Müsbət ticarət saldosu
makroiqtisadi sabitliyi
möhkəmləndirir
Son illər ölkəmizin gömrük
sistemində aparılan mütərəqqi islahatların mühüm hədəflərindən biri də ixracyönümlü
sahibkarlıq fəaliyyətinin
stimullaşdırılması, yüksək texnologiyalarla
təchiz olunan yeni sənaye
və emal müəssisələrinin
açılması, dünya bazarlarına rəqabətə davamlı məhsulların
çıxarılmasıdır, ixracın şaxələndirilməsidir.
İxracın qeyri-neft sektoru
hesabına genişləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirən
Azərbaycan xarici ticarət dövriyyəsinin
strukturunda da müsbət
keyfiyyət dəyişikliklərinə nail
olub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac olunub, 177 ölkədən idxal olunub. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 24837,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 14459,2 milyon dollar, idxalın dəyəri 10378,0 milyon dollar təşkil edib, nəticədə 4081,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2018-ci
ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici
ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,2 faiz,
real ifadədə isə 1,4 faiz, o cümlədən idxal 3,4
faiz, ixrac 0,3 faiz artıb. Bu dövr ərzində ölkədən 1413,1 milyon dollar dəyərində
qeyri neft-qaz məhsulları
ixrac edilib və bu da ötən ilin eyni dövrünə
nisbətən faktiki qiymətlərlə
17,1 faiz, real ifadədə
isə 12,1 faiz çoxdur.
Dövlət
Gömrük Komitəsinin məlumatlarına əsasən,
ixracın 28,5 faizini İtaliyaya, 14,8 faizini Türkiyəyə,
7,2 faizini İsrailə, 5,5 faizini Hindistana, 4,9 faizini Almaniyaya,
4,7 faizini Çinə, 3,6 faizini İspaniyaya, 3,4 faizini
Rusiyaya, 3,0 faizini Fransaya, 2,9 faizini Çexiyaya, 2,8 faizini
Gürcüstana, 2,6 faizini Birləşmiş Krallığa,
2,4 faizini Portuqaliyaya, 1,9 faizini Ukraynaya, 11,8 faizini isə digər
ölkələrə göndərilmiş məhsulların dəyəri
təşkil edib.
Qeyri
neft-qaz məhsulları üzrə ixracın dəyərində
Rusiyaya (33,0 faiz), Türkiyəyə (21,5 faiz), İsveçrəyə
(8,9 faiz), Gürcüstana (8,7 faiz), İtaliyaya (2,4 faiz),
Ukraynaya (2,3 faiz), Yunanıstana (2,3 faiz), Çinə (2,2 faiz),
İrana (1,5 faiz) və Niderlanda (1,4 faiz) göndərilmiş
malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,5 faizi Rusiya, 11,6 faizi İsveçrə, 11,1 faizi Türkiyə, 9,3 faizi Çin, 6,3 faizi ABŞ, 4,9 faizi Almaniya, 3,8 faizi Kanada, 3,5 faizi İran, 3,3 faizi Ukrayna, 2,8 faizi Avstraliya, 2,6 faizi İtaliya, 1,9 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Qazaxıstan, 20,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb. 2019-cu ilin yanvar-sentyabr aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,5 faiz, şəkər 49,5 faiz, tütün 2 dəfə, meyvə və tərəvəz şirələri 33,7 faiz, çay 7,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 49,6 faiz, pambıq lifi 47,2 faiz, pambıq ipliyi 38,1 faiz, emal olunmamış alüminium 24,1 faiz, polietilen 2,5 faiz, bentonit gili 17,2 faiz artıb.
Ölkə sahibkarlarının xarici bazarlara
çıxış imkanlarının genişlənməsi
həm də qanunvericiliyin təkmilləşdirilməsi
və gömrük prosedurlarının
sadələşdirilməsi tədbirləri ilə izah olunur. Ölkə
başçısının 1 fevral
2007-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş «Azərbaycan
Respublikası gömrük
sisteminin 2007-2011-ci illərdə
inkişafına dair Dövlət Proqramı»nın
əhəmiyyəti bu baxımdan xüsusi qeyd
olunmalıdır. Proqram dövlətin gömrük siyasətinin müasirləşdirilməsinə
imkan yaradıb və xarici
iqtisadi əlaqələrini genişləndirib.
Son illər dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, gömrük orqanlarının fəaliyyətində elektron xidmətlərin geniş tətbiqi də diqqət mərkəzindədir. Hazırda Gömrük Komitəsi tərəfindən 20-ə yaxın elektron xidmət göstərilir. «E-gömrük» bəyannaməsinin verilməsi; elektron qaydada ilkin məlumatlandırma; xarici iqtisadi fəaliyyət iştirakçılarına həyata keçirdikləri idxal-ixrac əməliyyatları haqqında statistik məlumatların verilməsi; rüsumsuz ticarət mağazasının təsis edilməsinə dair icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu; gömrük brokeri və gömrük daşıyıcısı fəaliyyətinə lisenziyanın verilməsi, onun fəaliyyətinin dayandırılması və ləğv edilməsi üçün müraciətin və sənədlərin qəbulu; gömrük və müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə lisenziyanın verilməsi; vətəndaşlardan Dövlət Gömrük Komitəsinə daxil olan sorğu və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi; yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması məsələləri aiddir.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunur ki, "Gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində gömrük sisteminin rolunun daha da artırılması üçün bir sıra məqsədyönlü işlər görülmüşdür".
Sərəncamda Gömrük
Komitəsinə bir sıra mühüm məsələlərlə
yanaşı, məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron
gömrük xidmətlərinin daha da genişləndirilməsi
məqsədi ilə bütün bəyannamələrin
gömrük orqanlarında elektron formada
qəbulunu iki ay
müddətində təmin etmək
tapşırılmışdı. Komitə, həmçinin elektron xidmətlər göstərilməsi ilə
əlaqədar olaraq, müvafiq
sahələrdə ayrı-ayrı dövlət orqanları ilə
qarşılıqlı elektron informasiya mübadiləsinin həyata
keçirilməsini təmin edib. Gömrük
nəzarətinin səmərəliliyini artırmaq məqsədi
ilə gömrük sistemində mövcud olan müasir texnologiya və
avadanlıqdan istifadə etməklə, gömrük
işi sahəsində risklərin
avtomatlaşdırılmış idarəetmə sistemini təkmilləşdirib.
Şübhəsiz, ölkənin tədiyyə balansını tənzimləmək, habelə xarici valyuta axınını təmin etmək, idxaldan asılılığı maksimum dərəcədə azaltmaq üçün qarşıya qoyulmuş strateji məqsədlərdən biri də sahibkarların ixrac imkanlarının genişləndirilməsidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında kənd təsərrüfatı və emal məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi və s. nəzərdə tutulub. Ölkə başçısının 1 mart 2016-cı il tarixli «Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanı da bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Sənəd 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədini önə çəkir. Fərmana əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. 2020-ci il dekabrın 31-dək qüvvədəcə olacaq həmin fərmana görə, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir.
İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə mənfəət və ya gəlir vergisinin 50 faizindən azadolma; torpaq və əmlak vergisindən tam azadolma; layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azadolma aiddir.
Samir Mustafayev
Mövqe.- 2019.- 26 noyabr.- S.10.