Azərbaycan və Rusiyanın strateji tərəfdaşlığı
güclənir
Birinci vitse-prezidentin
Rusiya səfəri münasibətlərin
inkişafına mühüm töhfə olacaq
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına mühüm töhfə kimi qiymətləndirilə bilər. Səfərin xüsusiyyəti, keçirilən görüşlərdə səsləndirilən fikirlər Azərbaycanla Rusiyanın münasibətlərinin yeni inkişaf mərhələsini yaşadığını göstərir.
Aydındır ki, həm Rusiya, həm də Azərbaycan üçün əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti böyükdür. İldən-ilə əməkdaşlığın gücləndirilməsi, genişləndirilməsi, onun bütün sahələri əhatə etməsi əlaqələrdə keyfiyyət dəyişikliyinin baş verdiyini təsdiqləyir.
Azərbaycan və Rusiya ikili münasibətlərdə
ilk növbədə BMT Nizamnaməsinin məqsəd
və prinsiplərinə, beynəlxalq hüququn
digər ümumtanınmış normalarına və beynəlxalq
hüquq qaydasının dəstəklənməsinin
və möhkəmləndirilməsinin əsası qismində
dövlətlərin suveren bərabərliyinə,
müstəqilliyinə, ərazi bütövlüyünə
və sərhədlərin toxunulmazlığına hörmət,
zor tətbiq etməmək və ya zor tətbiq etməklə
hədələməmək prinsiplərinə sadiq olduqlarını təsdiq edirlər. Burada ən vacib olan digər məsələ
əlaqələrin bərabərhüquqlu,
qarşılıqlı faydalı və konstruktiv
münasibətlər səviyyəsində
inkişafıdır. 1990-cı illərdən bəri
münasibətlərin inkişaf vəziyyəti
göstərir ki, iki
ölkə hərtərəfli əməkdaşlıq
və milli maraqlara qarşılıqlı
hörmət əsasında əlaqələr
yaxşılaşdırır. Qarşılıqlı etimada əsaslanan münasibətlər bütün sahələrdə əməkdaşlığın
güclənməsinə imkan yaradır.
Qeyd edilən prinsiplərə sadiq qalmaqla iki dövlət bütün sahələrdə əməkdaşlığı inkişaf etdirir və hazırda əməkdaşlıq özünü strateji səviyyəsinə yüksəlib. İki ölkə eyni zamanda regional və qlobal məsələlərdə də aktiv əməkdaşlıq edir. Azərbaycan və Rusiya qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. İki ölkə Müstəqil Dövlətlər Birliyi çərçivəsində inteqrasiya proseslərinə, həmçinin Azərbaycan və Rusiya üzvləri olduqları beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətə yardım edirlər. Eyni zamanda iki ölkə arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin artırılması və diversifikasiyasının, həmçinin ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi prosesində mühüm faktor kimi yüksək texnologiyalı sahələrdə əməkdaşlığı fəallaşdırır.
Münasibətlərin
indiki vəziyyətində Birinci vitse-prezidentin Rusiyaya səfəri
dostluq və strateji tərəfdaşlıq əlaqələrinin
dərinləşdirilməsi və genişləndirilməsinə
yeni töhfə verəcək.
Rusiya
ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq
xarakteri daşıyır. Rusiya Prezidenti Vladimir
Putinin qeyd etdiyi kimi bu
münasibətlərin əsasını mehriban
qonşuluq ənənələri, hüquq bərabərliyi, bir-birinin
mənafelərinə hörmət, milyonlarla
insanın qaynayıb-qarışmış taleləri təşkil
edir. İki ölkənin
dövlət başçıları, hökumətləri və
parlamentləri arasında qarşılıqlı etimada əsaslanan əlaqələr məhz bu cür möhkəm təməl
üzərində inkişaf edir. Ticari-iqtisadi və investisiya, energetika
sferalarında, nəqliyyat infrastrukturu,
avtomobilqayırma, səhiyyə sahələrində
qarşılıqlı faydalı əməkdaşlıq dərinləşir.
Ümumilikdə
Rusiya dövləti ilə yanaşı Rusiyanın
regionları ilə də əlaqələr inkişaf
etdirilir. Hazırda Rusiyanın regionları ilə kooperasiya çox yüksək
səviyyəyə qalxıb. Rusiya
Federasiyasının 17 subyekti Azərbaycandakı
tərəfdaşları ilə ticari-iqtisadi,
elmi-texniki və mədəni əməkdaşlıq
haqqında sazişləri həyata keçirir.
Rusiyanın 70-dən çox regionunun müəssisə və şirkətləri
ilə xarici ticarət ünasibətləri
var.
İki
ölkə arasında strateji tərəfdaşlığın
inkişaf etməsini iqtisadi münasibətlərin səviyyəsi
və inkişaf imkanları də təsdiqləyir. Azərbaycanın Birinci vitse-prezidenti Azərbaycan-Rusiya Regionlararası
Forumunda çıxışı
zamanı qeyd edib ki, iki ölkənin iqtisadi münasibətlərində müsbət
dinamika müşahidə edilir:
"2018-ci ildə ticarət dövriyyəsi 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin
9 ayı ərzində isə artım 26 faizə
çatıb. İnvestisiya sahəsində
də əməkdaşlığımız genişlənir.
Azərbaycanda Rusiya kapitallı 700-ə
yaxın müəssisə qeydə alınıb. Azərbaycanda
Rusiya investisiyalarının həcmi 4,9 milyard ABŞ dollarına çatıb. Eyni zamanda, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə yatırıb. Hazırda
maşınqayırma və avadanlıq istehsalı, kimya sənayesi, əczaçılıq, nəqliyyat
kimi sahələrdə müştərək
layihələr həyata keçirilir. Məsələn,
“SOCAR Polymer” zavodu inşa edilib, “Azərikimya”
müəssisələri modernləşdirilir, Gəncə avtomobil zavodunda “KamAz” Səhmdar Cəmiyyətinin və “Ural” avtomobil zavodunun yük avtomobillərinin
istehsalı və yığılması həyata keçirilir. Hacıqabul Sənaye Məhəlləsində
“QAZ” markalı avtomobillərin yığılması üzrə
zavod tikilir. “P-farm” əczaçılıq preparatları zavodunun birinci növbəsinin
tikintisi başa çatmaq üzrədir. Rusiya
şirkətləri Azərbaycanın neft-qaz
sektorunda iştirak edir. Elektrik enerjisi mübadiləsi həyata keçirilir. Azərbaycan, Rusiya
və İran arasında “Şimal-Cənub”
enerji dəhlizinin yaradılması üzrə
iş aparılır.
Rusiya
Federasiyası ölkəmizdən ixrac edilən kənd təsərrüfatı
məhsullarının əsas istehlakçısıdır. Biz də öz növbəmizdə,
Rusiyadan kənd təsərrüfatı
texnikası və mineral gübrələr
alırıq. Yaxın gələcəkdə 2020-2022-ci illər
üçün aqrar
sənaye kompleksində əməkdaşlıq
proqramının imzalanması planlaşdırılır.
Nəqliyyat-tranzit
sahəsi bizim əməkdaşlığımızın
mühüm istiqamətlərindən biridir. “Şimal-Cənub”
beynəlxalq nəqliyyat dəhlizi layihəsi bu
sahədə mühüm layihədir. Həmin layihənin həyata keçirilməsi nəticəsində
ötən il bu marşrut üzrə tranzit
daşımalarının həcmi 8 dəfə, bu ilin birinci
yarısında isə 60 faizdən çox
artıb. 2020-ci ildə yeni Bakı-Rusiya
Federasiyası sərhədi avtomagistralının tikintisinin başa
çatdırılması, habelə Samur
çayı üzərindən avtomobil körpüsünün birgə tikintisi planlaşdırılır. “Şimal-Qərb”
beynəlxalq nəqliyyat dəhlizi də uğurla
fəaliyyətə başlayıb.
Turizm sahəsində əməkdaşlığımız dinamik şəkildə inkişaf edir. 2018-ci ildə Azərbaycana səfər etmiş rusiyalıların sayı 900 minə yaxın olub. Bizim ölkəyə gələn turistlərin sayına görə Rusiya birinci yeri tutur. Azərbaycan da öz növbəsində, Rusiyanın Şimali Qafqaz regionunun turizm infrastrukturu üçün əsas investorlardan biridir”.
Azərbaycanın mühüm regional layihələrdə aktiv iştirakı, bu layihələrdə aparıcı mövqeyə malik olması gələcəkdə Rusiya ilə iqtisadi münasibətlərin genişlənməsinə əlavə təkan olacaq. Ölkəmizin Rusiya üçün əlverişli xarici bazar olması və bu bazarın regional əhəmiyyətinin artması şimal qonşumuzdan həm investisiya qoyuluşunun artmasına, həm də müxtəlif iqtisadi layihələrdə birgə iştiraka marağı gücləndirəcək. Bu konteksdən yanaşdıqda qarşıdakı dövrdə iki ölkə arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin daha da inkişafı qaçınılmaz olacaq.
Vasif CƏFƏROV
Mövqe.- 2019.- 27 noyabr.- S.14.