Sosial islahatlar paketi yoxsulluğun ləğvinə xidmət
edir
Müstəqil Azərbaycanın uğurlu
inkişaf göstəricilərindən
ən mühümü
vətəndaşların sosial
rifah halının yüksəldiməsi istiqamətində
həyata keçirilən
sistemli və ardıcıl tədbirlərdir. İctimai-iqtisadi formasiya dəyişkənliyini
başa vurmuş bütün postsosialist dövlətlərində olduğu
kimi, Azərbaycanda da vətəndaşların köklü
iqtisadi islahatlara mənəvi-psixoloji baxımdan
adaptasiyası hələ
də özünü
problem kimi göstərir.
Bu prizmadan keçmiş
SSRİ respublikalarında, o cümlədən Azərbaycanda
vətəndaşların sosial
problemlərinin xüsusi
diqqət mərkəzində
saxlanılması son dərəcə
vacibdir.
Sosial-iqtisadi hüquqların müdafiəsi
sahəsində dövlətin
başlıca vəzifəsi
mütərəqqi iqtisadi
və sosial islahatlar həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın
iştirakını təmin
etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə
ədalətli şəkildə
yararlanmasına şərait
yaratmaqdır. Dövlətin vətəndaşlarını həyati tələbatlarının
ödənilməsinə göstərdiyi
qayğı isə özünü bilavasitə
sosial təminat sistemində biruzə verir. Başqa sözlə, Azərbaycanda
uğurla gerçəkləşdirilən
sosial təminat tədbirləri insanların
həyati tələbatlarının
ən azı minimum səviyyədə ödənilməsinə
xidmət edir. Bu da təsadüfi deyildir ki, sosialyönümlülük
Azərbaycanın milli
iqtisadi inkişaf modelini səciyyələndirən
başlıca xüsusiyyətlərdən
sayılır.
Cəmiyyətdə sosial ədalət meyarının
bərqərar olmasına
xidmət edən bu inkişaf modelinin gələcək prioritetləri ölkə
başçısının 6 dekabr 2016-cı il
tarixdə təsdiqlədiyi
Strateji Yol Xəritəsində də
dolğun əksini tapıb. Sənəddə 2025-ci ilədək iqtisadi inkişaf, sosial rifah və
işsizliyin ləğvi
ilə bağlı nəzərdə tutulan tədbirlər və proqnozlaşdırılan nəticələr
xüsusilə maraq doğurur. Qeyd olunur ki, qarşıdakı
8 ildə makroiqtisadi sabitlik, xüsusilə fiskal dayanıqlıq, əlverişli biznes mühiti, inkişaf etmiş infrastruktur, xarici bazarlara sərbəst çıxış
və xarici investisiyaların cəlb edilməsi nəticəsində
Azərbaycan iqtisadiyyatı
xarici şoklara daha davamlı olacaq və ölkədə əmək
məhsuldarlığı Şərqi
Avropa ölkələrinin
müvafiq göstəricisinə
çatdırılacaq. Azərbaycan iqtisadiyyatı,
Dünya İqtisadi Forumunda bildirildiyi kimi, səmərəlilik əsaslı modeldən innovasiya əsaslı modelə keçəcək.
Əhalinin adambaşına düşən
real gəlirləri ildə
təxminən 5 faiz artacaq və Azərbaycan Dünya Bankının təsnifatına
əsasən, "yüksəkgəlirli
ölkə" statusu
qazanacaq. Bu inkişaf prosesləri nəticəsində 2025-ci ildən
sonrakı dövrdə
adambaşına düşən
gəlir səviyyəsinə
görə Azərbaycan
Şərqi Avropa ölkələrinin səviyyələrinə
yaxınlaşacaq.
Sənəddə həmçinin vurğulanır
ki, innovasiya əsaslı modelin inkişaf etdirilməsi üçün fiziki, insan, institusional və sosial kapital təmin olunacaq: "2025-ci ildən
sonra Azərbaycanın
şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatında ümumi əlavə dəyərin
dörddə üçündən
çoxu qeyri-neft sektorlarında yaranacaqdır.
Növbəti illərdə rəqabətədavamlı
əmək xərcləri
Azərbaycan iqtisadiyyatı
üçün qısamüddətli
katalizator rolunu oynayacaqdır. Lakin faktiki
rəqabət üstünlüyü
qabaqcıl texnologiyalar
və digər innovasiya formalarından istifadə ilə yanaşı, keyfiyyətli
təhsil və peşə təliminin nəticəsi kimi yüksək məhsuldarlıq
hesabına yaranacaqdır.
Başqa
sözlə, 2025-ci ilədək
olan dövr biliktutumlu iqtisadiyyata keçid dövrü olacaqdır".
2025-ci ildən sonrakı
dövrdə innovasiya
əsaslı inkişaf
modelinə keçid əvvəlki illərdə
rəqabət üstünlüyü
olan və inkişaf etmiş qeyri-neft sektorlarında ixtisaslaşmanın daha da
dərinləşdirilməsi hesabına daha çox dəyərin ölkədə qalmasını
təmin edəcək. Texnologiya transferi
və biliyin kommersiyalaşdırılmasının genişləndirilməsi investisiya
qoyuluşunun səmərəliliyini
artıracaq. İqtisadiyyatın həm regional, həm də sahələrarası
strukturunun optimallığı
artacaq ki, bu da tarazlı və dayanıqlı inkişafı təmin edəcək. Azərbaycanda regional inkişaf mərkəzlərinin
formalaşması bölgələrdə
iqtisadiyyatın rəqabətqabiliyyətli
sahələrində ixtisaslaşmanın
dərinləşdirilməsi hesabına ümumi iqtisadi inkişafı təmin edəcək, Bakı beynəlxalq əhəmiyyətə malik
sənaye və xidmət mərkəzinə
çevriləcək.
Strateji Yol Xəritəsinə görə, "2025-ci ildən
sonrakı dövrdə
karbohidrogen və qeyri-karbohidrogen gəlirləri
arasındakı tarazlığa
nail olunacaq və hər il
ARDNF-dən iqtisadiyyata
inyeksiyalar "qızıl
qayda" əsasında
təmin ediləcək:
"Belə yanaşma
neft-qaz qiymətlərindəki
dəyişikliklərin təsirini
yumşaldaraq sərbəst
üzən yerli valyutaya inamı artıracaq və iqtisadi inkişafın dayanıqlılığını təmin edəcəkdir. Makroiqtisadi sabitlik həm yerli, həm də xarici özəl sektor nümayəndələrinin investisiya
qoyuluşlarının stimullaşdırılması
üçün zəmin
olacaqdır. Beynəlxalq maliyyə
bazarları ilə inteqrasiya və maliyyə texnologiyalarının
tətbiqi əsasında
rəqabətqabiliyyətli maliyyə sistemi dayanıqlı iqtisadi inkişafı dəstəkləyəcək
və əhalinin rifahını yaxşılaşdıracaqdır".
Qeyri-neft sektoruna əlavə investisiya qoyuluşları
2025-ci ilədək və
ondan sonrakı dövrdə daha rəqabətli iqtisadiyyatın
vacib hərəkətverici
qüvvəsi olacaq. Bu səbəbdən gələcəkdə
sənaye və xidmət sektorlarına birbaşa xarici investisiyalar daha geniş miqyasda cəlb ediləcək.
Texnologiya, bacarıqlar və
qlobal dəyər zəncirlərinə çıxış
təklif edən iri xarici şirkətlərin
qeyri-neft sektoruna investisiya yatırımı
Azərbaycanın qlobal
iqtisadi xəritədə
yerini möhkəmləndirəcək.
Azərbaycana xarici investorlar strateji olaraq üç aspekt üzrə cəlb ediləcəkdir:
son dərəcə cəlbedici
investisiya imkanlarının
yaradılması (məsələn,
müasir infrastruktura malik sənaye parkları); aparıcı
beynəlxalq şirkətlərə
məqsədyönlü çıxış;
mövcud və gələcək investorlar
üçün birinci
sinif xidmətlər.
Strateji Yol Xəritəsi 2025-ci ilə qədər
ÜDM-də 3 faizdən
çox orta illik real artımını
və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə
tutur. Bu iş yerlərinin yaradılması
3 amilin təsiri nəticəsində mümkün
olacaq: I) Strateji Yol Xəritəsi çərçivəsində görülən tədbirlər;
II) digər əlavə
tədbirlər və
III) ümumi iqtisadi mühitin yaxşılaşması
nəticəsində iqtisadi
artım sürətinin
yüksəlməsi. İqtisadiyyatın sektorları üzrə nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsi nəticəsində
qeyri-rəsmi məşğulluğun
payı azalacaq.
Sənədə əsasən, qeyri-neft
sektoruna yönəldilmiş
birbaşa xarici investisiyaların qeyri-neft
ÜDM-dəki payının
hazırkı 2,6 faizlik göstəricidən
2025-ci ilə qədər
4 faizə çatdırılması
nəzərdə tutulur.
Xarici investorların töhfəsi
yalnız sərmayə
qoyuluşundan ibarət
deyil, onlar, eyni zamanda, yeni
sektorlara və dəyər zəncirlərinə
daxil olmaq üçün zəruri
olan yeni bacarıqlar, texnologiyalar və şəbəkələşmə
imkanları gətirirlər.
İqtisadiyyatın şaxələndirilməsi qeyri-neft sektoruna daha çox investisiya cəlb edilməsini tələb edir.
Qeyri-neft sektoru üzrə
ixracın 2015-ci ildəki
adambaşına 170 ABŞ dollarından
2025-ci ildə ən azı 450 ABŞ dollarına
qaldırılması da
əsas hədəflərdən
biridir. 2015-ci ildə Azərbaycan iqtisadiyyatının
idxal tələbi adambaşına 1000 ABŞ dollarına
bərabər olub. İdxalı tarazlaşdırmaq
üçün Azərbaycandan adambaşına
1.500 ABŞ dolları həcmində
məhsul ixrac olunub və bunun da 90 faizini
neft və qaz məhsulları təşkil edib. Mal və xidmətlərin
idxalının ixrac ilə balanslaşdırılması
iqtisadi müstəqillik
və sabitlik üçün son dərəcə vacibdir.
Sənədə əsasən, ticari mal və xidmətlər
sektorunda, məsələn
istehsal və ya turizm sektorlarında
2025-ci ilə qədər
150 min əlavə iş yerinin yaradılması əsas hədəflərdəndir. Bundan əlavə,
ixracın şaxələndirilməsi
üçün ticari
mal və xidmətlər sektorunda, yəni beynəlxalq səviyyədə satıla
bilən məhsulların
(məsələn, sənaye
və ya qida məhsulları) və ya xidmətlərin
(məsələn, turizm
və ya nəqliyyat) istehsalı ilə məşğul olan sektorlarda iş yerlərinin yaradılması zəruridir.
Ticari mal və xidmətlər sektorunun iştirakçıları
beynəlxalq rəqabətlə
üzləşirlər və
bu da adətən,
məhsuldarlıqda sürətli
artıma gətirib çıxarır.
Sənəddə həmçinin qeyd
olunur ki, 2025-ci ildən sonrakı dövrdə yoxsulluq ünvanlı şəkildə
tam aradan qaldırılacaq, keyfiyyətli
səhiyyə xidmətlərinə
və təhsilə çıxış imkanları
genişləndiriləcəkdir. Ötən on il ərzində keçilmiş yolu davam edərək, dövlət iqtisadi inkişafın ən
yoxsul insanları əhatə etməsini və beləliklə də ünvanlı olaraq yoxsulluğun aradan qaldırılmasını
təmin edəcək.
2025-ci ildən sonrakı
dövrdə yoxsulluq probleminin həllinə iki yanaşma olacaq: layiqli iş yerlərinin sayının artırılması;
əməkhaqqı və
digər gəlirləri
ilə ən zəruri ehtiyaclarını
ödəyə bilməyən
insanlara ünvanlı
sosial dəstək. Minimum əməkhaqqı məbləğində tədrici
artım işləyən
yoxsul insanların xüsusi çəkisini minimuma endirəcək. Xüsusən də minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60 faizinə
yaxınlaşacaq.
Samir Mustafayev
Mövqe.- 2019.- 1
iyun.- S.10