İqtisadi islahatlar beynəlxalq miqyasda yüksək qiymətləndirilir
Cənubi
Qafqazda cərəyan edən iqtisadi prosesləri diqqət mərkəzində
saxlayan dünyanın aparıcı maliyyə-iqtisadi
qurumları, o cümlədən nüfuzlu reytinq agentlikləri
hesabatlarında Azərbaycanı əlverişli biznes
mühitinə, yüksək investisiya cəlbediciliyinə,
makroiqtisadi sabitliyə malik ölkə kimi səciyyələndirirlər.
Dünya Bankı
və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən birgə
hazırlanan, biznes mühitinin əlverişliliyi
üzrə qiymətləndirməni
özündə əks
etdirən «Doing Business 2019» hesabatı da dünyada ən etibarlı reytinq göstəricilərindən
hesab olunur.
Hesabat xarici investorlar
tərəfindən biznes
mühitinə dair etibarlı mənbə kimi istinad edilən
əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar
tərəfindən hazırlanan
hesabatlarda («Qlobal Rəqabətlilik Hesabatı»,
«Qlobal İnnovasiyalar İndeksi», «İqtisadi Azadlıq İndeksi», «Qlobal İmkanlar İndeksi» və s.) baza rolunu oynayır.
«Doing Business
2019» hesabatında respublikamız
əksər indekslər
üzrə mövqeyini
əhəmiyyətli dərəcədə
yaxşılaşdırıb. Azərbaycan
«Biznesə başlama»
üzrə 9-cu, «Tikintiyə
icazələrin alınması»
üzrə 61-ci, «Elektrik
təchizatına qoşulma»
üzrə 74-cü, «Mülkiyyətin
qeydiyyatı» üzrə
17-ci, «Kreditlərin alınması»
üzrə 22-ci, «İnvestorların
hüquqlarının müdafiəsi»
üzrə 2-ci, «Vergilərin
ödənişi» üzrə
28-ci, «Beynəlxalq ticarət»
üzrə 84-cü və «Müqavilələrin
icrasının təmin
edilməsi» indeksi üzrə 40-cı, «Müflisləşmə»
indeksi üzrə
45-ci yerdə qərarlaşıb.
Bütövlükdə «Doing
Business-2019» hesabatında 10 indikatordan 8-i üzrə mühüm irəliləyiş
qeydə alınıb.
«Doing Business 2019» hesabatında iki indikator - «Biznesə başlama»
(Starting business) və «Vergilərin
ödənişi» (Paying taxes) birbaşa vergi məsələlərinə aiddir. Ölkəmiz hər iki göstərici
üzrə mövqeyini
əhəmiyyətli dərəcədə
yaxşılaşdırıb, «Biznesə başlama» üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə, «Vergilərin ödənilməsi» indikatoru
üzrə 35-ci yerdən
28-ci yerə yüksəlib.
«Biznesə başlama»
sahibkarın (sənaye
və kommersiya) biznesə başlaması üçün tələb
olunan inzibati prosedurların sayı, sərf olunan vaxt və xərclərin
dəyəri, həmçinin
ödənilmiş minimum kapitalın
həcmini ifadə edir. Bu reytinq göstəricisi üzrə
kommersiya hüquqi şəxslərin qeydiyyatı
üçün yerinə
yetirilməli olan prosedurların sayı 2, sərf edilən müddət 3 gündür.
Burada prosedurlar onlayn qeydiyyat üçün elektron imzanın alınması üzrə
1 gün, onlayn qeydiyyatdan keçmə üzrə isə
(VÖEN və ƏDV qeydiyyatı
daxil) 2 günə bərabərdir.
«Biznesə başlama»
göstəricisi xarici
investisiya və yeni texnologiyaların axını üçün
stimullaşdırıcı təsir göstərən
amil kimi dəyərləndirilir. Bu göstərici Azərbaycan
üçün əlverişli
sərmayə mühitinin
olmasının bir təkanverici faktoru sayıla bilər. Xarici sərmayəçilər biznesin
qeydiyyatında və fəaliyyətə başlamada
vaxt amilinə mühüm önəm verirlər.
«Biznesə başlama»
prosedurları üzrə
respublikamız əksər
region ölkələrini üstələyir. Azərbaycanda
bu göstərici üzrə prosedurların
sayı 2 olduğu halda, Avropa və
Mərkəzi Asiya ölkələrində orta
hesabla 5, OECD ölkələrində
isə 4,8 təşkil
edir.
Vaxt (gün) indeksi Azərbaycanda 3, Avropa və Mərkəzi Asiya ölkələrində
12,1, OECD ölkələrində 9,2-dir. Xərc indeksi üzrə (adambaşına
düşən gəlirin
faizi) Azərbaycanın
əmsalı 1,3, Avropa
və Mərkəzi Asiya ölkələrinin əmsalı 5,3, OECD ölkələrinin
əmsalı 3,4-dür. Minimum kapital (adambaşına düşən gəlirin
faizi) üzrə respublikamız 0 əmsalına,
Avropa və Mərkəzi Asiya ölkələri 5,8, OECD ölkələri 8,8 əmsalına
malikdir.
Hesabatın «Vergilərin ödənilməsi»
indeksi üzrə respublikamız MDB məkanında
ilk yerlərdən birini
tutur. Bu metodologiyaya əsasən, orta ölçülü şirkətin
il ərzində
ödəməli olduğu
vergi və ödəmələr, həmçinin
onların inzibatçılıq
yükü müəyyən
edilir. Vergi və ödəmələrə
müxtəlif mənbələrdən
olan mənfəət
və gəlirlərə
görə vergilər,
o cümlədən əmlak
icarəsindən vergilər,
dividend və kapital vergiləri, maliyyə köçürmələrindən əldə edilən gəlirdən vergilər,
işəgötürənin ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak, avtomobil, yol vergiləri və sair aid edilir.
Dövlət büdcəsinə vergilərin
ödənilməsi və
bəyannamələrin təqdim
edilməsi sahəsində
vergi sistemində tətbiq olunan yeniliklər əvvəlki
illərin reytinq cədvəllərində öz
əksini tapıb və «Vergilərin ödənişi» göstəricisi
ölkəmizin xeyli irəliləməsinə səbəb
olub. Hesabatda isə ölkədə
sosial müdafiə ayırmaları üzrə
hesabatların və ödənişlərin elektron
formada aparılması
və digər sahələrdə əldə
edilmiş nailiyyətlər
nəzərə alınıb.
Ötən dövr ərzində
Azərbaycanda məcburi
dövlət sosial sığorta haqlarının
ödənişi və
hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb
və həmin hesabatların hazırlanıb
ödənilməsinə sərf
olunan vaxt 40 saat qiymətləndirilib.
Digər
yığımlar - sosial
müdafiə ayırmaları,
mənfəət və
əlavə dəyər
vergisi üzrə 159 saat müəyyənləşdirilib.
Ödənişlərin sayı
6, ümumi vergi dərəcəsi isə
39,8 faiz qeyd olunub.
Son illərdə qlobal
maliyyə böhranına
rəğmın, beynəlxalq
maliyyə qurumlarının
analitiklərinin ölkəmizlə
bağlı nikbin proqnozlar səsləndirməsi
hökumətin yürütdüyü
çevik makroiqtisadi siyasətin səmərəli
nəticələri ilə
şərtlənir. Xüsusilə də neft və
qaz gəlirlərindən
asılılığın ilbəil azaldılması
məqsədilə iqtisadiyyatın
şaxələndirilməsi istiqamətində həyata
keçirilən tədbirlər
son illər qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin
artmasına səbəb
olub. Ən müxtəlif maliyyə
qurumları 2019-cu ildə
Azərbaycanda ümumi
daxil istehsalının
2 faizdən aşağı
olmayacağını proqnozlaşdırırlar.
Bu nikbin proqnozlar,
ilk növbədə, respublikamızda
makroiqtisadi sabitliyin və əlverişli biznes mühitinin formalaşdırılması tədbirləri
ilə bağlıdır.
Respublikamızda biznesə başlama
və vergi nəzarəti tədbirləri
ildən-ilə sadələşdirilir,
vergi inzibatçılığı
təkmilləşdirilir, vergi
dərəcələri optimallaşdırılır.
Xatırlatmaq yerinə düşər ki, son 5 ildə Vergi Məcəlləsinə
əlavə və dəyişikliklər mütərəqqi
xarakteri ilə ölkədə biznes mühitinin yaxılaşmasına,
iqtisadiyyatın rəqabət
qabiliyyətinin güclənməsinə
mühüm töhfə
olub. Kiçik və
orta sahibkarlıq subyektlərinə dövlət
büdcəsindən ayrılan
vəsaitlərin həcminin
ildən-ilə artırılması,
iş adamlarının
fəaliyyətinə süni
müdaxilələrin aradan
qaldırılması, sahibkarlıq
subyektlərinin qeydiyyatı
sisteminin sadələşdirilərək
«vahid pəncərə»
prinsipi əsasında
aparılması, gömrük
orqanlarında da bu sistemin təşkili, texnoparkların
yaradılması, korrupsiyaya
qarşı mübarizə
tədbirlərinin gücləndirilməsi
və digər addımlar bu baxımdan xüsusi vurğulanır.
Son illər, həmçinin,
ölkədə sahibkarlığın
inkişafının yeni
təşkilati-iqtisadi modellərinin
- xüsusi iqtisadi zonaların, aqrar-sənaye
komplekslərinin, texnoparkların
və biznes-inkubatorların
tətbiqi sahəsində
müvafiq işlər
aparılır. Bütün bunlar göstərir
ki, dövlətin özəl bölmənin
inkişafı və dəstəklənməsi ilə
bağlı həyata
keçirdiyi tədbirlər
davamlıdır, ardıcıldır
və məntiqi cəhətdən biri-birini
tamamlayır.
Ölkə başçısının
2014-cü il 3 mart tarixli «Sahibkarlığın
inkişafı ilə
bağlı əlavə
tədbirlər haqqında»
fərmanı sahibkarlıq
fəaliyyətinin dövlət
tənzimlənməsinin təkmilləşdirilməsinə
və əlverişli
biznes mühitinin formalaşdırılmasına xidmət
edir. Fərman əsasında hazırlanacaq
təkliflər tikintiyə
icazələrin verilməsi,
elektrik təchizatı
şəbəkəsinə qoşulma, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı şərtlərinin sadələşdirilməsini,
idxal-ixrac əməliyyatları
zamanı tələb
olunan sənədlərin,
müddət və xərclərin azaldılmasını
təmin edib. Ümumilikdə, fərman respublikamızda
biznes mühitinin daha da liberallaşmasını,
sahibkarlar üçün
daha münbit fəaliyyət imkanlarını
stimullaşdırıb.
Son illər Azərbaycanda
elektron xidmətlərin
tətbiqi sürətləndirilib,
fiziki və hüquqi şəxslərin
sahibkarlıq fəaliyyətinin
onlayn rejimdə qeydiyyatına, vergi bəyannamələrin elektron
qəbuluna başlanılıb,
aparılan yoxlamaların
vahid məlumat reyestri yaradılıb. Ölkəmizdə elektron xidmətlərin tətbiqi ictimai həyatın bütün
sahələrini, o cümlədən
sahibkarlıq fəaliyyəti
ilə bağlı xidmətləri də əhatə edir. Hazırda müxtəlif dövlət
qurumları üzrə
420-dən çox xidmət
elektron formada həyata keçirilir və bunların sayı davamlı olaraq artır.
Məhz həyata keçirilən
bu və digər islahatların nəticəsi olaraq inkişaf tempi qeyri-neft-qaz
sektoru hesabına təmin edilir və bu uğurlu
makroiqtisadi tendensiya beynəlxalq təşkilatlar
və maliyyə qurumları tərəfindən
də müsbət dəyərləndirilir.
Samir Mustafayev
Mövqe.- 31 avqust.- S.7.