Sahibkarlığın davamlı inkişafı strateji hədəflərdəndir

 

 

Müasir dünya reallığı göstərir ki, iqtisadi və sosial inkişafın aparıcı amillərindən birinə çevrilən sahibkarlıq fəaliyyəti, eləcə də özəl sektor olmadan əhalinin maddi rifah halının dinamik yüksəlişi mümkün deyildir. Dinamizm, təşəbbüs, yenilik, yüksək məhsuldarlıq anlayışları ilə assosiasiya təşkil edən sahibkarlığın inkişafı tərəqqi prosesinin sürətləndirilməsi ilə yanaşı, inkişafa yönəlmiş çoxsaylı yeni ideyaların ərsəyə gəlməsində mühüm rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyev ötən illərdə ölkədə özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşmışdır. Çünki özəl sektorun inkişafı, halal yolla maddi imkanlarını artıran vətəndaşların sayının artması dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində sabitlik tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjaziyanın, orta təbəqənin əhatəsini genişləndirir.

Təsadufi deyildir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsində böyük rol oynayan sahibkarlığın inkişafı hazırda dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım təşviq mexanizmlərinin tətbiqi ölkəmizdə geniş vüsət almışdır.

Bazar iqtisadiyyatı şəraitində sahibkarların fəaliyyətinə normal şərait yaratmadan ölkənin qarşısında duran strateji vəzifələri gerçəkləşdirmək, iqtisadi yüksəlişi təmin etmək, işsizliyin səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, eləcə , sosial xarakterli digər problemlərin həllinə nail olmaq mümkünsüzdür müasir cəmiyyətlərdə əsas iqtisadi dayaq rolunda məhz sahibkarlar çıxış edirlər. Bu məqama daim xüsusi diqqət yetirən cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, möhkəm orta təbəqə olarsa, kiçik orta şirkətlər güclənərsə, dövlət daha yaxşı nəticələr əldə edə bilər.

Qeyd edilənlərin məntiqi nəticəsi olaraq dövlət tərəfindən son 15 ildə sahibkarlara göstərilən diqqət qayğı daim artmış, onlara maddi vəsaitindən tutmuş hüquqi biliklərinin artırılması, informasiya təminatının gücləndirilməsi, yeni iqtisadi şəraitdə təcrübəsinin mənimsənilməsinə qədər müxtəlif yardımlar göstərilmişdir. Belə yardımlardan danışarkən, Biznes Tədris Mərkəzinin onun regionlarda strukturlarının yaradılması xüsusi qeyd olunmalıdır. Sözügedən mərkəz, bir tərəfdən, sahibkarları maarifləndirir, digər tərəfdən, onların maliyyə-investisiya təminatını yaxşılaşdırmaq üçün konkret tədbirlər həyata keçirir. Bu, dövlətin sahibkarlıqla bağlı həyata keçirdiyi siyasətin indi prioritet istiqamətlərindən biri olaraq qalır.

Ötən illərdə sözəl sektorun fəaliyyəti üçün daha münbit şərait yaradan qanunvericilik aktlarının qəbulu da xüsusi diqqət mərkəzində olmuqşdur. Bu istiqamətdə mühüm sənədlərdən biri Azərbaycan Prezidenti cənab İlham Əliyevin 30 aprel 2007-ci il tarixində imzaladığı «Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» fərman olmuşdur. Sahibkarlığa mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki addımların ardıcıl davamlı səciyyə daşımasını özündə ehtiva edən həmin fərman o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həllinə, o cümlədən, süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılmasına hesablanmışdır. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının «bir pəncərə» - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapmışdır.

Elektron hökumətin əsas elementlərindən olan «bir pəncərə» sistemi məlumatların bir mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla, bütün inzibati qeydiyyatların tamamilə sinxronlaşdırılmasını nəzərdə tutur. İş adamlarının mərkəzi sistemlə avtomatik, onlayn davamlı əlaqəsi yaranır. Faktiki olaraq, bu, lisenziyaların mərkəzləşdirilmiş qaydada elektron şəkildə təqdim edilməsi deməkdir. Bu zaman qeydiyyat prosedurlarının sayı azalır vaxt itkisinin qarşısı alınır. Qeydiyyatın «bir pəncərə» prinsipi üzrə aparılması sahibkarlıq sektoruna marağın güclənməsinə biznesin inkişafına təkan vermişdir. Digər tərəfdən, «bir pəncərə» sisteminin tətbiqi investisiya mühitinin daha da yaxşılaşdırılmasına, sahibkarların dövlət qurumlarından asılılığının azalmasına, uzunmüddətli qeydiyyat prosedurlarının ləğv olunmasına sadələşdirilməsinə təkan verən mühüm amillərdən biridir.

Ötən illərdə dövlətimizin başçısının tapşırıqların müvafiq olaraq elektron xidmətlərin tətbiqi sürətləndirilmiş, fiziki hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanmış, aparılan yoxlamaların vahid məlumat reyestri yaradılmışdır. Bununla yanaşı, icazələrə dair yaradılmış internet portalı icazə xarakterli sənədlər onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə müddətinə dair bütün məlumatları vahid mənbədən əldə etmək imkanı yaratmışdır.

Ölkəmizdə elektron xidmətlərin tətbiqi həyatımızın bütün sahələrini, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı xidmətləri əhatə edir. Hazırda müxtəlif dövlət qurumları üzrə 450-dək xidmət elektron formada həyata keçirilir bunların sayı davamlı olaraq artır. Bunun nəticəsidir ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 74 faizə, vergi daxilolmalarında 70 faizə yüksəlmiş, ÜDM- özəl sektorun xüsusi çəkisi təqribən 84 faiz təşkil etmişdir. Ölkəmizdə sahibkarlığın inkişaf göstəricilərinin dinamikası bu sahədə həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir.

Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı aparılan siyasət, görülmüş işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı 2018-ci ildə rəqabət qabiliyyətinə görə 138 ölkə arasında 35-ci yerdədir ardıcıl olaraq 8 ildir ki, MDB ölkələri arasında birincidir.

Xatırlatmaq yerinə düşər ki, hələ 2011-ci ildən fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyat sistemi tətbiq olunmuş, 2012-ci ildən isə yerli hüquqi şəxslərin (MMC) dövlət qeydiyyatının elektron qaydada aparılmasına başlanılmışdır. Hazırda Azərbaycanda "e-qeydiyyat"ın tətbiqi nəticəsində biznesə başlamaq üçün 6 prosedur əvəzinə cəmi 3 prosedur yerinə yetirilir, tələb olunan sənədlərin sayı isə 7-dən 2-dək azalmışdır. «Dövlət rüsumu haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanunlarına, Mülki Məcəlləyə İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.

2012-ci ildən, həmçinin, vergi ödəyicilərinə vergiləri internet üzərindən ödəmək imkanı yaradılmışdır. 2013-cü ildən Vergi Məcəlləsində edilən bir sıra mühüm dəyişikliklərin qüvvəyə minməsi, o cümlədən "Vergi Partnyorluğu Sazişi"nin tətbiqinə başlanılması ümumən vergi mühitinin liberallaşmasına təsir göstərmişdir. Dünya Bankının «Doing Business» qrupunun təhlili göstərir ki, «vergi bəyannamələrinin hazırlanması», «göndərilməsi» «vergilərin ödənişi»nə sərf olunan vaxt «Böyük Səkkizlik» ölkələrində orta hesabla 219 saat (bu, dünyada orta göstəricidən 67 saat azdır), İƏİT-ə üzv ölkələrdə 212 saat, Azərbaycanda isə 214 saatdır.

Sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən mühüm tədbirlərdən biri hökumət qurumlarının fəaliyyətində e-xidmətlərin geniş tətbiqinin təmin edilməsidir. Ölkə başçısının 26 oktyabr 2011-ci il tarixli «Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında» fərmanına əsasən, yaradılmış icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) ölkə vətəndaşlarının, eləcə sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini təmin edir. Sayt sahibkarları icazələr haqqında ətraflı məlumatlandırmaqla yanaşı, sahibkarlıq fəaliyyətinə başlamaq, fəaliyyətini genişləndirmək istəyən sahibkarlara tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə qüvvədə olma müddətlərinə dair məlumatları vahid mənbədən əldə etməyə imkan verir.

 

Samir Mustafayev

Mövqe.- 2019.- 26 iyun.- S.14