İkili standartlar yenə Qarabağ münaqişəsinin həllində
böyük əngələ
çevrilib
Elman
Nəsirov: “İkili standartların aradan qaldırılması
beynəlxalq təşkilatların Qarabağla bağlı qəbul
etdiyi sənədlərin icra olunması anlamına gələcək”
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu günlərdə Dağlıq
Qarabağ məsələsinə
toxunarkən bir daha bəyan edib ki, sözügedən
məsələdə Azərbaycana
münasibətdə ikili
standartlar tətbiq olunur. O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi
yalnız Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində və BMT qətnamələrinə
uyğun şəkildə
həll oluna bilər.
Türkiyəli nazirin sözlərinə görə, baxmayaraq ki, Azərbaycan torpaqlarının 20 faizindən
çoxu Ermənistan
tərəfindən işğal
olunub, hələ də Azərbaycana qarşı ikili standartlar tətbiq olunur. Belə ki, bütün beynəlxalq hüquq və qanunlar Dağlıq Qarabağı
Azərbaycan ərazisi
kimi tanıyır. Lakin buna baxmayaraq,
dünyanı idarə
edən güclər hələ də münaqişənin ədalətli
həllinə əngəl
olmaqda davam edirlər. Onlar bir tərəfdən,
Azərbaycanın ərazi
bütövlüyünü tanıdıqlarını bəyan
edirlər, ancaq digər tərəfdən
də ATƏT-in Minsk qrupu olaraq
nə özləri münaqişənin həllinə
çalışır, nə
də ki, işğalçıya qarşı
təzyiqləri işə
salırlar. Bu kimi ikili standartın
davam etməsinin özü hansı təhdidlər yaradır?
Onun aradan qaldırılması, xüsusən
də yaxın zamanlarda, Dağlıq Qarabağ münaqişəsilə
bağlı hadisələrin
gedişinə hansı
istiqamətdə təsir
göstərəcək?
Milli Məclisin
deputatı, politoloq Elman Nəsirov oncə qeyd etdi ki, müasir
dövrdə beynəlxalq
hüquq işləmir:
“Türkiyə xarici işlər naziri Çavuşoğlunun Ermənistanın
işğalçılıq siyasətilə bağlı
fikirləri tam olaraq reallığı əks etdirir. Xüsusən də onun dünyada mövcud olan ikili standartlarla bağlı söylədiyi
fikirlər də bir həqiqətdir. Bu reallıqlar fonunda Ermənistan da onun fərqindədir.
İrəvan görür ki, özünün təcavüzkar
siyasətilə bağlı
hər hansı bir beynəlxalq təşkilatın kəskin
reaksiyası yoxdur. Hətta qəbul edilən qətnamələr
belə kağız üzərində qalır,
İrəvan buna görə cəzalandırılmır.
Nəticədə işğalçıda
illüziya formalaşır
ki, işğalı davam etdirsə də buna görə
cəzalandırılmayacaq. Bu, ikili standartların
birbaşa nəticəsidir.
Ən dəhşətlisi
odur ki, bugünkü beynəlxalq
siyasətdə ikili standartları həm də ictimai fikrə bir standart kimi sırımaq cəhdləri də geniş yayılıb.
Beynəlxalq təşkilatların qəbul
etdiyi sənədlərdə
manipulyasiyanın olması
da acı təəssüf doğurur.
Necə ola bilər ki, BMT Təhlükəsizlik
Şurasının Dağlıq
Qarabağ konfliktilə
bağlı qəbul etdiyi 4 qətnamə bu günə qədər icra olunmur, İrəvan ona məhəl qoymur və buna görə ona heç bir cəza verilmir.
Amma Liviya ilə bağlı sözügedən qurumun qəbil etdiyi qətnamə iki saatdan sonra icra
olunmağa başlayır.
Başqa bir halda isə hətta BMT Təhlükəsizlik
Şurasının qərarı
olmadan belə Yuqoslaviya bombalanır. Bütün bunlar müasir dünyamızın
acı reallığıdır.
Bu gün beynəlxalq hüquq işləmir. Nəticədə
hüququn gücü
deyil, gücün hüququ işləyir. “Kim güclüdür, o da haqlıdır” prinsipi bu gün
beynəlxalq siyasətdə
hakimdir. Azərbaycan bütün bu reallıqların fərqindədir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarında
dəfələrlə qeyd
edib ki, yeganə çıxış
yolumuz güclənməyimizdən
keçir. Yəni güclü olduqca münaqişənin həllilə
bağlı imkanlarımız
da genişlənir. Bu istiqamətdə ciddi işlər də görülür. Azərbaycan iqtisadi baxımdan regionun lider dövlətidir. Hərbi baxımdan da ölkəmiz dünyanın
ən güclü ordularından birinə malikdir, bu istiqamətdə
ilk 50-liyə daxilik. Azərbaycan münaqişəni
dinc yolla həll etmək istəyir. Lakin hər şeyin sonu olduğu kimi, Ermənistan tutduğu qeyri-konstruktiv mövqedən əl çəkməsə, onda
güc tətbiqi məsələsi də aktuallaşa bilər. Bu zaman da bütün
məsuliyyət Ermənistanın
üzərinə düşəcək”.
Deputat qeyd
etdi ki, ikili standartlar fonunda cəmiyyətin beynəlxalq hüquqa, hüququn aliliyinə etimadı sarsılır. Dağlıq
Qarabağ münaqişəsilə
bağlı ikili standatların hökm sürməsi də anoloji vəziyyəti yaradır: “İkili standartların olması əslində, beynəlxalq
siyasətdə ciddi gərginlik yaradır. İnsanların, dövlətlərin
beynəlxalq hüquqa,
beynəlxalq qurumların
qəbul etdiyi qətnamələrə etimadı azalır. Ona görə də hazırda dövlətlər arasında
etimadsızlıq mühiti
formalaşmaqdadır. Bunun
da əsas səbəbkarı ikili standartlardır. İkili standartları ortaya atanlar da böyük
dövlətlərdir. Bunlar
acı həqiqətlərdir.
Amma eyni zamanda ikili standartların
ləğvi də onu yaradanların hesabına mümkündür.
İkili standartlara daha çox kiçik dövlətlər
məruz qalır və onun ləğvi
onların işi deyil. Bu ancaq
böyük dövlətlərin
və onu yaradanların gücü çatan məsələdir.
Ona görə də ikili standartların
mövcud olduğu şəraitdə haqdan-ədalətdən
danışmaq mümkünsüzdür.
Təəssüf ki, dünyada hər şey hamar getmir. Dünyada qorxulu tendensiyalar, qorxulu yeni-yeni çağırışlar meydana
gəlməkdədir. İkili
standartlar da onların yaranması üçün münbit
şəraiti təmin
edir”.
Politoloqun fikrincə, ikili
standartın aradan götürülməsi Qarabağ
konfliktinin gedişinə
həll istiqamətində
ciddi təsir göstərəcək: “İkili
standartların aradan qaldırılması o deməkdir
ki, BMT Təhlükəsizlik
Şurasının qəbul
etdiyi 4 qətnamə icra olunmalıdır.
BMT nizamnaməsinin 25-ci maddəsi
də buna imkan verir. Burada
yazılır ki, BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi qətnamə icbaridir. Ancaq onun icra
olunmasına məhz ikili standartlar imkan vermir. Bu
mənada da ikili standartların aradan qaldırılması
beynəlxalq təşkilatların
Qarabağla bağlı
qəbul etdiyi sənədlərin icra olunması anlamına gələcək. Həmin
sənədlərdə isə
münaqişənin Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həlli məsələsi
əsas prinsip kimi irəli sürülüb. Yəni
ikili standartların ləğvi münaqişənin ədalətli
həlli demək olacaq. Amm təəssüf
ki, hələlik bu baş verməməkdədir”.
Rüfət NADİROĞLU
Mövqe.- 2019.- 4
iyun.- S.3