Azərbaycanın möhtəşəm
uğurlarının böyük memarı
Dünya
siyasətində cahanşümul əməlləri ilə
tanınan Heydər Əliyev şəxsiyyəti bütün
zamanlar üçün müdriklik rəmzidir
XX-XXI əsr
tariximizin əvəzedilməz şəxsiyyəti olan
Ümummilli Lider Heydər Əliyevin siyasi portreti
xalqımızın dövlətçilik təfəkkürünün
canlı təcəssümüdür. Dahi Heydər
Əliyevin həyat fəaliyyətinin hər bir anı
müdriklik qibləgahı kimi insanlara, cəmiyyətlərə
yol göstərir, kütlələri uğurla gələcəyə
aparan istiqamətə yönəldir.
Ulu Öndər Heydər Əliyevin yaratdığı
Azərbaycan daim irəliləyən, iqtisadi, sosial, humanitar və
mədəni sahələrdə inkişaf edən, hər
addımda insan və şəxsiyyət amilini uca tutan ölkə
imicini qazanıb.
Hələ sovet dövründə
Azərbaycanın taleyi Heydər Əliyev şəxsiyyətinə
bağlı olub. Ümummilli liderin zəngin siyasi və
dövlətçilik irsi müstəqil Azərbaycan dövlətinin
inkişaf və tərəqqisi, indiki və gələcək
nəsillərin fəaliyyəti üçün əvəzolunmaz
sərvət, milli qürur və iftixar mənbəyidir.
Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyevin
müdrik rəhbərliyi, həyata keçirdiyi
düşünülmüş, məqsədyönlü tədbirləri
hesabına 1969-1982-ci illər Azərbaycanın intibah
dövrü kimi tarixə çevrilib. XX əsrin 70-80-ci illəri
Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni
inkişafında özünəməxsus və spesifik
xüsusiyyətləri ilə səciyyələnən
mühüm bir tarixi zaman kəsiyidir. Bu dövrdə həyata
keçirilən tədbirlər məhz Ümummilli Liderin
adı və fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana
rəhbərliyi dövründə bütün sahələrdə
ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş
bir sıra mühüm addımlar atılıb. Bu nailiyyətlər
o vaxt hakimiyyətdə olan Ümummilli Liderin rəhbərliyi
və prinsipiallığı nəticəsində
mümkün olub.
Yeni dövrün tarixini də məhz Ulu
Öndər yaradıb. Onun hakimiyyətə gəlişi
ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin
həlli üçün fəaliyyətə
başlanılması, Rusiya və İran ilə münasibətlərin
yoluna qoyulması, ölkənin xarici siyasət
konsepsiyasının hazırlanması, daxili ictimai-siyasi və
iqtisadi vəziyyətin düzəldilməsi ilə Azərbaycana
şöhrət gətirdi. Torpaqlarımızın
işğalı ən ağrılı məsələ idi.
Hətta beynəlxalq ictimaiyyət və təşkilatlar Azərbaycanın
haqlı olduğunu deyə-deyə
işğalçıların irəliləməsinin
qarşısını almaq üçün əməli tədbirlər
görmürdülər. Ordu quruculuğuna yeni
başlamış bir ölkənin müharibəyə
sürüklənməsi, ərazisinin zəbt edilməsi
tarixi cinayət idi. Buna görə də ilk baxışda
göründüyü kimi işğalçı Ermənistanla
yox, beynəlxalq aləmlə razılığa gəlib atəşkəsə
nail olmaq lazım idi. Ulu öndər heç kimin dərk edə
bilmədiyi bu amili vaxtında gördü və Rusiyanın
moderatorluğu ilə cəbhədə atəşkəsə
nail oldu. Gələcək fəaliyyət üçün bu
addım nəfəs dərməyə imkan verdi. Məhz atəşkəs sayəsində dövlət
digər vəzifələrlə məşğul olub ayağa
qalxmağa nail oldu və yeni güc və qüvvə ilə
işğalçılara qarşı mübarizəyə
başladı. Respublikanın
sosial-iqtisadi və siyasi problemlərinin müvəffəqiyyətlə
həll olunması üçün demokratik dövlət quruculuğunun əsasının qoyulması
tezliklə öz bəhrəsini verdi. Ölkəmizin beynəlxalq
aləmdəki mövqeyinin güclənməsi, digər
ölkələrlə milli dövlət maraqlarına cavab verən
qarşılıqlı faydalı əlaqələrin
yaranması və dünya birliyinə inteqrasiya prosesinin
başlanması belə bir yolun seçilməsi ilə
çox bağlı idi.
Ümummilli Lider həyatı boyu
qazandığı təcrübə və bacarığı
ilə bu çətin və mürəkkəb vəzifələrin
öhdəsindən müvəffəqiyyətlə gəldi.
Ölkəmizin sistemli şəkildə dünya birliyinə
inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli
siyasi münasibətlərin genişlənməsi istiqamətində
atılan addımlar mühüm əhəmiyyət kəsb
etdi. Xəzər dənizinin Azərbaycan
sektorundakı neft yataqlarının istismarına dair
1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin
müqaviləsi” ölkəmizin dünya dövlətləri
ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi
və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə
güclü təkan verdi. Bu, dahi dövlət rəhbərinin
bütün dünyaya etdiyi çağırışın əks-sədası
idi. Təsadüfi düril ki, sonrakı illərdə
imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın
dünya birliyinə inteqrasiyasının sürətləndirilməsində
başlıca rol oynadı. 1998-ci il sentyabrın 7-8-də 32
dövlətin və 13 beynəlxalq təşkilatın
nümayəndələrinin iştirakı ilə tarixi
Böyük İpək Yolunun bərpası üzrə
keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri
Azərbaycanın xarici siyasətinin qazandığı ən
mühüm nailiyyətlərdən biri idi.
25 il əvvəl, 1994-cü il
mayın 4-də Prezident Heydər Əliyevin Avropa
İttifaqı ilə “Sülh naminə tərəfdaşlıq”
proqramının çərçivə sənədini
imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin
möhkəmlənməsi istiqamətində atılan
mühüm addımlardan biri oldu. Bu
proqramın Azərbaycan üçün əhəmiyyəti
ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri
və ABŞ ilə dünya təhlükəsizlik sisteminin,
eləcə də beynəlxalq münasibətlərin sivil
qaydaları çərçivəsində hər cür əməkdaşlıq
etmək imkanı qazandı.
Bütövlükdə Heydər Əliyevin
ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər
Azərbaycan dövlətçiliyi üçün həlledici
dövr olub. Məhz həmin illərdə dövlətimizin
siyasi və iqtisadi strategiyasının möhkəm təməli
qoyulub, Azərbaycan dünya birliyinin tam hüquqlu üzvünə
çevrilməsi üçün zəngin irs ıldə
edib.
Ötən əsrdə ölkəmizin
keçdiyi yolun təhlili göstərir ki, bugünkü
müstəqillik öz mənbəyini 1969-cu ildən
başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrdən götürür.
1993-cü ildə Azərbaycan Respublikasının
Prezidenti seçilməsi ilə əlaqədar keçirilən
andiçmə yığıncağında müdrik siyasətçi
deyib: “Belə bir yüksək məsuliyyətli vəzifəni
öz üzərimə götürərkən, birinci
növbədə Azərbaycan xalqının zəkasına,
müdrikliyinə, qüdrətinə güvənirəm,
arxalanıram. Azərbaycan xalqının mənə
bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə
götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm
ki, bu ümidləri doğrultmaq üçün əlimdən
gələni əsirgəməyəcəyəm.
XX əsrin sonu dünyada köklü dəyişikliklərə
səbəb olmuş siyasi proseslərlə əlamətdardır.
Azərbaycan xalqı da bu proseslərdən kənarda
qalmamış, nəhayət, əsrlərdən bəri bəslədiyi
ümidlərinə, arzularına çatmış, öz
müstəqilliyinə nail olmuşdur. Azərbaycan
Respublikasının dövlət müstəqilliyi əldə
etməsi dünyada, keçmiş Sovetlər İttifaqında
gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsidir.
Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir
hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti,
milli nailiyyətidir və bu müstəqilliyin əldə
olunmasında hər hansı qrupun, hərəkatın,
qüvvənin müstəsna xidmətləri olduğunu
heç vəchlə qəbul etmək olmaz. Eyni zamanda Azərbaycanın
müstəqilliyi respublika qarşısında, onun vətəndaşları
qarşısında çox böyük və mürəkkəb
vəzifələr qoyubdur. Dövlət müstəqilliyini
möhkəmləndirmək, müstəqil dövlət
quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və
inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi
bütövlü-yünü, tam suverenliyini təmin etmək,
ölkəmizi müharibə şəraitindən
çıxarmaq, respublikanın vətəndaşlarının
rifahını yaxşılaşdırmaq, onların
yaşaması üçün lazımi şərait yaratmaq
və bu vəzifələr mənim prezident fəaliyyətimdə
əsas istiqamətlər olacaqdır və mən bunların
həyata keçirilməsinə çalışacağam”.
Ulu Öndər
çıxışında vətən, xalq
qarşısında duran məsələləri aydın
şəkildə göstərərək bunların həyata
keçirilməsinin zəruriliyini vurğulamışdı.
İllər keçdi, həmin yığıncaqda səsləndirilən
tezislər Ümummilli Liderin rəhbərliyi altında uğurla
icra edildi. Azərbaycan dünya arenasına
çıxdı, regionun lider dövlətinə
çevrildi, xalqın güzəranı
yaxşılaşdı, ölkədə böyük quruculuq
işləri başlandı və Azərbaycan
günü-gündən gözəlləşən və
sabitlik hökm sürən diyara çevrildi.
Müstəqil Azərbaycan Respublikasının
qarşısında duran əsas vəzifələrdən biri
respublikanın dövlət quruculuğunu təşkil etmək
idi. Təcrübəli rəhbər bu yolun üfüqlərini
aydın görür və dəqiqliklə onun
planınını cızırdı. Müstəqil Azərbaycanda
demokratik, hüquqi dövlət qurulmalı idi və bu
dövlət Heydər Əliyevin layihəsi əsasında
demokratik prinsiplər əsasında öz tarixi və
milli ənənələrindən bəhrələnərək,
dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən
səmərəli istifadə edilərək quruldu. Bu gün Azərbaycan Heydər
Əliyev irsindən istifadə edərək demokratik
sivilizasiyalı cəmiyyət qurub və bu tendensiyanı
sürətlə inkişaf etdirir. Dövlət həyatında
müstəqilliyi möhkəmləndirmək
üçün əsas vəzifələrdən biri
ağıllı, səriştəli xarici siyasətin
olmasıdır. Ulu öndər elə bir mükəmməl
siyasi proqram işləyib hazırlayıb ki, ölkəmizin
perspektivdə həyata keçirəcəyi strateji xətt
indidən aydındır.
Dünya siyasətində cahanşümul əməlləri
ilə tanınan Heydər Əliyev şəxsiyyəti
bütün zamanlar üçün müdriklik rəmzidir.
Onun ömür yolu böyük ideyayaların qoynunda
keçibdir. Gündəlik yaşam tərzi, iqtisadi
addımları, yeritdiyi siyasət, istifadə etdiyi diplomatik
üsullar böyük rəhbərin
uzaqgörənliyini, strateji təfəkkürə sahib
olduğunu təsdiq edirdi. O, dövrünün siyasi liderləri
ilə tən addımlayan dövlət xadimi kimi Azərbaycan
xalqının qəlbində əbədi məskən
salıb.
N.NOVRUZ
Mövqe.- 2019.- 3 oktyabr.- S.3