Gömrük islahatları ixrac potensialını gücləndirir

 

 

Son illər Azərbaycanda iqtisadi inkişafı sürətləndirən mühüm amillərdən biri də xarici iqtisadi əlaqələrin, dövlətlərarası mal dövriyyəsinin genişləndirilməsi, eləcə də qeyri-neft sektorunun tərəqqisinə xidmət edən çevik idxal-ixrac əməliyyatlarının həyata keçirilməsidir. Özəl sektorun inkişafı üçün yaradılan münbit şərait ixracın stimullaşdırılmasına yönəlmiş kompleks tədbirlər respublikamızın xarici ticarət dövriyyəsinin həcminin genişlənməsinə səbəb olub.

 

Azərbaycanda ixracın əsas hissəsi təbii olaraq neft neft məhsullarının payına düşsə , xarici bazarlarda rəqabətə davamlı məhsullar istehsal edən sahibkarlıq subyektlərinin sayının tədricən artması qeyri-neft sektoru üzrə ixrac potensialının möhkəmlənməsinə imkan yaradıb. Ölkə sahibkarlarının xarici bazarlara çıxış imkanlarının genişlənməsi həm qanunvericiliyin təkmilləşdirilməsi gömrük prosedurlarının sadələşdrilməsi tədbirləri ilə izah olunur. Ölkə başçısının 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı»nın əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Proqram dövlətin gömrük siyasətinin müasirləşdirilməsinə imkan yaradıb xarici iqtisadi əlaqələrini genişləndirib. Sənəd əsasında gömrük sərhədində mal dövriyyəsinin sürətləndirilməsi sahibkarlıq subyektlərinə əlverişli şəraitin yaradılması; inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması haqsız rəqabətin qarşısının alınması; ixracın təşviqi genişləndirilməsi; daxili bazarın qorunması sahəsində gömrük tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

 

Ölkə başçısının ixracın stimullaşdırılması bu sahədə bəzi bürokratik amillərin aradan qaldırılması məqsədilə imzaladığı 11 noyabr 2008-ci il tarixli «Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında» fərman gömrük orqanlarının fəaliyyətinin təkmilləşdirilməsini, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadəni təmin edib. “Bir pəncərəsisteminin tətbiqindən sonra ölkə sərhədindən mal nəqliyyat vasitələrinin keçirilməsi zamanı müxtəlif dövlət qurumlarına müraciət etmək zərurəti aradan qalxıb. Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları zamanı sənədlərin qəbulunu yoxlanılması hazırda Kənd Təsərrüfatı Səhiyyə nazirlikləri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Operativ məlumat mübadiləsi məqsədilə Komitədə Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) yaradılıb.

 

Malların idxalı ixracı zamanı gömrük rəsmiləşdirilməsi əməliyyatlarının avtomatlaşdırılmış əsaslarda təşkili gömrük rəsmiləşdirilməsinin səmərəliliyinin artırılmasını, bu işə sərf edilən vaxtın minimuma endirilməsini təmin edərək xarici ticarət iştirakçılarına xidmətin səviyyəsinin yaxşılaşmasına, bütövlükdə gömrük orqanlarında idarəetmənin təkmilləşdirilməsinə imkan verib. İqtisadi operatorların sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə daha ciddi riayət etmələri, sərhəd nəzarəti prosedurlarında şəffaflığın artırılması da təmin edilib. Ümumilikdə, bu digər tədbirlərin reallaşdırılmasında əsas məqsəd bir tərəfdən ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək,

 

digər tərəfdən gömrük rəsmiləşdirilməsi prosedurları sadələşdirmək, gömrüklə bağlı vaxt itkisinə yol verməməkdir.

 

Son illər dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, gömrük orqanlarının fəaliyyətində elektron xidmətlərin geniş tətbiqi diqqət mərkəzindədir. Hazırda Gömrük Komitəsi tərəfindən 15-ə yaxın elektron xidmət göstərilir. «E-gömrük» bəyannaməsinin verilməsi; elektron qaydada ilkin məlumatlandırma; xarici iqtisadi fəaliyyət iştirakçılarına həyata keçirdikləri idxal-ixrac əməliyyatları haqqında statistik məlumatların verilməsi; rüsumsuz ticarət mağazasının təsis edilməsinə dair icazə verilməsi üçün müraciətin sənədlərin qəbulu; gömrük brokeri gömrük daşıyıcısı fəaliyyətinə lisenziyanın verilməsi, onun fəaliyyətinin dayandırılması ləğv edilməsi üçün müraciətin sənədlərin qəbulu; gömrük müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə lisenziyanın verilməsi; vətəndaşlardan Dövlət Gömrük Komitəsinə daxil olan sorğu məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi; yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması məsələləri aiddir.

 

Bütün gömrük ödənişlərinin yalnız bank ya plastik kart vasitəsilə həyata keçirilməsi korrupsiyaya qarşı mübarizə tədbirləri sırasında mühüm yer tutur. Hər hansı malı idxal ixrac etmək üçün müraciət edən şəxslərin qəbulu ardıcıllığının müəyyənləşdirilməsi məqsədilə elektron idarəetmə sistemininelektron növbə») tətbiqi uğurlu yeniliklərdən biridir. Həyata keçirilən islahatların mütərəqqi xarakteri beynəlxalq səviyyədə etiraf olunur. Davos Forumunun hesabatına əsasən, Azərbaycan gömrük sahəsində şəffaflığın təminatına görə 138 ölkə arasında 39-cu yerdə qərarlaşıb.

 

Prezident İlham Əliyev bu islahatların davam etdiriləcəyini bildirib: "...Biz inhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik, əlavə tədbirlər görülməlidir. Yerli istehsalın stimullaşdırılması ilə bərabər, bu sahəyə diqqət yetirilməlidir, əgər ya qanunvericilikdə, ya hansısa tənzimləyici qərarlarda hansı əlavə tədbirlər lazımdırsa, biz bunu edəcəyik. Biz azad, ədalətli rəqabəti təmin etməliyik".

 

Ölkə başçısının «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» 3 mart 2014-cü il tarixli fərmanı isə bu sahədə ötən illərdən başlanmış islahatların davam etdirilməsini nəzərdə tutur. Fərmana əsasən, bir sıra normativ-hüquqi aktlara dəyişiklik edilməklə idxal-ixrac zamanı gömrük nəzarətinin həyata keçirilməsinə cəmi 2 sənəd (nəqliyyat sənədi bəyannamə) tələb olunacaqdır. Bununla da tələb olunan sənədlərin sayı idxalda 11-dən 2-yə, ixracda isə 8-dən 2-yə endiriləcək. Ümumilikdə isə tələb olunan sənədlərin sayı 19-dan 4-dək azalacaq.

 

Reallaşdırılan ən mühüm yeniliklərdən biri bəzi gömrük xidmətlərinin «ASAN Xidmət» mərkəzləri vasitəsilə həyata keçirilməsidir. Gömrük yüklərinin ASAN Xidmət vasitəsilə bəyan edilməsi sahibkarların işini xeyli dərəcədə asanlaşdırır neqativ halların qarşısını alır.

 

Avropa İttifaqının maliyyə dəstəyi BMT-ninİnkişaf Proqramıilə birgə həyata keçirilən layihələrdən biri dünya standartlarına əsaslanan Gömrük Məcəlləsinin hazırlanmasıdır. Yeni məcəllədə yüklərin sənədlərinin rəsmiləşdirilməsi vaxtının bunun üçün tələb olunan sənədlərin sayının azaldılması məsələləri öz əksini tapacaqdır.

 

Ümumiyyətlə, ölkəmizin qeyri-neft sektorunun inkişafı, rəqabət qabiliyyətli məhsulların respublikamızda istehsalının təşkili isə gömrük-tarif siyasəti ilə bilavasitə

 

əlaqəlidir. Hazırda Azərbaycanın iqtisadi təhlükəsizliyini təmin etmək, eyni zamanda, yerli məhsul istehsalının çeşidlərinin artırılması məqsədi ilə istehsal təyinatlı avadanlıqlar, müxtəlif xammal materiallar ƏDV-dən idxal gömrük rüsumlarından azad edilmiş ya daha aşağı tarif dərəcələrinə cəlb olunmuşdur. Bununla yanaşı, daxili istehsalın xarici rəqabətin mənfi təsirindən qorunması məqsədi ilə bir sıra hazır məhsullara ən yüksək 15 faiz dərəcəsində gömrük rüsumları tətbiq olunur.

 

Azərbaycanda daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə, xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşması, həmçinin gələcəkdə respublikanın iqtisadi mənafeyini qorumaq məqsədi ilə antidempinq, kompensasiya xüsusi növ rüsumların tətbiqi ilə bağlı möhkəm hüquqi əsaslara söykənən yeni "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu hüquqi qüvvəyə minib. Bununla yanaşı, ölkə iqtisadiyyatının inkişaf dinamikası nəzərə alınmaq şərti ilə ortamüddətli perspektivdə bir sıra qanunvericilik aktlarının, o cümlədən "Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi haqqında" "Antidempinq, kompensasiya mühafizə tədbirləri haqqında" qanun layihələri hazırlanır.

 

Samir Mustafayev

Mövqe.- 2019.- 10 iyul.- S.7.