Azərbaycanın nəqliyyat sahəsində uğurları Avropada da yüksək qiymətləndirilir

Ekspert: “ Nəqliyyat infrastrukturunun uğurlu inkişafı baxımından Avropa Asiya ölkələrinin Azərbaycana diqqətinin artması sözsüz ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir

Azərbaycan qısa müddət ərzində bir sıra strateji vacib layihə icra etməklə nəqliyyat infrastrukturunu uğurla inkişaf etdirib. Bunu Bakıda Azərbaycanla Avropa İttifaqı arasında yüksək səviyyəli nəqliyyat dialoqu üzrə birinci iclas zamanı Avropa Komissiyasının hərəkətlilik nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey deyib. Onun sözlərinə görə, buna nümunə kimi ümumilikdə regionda vəziyyəti dəyişən Bakı-Tiflis-Qars layihəsini, eləcə Avropa ilə Asiya arasında multimodal yükdaşımalarını təmin edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanını göstərmək olar. Nəqliyyat infrastrukturunun uğurlu inkişafı Avropanın, Çinin, Hindistanın, Asiya ölkələrinin digərlərinin diqqətini indi daha çox Azərbaycana yönəldir.

 

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, nəqliyyat infrastrukturumuzun inkişafı ilə aparıcı dünya mərkəzlərinin diqqətinin Azərbaycana yönəlməsi fonunda ölkəmizin həm beynəlxalq miqyasda nüfuzu artır, həm tranzit gəlirlərindən əldə etdiyi vəsaitlərin həcmi daha da yüksəlir: “Nəqliyyat infrastrukturunun uğurlu inkişafı baxımından Avropa Asiya ölkələrinin Azərbaycana diqqətinin artması sözsüz ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Nəticə etibarı ilə bu kontekstdə Azərbaycan nəqliyyat infrastrukturunu inkişaf etdirməklə, yalnız infrastruktur olaraq deyil, eyni zamanda həm   proseduraların sayının azaldılması, daxili planlaşdırmanı genişlənidirməklə nəqliyyat dəhlizinə yanaşmaya verilən mühüm təklifdir. Bu da təbii ki, Qərblə Şərqin nəqliyyat baxımından birləşdirilməsi aspektindən çox vacibdir. Belə vəziyyət Avropadan Asiyaya əks istiqamətə daşınan yüklərin həcminin artırılmasına, eyni zamanda, həmin daşınma prosesinin həm Azərbaycan üzərindən edilməsinə imkan yaradacaq. İnfrastrukturun genişləndirilməsi Bakı-Tiflis-Qars dəmiryolu xəttinin istifadəyə verilməsilə yanaşı, eyni zamanda, həm ölkə daxili nəqliyyat infrastrukturunun inkişafında özünü göstərdi. Proseduralar, elektron sistemin tətbiq edilməsi nəticədə Azərbaycan üçün əhəmiyyət daşıyan yüklərin daha qısa zamanda rəsmiləşdirilməsi ölkə ərazisinə daşınmasına imkan verib. Azərbaycana daxil olan yüklərin 80 faizindən çoxu tranzit digər ölkələrə daşınan yükləridir. Bu baxımdan da infrastrukturun inkişafı, tranzit daşımaları həcminin artması bu istiqamətdə daha çox gəlir əldə edilməsinə imkan verir. Azərbaycanın həm Xəzər dənizi üzərindən daşınan yüklər üçün infrastruktur rolunu oynadığını da nəzərə alsaq, bu amil həmin istiqamətdə daşınan yüklər üçün zamanın azalmasına terminaldan istifadə etməklə daha qısa müddətdə dəniz üzərindən yüklərin daşınmasına imkan verir.

 

O baxımdan nəqliyyat infrastrukturumuz bir tərəfdən ölkəmizin beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirlərinin artmasına imkan yaradır. Digər tərəfdən bu imkan verir ki, Azərbaycan regionun nəqliyyat dəhlizinin reallaşmasına töhvə verir.  Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunda qeyd etdiyi kimi, ölkəmzi nəqliyyat dəhlizlərinin reallaşmasına töhvə verən dövlətlərdən biridir. Nəticə etibarı ilə mövcud infrastruktur proseduralar, elektronlaşma gələcəkdə ölkəmiz üzərindən daşınan beynəlxalq yüklərin həcmini artırmaqla yanaşı, həm beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan üzərindən daha səmərəli reallaşmasına gətirib çıxaracaq”.

 

Rüfət NADİROĞLU      

Mövqe.- 2019.- 21 fevral.- S.4