Nəsimi rayonunda “ Nəsimi ili” münasibəti ilə 164
nömrəli məktəbdə
tədbir keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “ Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında”
2018-ci il 15 noyabr tarixli, 689 nömrəli və 2019-cu ilin Azərbaycan Respublikasında “ Nəsimi ili” elan edilməsi
haqqında 2019-cu il
11 yanvar tarixli, 886 nömrəli Sərəncamlarının
icrası ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı
ilə tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən rayonda Azərbaycan xalqının
çoxəsrlik ənənələrə
malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair
İmadəddin Nəsiminin
zəngin irsini gənc nəslə sevdirmək, klassik irsə məhəbbət
aşılanması üçün silsilə tədbirlər təşkil edilib keçirilir.
Növbəti tədbir Nəsimi rayonu 164 nömrəli tam orta məktəbdə
keçirildi.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının
birinci müavini Gülarə Verdiyeva bildirmişdir ki, şərq xalqlarının mədəni
sərvətlər xəzinəsində
özünəməxsus layiqli
yer tutan Nəsimi yaradıcılığı
elmi-ədəbi fikrin
diqqət mərkəzindədir.
Şairin irsinin tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü
ilə Nəsiminin 600
illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. 1979-cu ildə Bakı şəhərinin Nəsimi
rayonunda Nəsiminin heykəli ucaldılmışdır. Natıq “Nəsimi ili” ilə bağlı Nəsimi rayonunda keçirilmiş tədbirlər
barədə də məlumat verdi.
Daha sonra
tədbir məktəblilərin
hazırladıqları ədəbi-bədii
kompozisiya ilə davam etdi.Tədbirdə iştirak edən xalq artisti Rasim Balayev
məktəblilərin suallarını
cavablandırdı.
Mövqe.- 2109.- 8
iyun.- S.-11