İsrail
mətbuatı müsəlman Azərbaycanı xristianlara nümünə göstərdi
Ermənistanda antisemitizm gücləndi
Məşhur tarixçi Robert Vistrixin bir dəfə "ən uzunmüddətli nifrət” adlandırdığı
fəlakət indi dirçəliş dövrü
yaşayır. Bütün dünyada qəzet başlıqlarına düşən
Pittsburq və Pauey sinaqoqlarında kütləvi gülləbarandan
vandalizm, təhdid və zorakılıq aktları haqqında daha az gözədəyən, amma
bununla yanaşı gündəlik məlumatlara
qədər 21-ci yüzillikdə
antisemitizmin dirçəlişi
göz qabağındadır.
Əlbəttə, ultrasağlar, ultrasollar
və islamçı
ekstremistlər tərəfindən
güc toplayan antisemitizm hər şeydən çox diqqət çəkir, amma çoxları yəhudilərə münasibətdə
daha bir ənənəvi nifrət
qaynağını – xristianların antisemitizmini
gözdən qaçırmağa
meyllidir.
İyunda erməni kilsəsinin 60 seminariyaçısı Qüdsdə
Şavuot bayramında
xristianların yəhudilərə
hücum etməkdə
çoxəsrlik meylini
üzə çıxaran
və Ermənistanda antisemitizmin çiçəkləndiyinin
əyani bəlirtisi olan antisemit aksiya keçirib. Bundan savayı, bu insident alyanslar və kürəsəl tərəfdaşlıqlar qurmağa
can atan yəhudi liderlər və İsrail hökuməti üçün xəbərdarlıq
olmalıdır.
Katolik kilsəsində
çoxsərlik antisemitizm
ehkamına son qoyan əhatəli islahatları,
habelə xristian sionizminin özəlliklə
incilçi birlik içində gəlişən
hərəkatını nəzərə
alaraq ehtimal etmək məntiqli olardı ki, xristian antisemitizmi azalır.
Bununla yanaşı, Ərəb-İsrail
münaqişəsi çərçivəsində
islam terrorizmi
təhlükəsi və
çəkişmələri gözə alaraq güman etmək olar ki, İsrailin
daha çox müsəlman ölkələrindənsə
əsasən xristian ölkələrilə möhkəm
alyanslar qurmaq şansı daha çoxdur.
Amma faktlar bəzən əksindən
danışır – özəlliklə
də dünyada ən qədim xristian ölkələrindən
biri Ermənistanda. Son bir neçə ildə aparılan əks-sədalı
araşdırmaların nəticələri
daxil olmaqla Ermənistan cəmiyyətinin
sistemli antisemitizm sərgilədiyi haqda xeyli sübutlar var.
"Pew” araşdırma mərkəzinin
2018-ci il araşdırması göstərib
ki, ermənilərin
32%-i yəhudiləri özlərinə
həmvətən qəbul
etnmək istəmir. Bundan savayı, Antidiffamasiya Liqasının növbəti
"Global 100” araşıdrmasının göstərdiyi kimi, ermənilərin çoxu
müxtəlif antisemit
stereotipləri, "ehtimal
ki, düzgündür”
sayır.
Bundan başqa,
1990-cı illərin əvvəlində
Ermənistan müstəqillik
əldə etdikdən
sonra tezliklə diplomatik münasibətlərin
qurulduğuna baxmayaraq,
İsrail və Ermənistan arasında münasibətlər inkişafdan
son dərəcə qalıb
– xüsusən Ermənistanın
əsasən müsəlman
qonşusu Azərbaycanla
münasibətlərlə müqayisədə.
İsrailin Azərbaycanla möhkəm
münasibətləri təsadüfi
deyil. Azərbaycanda antisemitizmin tarixi
yoxdur (bir də, doğrusu, indiki anda da antisemitizm onun üçün səciyyəvi
deyil), çiçəklənən
yəhudi cəmiyyəti
və İsraildə olduqca çoxsaylı mühacirlər birliyi var.
Necə
ola bilir
ki, müsəlman ölkəsi dünyada yeganə yəhudi dövləti ilə isti münasibətlərə
malikdir, Ermənistan kimi xristian ölkəsi
isə antisemitizmdən
əziyyət çəkir
və İsraillə münasibətlər qura bilmir?
Birincisi, Azərbaycanda dinin dövlətdən aydın
şəkildə ayrılması
ilə izah edilən dini dözümlülüyün daha
geniş durumunu nəzərə almaq gərəkdir. "Gellup international” və
"WI Network of Market Research”-in birgə keçirdiyi sorğunun nəticələrinə görə,
Azərbaycan araşdırılan
65 dövlət arasında
ən dünyəvi ölkələrdən biridir.Azərbaycan
əhalisinin 97%-i müsəlmandır,
amma ölkə konstitusiyasına görə,
dünyəvi dövlətdir.
Dövlət təhsil sistemi
dünyəvidir. Bir rəsmi
dini konstitusiyada təsbit etməkdən imtina – əhalisinin çoxu müsəlman olan bir ölkə
üçün dini azadlığa dəstəkdə
çox böyük addımdır.
Bunu Erməni
Apostol Kilsəsinin böyük nüfuza malik olduğu Ermənistanla tutuşdurun. Ermənistan eramızın
4-cü yüzilliyində xristianlığı
rəsmən qəbul
edən ilk dövlətlərdən
biri olub. Kilsənin erməni dövlətinə
təsiri bu gün də saxlanır. Ermənistanın
"Vicdan azadlığı
və dini təşkilatlar haqda” qanunu kilsə və dövlətin ayrıldığını müəyyən
etdiyinə baxmayaraq,
Erməni Apostol Kilsəsinin rəsmi milli kilsə statusu var. Bu qayda ilə Ermənistan Azərbaycan qədər xalis dünyəvi dövlət deyil.
Eyni zamanda xüsusən Şərqi
Pravoslav Kilsələrindən
qaynaqlanan antisemitizmin qədim qalıqlarına dair narahatlıq indiyədək saxlanır. Antidiffamasiya Liqası
bu kilsələri öz liturgiyalarındakı
(xristinalıqda ən
əsas ibadət ayini-tərc.)antisemit
parçaları çıxartmaq
və əvəzləmə
ilahiyyatı təliminə
(və yaxud superssesionizm – yeni Əhdi-Cədid Kilsəsinin
seçkin xalq sayılan İsraili əvəzlədiyi haqda xristianlıq konsepsiyası-tərc.)
son qoymağa çağırıb.
Erməni
kilsəsinin ölkədə
əvvəlki kimi oynadığı mərkəzi
rol nəzərə alınarsa, təəccüblü
deyil ki, Ermənistan Holokostun tarixini dövlət səviyyəsində yenidən
yazmağa cəhd göstərir, Ermənistan
KİV-ləri müntəzəm
şəkildə antiisrail
və antisemit əhvali-ruhiyyəsi sərgiləyir,
erməni seminariyaçıları
isə yəhudilərə
qarşı hücuma
cürət edirlər.
Kilsə
və dövlətin həqiqi ayrılmasının
yoxluğu, dini önrəyçilik və
nifrət ölkə vətəndaşları arasında
daha fəal güc toplayacaq.
Əhalisi əsasən müsəlman,
amma bununla yanaşı dünyəvi
olan Azərbaycanla təzad, çətin ki, daha heyrətləndirici
ola bilsin.
Azərbaycan ardıcıl şəkildə
antisemitizmə qarşı
çıxış edir
müdafiə və iqtisadiyyat sahəsində İsraillə sıx əlaqələr
saxlayır, habelə
İran təhlükəsinə qarşı müdafiəçi
rolunda çıxış
edir.
Yəhudi liderlər və İsrailin tarixi və çağdaş konteksti diqqətə almağı gərəkdir. Ölkə haqqında
dinə görə fikir yürütmək olmaz. Dini nifrətin qaynaqları
haqda ümumən qəbul edilən fikir çox vaxt haqlı çıxsa da, müttəfiqləri
bəzən ən gözlənilməz yerlərdə
tapmaq olar.
Mövqe.- 2019.- 28
iyul.- S.14