Biznes sektoruna dövlət dəstəyi ardıcıl xarakter alıb

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin "Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında" Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu "Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi" yaradılıb.

 

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Kiçik Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanla mərkəzi yerli icra hakimiyyəti bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin verdikləri hüquqmüəyyənedici sənədlərin vahid "G2B" (dövlətbiznes) elektron reyestrinin yaradılması nəzərdə tutulub.

 

Fərmanla Kiçik Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi, habelə "Azərbaycan Respublikasının Kiçik Orta Biznesin İnkişafı Agentliyinin strukturu", habelə "Kiçik orta biznes evlərində mikro, kiçik orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı" təsdiq edilib.

 

Fərmanla müəyyən edilib ki, Azərbaycan Respublikasının Kiçik Orta Biznesin İnkişafı Agentliyi (bundan sonraAgentlik) ölkədə mikro, kiçik orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir; Agentliyin nizamnamə fondu 5 milyon manatdır dövlət büdcəsinin vəsaiti hesabına formalaşır; Fərmanda nəzərdə tutulan reyestrin operatoru funksiyalarını Agentlik həyata keçirir; Agentlik öz fəaliyyətində sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət rahatlıq prinsiplərini rəhbər tutur; Agentliyin Aparatının işçilərinin say həddi 240 ştat vahididir.

 

Fərmana əsasən, Nazirlər Kabineti, Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılmasına dair təkliflərini hazırlayaraq üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Yeni qurumun yaradılması ilə əlaqədar fərmanla İqtisadiyyat, Ədliyyə Vergilər nazirliklərinə, habelə Gömrük Komitəsinə bir sıra tapşırıqlar verilib.

 

Xatırladaq ki, belə bir dövlət qurumunun yaradılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kiçik orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə öz əksini tapmışdı. Sözügedən sənədə görə sahibkarlıq fəaliyyəti üçün lisenziya icazələrin sayının ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması üzrə işlərin davam etdirilməsi; sahibkarların hüquqlarının qorunması ilə bağlı Apellyasiya Şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasındabir pəncərəprinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları

 

zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; tələb olunan sənədlərin prosedurların sayının minimuma endirilməsi; malların nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçünYaşıl dəhliz beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin yaradılması; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması s. işlər həyata keçirilib.

 

Azərbaycanda biznes mühiti daha da yaxşılaşdırılıb ölkə Dünya BankınınDoing Business 2017” hesabatında bəzi göstəriciləri üzrə (məsələn, biznesə başlama, 9 əmlakın qeydiyyatı) yüksək nəticə əldə edib. Beynəlxalq təcrübəyə uyğun elektron hökumət portalının yaradılması ilə dövlət xidmətləri daha da genişləndirilib. Ölkədə KOS subyektlərinin inkişafına birbaşa təsir edəcək islahatların ünvanlılığının təmin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015- ci il 5 iyun tarixli 215 nömrəli "İri, orta kiçik sahibkar meyarları"nın təsdiq edilməsi haqqındaqərarı ilə KOS subyektlərinin meyarları müəyyənləşdirilib.

 

Strateji Yol Xəritəsinə əsasən, bu prioritet çərçivəsində Azərbaycan dövləti biznes mühitinin institusional əsaslarını gücləndirməlidir. Xüsusilə, azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması ilə səmərəlilik, hesabatlılıq şəffaflığın artırılması əsas istiqamət kimi götürülməlidir. Dövlətin daha bir rolu xarici bazarlara çıxışın təmin edilməsi üçün azad ticarət sazişlərinin bağlanması, texniki tənzimləmə milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılmasını təmin etməkdən ibarət olacaq. Dövlət vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın şəffaflığın daha da artırılması optimal vergi yükü siyasəti vasitəsilə biznes mühitinin səmərəliliyinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

 

Sənəddə qeyd olunur ki, maliyyə sektoru real sektor arasında tarazlıq nöqtəsinin müəyyən edilməsi probleminin həlli Azərbaycanda rəqabət mühitinin daha da təkmilləşdirilməsi yolu ilə mümkündür: "Yalnız tam rəqabət şəraitində iqtisadiyyata stimul verməklə yerli məhsul xidmətlərin rəqabətqabiliyyətliliyini artırmaq olar. Rəqabət mühitinin təkmilləşdirilməsi sağlam tam təkmil rəqabət qanunvericiliyinin olmasını, bu qanunvericiliyin effektiv müstəqil fəaliyyət göstərən rəqabət qurumu tərəfindən tətbiqini ümumilikdə rəqabət prinsiplərinə əməl edən, rəqabətin inkişafındakı əngəlləri aradan qaldıran inhisarçılığa yol verməyən iqtisadi siyasətin gerçəkləşdirilməsini tələb edir. Rəqabət qanunvericiliyinin pozulması hallarının ilkin araşdırılması aşkar edilmiş qanun pozuntuları ilə bağlı qərarların qəbul edilməsi iki fərqli fəaliyyət istiqaməti olduğundan onların müvafiq ixtisaslaşması tələb olunur. Bu baxımdan, qabaqcıl xarici (ABŞ, Avstriya, Latviya, Litva, Macarıstan, Çexiya s.) təcrübəyə uyğun olaraq Azərbaycanda müstəqil fəaliyyət göstərən rəqabət orqanının yaradılması nəzərdən keçiriləcək beynəlxalq təcrübəyə uyğun Rəqabət Məcəlləsi qəbul ediləcəkdir".

 

Sənədə əsasən, qabaqcıl beynəlxalq standartlara uyğunluq dünyanın aparıcı ölkələrində tətbiq olunan vergi xidmətlərinin əksəriyyətinin göstərilməsi qarşıya məqsəd qoyulub. Bu məqsədlə özəl sektorun inkişafını sahibkarlıq subyektlərinin

 

rəsmiləşdirilməsini təşviq edən, real vergi tarifləri olan, səmərəli ədalətli vergi icra sisteminin təqdim edilməsi istiqamətində islahatlar davam etdirilir. Vergi sistemi onun idarə olunması əlverişli biznes mühitinin əhəmiyyətli bir hissəsi olduğundan, Azərbaycanda sahibkarlıq subyektləri tərəfindən vergi ödənişlərinin həyata keçirilməsini asanlaşdıran islahatlar aparılıb: "Şəffaflığı artıraraq, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı inamı gücləndirmək, eləcə davamlı iqtisadi inkişafın təşviqində vergi potensialını müəyyən etmək üçün vergi sistemi inzibatçılığının təkmilləşdirilməsi sahəsində islahatlar davam etdiriləcək. Bu istiqamətdə irəliləmək məqsədilə, digər ölkələrdə şirkətlərin vergi yükü bütün əməliyyatlar üçün dəyər zənciri boyunca vergilər nəzərə alınaraq, ədalətli vergi səviyyəsi qiymətləndiriləcək.

 

Sahibkarlıq subyektlərinə lazım olan maliyyə öhdəliyinin proqnozlaşdırılması üçün ölkənin vergi öhdəliklərinin aydın müəyyənləşdirilməsi proqnozlaşdırılması sahəsində mümkün islahatlar təhlil ediləcək qiymətləndiriləcək. Bu islahatlar çərçivəsində sahibkarlıq subyektlərinin rəsmi qeydiyyatını təşviq etmək vergi bazasını genişləndirmək məqsədilə vergi əməletməsi xərclərinin azaldılması təşəbbüsləri nəzərdən keçiriləcək. İcra olunan islahatlarla yanaşı, iqtisadi fəaliyyətin stimullaşdırılması, prioritet sektorlarda inkişafın təşviqi xarici investisiyanın cəlb edilməsi üzrə fərqlənən vergi qaydalarının təsiri davamlı olaraq qiymətləndiriləcək".

 

Samir Mustafayev

Mövqe.- 2019.- 13 iyun.- S.10.