Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili
istehsal dəstəklənir
Son
illər Azərbaycanda biznes mühitinin
liberallaşdırılmasına və rəqabətqabiliyyətli
məhsul istehsalının dəstəklənməsinə
xidmət edən çoxsaylı fərman və sərəncamlar
qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyevin "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli
daxili istehsalın dəstəklənməsi ilə
bağlı əlavə
tədbirlər haqqında"
sərəncamı da
bu baxımdan əhəmiyyətli olub. Sərəncamda deyilirdi ki, Azərbaycanda qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı
inkişafının təmin
olunması istiqamətində
həyata keçirilən
iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənib,
yeni istehsal sahələri yaradılıb,
idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsi
yüksəlib, ixrac qabiliyyəti artıb.
Sərəncamın preamblua hissəsində
bildirilirdi ki, qeyri-neft sektorunun inkişafını daha da sürətləndirmək
üçün bu sahəyə birbaşa xarici investisiyalar cəlb etməklə daxili istehsalın rəqabət qabiliyyətinin
gücləndirilməsi, idxalın
əvəzlənməsi fəaliyyətinin
dəstəklənməsi və yerli məhsullarla özünü
təminetmə səviyyəsinin
daha da yüksəldilməsi,
qeyri-neft sektorunun ixrac imkanlarının artırılması Azərbaycan
Prezidentinin 2016-cı il
6 dekabr tarixli 1138 nömrəli fərmanı
ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində
strateji məqsədlər olaraq müəyyən edilib.
Ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına,
onun xammal bazasının yaxşılaşdırılmasına,
idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət
dəstəyinin artırılması,
habelə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı
ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrindən
irəli gələn tədbirlərin icrasının
təmin edilməsi məqsədilə Nazirlər
Kabinetinə aşağıdakılar
barədə təkliflərini və normativ
hüquqi akt layihələrini üç
ay müddətində
hazırlayıb Azərbaycan
Prezidentinə təqdim
etmək tapşırılmışdı:
ölkədə istehsal
edilməyən yeni rəqabətqabiliyyətli məhsullar
istehsalının təşkili
üçün “Azərbaycanda
ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizmi; mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli
istehsalının dəstəklənməsi
məqsədilə daxili
bazar araşdırmalarına
dövlət dəstəyi
mexanizmi; mikro, kiçik və
orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi
üçün onların
kadr potensialının
artırılmasına dövlət
dəstəyi mexanizmi;
ölkədə istehsal
olunmayan və daxili istehsalda istifadə edilən xammalın idxalına gömrük güzəştlərinin
tətbiqi; mikro və kiçik sahibkarlıq subyektlərinin
istehsal etdikləri məhsulların ticarət
şəbəkələrində satışının genişləndirilməsi;
“Mikro, kiçik və orta sahibkarlıq
subyektlərinin klasterləri
haqqında Nümunəvi
Əsasnamə”; ölkə
iqtisadiyyatına birbaşa
investisiyalar cəlb edilməsinin dəstəklənməsi
məqsədilə “Azərbaycana
sərmayə” (“Invest
in Azerbaijan”) mexanizmlərinin tənzimlənməsi
Qaydası”.
Sərəncamla İqtisadiyyat Nazirliyinə
tapşırılmışdı ki, qeyri-neft sektorunun rəqabət və ixrac qabiliyyətinin
artırılması məqsədilə
ölkədə fəaliyyət
göstərən müəssisələrin
qlobal dəyər zəncirlərinə qoşulmasına
dair təkliflərini
üç ay müddətində Azərbaycan
Prezidentinə təqdim etsin; müqayisəli üstünlük əsasında
yerli istehsalı rəqabətqabiliyyətli olan
konkret məhsulların
siyahısının hazırlanmasını
və istehsalının
təşkili kommersiya
cəhətdən səmərəli
olan məhsulların təşviqini təmin
etsin; sərəncamın 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Vergilər
Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin,
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin, Energetika Nazirliyinin, Dövlət Gömrük
Komitəsinin, Dövlət
Statistika Komitəsinin,
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin və Dövlət Neft Şirkətinin nümayəndələrini cəlb
etməklə işçi
qrup yaratsın; “www.azexport.az” və
“www.enterpriseazerbaijan.com” internet portallarının imkanlarından
istifadə etməklə
qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, alternativ maliyyələşməyə açıq
investisiya layihələrinin
təqdim olunması, yerli malların ənənəvi və yeni bazarlara çıxış imkanlarının
genişləndirilməsi, qeyri-neft
məhsulları
istehsalçılarının beynəlxalq bazara inteqrasiyası prosesinin sürətləndirilməsi və
bu sektorun ixrac qabiliyyətinin artırılması istiqamətində
tədbirlər görsün.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə
tapşırılmışdı ki, Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının
təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə
alternativ maliyyələşməyə
açıq layihələr
və yeni investisiya imkanları
haqqında məlumatları
əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi
üçün əlverişli
platforma olan
“www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə
verilməsini təmin
etsin.
Ümumiyyətlə, son 15 ildə
ölkədə sahibkarlığın
inkişafı məqsədilə
biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının
təkmilləşdirilməsi, yerli və xarici
investisiyaların, müasir
texnologiyaların, idarəetmə
təcrübəsinin cəlb
edilməsi, rəqabətqabiliyyətli
məhsulların istehsal
edilməsi Azərbaycan
Respublikası Prezidentinin
müəyyən etdiyi
iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Sahibkarların işgüzar əlaqələrinin
inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində
də dövlət tərəfindən əməli
işlər görülür.
Hələ 2003-cü ildə
ölkənin ixrac qabiliyyətinin artırılması
və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin
reallaşdırılması məqsədilə Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi
Fondu (AZPROMO) təsis edilib. Fond ölkə sahibkarlarının
ixrac potensialının
artırılmasında, investisiya
imkanlarının genişləndirilməsində,
potensial tərəfdaşların
tapılmasında və
birgə əməkdaşlıq
layihələrinin həyata
keçirilməsində sahibkarlara
yaxından dəstək
verir.
Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi
Fondunun bu və ya digər
məsələlər üzrə
əsas fəaliyyət
istiqamətləri aşağıdakılardan
ibarətdir: ölkənin
investisiya imicinin formalaşdırılması; yerli
və xarici investorlara müxtəlif xidmətlər göstərilməsi;
investorların cəlb
edilməsi və onlarla danışıqların
aparılması; investisiyalar
və ixrac imkanları üzrə məlumat bazasının yaradılması; Azərbaycan
biznesi üçün
regional ticarət (ixrac) imkanlarının araşdırılması; ixraca
yönəlmiş şirkətlər
üçün məsləhət
xidmətləri və
bazar araşdırmaları;
"Azərbaycanda istehsal
olunub" ("Made in Azerbaijan") ticarət nişanının
beynəlxalq səviyyədə
təbliği.
Sahibkarlığın inkişafında kifayət qədər vacib rol oynayan
qanunverici sənədlərdən
biri də Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı «Azərbaycan
Respublikasında sahibkarlığın
inkişafı ilə
bağlı bəzi tədbirlər haqqında»
fərmanıdır. Sahibkarlığa mane olan süni
maneələrin aradan
qaldırılması istiqamətindəki
addımların ardıcıl
və davamlı səciyyə daşımasını
özündə ehtiva
edən bu fərmanın verilməsi
o dövrə qədər
çoxpilləli biznesə
başlamaq sahəsində
mövcud problemlərin
həlli, eyni zamanda süründürməçilik
hallarının, bürokratik
əngəllərin
aradan qaldırılması
sahəsində, sözün
əsl mənasında,
inqilabi dəyişikliklərə
yol açıb. Bu məqsədlə fərmanda
vahid kodlaşdırmanın
aparılması, biznes
strukturlarının "bir
pəncərə" - vahid
qeydiyyat orqanı tərəfindən qeydə
alınması məsələləri
əksini tapıb, həmçinin biznes strukturlarının fəaliyyəti
üçün torpaq
ayırmalarının, tikinti,
yenidənqurma və bərpa işlərinə icazə
verilməsi prosedurlarının
sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki
bürokratik əngəllərin
aradan qaldırılmasına
geniş imkanlar açılması kimi məsələlər ehtiva
olunub.
"Bir pəncərə"
sisteminin tətbiqindən
sonra sahibkarlar sənədlərini yalnız
bir dövlət orqanına - Vergilər Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçə bilirlər. Bu sistemin tətbiqindən sonra Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə
yüksəlib, sahibkarlığın
inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində
aparılan islahatlar beynəlxalq təşkilatlar
tərəfindən də
yüksək qiymətləndirilib.
Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə
qiymətləndirməni özündə
əks etdirən nüfuzlu «Doing Business» hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi
sahəsində «İslahatçı
ölkə» elan edilib.
Samir Mustafayev
Mövqe.- 2019.- 22
may.- S.10