Yoxsulluğun minimuma endirilməsi sosial siyasətin əsas hədəfidir
Müstəqil
Azərbaycanın uğurlu inkişaf göstəricilərindən
ən mühümü vətəndaşların sosial rifah
halının yüksəldiməsi istiqamətində həyata
keçirilən sistemli və ardıcıl tədbirlərdir.
İctimai-iqtisadi formasiya dəyişkənliyini
başa vurmuş bütün postsosialist
dövlətlərində olduğu
kimi, Azərbaycanda da vətəndaşların
köklü iqtisadi islahatlara mənəvi-psixoloji
baxımdan adaptasiyası
hələ də özünü problem kimi göstərir. Bu prizmadan keçmiş
SSRİ respublikalarında, o cümlədən Azərbaycanda
vətəndaşların sosial
problemlərinin xüsusi
diqqət mərkəzində
saxlanılması son dərəcə vacibdir.
Sosial-iqtisadi hüquqların müdafiəsi
sahəsində dövlətin
başlıca vəzifəsi
mütərəqqi iqtisadi
və sosial islahatlar həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın
iştirakını təmin
etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli
şəkildə yararlanmasına
şərait yaratmaqdır.
Dövlətin vətəndaşlarını
həyati tələbatlarının
ödənilməsinə göstərdiyi
qayğı isə özünü bilavasitə
sosial təminat sistemində biruzə verir. Başqa sözlə, Azərbaycanda
uğurla gerçəkləşdirilən
sosial təminat tədbirləri insanların
həyati tələbatlarının
ən azı minimum səviyyədə ödənilməsinə xidmət
edir. Bu da təsadüfi deyildir ki, sosial-yönümlülük
Azərbaycanın milli
iqtisadi inkişaf modelini səciyyələndirən
başlıca xüsusiyyətlərdən
sayılır.
Cəmiyyətdə sosial ədalət
meyarının bərqərar
olmasına xidmət edən bu inkişaf
modelinin gələcək
prioritetləri ölkə
başçısının 6 dekabr 2016-cı il tarixdə təsdiqlədiyi
Strateji Yol Xəritəsində də
dolğun əksini tapıb. Sənəddə
2025-ci ilədək iqtisadi
inkişaf, sosial rifah və işsizliyin
ləğvi ilə bağlı nəzərdə
tutulan tədbirlər
və proqnozlaşdırılan
nəticələr xüsusilə
maraq doğurur. Qeyd olunur ki, qarşıdakı
8 ildə makroiqtisadi sabitlik, xüsusilə fiskal dayanıqlılıq,
əlverişli biznes mühiti, inkişaf etmiş infrastruktur, xarici bazarlara sərbəst çıxış
və xarici investisiyaların cəlb edilməsi nəticəsində
Azərbaycan iqtisadiyyatı
xarici şoklara daha davamlı olacaq və ölkədə əmək
məhsuldarlığı Şərqi
Avropa ölkələrinin müvafiq göstəricisinə çatdırılacaq.
Azərbaycan iqtisadiyyatı, Dünya
İqtisadi Forumunda bildirildiyi kimi, səmərəlilik əsaslı
modeldən innovasiya əsaslı modelə keçəcək. Əhalinin
adambaşına düşən
real gəlirləri ildə təxminən 5 faiz artacaq və
Azərbaycan Dünya Bankının təsnifatına
əsasən, "yüksəkgəlirli
ölkə" statusu
qazanacaq. Bu inkişaf prosesləri nəticəsində 2025-ci ildən
sonrakı dövrdə
adambaşına düşən
gəlir səviyyəsinə
görə Azərbaycan
Şərqi Avropa ölkələrinin səviyyələrinə
yaxınlaşacaq.
Sənəddə həmçinin vurğulanır
ki, innovasiya əsaslı modelin inkişaf etdirilməsi üçün fiziki, insan, institusional və sosial kapital təmin olunacaq: "2025-ci ildən
sonra Azərbaycanın
şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatında ümumi əlavə dəyərin
dörddə üçündən
çoxu qeyri-neft sektorlarında yaranacaqdır.
Növbəti illərdə
rəqabətədavamlı əmək xərcləri
Azərbaycan iqtisadiyyatı
üçün qısamüddətli
katalizator rolunu oynayacaqdır. Lakin faktiki rəqabət üstünlüyü qabaqcıl
texnologiyalar və digər innovasiya formalarından istifadə ilə yanaşı, keyfiyyətli təhsil
və peşə
təliminin nəticəsi
kimi yüksək məhsuldarlıq hesabına
yaranacaqdır. Başqa
sözlə, 2025-ci ilədək
olan dövr biliktutumlu iqtisadiyyata keçid dövrü olacaqdır".
2025-ci ildən
sonrakı dövrdə
innovasiya əsaslı
inkişaf modelinə keçid əvvəlki illərdə rəqabət
üstünlüyü olan
və inkişaf etmiş qeyri-neft sektorlarında ixtisaslaşmanın
daha da dərinləşdirilməsi
hesabına daha çox dəyərin ölkədə qalmasını
təmin edəcək.
Texnologiya transferi və
biliyin kommersiyalaşdırılmasının
genişləndirilməsi investisiya
qoyuluşunun səmərəliliyini
artıracaq. İqtisadiyyatın
həm regional, həm də sahələrarası strukturunun
optimallığı artacaq
ki, bu da
tarazlı və dayanıqlı inkişafı
təmin edəcək.
Azərbaycanda regional inkişaf
mərkəzlərinin formalaşması
bölgələrdə iqtisadiyyatın
rəqabətqabiliyyətli sahələrində ixtisaslaşmanın
dərinləşdirilməsi hesabına ümumi iqtisadi inkişafı təmin edəcək, Bakı beynəlxalq əhəmiyyətə malik
sənaye və xidmət mərkəzinə
çevriləcək.
Strateji Yol
Xəritəsinə görə,
"2025-ci ildən sonrakı
dövrdə karbohidrogen
və qeyri-karbohidrogen
gəlirləri arasındakı
tarazlığa nail olunacaq və hər il ARDNF-dən iqtisadiyyata inyeksiyalar "qızıl
qayda" əsasında
təmin ediləcək:
"Belə yanaşma
neft-qaz qiymətlərindəki
dəyişikliklərin təsirini
yumşaldaraq sərbəst
üzən yerli valyutaya inamı artıracaq və iqtisadi inkişafın dayanıqlılığını təmin edəcəkdir. Makroiqtisadi sabitlik həm yerli, həm də xarici özəl sektor nümayəndələrinin
investisiya qoyuluşlarının
stimullaşdırılması üçün zəmin olacaqdır. Beynəlxalq maliyyə bazarları ilə inteqrasiya və maliyyə texnologiyalarının tətbiqi
əsasında rəqabətqabiliyyətli
maliyyə sistemi dayanıqlı iqtisadi inkişafı dəstəkləyəcək
və əhalinin rifahını yaxşılaşdıracaqdır".
Qeyri-neft sektoruna
əlavə investisiya
qoyuluşları 2025-ci ilədək
və ondan sonrakı dövrdə daha rəqabətli iqtisadiyyatın vacib hərəkətverici qüvvəsi
olacaq. Bu səbəbdən gələcəkdə
sənaye və xidmət sektorlarına birbaşa xarici investisiyalar daha geniş miqyasda cəlb ediləcək. Texnologiya, bacarıqlar və qlobal dəyər zəncirlərinə
çıxış təklif
edən iri xarici şirkətlərin
qeyri-neft sektoruna investisiya yatırımı
Azərbaycanın qlobal
iqtisadi xəritədə
yerini möhkəmləndirəcək.
Azərbaycana xarici investorlar strateji olaraq üç aspekt üzrə cəlb ediləcəkdir: son dərəcə cəlbedici investisiya imkanlarının yaradılması
(məsələn, müasir
infrastruktura malik sənaye parkları); aparıcı beynəlxalq
şirkətlərə məqsədyönlü
çıxış; mövcud
və gələcək
investorlar üçün
birinci sinif xidmətlər.
Strateji Yol
Xəritəsi 2025-ci ilə
qədər ÜDM-də
3 faizdən çox orta illik real
artımını və
əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə
tutur. Bu iş yerlərinin yaradılması 3 amilin təsiri nəticəsində
mümkün olacaq: I)
Strateji Yol Xəritəsi çərçivəsində
görülən tədbirlər;
II) digər əlavə
tədbirlər və
III) ümumi iqtisadi mühitin yaxşılaşması
nəticəsində iqtisadi
artım sürətinin
yüksəlməsi. İqtisadiyyatın
sektorları üzrə
nəzərdə tutulan
tədbirlərin həyata
keçirilməsi nəticəsində
qeyri-rəsmi məşğulluğun
payı azalacaq.
Sənədə əsasən, qeyri-neft sektoruna yönəldilmiş
birbaşa xarici investisiyaların qeyri-neft
ÜDM-dəki payının
hazırkı 2,6 faizlik
göstəricidən 2025-ci ilə qədər 4 faizə çatdırılması
nəzərdə tutulur.
Xarici investorların töhfəsi yalnız sərmayə qoyuluşundan
ibarət deyil, onlar, eyni zamanda,
yeni sektorlara və dəyər zəncirlərinə daxil
olmaq
üçün zəruri olan yeni bacarıqlar, texnologiyalar və şəbəkələşmə imkanları gətirirlər.
İqtisadiyyatın şaxələndirilməsi
qeyri-neft sektoruna daha çox investisiya cəlb edilməsini tələb edir.
Qeyri-neft sektoru üzrə
ixracın 2015-ci ildəki
adambaşına 170 ABŞ dollarından
2025-ci ildə ən azı 450 ABŞ dollarına
qaldırılması da
əsas hədəflərdən
biridir. 2015-ci ildə Azərbaycan iqtisadiyyatının
idxal tələbi adambaşına 1000 ABŞ dollarına
bərabər olub. İdxalı tarazlaşdırmaq
üçün Azərbaycandan adambaşına
1.500 ABŞ dolları həcmində
məhsul ixrac olunub və bunun da 90 faizini
neft və qaz məhsulları təşkil edib. Mal və xidmətlərin
idxalının ixrac ilə balanslaşdırılması
iqtisadi müstəqillik
və sabitlik üçün son dərəcə vacibdir.
Sənədə əsasən, ticari mal və xidmətlər
sektorunda, məsələn
istehsal və ya turizm sektorlarında
2025-ci ilə qədər
150 min əlavə iş yerinin yaradılması əsas hədəflərdəndir. Bundan əlavə,
ixracın şaxələndirilməsi
üçün ticari
mal və xidmətlər sektorunda, yəni beynəlxalq səviyyədə satıla
bilən məhsulların
(məsələn, sənaye
və ya qida məhsulları) və ya xidmətlərin
(məsələn, turizm
və ya nəqliyyat) istehsalı ilə məşğul olan sektorlarda iş yerlərinin yaradılması zəruridir.
Ticari mal və xidmətlər sektorunun iştirakçıları
beynəlxalq rəqabətlə
üzləşirlər və
bu da adətən,
məhsuldarlıqda sürətli
artıma gətirib çıxarır.
Sənəddə həmçinin qeyd
olunur ki, 2025-ci ildən sonrakı dövrdə yoxsulluq ünvanlı şəkildə
tam aradan qaldırılacaq, keyfiyyətli
səhiyyə xidmətlərinə
və təhsilə çıxış imkanları
genişləndiriləcəkdir. Ötən on il ərzində keçilmiş yolu davam edərək, dövlət iqtisadi inkişafın ən
yoxsul insanları əhatə etməsini və beləliklə də ünvanlı olaraq yoxsulluğun aradan qaldırılmasını
təmin edəcək.
2025-ci ildən sonrakı
dövrdə yoxsulluq probleminin həllinə iki yanaşma olacaq: layiqli iş yerlərinin sayının artırılması;
əməkhaqqı və
digər gəlirləri
ilə ən zəruri ehtiyaclarını
ödəyə bilməyən
insanlara ünvanlı
sosial dəstək. Minimum əməkhaqqı məbləğində tədrici
artım işləyən
yoxsul insanların xüsusi çəkisini minimuma endirəcək. Xüsusən də minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60 faizinə
yaxınlaşacaq.
Samir Mustafayev
Mövqe.- 2019.- 2
oktyabr.- S.10