmuşdur. Bu il isə inflyasiyanın səviyyəsi çox aşağıdır. Altı ayda bu, 3,7 faiz təşkil etmişdir. Bu, bizə inflyasiya nəticələrinə nikbinliklə baxmağa imkan verir. Hesablamalara görə, bu il inflyasiyanın birrəqəmli səviyyəsinə nail olmaq realdır... Milli valyutanın məzənnəsi aparıcı valyutalara nisbətən sabit qalmışdır, manat dollara nisbətdə dəyərini 5 faizdən çox, avroya nisbətdə isə 9 faizdən çox möhkəmləndirmişdir...

 

Bu ilin altı ayında iqtisadiyyatın ardıcıl artımı davam etmişdir, başqa sözlə, ÜDM-in artımı 3,6 faiz həddinə çatmışdır. Beynəlxalq Valyuta Fondunun 2009-cu ildə dünya iqtisadiyyatının 1,4 faiz azalacağı proqnozu fonunda bu göstərici xüsusilə təqdirəlayiqdir.

 

Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanın xarici maliyyə mövqeyi daha da yaxşılaşmışdır. 2007-ci illə müqayisədə ölkənin ödəmə balansının profisiti 2 dəfə artmış, ilkin qiymətləndirməyə görə 18 milyard ABŞ dolları təşkil etmişdir. Halbuki bir çox qonşu ölkələr ödəmə xarici ticarət balansının kəskin pisləşməsi ölkədən əhəmiyyətli kapital axını ilə üzləşmişdir.

 

Ən ümumi makroiqtisadi göstərici olan adambaşına düşən ümumi daxili məhsulun həcminə Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə, manatın paritet qiymətlərində bu rəqəm 10 min ABŞ dolları səviyyəsinə çatmışdır.

 

Bir daha xatırladaq ki, ölkəmiz qlobal maliyyə-iqtisadi böhranı kifayət qədər hazırlıqlı qarşılamışdır. Beynəlxalq təşkilatların fikrincə, Azərbaycan iqtisadiyyatı böhrana davamlı ölkələrin aparıcı qrupundadır. Uğurla həyata keçirilən neft strategiyasından əldə edilən gəlirlər hesabına ölkənin etibarlı təhlükəsizlikyastığıformalaşmışdır. Buyastıqortamüddətli dövrdə ölkənin büdcə-valyuta sabitliyinin təmin edilməsi üçün yetərli səviyyədədir.

 

Ölkənin strateji valyuta ehtiyatları 18 milyard ABŞ dollarından artıqdır. Bu, dövlət borcundan 3 dəfədən çox, özəl sektorun da borcu nəzərə alınmaqla, məcmu xarici borcdan 2 dəfədən çoxdur. Ehtiyatlar qeyri-neft sektorunun əmtəə xidmət idxalını 27 ay ərzində maliyyələşdimək üçün kifayət edir. Toplanmış ehtiyatlar hesabına ölkə ən kritik qlobal şəraitdə belə yaxın illər ərzində öz maliyyə ehtiyaclarını fasiləsiz ödəmək iqtidarındadır.

 

Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz əhəmiyyətini saxlayır, bəlkə , daha da artırır xarici investorlar onlara maraqlı olan sahələrə vəsaiti yönəldirlər. Dövlət investisiya xərcləri daha çox infrastrukturayollara, elektrik stansiyalarına, qazlaşdırmaya, su xətləri, məktəblər, xəstəxanalar mədəniyyət, idman obyektlərinin tikintisinə yönəldilir. Bank sektoru da bu il xüsusilə ilk növbədə real iqtisadiyyata o resursları verməlidir. Özəl banklar öz maliyyə resurslarından istədiyi kimi istifadə edə bilər. Onların bəziləri daha çox ticarət əməliyyatlarına üstünlük verir. Yəni, müəyyən ticarət əməliyyatlarının kreditləşməsi ilə məşğuldur. Bu, onların öz işidir, amma əgər dövlət vəsaiti orada yerləşdirəcəksə, əlbəttə ki, burada çox ciddi nəzarət olmalıdır

 

 

 

Samir Mustafayev

Mövqe.- 24 avqust.- S.7