Turizm sənayesində yeni inkişaf mərhələsi
başlanır
Bu sahədə potensial güclü, gəlirlər stabildir
2019-cu ilin yanvar-oktyabr
ayları ərzində
Azərbaycana səyahət
edənlərin sayı
ötən ilin eyni dövrü ilə müqayisədə
10.9% və ya 264 min nəfər artaraq təqribən 2.7 milyona çatıb. Nəsərə
alınsa ki, 2017-ci il ərzində Azərbaycana dünyanın
187 ölkəsindən 2696,7 min və 2018-ci ildə dünyanın 196 ölkəsindən
2849,6 min nəfər turist
gəlib, onda bu ilin sonuna
turistlərin sayının
3 milyon nəfəri ötəcəyini söyləmək
olar. Təkcə keçən
il ölkəmizə
gələnlər 2 milyard
dollara yaxın pul xərcləyiblər.
İndi
ölkədə qış
turizminə start verilib.
Qış fəslində ölkəmizə
maraq göstərən
turistlərin sayında
da artım müşahidə olunur.
Belə ki, turizm potensialının
tam realizə edilməsi
məqsədilə həyata
keçirilən tədbirlər
öz nəticəsini
verib. Azərbaycana maraq göstərən
turistlərin sayı ildən-ilə artır.
Bir neçə il
əvvəl qış
turizm bazasının yaradılması turizm sənayesində mövsümçülük
anlayışını aradan
qaldırıb.
İndi ölkəmizdə mövsüm boyu davamlı turizm üçün hər cür şərait var. “Şahdağ”
Qış-Yay Turizm Kompleksinin yaradılması
Azərbaycanın qış
turizminin inkişafında
uğurlara gətirib çıxarıb. Qusar
rayonunun mərkəzindən
32 kilometr məsafədə
“Şahdağ” Milli Parkının ərazisində
yerləşən “Şahdağ”
Qış-Yay Turizm Kompleksi müasir tələblərə cavab
verir. Kompleksin ərazisi ekoloji
təmizliyi, flora və
faunasının zənginliyi
ilə seçilir.
Turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr
yüksəklikdədir. Turizm kompleksinin əsas hissəsi isə, dəniz səviyyəsindən
1440-1640 metr yüksəklikdəki
yaylaqda yerləşir.
Azərbaycanda və ümumiyyətlə,
dünyada ən mükəmməl layihələrdən
biri olan “Şahdağ” Qış-Yay
Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi
ilə fərqlənir.
Bu layihənin reallaşdırılması respublikamızda
dağ-xizək idmanı
və digər qış idman növlərinin inkişafı
üçün hərtərəfli
imkanlar açıb.
Azərbaycan tarixində
ilk dağ-xizək kurortu
olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinə daxil olan “Qaya” və
“Zirvə” mehmanxanalarının
açılışı turistlərin istirahətinə
geniş imkanlar yaradıb.
Bu sırada Qəbələ
şəhərinin turizm
mərkəzlərinin də
işini qeyd etmək gərəkdir. Bu səfalı diyarın qış aylarında füsunkar mənzərələrə
sahib olması xarici qonaqları cəlb edir. Eyni zamanda cənub
bölgəsinin də
turizm imkanları kifayət qədər genişdir. Azərbaycanın qonaqpərvərliyi, tolerantlığı, turizm
infrastrukturunun yaradılması
və yeni otellərin inşası turistləri cəlb edir. Digər amillərindən biri də, məhz
ölkədə hökm
sürən ictimai-siyasi
sabitlikdir. Bu baxımdan, Azərbaycan saysız turistləri qarşılamaq və lazımi səviyyədə
yerləşdirmək imkanına
malik olan turist ölkəsidir.
Lənkəran şəhərinə keçən ilin qışında 30 min nəfər
turist gəlib. Artım tendensiyasını nəzərə
alsaq, yeni ilə qədər bu diyara gələnlərin
də çox olacağını demək
olar.
Yeni il tətilini
tam fərqli abu-havada qarşılamaq istəyənlər
üçün hər
il paytaxtda və regionlarda, xüsusilə də qış turizmi mərkəzlərində xüsusi
bayram şənlikləri
təşkil olunur. Bayram tətilini əsl qış mühitində,
qarlı dağların
əhatəsində və
təmiz dağ havasında keçirmək
istəyənlər üçün
isə, Şahdağ
ideal məkan olduğundan,
buraya üz tutan turistlərin sayı həmin dövrdə lap çox artır. Yeni il tədbirləri
qonaqlara əsl bayram əhval-ruhiyyəsi yaşadaraq, onlarda maraqlı və unudulmaz təəssüratlar
yaradır. Məsələn,
ötən ilin sonunda yeni il şənliyini keçirmək üçün
təkcə “Şahdağa”a
16000-dən çox turist
gəlib. Onlardan 40 %-dən çoxu,
məhz xizək sürmək üçün
mərkəzə üz
tutan xizək həvəskarları olub.
Yeni il
bayramı günlərində
xaricə gedən azərbaycanlıların sayı
azalıb, Azərbaycana
gələn turistlərin
sayı isə artıb. Azərbaycan vətəndaşlarının
çoxu ölkəmizin
regionlarında - Quba, Qusar, Qəbələ və Lənkəranda istirahət ediblər.
Bütün bunlar bu ilin payına düşən turistlərin
sayının 3 milyonu
keçəcəyinə böyük
inam yaradıb.
N.NOVRUZ
Mövqe.- 2019.- 23 noyabr.- S.14