Kənd təsərrüfatındakı
innovativ yeniliklər fermerlərin işıni asanlaşdırır
İqtisadiyyat Nazirliyinin və
Birləşmiş Millətlər
Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin
birgə təşkilatçılığı
ilə “2030-cu ilədək
Dayanıqlı İnkişaf
üzrə Gündəliyi”nin
məqsədlərini təşviq
etmək, innovasiyaları
həvəsləndirmək, eyni zamanda "Azərbaycan 2020: Gələcəyə
Baxış" İnkişaf
Konsepsiyasının və
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin
icrasına dəstək
məqsədilə keçirilən
İkinci Respublika İnnovasiya Müsabiqəsinə
yekun vurulub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, dekabrın 10-da Bakı Biznes Mərkəzində müsabiqə qaliblərinə
mükafatlar təqdim
edilib.
Bununla əlaqədar təşkil
olunmuş tədbirdə
çıxış edən
İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, son illər Azərbaycanın innovasiya
proseslərinə inteqrasiyası,
innovasiya iqtisadiyyatına
keçidi təmin edən tədbirlərin təşviqi və reallaşdırılması strateji
proqram və sənədlərdə, o cümlədən
"Azərbaycan 2020: Gələcəyə
Baxış" İnkişaf
Konsepsiyası və müxtəlif sektorları
əhatə edən Strateji Yol Xəritələrində
öz əksini tapıb. Bu sənədlərin bir sıra hədəf və istiqamətləri
BMT-nin “2030-cu ilədək
Dayanıqlı İnkişaf
üzrə Gündəliyi”
ilə eynilik təşkil edir.
Diqqətə çatdırılıb ki,
qloballaşma şəraitində
innovasiya fəaliyyətinin
keyfiyyətcə yeni müstəvidə genişlənməsi,
innovativ yeniliklərin
yayılması, habelə
onların istehsal sahəsində tətbiqi ölkələr üçün
yeni çağırışlar
yaradır. Bu çağırışlara uyğun olaraq, ikinci ildir ki,
keçirilən Respublika
İnnovasiya Müsabiqəsinin
innovasiyalara marağı
daha da artırmaq
məqsədilə təşkil
edildiyini diqqətə
çatdıran Ş.Mustafayev
bu cür tədbirlərin innovasiya fəaliyyətinin stimullaşdırılması
və səmərəliliyin
artırılması, innovasiya
infrastrukturu çərçivəsində kiçik
və orta sahibkarlığın inkişafı
üçün zəruri
şəraitin yaradılması,
elmi-tədqiqat bazasının
təkmilləşdirilməsi və innovasiya fəaliyyətinin kadr potensialının inkişafı
baxımından əhəmiyyətini
vurğulayıb. Nazir bildirib
ki, müsabiqənin təşkili məqsədilə
dövlət qurumları
və BMT-nin nümayəndələrindən ibarət komissiya yaradılıb, ötən
müddət ərzində
müsabiqənin təşviqi
və ictimaiyyətin maarifləndirilməsi istiqamətində
bir sıra görüşlər keçirilib.
İkinci Respublika İnnovasiya Müsabiqəsinə marağın böyük
olduğunu qeyd edən nazir Ş.Mustafayev müsabiqə
çərçivəsində iqtisadi, sosial və ekoloji sahələri əhatə
edən 200-dən çox
layihə təqdim olunduğunu, belə tədbirlərin növbəti
illərdə də keçiriləcəyini diqqətə
çatdırıb.
BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Qulam
İshaqzai innovasiyaların
əhəmiyyəti barədə
danışıb, belə
müsabiqələrin gələcəkdə
innovativ sahələrə
investisiya qoyuluşlarının
təşviq edilməsinə,
elmi nailiyyətlərin
və innovasiyaların
müxtəlif sahələrdə
tətbiqinə, habelə
milli innovasiya sisteminin təkmilləşdirilməsinə töhfə verəcəyini
vurğulayıb.
Tədbirdə nəqliyyat, rabitə
və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə ən son texnoloji nailiyyətlərin
tətbiqinin iqtisadiyyatın
innovativ inkişafına
mühüm töhfə
veridiyini vurğulayıb,
innovativ layihələrin
dəstəklənməsi üçün
infrastrukturun yaradılması,
startap hərəkatının
genişləndirilməsi
istiqamətində görülən
dəstək tədbirləri
barədə məlumat
verib. Qeyd olunub ki, “Bakutel-2018” sərgisində startaplar uğurla təmsil olunub.
Mədəniyyət naziri Əbülfəs Qarayev yeni kreativ
sənayenin yaradılması,
kino, dizayn, musiqi, təsviri sənət və sahələrdə də innovativ düşüncələrin
tətbiqinin sürətləndirilməsinin
vacibliyini vurğulayıb.
Prezident yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək
elmi tədqiqatlar sahəsində insan resurslarının hazırlanması,
səmərəli maliyyələşdirmə
mexanizmlərinin tətbiqi
barədə məlumat
verib. Bildirilib ki, innovasiya layihələrinin qəbulunun
sadələşdirilməsi üçün "ASAN xidmət"in
"İdeya Bankı"
platformasından istifadə
olunub.
Tədbirdə İnnovasiya Müsabiqəsinin
hər il təşkilinə dair birgə tədbirlərin əlaqələndirilməsi üçün
İqtisadiyyat, Mədəniyyət,
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar nazirlikləri,
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi,
Milli Elmlər Akademiyası və “Ernst and Young” şirkətinin
Azərbaycan nümayəndəliyi
arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi
İqtisadiyyat naziri Şahin Mustafayev, Mədəniyyət naziri Əbülfəs Qarayev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
sədri Ülvi Mehdiyev, Milli Elmlər Akademiyasının
prezidenti Akif Əlizadə və “Ernst and Young”
şirkətinin Azərbaycan
nümayəndəliyinin rəhbəri
İlqar Vəliyev imzalayıblar.
Tədbirin sonunda
İnnovasiya Müsabiqəsində
qalib olmuş ilk üç layihənin, eləcə də həvəsləndirici
mükafata layiq görülmüş layihələrin
müəlliflərinə diplomlar
və mükafatlar təqdim olunub.
Samir Mustafayev
Mövqe.- 2019.- 21 iyun.- S.10.