Nağdsız ödənişlərin genişləndirilməsi
təmin edilir
Ölkənin
sosial-iqtisadi cəhətdən sürətlə modernləşməsi
Azərbaycanda da sahibkarlıq subyektlərinin fəaliyyətində
şəffaf maliyyə mexanizmlərinin tətbiqini zərurətə
çevirib. Şəffaflıq və hesabatlılığın
təmin edilməsi hazırkı dönəmdə
özəl sektorun inkişafının vacib meyarı kimi çıxış edir.
Bu baxımdan ölkədə nağdsız
ödəniş sisteminin
müsirləşdirilməsi maliyyə-bank sisteminin inkişafı ilə yanaşı, cəmiyyətdə
şəffaf maliyyə
mexanizmlərinin tətbiqi,
vergi bazasının genişlənməsi baxımından
vacibdir.
Son illər Azərbaycanda
qeyri-nağd ödənişlərin
artması aidiyyəti
dövlət strukturlarının,
ilk növbədə,
Mərkəzi Bankın,
Vergilər Nazirliyinin,
İqtisadi İnkişaf
Nazirliyinin bu sahədə həyata keçirdiyi tədbirlərin,
maarifləndirmə-təşviqat işinin uğurlu nəticəsidir. Ticarət,
xidmət və ictimai iaşə obyektlərində POS-terminalların
quraşdırılmasının təmin edilməsi ilə ölkədə fəaliyyət göstərən
banklarla birlikdə texniki, eyni zamanda,
məlumatlandırma və
maarifləndirmə işləri
həyata keçirilir.
Qarşıda duran əsas
vəzifələrdən biri
nağdsiz ödənişlərin
stimullaşdırılması, həmçinin vergi, rüsum, icarə haqqı və digər ödənişlərin
dövlət qurumlarına
birbaşa ödənilməsi
yolu ilə bankdan kənar nəğd qaydada aparılmasının minumuma
endirilməsi istiqamətində
işlərin genişləndirilməsidir.
Nazirlər Kabinetinin
2012-ci il oktyabrın
4-də təsdiq etdiyi
«Azərbaycan ərazisində
POS-terminalların quraşdırılması,
istifadəsi və tətbiqi Qaydaları»nda ölkədə POS-terminalların
quraşdırılması prosesi 2015-ci ilin sonunadək əsasən başa çatdırılıb.
Qaydalara edilmiş əlavələrə
görə, Bakıda,
Gəncədə və
Sumqayıtda bu proses 2012-ci ildə, Abşeron, Mingəçevir,
Şirvan, Şəki,
Lənkəran, Yevlax,
Bərdə, Naxçıvan,
Quba, Xaçmaz, Masallı, Göyçay,
Şamaxı, Zaqatala,
Şəmkir, Tovuz, Salyan, Sabirabad rayonlarında və şəhərlərində (kənd
və qəsəbələr
istisna olmaqla) - 2013-cü ildə,
digər rayon mərkəzlərində (kənd
və qəsəbələr
istisna olmaqla)
2014-cü ildə başa
çatdırılıb. Sənədə əsasən,
ölkənin bütün
kənd və qəsəbələrində 90 minə yaxın POS-terminallar quraşdırılıb.
Sosial-iqtisadi inkişafın keyfiyyətcə
yeni mərhələsində
qeyri-nəğd ödəniş
sisteminin iqtisadi həyatın bütün
sahələrində tətbiqi
ciddi zərurət kimi meydana çıxıb.
Hökumət səviyyəsində
həyata keçirilən
məqsədyönlü və
ardıcıl tədbirlər
yaxın illərdə
bu sahədə əhəmiyyətli dönüşün
baş verəcəyini
əminliklə söyləməyə
ciddi əsaslar yaradır. Hökumət müasir mexanizmlərin tətbiqi yolu ilə cəmiyyətdə
özünü göstərən
neqativ hallara, o cümlədən vergidən
yayınma və korrupsiyaya qarşı mübarizə tədbirlərini
genişləndirmək niyyətindədir.
Nağdsız ödəniş sistemlərinin
inkişafı məhz
informasiya kommunikasiya texnologiyalarının (İKT) müasir
inkişaf səviyyəsinə
çatmasından sonra
mümkün olmuşdur.
"Azərbaycan Respublikasının
inkişafı naminə
informasiya kommunikasiya texnologiyaları üzrə
Milli Strategiya"da müəyyənləşdirilən hədəflərdən biri
də məhz nağdsız ödənişlər
sisteminin inkişaf etdirilməsidir. Hazırda
ölkədə nağdsız
ödənişlərin həyata
keçirilməsi məsələsi
istər fərdi cihazlarla, istərsə də xüsusi ödəniş terminalları
vasitəsilə həllini
tapıb.
Bu baxımdan
son illərdə bir sıra mühüm
sənədlər qəbul
olunmuşdur. Xüsusən də dövlət başçısı tərəfindən
"Azərbaycan Respublikasında
Milli Ödəniş
Sisteminin (MÖS) İnkişafı
üzrə 2005-2007-ci illər
üçün Dövlət
Proqramı" təsdiqlənməsi
yaradılan milli ödəniş sisteminin imkanlarından daha aktiv istifadə olunmasını, bütün
ölkə üzrə
vahid elektron ödəniş məkanının yaradılmasını,
hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə
çıxış imkanlarının
artırılmasını mümkün
edib. Adı çəkilən proqram ödəniş sistemləri
sahəsində aparılan
islahatların əhatə
dairəsinin genişləndirilməsini
və regionlara istiqamətləndirilməsini təmin
edib.
Dövlət Proqramının əsas hədəflərində
biri də kommunal xidməti müəssisələrinin daxili
informasiya sistemlərinin
inkşaf etdirilərək
Milli Ödəniş
Sistemi infrastrukturuna texnoloji inteqrasiyanın həyata keçirilməsi,
kommunal xidmətlər
üzrə ödənişlərin
yığım səviyyəsinin
və şəffaflığın
daha da artırılması və
bu sahədə maliyyə dövriyyəsinin
bank sisteminə cəlb edilməsi idi. Bununla bağlı, Milli Ödəniş Sisiteminin yeni bir komponentinin - Kütləvi Ödənişlər
üzrə Mərkəzləşdirilmiş
İnformasiya Sisteminin
(KÖMİS) konsepsiyası təsdiq edildi.
MÖS infrastrukturunun
növbəti inkişaf
mərhələsində dövlət
büdcəsinə ödənişlərin
bankdan kənar nağd qaydada aparılmasının aradan
qaldırılması, modern
və çevik idarəetmənin təmin
edilməsi üçün
dövlət orqanları
tərəfindən göstərilən
xidmətlərə
görə rüsumların
və digər ödənişlərin real
vaxt rejimində, elektron formada ödənilməsinin təmin
edilməsi məqsədi
ilə Mərkəzi Bank tərəfindən xüsusi bir layihə həyata keçirildi. Belə ki, KÖMİS-in bazasında “Hökumət
Ödəniş Portalı”
(HÖP) yaradıldı.
Ölkədə müxtəlif nağdsız
ödəniş sistemlərinin
yaradılmasının əsas
mahiyyəti irili-xırdalı
bütün ödənişlərin
abonent bazasını yaratmaqla, ödəniş
prosesinin səmərəliliyini
və şəffaflığını
təmin etmək, vətəndaşlara ən
müasir ödəniş
mexanizmləri vasitəsilə
ödəmələrin
aparılmasına şərait
yaratmaqdandır. Nağdsız ödənişlərin həcminin
artırılması nəticəsində
dövriyyədə olan
nağd pul kütləsinin əksər
hissəsi banklara cəlb edilir ki, bu da
da pul siyasətinin
effektiv həyata keçirilməsinə, investisiya
potensialının yüksəldilməsinə
gətirib çıxarır.
Mövcud imkanlardan daha
səmərəli istifadə
edilməsi, bank xidmətlərinə çıxış
imkanının artırılması,
nağdsız ödənişlərdən
istifadənin genişləndirilməsi
məqsədilə "Elektron
Hökumət" portalının
operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mərkəzi Bank arasında əməkdaşlıq
sayəsində "Hökumət
Ödəniş" portalı
yenilənərək "Elektron
Hökumət" portalına
inteqrasiya edilib. Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
HÖP infrastrukturuna inteqrasiyası
üçün "Hökumət
Ödəniş Portalı
ilə əməliyyatların
aparılmasına dair"
Kollektiv saziş imzalanıb. HÖP-ə inteqrasiya
üçün ən
müasir texnoloji həllərə əsaslanan
informasiya mübadiləsi
servisləri tətbiq
olunub.
"Elektron Hökumət"
portalına inteqrasiya edilmiş "Hökumət
Ödəniş Portalı"
müxtəlif ödənişləri
"Kommunal", "Rabitə",
"İpoteka", "Büdcə"
kimi qruplarda birləşdirir. Vətəndaşlar, o cümlədən sahibkarlar
istənilən qrup üzrə ödəniş
etmək üçün
xidmətin adını
və ödəniş
üçün tələb
olunan informasiyaları
daxil edərək yaratdığı xidməti
yadda saxlaya və ödənişi reallaşdıra bilərlər.
Sistem üzrə bütün sahələr
üzrə ödənişlər
ödəmə tarixçəsində
saxlanılır və
istənilən vaxt baxılması mümkündür.
Həmçinin, yeni sistem vasitəsilə vətəndaş bir neçə xidmət üçün birlikdə
ödəniş etmək
imkanına malikdir. Portalda əks olunan "Kommunal" bölməsi vasitəsilə
"Azəriqaz", "Azərsu",
"Azəristilik", "Azərişıq" üzrə
ödənişləri çevik
və operativ şəkildə icra etmək mümkündür.
Portalın "Rabitə" bölməsi
isə "Azərcell",
"Nar Mobile",
"Bakcell", Stasionar
Telefon Xidmətləri
üzrə ödənişləri
bir arada toplayır. Artıq vətəndaşlar rabitə
borcunu vahid məkandan faydalanaraq ödəyə bilirlər.
"İpoteka" bölməsi
üzrə kreditin kodu daxil olunmaqla
çevik ödəniş
təmin edilir.
"Büdcə"
bölməsi Daxili İşlər Nazirliyi, Dövlət Gömrük
Komitəsi, Dövlət
Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə
Dövlət Komitəsinin
ödəniş xidmətləri
inteqrasiya olunub. Artıq vətəndaşlar
cərimə, dövlət
rüsumu kimi ödənişləri portal
üzərindən reallaşdırırlar.
"Məlumatları yenilə" üstünlüyü
ilə istifadəçi
bəzi fərdi məlumatları sistem tərəfindən dərhal
əldə edə bilir. Yadda saxla
və imtina düymələri vasitəsilə
vətəndaşa çıxan
məlumatdan faydalanmaq
imkanı verilir. Axtarış servisi vasitəsilə xidmətlər
üzrə axtarış
etmək sadələşdirilib.
Ən əsası,
vətəndaşlar, hüquqi
və fiziki şəxslər bir məkandan, yəni "Elektron Hökumət" portalından bütün ödənişlərini reallaşdırdığı
vaxtda portal üzərindən digər
xidmətlərə də
müraciət edə
bilirlər. Beləliklə,
"Elektron Hökumət"in
mühüm prinsipi olan "bir pəncərə" üzrə
xidmət təminatı
ödənilmiş olur.
Samir Mustafayev
Mövqe.- 2019.- 14
iyun.- S.10