Sənayenin inkişafına dövlət dəstəyi gücləndirilir

 

 

Bazar mexanizminin hərəkətverici qüvvəsi sayılan sahibkarlığın keçid iqtisadiyyatlı ölkələrin sosial-iqtisadi sisteminin yenidən qurulmasında mühüm rol oynadığı nəzərə alınaraq bu təbəqəyə xüsusi qayğı ilə yanaşılır. Özəl sektorun inkişafı üçün bir sıra təşkilati, hüquqi iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli gəlmişdir.

 

Bütün bunların nəticəsi olaraq iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir. Təsadüfi deyildir ki, ÜDM- özəl bölmənin payı 85, məşğulluqda isə 74 faizi ötmüş, 2004-2018-ci illərdə 100 minə yaxın müəssisə, 1,9 milyona yaxın yeri açılmışdır.

 

İqtisadiyyat Nazirliyindən bildirilir ki, həyata keçirilən tədbirlər ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə, iqtisadiyyatın ixrac rəqabətqabiliyyətliliyinin, idxalı əvəz edən məhsul istehsalının, məşğulluğun səviyyəsinin artırılmasına sənaye sahələrinin şaxələnməsinə xidmət edir. Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir, Qaradağ sənaye parklarında, Pirallahı Mingəçevir Yüksək Texnologiyalar parklarında, Neftçala Sənaye Məhəlləsində müvafiq işlərin görülməsi davam etdirilir. Yerli potensial nəzərə alınmaqla digər regionlarda da sənaye parkları məhəllələrinin yaradılması imkanları araşdırılır.

 

Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 7 şirkətə rezident statusu verilmişdir. Bu rezidentlərin layihələri əsasında cəlb edilmiş investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edir. “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC İranın “Darou Pakhsh” şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, sənaye parkının ərazisində əczaçılıq məhsullarının istehsalı da həyata keçirilməlidir. İlkin mərhələdə müəssisədə 50-dən çox adda dərman preparatının istehsalı nəzərdə tutulur. Növbəti mərhələdə istehsal genişləndirilməklə daha çox dərman vasitəsini əhatə edəcək.

 

Tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan ölkəmizdə “yaşıl biznes”in inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, plastik qabların, avtomobil şinlərinin, çap-poliqrafiya məhsullarının emalı sahələri üzrə artıq 4 rezident qeydiyyata alınmışdır. Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda dəyəri 40 mln dollar olan ilk sifariş yerinə yetirilib hazırda dəyəri 400 mln. dollardan yuxarı olan sualtı tikinti üç sərnişin gəmisinin tikintisi aparılır. “Şahdəniz-2” layihəsinin sualtı qurğularını quraşdırmaq üçün layihələndirilən “Xankəndi” sualtı tikinti gəmisi artıq Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirilib.

 

İstifadəyə verilmiş Neftçala Sənaye Məhəlləsi iqtisadiyyatın prioritet istiqamətlərindən olan kiçik orta sahibkarlığın inkişafı baxımından

 

əhəmiyyətlidir. Azərbaycan Prezidentinin 2014-cü ildə Neftçalaya səfəri zamanı verdiyi tapşırığa 2015-ci ilin fevralında imzaladığı müvafiq Sərəncama əsasən sənaye məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki köməkçi binalar tikilib. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb.

 

Məhəllədəki ən böyük müəssisələrdən biri “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə “İran Khodro” şirkəti 25 faizlik paya malikdir. Müasir texnologiyalar, avadanlıq mexanizmlər əsasında qurulan zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal edilməlidir. Qeyd edək ki, artıq bu model avtomobillərdən yerli bazarda 5 min ədəd satılıb. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Ümumi investisiya dəyəri 24 milyon manat olan müəssisəyə verilən İnvestisiya Təşviqi Sənədi hesabına təqribən 3 milyon manata qənaət edilib. Müəssisədə 300 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi istehsal xidmət sahələrinin inkişafı üçün əlverişli imkan yaradır.

 

Yerli xarici investorlarla birgə investisiya qoyuluşu vasitəsilə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına dəstək mexanizmlərindən olan Azərbaycan İnvestisiya Şirkəti indiyədək tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı emalı, logistika s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard dollardan artıq olan layihələrdə iştirak etmişdir. Bu layihələrə 450 milyon dollar birbaşa xarici investisiya cəlb olunmuşdur.

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlığın inkişafına güzəştli kreditlər ayırmaqla yanaşı, həm sahibkarlara məsləhət xidməti göstərir, regionların potensialına uyğun nümunəvi investisiya layihələri təqdim edir. Qeyri-neft sektorunun prioritet sahələrinə, o cümlədən iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə indiyədək 40 minə yaxın sahibkara 2 milyard manatadək güzəştli kredit verilmişdir. 2019-ci ildə əsas hissəsi geri qaytarılmış vəsaitlər olmaqla sahibkarlara 200 milyon manat həcmində güzəştli kreditin verilməsi planlaşdırılır. Güzəştli kreditlər hesabına rəqabətqabiliyyətli ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması sahibkarlığın inkişafında mühüm rol oynamaqla yanaşı, ərzaq sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsində, ölkənin ixrac potensialının artırılmasında böyük əhəmiyyətə malikdir.

 

2014-cü ildə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubator sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi, gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes məşğulluq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Biznes inkubatorda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün hər cür şərait yaradılmışdır. Belə ki, biznes inkubatorda gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri praktik məlumatlar verilir, biznesin planlaşdırılması idarə edilməsi, investisiya

 

layihələrinin biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, biznes tərəfdaşlarla əlaqələrin qurulması digər məsləhət xidmətləri göstərilir.

 

Ölkə daxilində xaricdə təşkil edilən tədbirlər Azərbaycanın biznes mühitinin iqtisadi potensialının təbliği ilə yanaşı, yerli sahibkarların işgüzar əlaqələrinin daha da genişləndirilməsinə, sahibkarların istehsal etdiyi məhsul xidmətlərin satışının dəstəklənməsinə xidmət edir. Bu baxımdan Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir. AZPROMO tərəfindən Azərbaycanda xarici ölkələrdə biznes forum, işgüzar görüş, sərgi s. tədbirlər keçirilmişdir. Yerli xarici adamları Azərbaycanda qurmaq, xarici bazarlara çıxmaq üçün AZPROMO-nun məsləhət xidmətlərindən istifadə edə bilərlər.

 

Bütün bunlarla yanaşı, Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərən İxracatçılar klubunun, sahibkarlar arasında daimi ünsiyyət platformasını formalaşdıran, eləcə dövlət qurumları sahibkarlar arasında körpü rolunu oynayan Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Qadın Sahibkarlar Assosiasiyasının digər ictimai birliklərin rolunu qeyd etmək lazımdır.

 

Samir Mustafayev

Mövqe.- 2019.- 28 may.- S.10