Azərbaycan türkdilli
dövlətlərin əməkdaşlığına
yeni mühüm töhfələr verir
Bu dövlətlərin əməkdaşlığının
perspektivi inteqrasiya prosesinin gücləndirilməsini tələb
edir
Türk
xalqlarının tarix salnaməsi onların keçdiyi şərəfli
yolun uğurları ilə yanaşı əzab-əziyyətli
dövrləri ilə də zəngindir. Bu
xalqları tarix yaşadıb, yaşadır
və yaşadacaq. Lakin dünyada sədaqətlə xəyanət
həmişə yanaşı
addımlayıb. Bu gün
beynəlxalq siyasətdə
özünəməxsus yolu
və təsir dairəsi olan türk dünyasını
gözü götürməyən
qüvvələr də
mövcuddur. Əgər
situasiyanı dərindən
araşdırsaq aydın
görünər ki, türk xalqlarının düşmənləri
onları həmişə
bir-birlərindən ayırmağa,
aralarına nifaq salmaqla yadlaşdırmağa
və təklikdə assimilyasiyaya yaxud məhvə uğradaraq öz niyyətlərinə
çatmağa çalışıblar.
Bütün bu səbəblər birliyi, birgə siyasət yürütməyi, haqqı-ədaləti
birgə qorumağı
ehtiva edir. Onda şər qüvvələr qarşısında
duruş gətirmək
daha asan, daha məqsədyönlü
və daha qətiyyətli olar.
Mayın 7-də Bakıda keçirilən Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının (Türk
Şurası) informasiya
və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli
rəsmilərinin II toplantısında
informasiya sahəsində
önəmli təkliflər
irəli sürülüb.
Bu gün bütün dünyada gedən qloballaşma və inteqrasiya proseslərinin türkdilli
xalqlar üçün
əhəmiyyəti daha
böyükdür. Bu sırada
yer alan Azərbaycanın isə bu prosesə ehtiyacı dərindən dərindir. Çünki,
ciddi ərazi itkilərimiz var və bu haqda
dünya ictimaiyyətinin
kifayət qədər
məlumatı yoxdur. Əgər 6 türk dövlətinin informasiya məkanı bizim dərdlərimizi işıqlamndırsa
və hər bir dövlət də daha 6
dostuna bu barədə informasiya ötürsə, nəticədə
onlarla, bəlkə də yüzlərlə xalqda, o cümlədən
dünyanın aparıcı
dövlətlərində Qarabağ
münaqişəsinin həqiqi
mahiyyəti haqda dolğun təsəvvürlər
formalaşar. İnformasiya
dəqiq və zəngin olanda çıxarılan
qərar da həqiqəti müdafiə
edir. Bu mənada yazdığımız
sayda dövlət beynəlxalq təşkilatların
üzvüdür, qərarların
qəbul edilməsində
hər birinin ayrıca səsi var. Onlara inanan,
əməkdaşlıq telləri
ilə bağlı, təsir imkanları olan dost ölkələr
var. Beləcə zəncirvari şəkildə
inteqrativ prosesin dairələri şəklində
vahid mövqe sərgiləmək mümkündür.
Ancaq bunun üçün mütləq
ünsiyyət genişləndirilməli
və dərinləşdirilməlidir.
Toplantıda çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli
Həsənov qeyd edib ki, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasına üzv
dövlətlər arasında
informasiya sahəsində
inteqrasiyanın gücləndirilməsi
labüddür: “2016-cı ildə
Aprel döyüşləri
zamanı Azərbaycanın
informasiya dəstəyinə
ehtiyacı var idi. Ermənilərin təxribatları, onların
bölgədə həyata
keçirdiyi işğalçılıq
siyasəti, Azərbaycanın
mədəni və dini obyektlərini dağıtmasının regionda
və dünyada nümayiş etdirilməsinə
ehtiyac var idi. Ona görə,
Türk Şurasına
üzv dövlətlər
belə məqamlarda bir-birinə dəstək verməlidir”.
Əli Həsənov
vurğulayıb ki, televiziya sahəsində qarşılıqlı əlaqələr
genişləndirilməli və
dövlətlərin milli
bayramları da efir vasitəsilə yayımlanmalıdır: “Türk
Şurasına üzv
dövlətlərin aparıcı
mətbuat orqanları,
televiziyaları bir-biri
ilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının
yerli kabel şəbəkələrində təmsilçiliyi təmin
olunmur? Təəssüflər
olsun ki, Azərbaycan televiziyalarının
verilişlərinin nə
Qazaxıstanda, nə də Qırğızıstanda
yayımlanmasına rast
gəlinmir. Təklif edirəm ki, Azərbaycanın dövlət
və ictimai televiziyalarının verilişləri
Türk Şurasına
üzv dövlətlərdə
yayımlansın. Eyni
zamanda, həmin ölkələrin də dövlət və ictimai televiziyalarının
verilişləri Azərbaycanda
yayımlansın”.
Təklif iştirakçılar
tərəfindən alqışlansa
da, bununla iş bitmir. Əməli fəaliyyətə
üstünlük verilməli,
sözdən işə
keçilməlidir. Çünki,
indi cəmiyyətləri,
hətta dövlətləri
informasiyalar idarə edir. Diqqət etsək görərik
ki, sosial şəbəkələr tək
sıravi insanların
ünsiyyət yeri olmaqla bitmir. Ən güclü dövlətlərin başçıları
siyasətlərini sosial
şəbəkələr vasitəsilə, yəni dünyaya informasiya ötürməklə həyata
keçirirlər. Bəs
biz-türkdilli dövlətlərin
əhalisi niyə bir-birinə tarixən və mənən yaxın olan informasiyaları niyə bölüşməsinlər? Axı,
bu bizə hava-su kimi lazımdır.
Bugünümüzü qoruyub
saxlamaq, sabahımızı
daha yaxşı qurmaq üçün bir-birimizi tanımaq ən stimulverici amildir.
N.NOVRUZ
Mövqe.- 2019.- 9 may.-
S.11