“Keşikçidağ”
ətrafında suyu bulandıranlar
Bu abidə azərbaycanlıların
tarixinin canlı şahididir
Son
günlər Azərbaycanın Gürcüstanla sərhədində,
məsələni dəqiqləşdirsək, sərhəd
üzərində yerləşmiş “Keşikçidağ”
(“David Qareci”-gürcülər monastırı belə
adlandırır) monastır
kompleksində baş verənlər sağlam düşüncəli
insanların təəccübünə səbəb olub. Təəccüblənənlər əsasən azərbaycanlılardır.
Çünki, məlum
bir həqiqətin üstündən xətt
çıəkilərək tamamilə başqa tərəfə yönləndirilməsi
hazırda möhkəm
yerli və beynəlxalq iqtisadi və siyasi tellərlə bir-birinə
bağlı ölkələrdə
yersiz ajiotaj yaradır.
Müstəqillik qazandıqdan sonra uzun illər ərzində bu iki ölkə hökumətlərarası komissiya
yaradaraq dəfələrlə
saxtalaşdırılmış sərhəd xəttinin müəyyən
ediblər. Sadəcə, adıçəkilən monastır
əslində azərbaycanlıların
qədim xristian əcdadlarına mənsub
olduğundan, amma sonradan azərbaycanlılar
İslamı qəbul
etdikdən sonra monastıra xristian gürcülərin marağının
güclənməsi fonunda
saxtakarlıq baş verib. Yəni, gürcülər məbədi
özlərinin ibadət
yeri sayıblar. Məsələ burasındadır
ki, söhbət tək monastırdan getmir. İş burasındadır ki, əvvələn tikilinin yerləşdiyi ərazi var, ikincisi, bu tarixi abidə
azərbaycanlıların tarixinin
canlı şahididir. Tarixi-mənəvi irsi başqasına vermək işğal faktı qədər alçaldıcıdır.
Çar Rusiyasının,
sonralar isə sovetlər imperiyasının
hakimiyyətləri dövründə
bu məsələ problem doğurmaması üçün çox da qabardılmayıb. Ancaq indi müstəqillik dövrüdür, Azərbaycan
tarixən məruz qaldığı soyqırım
və işğal faktları hesabına ərazilərinin xeyli hissəsini itirib. Üstəlik, regionda gözü olan dağıdıcı qüvvələr
buralarda ağalıqlarını
bərpa etmək üçün hər xırda insidentdən
istifadə edərək
suyu bulandırmağa
çalışırlar. Belə
bir məqamda gürcü tərəfinin
monastıra iddialarını
gücləndirməsi anlaşılan
deyil. Hesabla Gürcüstan hakimiyyəti
də bu işdə maraqlı olmamalıdır. Ən azından bu ölkənin ən çətin günlərində
Azərbaycanın ona yardım əlini uzatması, Azərbaycanın
təbii sərvətləri
hesabına Tiflisin xəzinəsinə milyardlar
daxil olması görünməmiş xeyirxahlıqdır
və yalnız nankorlar bunu unutmağı bacararlar.
Qarşı tərəfin fəallığı
ilə iş getdikcə böyüyür.
Azərbaycan öz sanbalına, abidənin ona məxsus olması faktlarına əsaslanaraq təmkinli davranır və gürcü ictimai fəalların canlı sipərdən zəncir çəkmək və digər gülünc hoqqalarına tamaşaçı
qalırlar. Azərbaycanlı
sərhədçilər monastıra
gələn və aksiya keçirən gürcülərin işinə
qarışmayaraq asayişi
qoruyurlar. Təbii ki, onların davranışı ali hakimiyyətdən verilən
göstərişlərə əsaslanır. Əks halda kimliyindən asılı olmayaraq, sərhəd qanunlarını
pozmağa heç kimin ixtiyarı yoxdur və sərhədçilərimiz də
buna imkan verməzlər.
Belə bir hal nədən
qaynaqlana bilər? Bütün hallarda
iki versiya daha inandırıcı görünür. Birincisi,
ABŞ-ın son vaxtlar regionda
fəallığını artırmaq istəyinə bağlı ola
bilər. Gürcüstan onun sözü
ilə oturub-durur, Ermənistanda məxməri
inqilabı həyata keçirib Soros uşaqlarını
hakimiyyətə gətirib,
Azərbaycanda isə...
amerikalıların “şəltəsi”
işləmir. Azərbaycanın iqtisadi gücü və balanslı beynəlxalq siyasəti onun müstəqilliyinin zəmanətidir. Lakin bu,
siyasi nöqteyi-nəzərdən
heç də supergüclərin marağında
deyil. Regionda fəallığı artırmaq üçün
nifaq ocaqları gərginləşməlidir. Bu, siyasətin qaydasıdır.
İkinci versiya, Fransadakı erməni lobbisinin fikri Qarabağ münaqişəsinin həllindən
yayındırmaq üçün
Azərbaycanın başını
“qatmaq” oyunudur. İndi pul hər şeyi
həll edir. Bir az “maya” buraxanda çətinliklə yaşayan
kütləni fəallaşdırmaqla
siyasi alətə çevirmək asandır.
Çox ola
bilsin ki, indiki Gürcüstanın
rəhbərliyinin Fransa
ilə sıx əlaqələrə
malik olması da bu işdə müəyyən rol oynayır.
Məsələnin pis tərəfi odur ki, Gürcüstandakı
bəzi təşkilatlar,
partiyalar, qüvvələr
və birliklər münaqişə zəmini
yaratmaqda təşəbbüskarlıq
edir, kütləni ayağa qaldırmağa çalışırlar. Halbuki, bir
neçə ildir “Keşikçidağ” məbədi Azərbaycan üçün
qədim alban məbədi, Gürcüstan
üçün isə
xristian monastırı
kimi ziyarətçiləri
qəbul edir. Əslində sivil dünyaya inteqrasiya yolunu tutmuş bu ölkələr üçün bu birləşdirici amil nadir dinc yanaşı
yaşamaq nümunəsidir.
Baxmayaraq ki, tarixi sənədlər tikilinin alban kilsəsi olduğunu təsdiqləyir və sübut edir, Azərbaycan abidənin şəriklilik statusuna razılıq verib. Bəs, əgər buna razılıq verilməsəydi qarşı
tərəf nə edəcəkdi?! Uzaqbaşı
Azərbaycan qazından
imtina edə bilərdi ki, bu da onlara
yox, bizə sərfəlidir. Çünki,
qonşularımızın iqtisadi vəziyyətinə
görə onları qazı bazar qiymətindən ucuz satırıq. Digər aspektlərdə də eyni vəziyyət hökm sürür. Buna görə də düşünürük
ki, Gürcüstan hakimiyyəti ambisiyaların
girovuna düşməyərək
sağlam təfəkkür
əsasında bu problemin aradan qalxmasına yardımçı
olacaq.
Xatırladaq ki, Azərbaycanın daş yaddaşı hesab edilən "Keşikçidağ" mağara-məbədlər
kompleksi Ağstafa rayonunun mərkəzindən
75 kilometr məsafədə,
Gürcüstanla sərhəd
zolağı boyunca ucalan Qatardağ silsiləsində yerləşir.
O, dəniz səviyyəsindən
750-950 metr hündürlükdə,
sıldırım qayalıqlar
boyunca, üzü cənuba doğru 25 kilometrdək uzanır.Ərazidə
dövrümüzədək gəlib çatan 100-ə
yaxın təbii və süni mağara, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən
ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə
inşa edilmiş, 11 metr hündürlüyündə
üçmərtəbəli qala və üzü
cənuba baxan, bir-birindən 1500 metr aralıda yerləşən,
yerli daş materiallardan inşa olunmuş iki alban məbədi mövcuddur. Buradakı
təbii mağaraların
yaşı 2 min il bundan əvvələ
gedir.
N.NOVRUZ
Mövqe.- 2019.- 8 may.-
S.8