Sahibkarlığın inkişafına xidmət edən strateji yol xəritəsi
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında kiçik
və orta sahibkarlıq səviyyəsində
istehlak mallarının
istehsalına dair Strateji Yol Xəritəsi"
ölkəmizdə sahibkarlıq
və biznes mühitinin yaxşılaşdırılması
üçün yaxşı
imkanlar açıb.
Sahibkarlığın inkişafı
məqsədilə həyata
keçiriləcək kompleks
tədbirlər sistemini
özündə ehtiva
edən sənəddə
islahatların konkret istiqamətləri də əksini tapıb.
Sənəddə qeyd olunur ki,
sahibkarlıq fəaliyyəti
üçün lisenziya
və icazələrin
sayının və ödənilən rüsumların
məbləğlərinin dəfələrlə
azaldılması; icazələrin
verilməsi prosedurlarının
sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması
üzrə işlərin
davam etdirilməsi; sahibkarların hüquqlarının
qorunması ilə bağlı Apellyasiya Şuralarının yaradılması;
ölkə ərazisindən
tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin
tətbiq olunması; ölkədə investisiyaların
təşviqinin artırılması
məqsədilə 7 il
müddətində vergi
və gömrük güzəştlərinin verilməsi;
idxal-ixrac əməliyyatları
zamanı gömrük
prosedurlarının sadələşdirilməsi
məqsədilə elektron
gömrük xidmətlərinin
daha da genişləndirilməsi;
tələb olunan sənədlərin və
prosedurların sayının
minimuma endirilməsi; malların və nəqliyyat vasitələrinin
gömrük sərhədindən
keçirilməsi üçün
“Yaşıl dəhliz”
və beynəlxalq təcrübədə mövcud
olan digər buraxılış sistemlərinin
yaradılması; dövlət satınalmalarında təkmilləşdirmələrin
aparılması, dövlət
orqanlarında sahibkarların
müraciətlərinin birbaşa
cavablandırılmasını həyata keçirən, məlumatlandırma və
məsləhət xidmətləri
göstərən çağrı
mərkəzlərinin yaradılması
və s. işlər
həyata keçirilib.
Azərbaycanda biznes mühiti daha da yaxşılaşdırılıb
və ölkə Dünya Bankının “Doing Business” hesabatında bəzi göstəriciləri üzrə
(məsələn, biznesə
başlama, 9 əmlakın
qeydiyyatı) yüksək
nəticə əldə
edib. Beynəlxalq təcrübəyə uyğun elektron hökumət portalının
yaradılması ilə
dövlət xidmətləri
daha da genişləndirilib.
Ölkədə KOS subyektlərinin
inkişafına birbaşa
təsir edəcək
islahatların ünvanlılığının
təmin olunması üçün Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2015-ci il
5 iyun tarixli 215 nömrəli "İri,
orta və kiçik sahibkar meyarları"nın təsdiq
edilməsi haqqında”
qərarı ilə
KOS subyektlərinin meyarları
müəyyənləşdirilib.
Sənəddə ölkədə sahibkarlığın inkişafı,
onun rəqabətqabiliyyətliliyinin
artırılması istiqamətində
dövlət tənzimlənməsinin
təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun
cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması
və əlverişliliyinin
daha da artırılması,
bu sahədə mütərəqqi tənzimləmə
və hüquqi bazanın olması vacib məsələlər
kimi dəyərləndirilir.
Qeyd olunur ki, göstərilən
hədəflərə nail
olmaq üçün
dövlət tərəfindən
ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin
inkişaf etdirilməsi,
sahibkarlıq fəaliyyətinə
qanunsuz müdaxilələrin
və süni maneələrin aradan qaldırılması, rəqabətqabiliyyətliliyinin
və ixrac imkanlarının genişləndirilməsi, sahibkarlara
dövlət dəstəyi
və təşviq mexanizmlərinin formalaşdırılması,
beynəlxalq standartlara
uyğun elektron dövlət xidmətlərinin
göstərilməsi sahəsində
kompleks tədbirlər
həyata keçirilib.
Sahibkarlıq sahəsində son
illər ərzində
əldə olunmuş
sürətli inkişafın
davamlılığının təmin edilməsi və rəqabətqabiliyyətliliyin
möhkəmləndirilməsi, eləcə də beynəlxalq reytinqlərdə
Azərbaycanın mövqeyinin
daha da yaxşılaşdırılması
məqsədi ilə Komissiya yaradılıb.
Strateji Yol
Xəritəsinə əsasən,
bu prioritet çərçivəsində Azərbaycan dövləti
biznes mühitinin institusional əsaslarını
gücləndirəcək. Xüsusilə, azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes münasibətlərində
insan amilinin rolunun azaldılması ilə səmərəlilik,
hesabatlılıq və
şəffaflığın artırılması əsas
istiqamət kimi götürüləcək. Dövlətin daha bir rolu
xarici bazarlara çıxışın təmin
edilməsi üçün
azad ticarət sazişlərinin bağlanması,
texniki tənzimləmə
və milli standartlaşdırma sisteminin
beynəlxalq tələblərə
uyğun formalaşdırılmasını
təmin etməkdən
ibarət olacaq. Dövlət
vergi ödəyiciləri
ilə vergi orqanları arasında qarşılıqlı etimadın
və şəffaflığın
daha da artırılması
və optimal vergi yükü siyasəti vasitəsilə
biznes mühitinin səmərəliliyinin yüksəldilməsi
istiqamətində də
fəaliyyətini davam
etdirəcək.
Sənəddə qeyd olunur ki,
maliyyə sektoru və real sektor
arasında tarazlıq
nöqtəsinin müəyyən
edilməsi probleminin həlli Azərbaycanda rəqabət mühitinin daha da təkmilləşdirilməsi
yolu ilə mümkündür: "Yalnız
tam rəqabət şəraitində iqtisadiyyata
stimul verməklə yerli məhsul və xidmətlərin rəqabətqabiliyyətliliyini artırmaq olar. Rəqabət mühitinin təkmilləşdirilməsi
sağlam və tam təkmil rəqabət qanunvericiliyinin
olmasını, bu qanunvericiliyin effektiv və müstəqil fəaliyyət göstərən
rəqabət qurumu tərəfindən tətbiqini
və ümumilikdə
rəqabət prinsiplərinə
əməl edən, rəqabətin inkişafındakı əngəlləri
aradan qaldıran və inhisarçılığa
yol verməyən iqtisadi siyasətin gerçəkləşdirilməsini tələb edir. Rəqabət qanunvericiliyinin
pozulması hallarının
ilkin araşdırılması
və aşkar edilmiş qanun pozuntuları ilə bağlı qərarların
qəbul edilməsi iki fərqli fəaliyyət istiqaməti
olduğundan onların
müvafiq ixtisaslaşması
tələb olunur. Bu baxımdan, qabaqcıl xarici (ABŞ, Avstriya, Latviya, Litva, Macarıstan, Çexiya və s.) təcrübəyə
uyğun olaraq Azərbaycanda müstəqil
fəaliyyət göstərən
rəqabət orqanının
yaradılması nəzərdən
keçiriləcək və
beynəlxalq təcrübəyə
uyğun Rəqabət Məcəlləsi
qəbul ediləcəkdir".
Sənədə əsasən, qabaqcıl beynəlxalq standartlara uyğunluq və dünyanın aparıcı
ölkələrində tətbiq
olunan vergi xidmətlərinin əksəriyyətinin
göstərilməsi qarşıya
məqsəd qoyulub. Bu məqsədlə özəl sektorun inkişafını və
sahibkarlıq subyektlərinin
rəsmiləşdirilməsini təşviq edən, real vergi tarifləri
olan, səmərəli
və ədalətli vergi və icra
sisteminin təqdim edilməsi istiqamətində
islahatlar davam etdirilir. Vergi sistemi və
onun idarə olunması əlverişli
biznes mühitinin əhəmiyyətli bir hissəsi olduğundan, Azərbaycanda sahibkarlıq
subyektləri tərəfindən
vergi ödənişlərinin
həyata keçirilməsini
asanlaşdıran islahatlar
aparılıb: "Şəffaflığı
artıraraq, vergi ödəyiciləri ilə
vergi orqanları arasında qarşılıqlı inamı gücləndirmək, eləcə
də davamlı iqtisadi inkişafın təşviqində vergi potensialını müəyyən
etmək üçün
vergi sistemi və inzibatçılığının
təkmilləşdirilməsi sahəsində islahatlar davam etdiriləcək. Bu istiqamətdə irəliləmək
məqsədilə, digər
ölkələrdə şirkətlərin
vergi yükü və bütün əməliyyatlar üçün
dəyər zənciri
boyunca vergilər nəzərə alınaraq,
ədalətli vergi səviyyəsi qiymətləndiriləcək.
Sahibkarlıq subyektlərinə
lazım olan maliyyə öhdəliyinin
proqnozlaşdırılması üçün ölkənin
vergi öhdəliklərinin
aydın müəyyənləşdirilməsi
və proqnozlaşdırılması
sahəsində mümkün
islahatlar təhlil ediləcək və qiymətləndiriləcək. Bu islahatlar
çərçivəsində sahibkarlıq subyektlərinin
rəsmi qeydiyyatını
təşviq etmək
və vergi bazasını genişləndirmək
məqsədilə vergi
əməletməsi xərclərinin
azaldılması təşəbbüsləri
nəzərdən keçiriləcək.
İcra olunan islahatlarla yanaşı, iqtisadi fəaliyyətin stimullaşdırılması,
prioritet sektorlarda inkişafın təşviqi
və xarici investisiyanın cəlb edilməsi üzrə fərqlənən vergi qaydalarının təsiri
davamlı olaraq qiymətləndiriləcək".
Strateji Yol Xəritəsində
həmçinin qeyd olunur ki, islahatların
səmərəli icrasını
təmin etmək üçün proses ərzində müvafiq hesabatlılıqla yanaşı,
vergi inzibatçılığı
kimi digər amillərin rolu da təhlil ediləcək və müvafiq formada nəzərə alınacaq.
Vergi sistemindən əldə edilən vəsaitlərin
dövlət proqramları
vasitəsilə iqtisadi
artıma və iş yerlərinin açılmasına töhfə
verən şirkətləri
stimullaşdırmaqla, iqtisadi
inkişafa dəstək
verən sahələrə
investisiya edilməsi imkanları təhlil ediləcək: "Əlverişli
biznes mühitinin
inkişafı üçün
elektron hökumət xidmətlərinin müasir
texnologiyaların tətbiqi
genişləndirilməklə və onlardan istifadə imkanları sadələşdirilməklə təkmilləşdirilməsi davam
etdiriləcəkdir. Dövlət e-ödəniş, e-vergi,
e-intellektual idarəetmə
və s. elektron xidmətlərin təşkilini
genişləndirməklə, rəqəmsal iqtisadiyyatın
inkişafını dəstəkləyəcək
və beləliklə
də, dövlət idarəetməsinin təkmilləşdirilməsi
ümumi iqtisadi səmərəliliyin artırılmasını təmin edəcəkdir".
Samir Mustafaye
Mövqe.- 2019.- 12 iyun.-S.10