"ASAN ödəniş"
sistemi biznesin inkişafını sürətləndirir
Son
illər vergi inzibatçılığı sahəsində həyata
keçirilən islahatların Azərbaycanın beynəlxalq
səviyyədə müsbət imicinin formalaşmasına
mühüm təsiri olub. Xüsusilə
də qeydiyyat sahəsində də genişmiqyaslı islahatlar
həyata keçirilməklə
uğurlu nəticələr
əldə edilib.
"Doing-Business" hesabatında qeyd olunur ki, «Biznesə
başlama» göstəricisi
üzrə Azərbaycanda
kommersiya hüquqi şəxslərin qeydiyyatı
üçün yerinə
yetirilməli olan prosedurların sayı 2, sərf edilən müddət 3 gün, tələb olunan məbləğ isə 72
manatdır. Burada prosedurlar onlayn qeydiyyat üçün elektron imzanın alınması üzrə
1 gün, onlayn qeydiyyatdan keçmə üzrə isə
(VÖEN və ƏDV qeydiyyatı
daxil) 2 günə bərabərdir.
Vergilər Nazirliyi
tərəfindən son
illər biznes mühitinin yaxşılaşdırılması
istiqamətində həyata
keçirilən tədbirlər
nəticəsində biznesə
başlama prosedurları
əsaslı şəkildə
sadələşdirilib. Xüsusilə də 2011-2013-cü illərdə
elektron qeydiyyat üzrə aparılan islahatlar biznes qurmaq istəyən sahibkarların işini xeyli asanlaşdırıb.
2011-ci il iyulun 1-dən
fərdi sahibkarların
«e-qeydiyyat» sisteminə
başlanılıb və
bu da sahibkarlıq
fəaliyyətini həyata
keçirən fiziki şəxslərin vergi orqanına getmədən
internet vasitəsilə
uçota dayanmasına
imkan verib. 2012-ci ilin fevral ayından
isə Azərbaycan Respublikasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin
də qeydiyyatı elektron üsulla aparılmaqdadır. Kommersiya
hüquqi şəxslərin
«e-qeydiyyat» sisteminin tətbiqi üçün
ölkənin 4 qanunvericilik
aktına dəyişikliklər
edilib. Bu sistemin tətbiqi hüquqi şəxsləri
dövlət qeydiyyatı
ərəfəsində yerinə
yetirilməli olan 3 məcburi prosedurdan keçmək zərurətini
tamamilə aradan qaldırıb və qeydiyyatın aparılmasına
sərf edilən müddət azaldılıb.
Bundan əlavə, hüquqi şəxslərə
«elektron imza»dan istifadə etməklə sənədlərini qeydiyyat
orqanına təqdim etmək imkanı yaradılıb.
Hesabatın vergi orqanlarının
işinə aid daha bir göstəricisi
olan «Vergilərin ödənilməsi» reytinqi
üzrə ölkəmiz
ötənilki hesabatla
müqayisədə bir
pillə irəliləyərək,
40-cı pillədə qərarlaşıb
və vergilərin ödənilməsinin asanlığına
görə MDB məkanında
ilk yerlərdən birini tutur. Bu metodologiyaya
əsasən, orta ölçülü şirkətin
il ərzində ödəməli olduğu
vergi və digər ödəmələr,
həmçinin onların
inzibatçılıq yükü
müəyyən edilir.
Vergi və ödəmələrə
müxtəlif mənbələrdən
olan mənfəət
və gəlirlərə
görə vergilər,
o cümlədən əmlak
icarəsindən vergilər,
dividend və kapital vergiləri, maliyyə köçürmələrindən
əldə edilən gəlirdən vergilər,
işəgötürənin ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak, avtomobil və yol vergiləri
və s. aid edilir.
Dövlət büdcəsinə vergilərin ödənilməsi
və bəyannamələrin
təqdim edilməsi sahəsində vergi sistemində tətbiq edilən yeniliklər əvvəlki illərin reytinq cədvəllərində
öz əksini tapıb və «Vergilərin ödənilməsi»
göstəricisinə görə
ölkəmizin mövqeyi
xeyli yaxşılaşıb. Hesabatda
ölkədə sosial
müdafiə ayırmaları
üzrə hesabatların
və ödənişlərin
elektron formada aparılması və digər sahələrdə
əldə edilmiş
nailiyyətlər nəzərə
alınıb. Artıq Azərbaycanda
məcburi dövlət
sosial sığorta haqlarının ödənişi
və hesabat sisteminin avtomatlaşdırılması
tam başa çatdırılıb ki,
bunun da nəticəsində həmin
hesabatların hazırlanmasına
və ödənişlərin
həyata keçirilməsinə
sərf olunan vaxt 81 saat qiymətləndirilib. Ümumilikdə
isə digər
yığımlar - sosial müdafiə ayırmaları, mənfəət
və əlavə dəyər vergisi üzrə sərf olunan vaxt 195 saat müəyyənləşdirilib.
Qlobal böhran
şəraitində qeydiyyatdan
keçən sahibkarlıq
subyektlərinin sayının
artması ölkədə
əlverişli biznes mühitinin mövcudluğunu
bir daha təsdiqləyir.
Vergilər Nazirliyinin Asan
Sertifikat Xidmətləri
Mərkəzinin 2013-cü ildə
fəaliyyətə başlaması
və «Asan imza»nın təqdim edilməsi elektron qeydiyyat sahəsində təklif olunan xidmətlərin çeşidinin
və keyfiyyətinin müasir tələblərə
uyğunlaşdırılmasında mühüm rol oynayıb. 2012-ci ilin
sonlarında Nəqliyyat,
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi tərəfindən
keçirilmiş respublika
müsabiqəsində «Ən
yaxşı elektron dövlət xidməti» nominasiyasında Vergilər
Nazirliyinin «Kommersiya hüquqi şəxslərin
e-qeydiyyatı» layihəsi
qalib gəlib. Həyata keçirimiş
islahatar ölkəmizin
beynəlxalq reytinq cədvəllərində biznesə
başlama və qeydiyyat üzrə mövqeyinin möhkəmlənməsinə
müsbət təsirini
göstərib.
Biznes mühitində daha
bir xidmətin - yeni yaradılan kommersiya hüquqi şəxs üçün
seçilmiş adın
qeydiyyat orqanında bron edilməsi üzrə e-xidmətin istifadəyə verilməsi
də mühüm yeniliklərdən biridir. Ümumiyyətlə, son illərdə Vergilər Nazirliyi tərəfindən
bu sahədə görülmüş işlər təkcə qeydiyyat prosedurlarının
təkmilləşdirilməsi məsələlərini deyil,
həmçinin biznes
mühitinin sağlamlaşdırılması,
təsisçilərin və
kreditorların hüquqlarının
müdafiəsi sahəsini
də əhatə etmişdir.
Bundan əlavə, Beynəlxalq
Maliyyə Korporasiyasının
“Azərbaycanda kommersiya
fəaliyyəti ilə
məşğul olan hüquqi şəxslərin
təsisçilərin qərarı
ilə könüllü
ləğv edilməsi
və bu sahədə beynəlxalq təcrübə”yə dair
tövsiyələri nəzərə
alınmaqla Vergilər
Nazirliyi tərəfindən beynəlxalq
təcrübə daha
ətraflı öyrənilib.
Kommersiya
hüquqi şəxslərin
könüllü ləğv
edilməsi prosedurlarının
təkmilləşdirilməsi məqsədilə müvafiq
normativ-hüquqi aktlarda
– Mülki Məcəllədə,
İnzibati Xətalar Məcəlləsində və
«Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında qanunda» dəyişikliklər edilməsi barədə təkliflər
hazırlanaraq hökumətə
təqdim edilib.
Həmin layihələr əsasında
Azərbaycan Respublikasının
Mülki və İnzibati Xətalar məcəllələrinə və
«Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında Qanununa dəyişikliklər
edilməsi barədə»
Azərbaycan Respublikasının
qanunları 2013-cü il
22 noyabr tarixdə Milli Məclisdə qəbul edilib. Həmin dəyişikliklərlə əlaqədar
yaxın günlərdə
sahibkarlara daha bir xidmət - ləğvetmə qaydası
və müddətləri
barədə məlumatın
mətbuatda yerləşdirilməsinin,
həmin məlumatın
qəzetdə dərc
edilməsi barədə
məlumatlandırmanın elektron
qaydada aparılması
üzrə e-xidmət
təklif ediləcəkdir.
Qanunvericilikdə aparılmış dəyişikliklərə uyğun
olaraq Vergilər Nazirliyinin 2014-cü il 11 fevral tarixli əmri ilə «Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət
qeydiyyatının və
vergi ödəyicilərinin
uçotunun ləğv
edilməsi Qaydaları»
yeni redaksiyada təsdiq edilib. Yeni redaksiyada təsdiq edilən bu qaydaların tədris edilməsi məqsədilə
2014-cü il fevralın
21-də nazirliyin qeydiyyat
orqanının işçiləri
üçün «Hüquqi
şəxslərin dövlət
qeydiyyatının və
vergi ödəyicilərinin
uçotunun ləğv
edilməsi məsələləri»
mövzusunda təlim
keçirilib. Qanunvericilikdəki
dəyişikliklərlə əlaqədar müvafiq texniki tapşırıq hazırlanıb aidiyyəti
üzrə təqdim olunub.
Hazırda vergi
ödəyiciləri qeydiyyat
ilə bağlı ərizələrini elektron
şəkildə təqdim
edə bilirlər. Bank idarələri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin
təşkili sahibkarların marağına
xidmət etməklə
hesabların açılması
prosedurunun əhəmiyyətli
də6rəcədə sadələşməsinə
və vergi ödəyicilərinin vaxta
qənaət etmələrinə
şərait yaradıb.
Bu səbəbdən də banklar və digər kredit təşkilatları
ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin aparılmasına
dair sazişə qoşulan bankların sayı ilbəil artır.
Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 11 fevral tarixli fərmanına müvafiq olaraq «ASAN ödəniş» sisteminin
yaradılması təmin
edilib. Fərmanda qeyd olunurdu ki, inzibati cərimə
növündə inzibati
tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini
və inzibati cərimələrin, məhkəmə
qərarlarının icrası
ilə əlaqədar
ödənilməli olan
vəsaitlərin elektron
qaydada (o cümlədən
"ASAN imza" vasitəsilə) ödənilməsini
təmin edən çoxfunksiyalı "ASAN ödəniş"
sistemi yaradılsın.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi Azərbaycan Respublikasının
Vergilər Nazirliyi ilə birlikdə "ASAN
ödəniş" sisteminin
təşkilini və
fəaliyyətini və
ödənişlərin həmin
sistem vasitəsilə
həyata keçirilməsini
mərkəzi icra
hakimiyyəti orqanları
ilə birlikdə təmin edib.
"ASAN ödəniş"
sistemi inzibati cərimə növündə
inzibati tənbeh tətbiq edilməsi barədə qərarların
və xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə
olan inzibati xətaların törədilməsinin
foto və ya video görüntülərinin vətəndaşların
elektron ünvanlarına,
mobil telefon nömrələrinə elektron
qaydada göndərilməsini;
inzibati cərimə növündə
inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinə nəzarət edilməsini
və müddətlərin
bitməsi barədə
məlumatlandırılmasını; inzibati cərimələrin
mobil telefon aparatları vasitəsilə
elektron qaydada ödənilməsini təmin
edib.
Bütün bunlar isə qeydiyyatla bağlı islahatların bundan sonra daha da
sürətlə aparılmasına
və respublikamızda
biznes mühitinin daha da yaxşılaşdırılmasına
əminlik yaradır.
Samir Mustafayev
Mövqe.- 2019.- 25
may.- S.10