Tədqiqatçı-jurnalist Əli Şamilin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib
Mayın 24-də Beynəlxalq Mətbuat Mərkəzində
Azərbaycan Mətbuat
Şurasının (MŞ) Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü
ilə milli-mənəvi
irsimizin, ortaq türk dəyərlərinin
öyrənilməsində və təbliğində
müstəsna xidmətləri
olmuş tədqiqatçı-jurnalist,
azərbaycanşünaslıq, türkologiya sahəsində
nüfuzlu araşdırmaçı
Əli Şamilin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
Trend-in məlumatına görə,
tədbirdə yubilyarın
zəngin elmi-publisistik
fəaliyyətini əhatə
edən “Biblioqrafik göstərici”, milli dissident hərəkatı
barədə ərsəyə
gətirdiyi, azərbaycan
və rus dillərində işıq
üzü görmüş
“Dissident axtarışında”
kitabları təqdim olunub.
Azərbaycan Mətbuat Şurasının
sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, ölkənin
media ictimaiyyəti öz yetirməsi olan Əli Şamilə
maarifçi-demokratik hərəkat
və istiqlal mübarizəsi publisistlərinin
yolunu davam etdirən ziyalılarımızdan
biri kimi dərin rəğbət və ehtiram bəsləyir. Çoxillik tədqiqatlarında
milli məfkurə daşıyıcılarımızı, türk dünyasının
mənəvi dəyərlərini
incələyərək Azərbaycan
oxucuları üçün
önəmli bilgilərin
əldə edilməsi
və yayılması
sahəsində qibtəediləcək
işlər görmüş
Əli Şamil çağdaş nəsillər üçün
gərəkli qaynaqlar
toplusu yaradıb.
MŞ sədri
daha sonra qeyd edib ki,
ulu türklük sevdası ilə “əlində dəmir əsa, ayağında dəmir çarıq”, az qala, bütün
türk dünyasını
ölkə-ölkə, diyar-diyar
gəzib dolaşmış
Əli Şamilin bu gün ölkənin
elmi-mədəni ictimaiyyətinə
təqdim etdiyi növbəti iki qiymətli kitab onun türçülük
dünyagörüşünə, türkologiya elminə verdiyi qiymətli töhfənin çəkisini
və miqyasını
dəyərləndirmək baxımdan qiymətli nəşrlərdir. Elmi axtarışlara
tədqiqatçı jurnalist
kimi başlamış,
ensiklopedik yaradıcılıqla
məşğul olmuş
və hazırda AMEA-nın Folklor İnstitutunun beynəlxalq
əlaqələr bölümünə
rəhbərlik edən
türkoloq həmkarımızın
mənalı və zəngin ömür yolu, istər-istəməz,
klasssik maarifçi
və demokrat ziyalılarımızın xalqa
xidmət nümunələrini
yada salır.
Sonra Əflatun
Amaşov Azətbaycan
Mətbuat Şurasının
fəxri yubiley diplomunu təntənəli
surətdə Əli Şamilə təqdim edib. Tədqiqatçı-jurnalistə
Ahıl Jurnalistlər
Məclisinin xatirə
hədiyyəsi də
verilib.
Ahıl Jurnalistlər
Məclisinin sədri Məzahir Süleymanzadə
Əli Şamilin ömür yolu və elmi-publisistik fəaliyyəti barədə
məlumat verərək
bidirib ki, Əli Hüseyn oğlu Şamilov - Əli Şamil qədim Göyçənin
İnəkdağ kəndində
anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini
bitirib. 20 il müddətində Naxçıvanda
çıxan “Şərq
qapısı” (Sovet Naxçıvanı), “Ağrıdağ”,
“Varlıq” və “Günay” qəzetlərində
çalışan, “Azadlıq”
qəzetinin bölgə
müxbiri işləyən,
o dövrdə milli azadlıq hərəkatı
və torpaqlarımızın bütövlüyü
uğrunda ümumxalq hərəkatının öncüllərindən
olan araşdırmaçı
jurnalist 1993-cü ildə
Bakıya köçüb.
Sonrakı illərdə
Əli Şamil də Azərbaycan Milli Ensiklopediyasında “Uşaq ensklopediyası” və “Türk dünyasının məşhurları”
qruplarına rəhbərlik
edib. O, müstəqilliyimizin
ilk illərində ölkəmizdə təhsil
alan bir çox Kırım və Ahıska türkünə, qaqauza, uyğura və digər türkdilli tələbəyə maddi
və mənəvi dayaq olub.
Əli Şamil 1998-ci ildən
Azərbacan Milli Elmər Akademiyasının
Folklor İnstitutunda çalışır, 2007-ci ildən
xarici ölkələrlə
əlaqələr bölməsinə
rəhbərlik edir. İnstitutun keçirdiyi bir sıra beynəlxalq
elmi məclisin təşəbbüsçü və təşkilatçılarındandır.
20-yə yaxın ölkədə
keçirilən
80-dan çox beynəlxalq
konfransda məruzə
ilə çıxış
edib. Onun indiyədək 17 müəllif
kitabı, 11 tərtib
kitabı, 200- dən çox elmi məqaləsi Azərbaycanda,
keçmiş SSRİ-nin
türk xalqları və topluluqları yaşayan respublikalarda, İranda, Quzey Kıbrısda, İsveçdə,
Almaniyada, Albaniyada, Bosniyada, Polşada çap olunub.
Tədqiqatçı-jurnalist
20-dən artıq elmi-nəzəri
və tədqiqat kitabının redaktoru olub. AMEA-nın Folklor İnstitutunun söbə müdiri Nailə Əskər tərtibçisi olduğu
“Əli Şamil. Biblioqrafik göstərici”
nəşrini, Arxeologiya
və Etnoqrafiya İnstitutunun şöbə
müdiri İsmayıl
Umudlu isə redaktoru olduğu Əli Şamilin “Dissident axtarışında”
kitabını iştirakçılara
təqdim ediblər.
Xalq şairi Sabir
Rüstəmxanlı, BDU-nun
professorları Nəsir
Əhmədli, Ramiz Əskər, Anar İsgəndərov və
Allahverdi Məmmədli,
fəlsəfə doktoru
Nəsiman Yaqublu, yazıçı Səfər
Alışarlı, tədqiqatçı
jurnalistlər - Sədaqət
Kərimova və Tahir Aydınoğlu yubiliyarın çoxcəhətli
və zəngin yaradıcılığının
yeni nəsillərin azərbaycançılıq və
yurdsevərlik ruhunda tərbiyəsində önəmini
vurğulayıblar, ona
möhkəm cansağlığı
və yeni yaradıcılıq uğurları
arzu ediblər.
Alim və
yazarlar Əli Şamilin azərbaycanşünaslıq,
türkologiya sahəsində
axtarışları dərinləşdirmiş
və genişləndirmiş
əsərlərinin elmi
dərəcə almaq
üçün Ali Attestasiya Komissiyasına təqdim edilməsini irəli sürüblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da
izləyin
Mövqe.- 2019.- 28
may.- S.11