Sənaye
sahibkarlığı qeyri-neft sektorunun inkişafında
xüsusi paya malikdir
Qeyri-neft
iqtisadiyyatının inkişaf etdirilməsi, enerji
resurslarının ümumi daxili məhsul istehsalında
xüsusi çəkisinin azaldılması, iqtisadi şaxələndirmə
prosesinin sürətləndirilməsi istiqamətində
sistemli tədbirlər həyata keçirən Azərbaycan
hökuməti sənaye sektorunda modernləşməni
xüsusi diqqət mərkəzində saxlayır. Davamlı və tarazlı inkişafda sənayenin lokomotiv rolunu düzgün dəyərləndirən Prezident
İlham Əliyevin
2012-ci il 29 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan
2020: Gələcəyə baxış» İnkişaf
Konsepsiyasında da bu sahənin müasirləşdirilməsi tədbirləri
dolğun əksini tapıb.
Təsadüfi deyildir ki, sənayenin inkişafına
xüsusi önəm verən dövlət başçısı tərəfindən
hələ 2014-cü il
Azərbaycanda “Sənaye
ili” elan edilib, “Azərbaycan Respublikasında sənayenin
inkişafına dair
2015-2020-ci illər üçün
Dövlət Proqramı”
qəbul olunub. Müasir texnologiyaların və qabaqcıl təcrübənin
tətbiqi nəticəsində
son illər ölkədə sənayeləşmə
templəri yüksəlib,
metallurgiya, maşınqayırma,
kimya, inşaat materiallarının istehsalı,
qida və digər ənənəvi
sənaye sahələri
genişlənməklə yanaşı,
yeni sənaye sahələri yaradılıb, ölkəmiz
bir sıra sənaye məhsulları üzrə özünütəminetmə
səviyyəsini yüksəlib.
İlk süni peykin orbitə buraxılması ilə kosmik sənayenin əsası qoyulub, "Azərspace" və
"Azersky" telekommunikasiya
peykləri orbitə buraxılıb, Azərbaycan
dünya kosmos ailəsinin üzvünə
çevrilib.
Görülən işlər nəticəsində
ölkənin müdafiə
sənayesi ordumuzu müasir silahlarla təchiz edir və onun məhsulları
beynəlxalq sərgilərdə
uğurla nümayiş
etdirilir və inkişaf etmiş xarici ölkələrə
satılır. Alternativ və
bərpa olunan enerji sahəsində bir sıra müəssisələrin
işə düşməsi
ilə Bakı şəhərinin müxtəlif
ərazilərinin işıqlandırılmasında
qeyri-ənənəvi vasitələrdən,
o cümlədən günəş
panelləri və külək generatorlarından
istifadə olunmağa
başlanılıb.
Müasir texnologiyalar əsasında Gəmiqayırma
zavodu yaradılıb və bununla da daha bir
yeni sənaye sahəsinin əsası qoyulub. Bərk Məişət Tullantılarının
Yandırılması Zavodu
ölkədə ekoloji
vəziyyətin yaxşılaşdırılmasına
və ətraf mühitə mənfi təsirlərin azaldılmasına
xidmət etməklə
yanaşı, həm də tullantıları enerjiyə çevirir. Azərbaycan üçün
ənənəvi olmayan
bu zavod istehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli
müəssisədir və
Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində
ən sərt normativlərinə tam cavab verir.
Son illər
sənaye və texnologiyalar parklarının,
sənaye məhəllələrinin
yaradılması istiqamətində
də ciddi addımlar atılıb. Kimya, təkrar emal, gəmiqayırma, yüksək
texnologiyalar, yüngül
sənaye, əczaçılıq
sahələrində ixtisaslaşmış
sənaye və texnologiyalar parkları - Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir,
Pirallahı sənaye parkları, 3 Yüksək
Texnologiyalar Parkı yaradılıb. Müasir tələblərə
cavab verən və rəqabətqabiliyyətli
istehsal infrastrukturuna malik bu sənaye
parkları ölkə
iqtisadiyyatının tarazlı
inkişafının təmin
edilməsi, innovativ idarəetmə və qabaqcıl texnologiyaların
tətbiqi, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun təmin
olunmasında əhəmiyyətli rol oynayır.
Sənaye parklarının
rezidentləri üçün
bir sıra güzəştlərin nəzərdə
tutulması da xüsusi qeyd olunmalıdır. Belə ki, sənaye parklarının rezidentləri
qeydiyyata
alındıqları tarixdən 7 il
müddətinə əmlak,
torpaq və mənfəət vergisindən,
istehsal məqsədilə
idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar.
İndiyədək Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının
həcmi 1,2 milyard
ABŞ dollarınadək olan
11 müəssisəyə rezident
statusu verilib. Sənaye Parkının rezidentlərindən olan, polad və polietilen
boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edən “Azertexnolayn”
2013-cü ildən fəaliyyət
göstərir.
Balaxanı Sənaye
Parkında isə işlənmiş mühərrik
yağlarının, tullantı
plastik butulkaların
(PET) və plastik materialların, kağız-karton
məmulatların, süngər
tullantılarının təkrar
emalı sahəsində
5 rezident fəaliyyət
göstərir. Bu rezidentlər tərəfindən
parka ümumilikdə
23 milyon manat investisiya yatırılıb,
400-ə yaxın daimi
iş yeri yaradılıb. Sənaye parklarına əlavə rezidentlərin cəlb olunması istiqamətindfə
işlər davam etdirilir.
Gəmiqayırma sahəsində ixtisaslaşmış
Qaradağ Sənaye Parkında fəaliyyət
göstərən Bakı
Gəmiqayırma Zavodunda
yüksək yükgötürmə
qabiliyyətinə malik
tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilər
istehsal olunur. Artıq zavodda onlarla gəmi tikilərək istifadəyə
verilib, çoxsaylı
gəmilərin təmiri
işləri həyata
keçirilib.
Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən
ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrik yaradılıb. Artıq Sənaye Parkının rezidenti “Mingəçevir
Tekstil” MMC 2 növdə
ipliklərin istehsalı
fabrikinin tikintisi yekunlaşıb. Zavodun investisiya dəyəri 46 milyon ABŞ dollarıdır
və layihə çərçivəsində 550 yeni iş yerinin
yaradılması planlaşdırılır.
Azərbaycan üçün yeni sənaye sahəsi olan əczaçılıq
məhsullarının istehsalı
məqsədilə yaradılmış
Pirallahı Sənaye Parkında Rusiya Federasiyası və İran İslam Respublikası ilə birgə 2 dərman zavodunun təməli qoyulub. Birdəfəlik şprislərin istehsalını
nəzərdə tutan
“Diamed Co” zavodunun tikintisinə isə yaxın zamanlarda başlanacaqdır.
Ümumilikdə, bu müəssisələrdə 350-yə yaxın yeni iş yerinin açılması nəzərdə
tutulur.
Hazırda mövcud
5 sənaye parkında
44 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq
24-ü fəaliyyət göstərir.
İndiyədək sənaye
parklarına 5,7 milyard
manat investisiya yatırılıb, 9 minədək
iş yeri açılıb. Sənaye
parklarına rezidentlər
tərəfindən daha
673 milyon manat yatırılması və
əlavə olaraq 1,5 mindən çox yeni iş yerinin
yaradılması nəzərdə
tutulur. Sənaye parklarında istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də
ixrac olunur. Bu ilin 9 ayında
sənaye parklarında
564 milyon manatlıq məhsul istehsal edilib, bunun 233 milyon manatlıq hissəsi ixrac olunub.
Regionlarda kiçik və
orta sahibkarlığın
genişləndirilməsi, yerli
ehtiyatlardan səmərəli
istifadə etməklə
sənaye sahələrinin
inkişaf etdirilməsi,
sahibkarlar arasında kooperasiya əlaqələrinin
gücləndirilməsi, məşğulluqda
sənayenin xüsusi çəkisinin artırılması
baxımından sənaye
məhəllələrinin yaradılması xüsusi
önəm kəsb edir. Azərbaycanda ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsi Azərbaycan
Respublikası Prezidentinin
iştirakı ilə
2017-ci il sentyabrın
24-də istifadəyə verilib.
Sənaye Məhəlləsində
avtomobil, balıq yemi, plastik məmulatlar,
suvarma sistemləri,
polietilen suvarma boruları,
kağız stəkanlar
və hazır içkilər istehsalı,
modul tipli məktəb binalarının
quraşdırılması, balıq emalı və konservləşdirilməsi
ilə məşğul
olan 9 müəssisə
və 1 sahibkarlıq emalatxanası fəaliyyət
göstərir. Sənaye
Məhəlləsinin iştirakçıları
tərəfindən istehsal
sahələrinin yaradılmasına
45,3 milyon manat investisiya yatırılıb.
Sənaye Məhəlləsində
ümumilikdə 500-ə yaxın
iş yeri yaradılıb. Sahibkarlar tərəfindən Sənaye
Məhəlləsinə böyük
maraq göstərilir və tələbata uyğun olaraq məhəllənin ərazisi
genişləndirilir.
Ümumilikdə, ölkə regionlarında
4 sənaye məhəlləsi
yaradılıb. Bu məhəllələrdə 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si fəaliyyət
göstərir. Sənaye məhəllələrinə
indiyədək sahibkarlar
tərəfindən 53,8 milyon
manat investisiya yatırılıb, 650-dən çox
iş yeri açılıb. 90 milyon
manatdan çox sərmayə yatırılacaq
ki, bu da
əlavə olaraq
1400-dək yeni iş yerinin açılmasına
imkan yaradacaq.
Hazırda ölkənin
digər bölgələrində
də sənaye zonalarının yaradılması
ilə bağlı araşdırma və təhlillər aparılır.
Bölgələrdə daha
2 sənaye zonasının
(sənaye parkı və ya məhəlləsi)
təşkili barədə
təkliflər aidiyyəti
üzrə təqdim edilib. Sənayedə ikirəqəmli artıma nail olunması və növbəti illərdə də dinamik inkişafın təmin edilməsi üçün kompleks tədbirlər davam etdirilir.
Samir Mustafayev
Mövqe.- 2019.- 17
dekabr.- S.10