Kiçik orta sahibkarlığın inkişafı diqqət mərkəzindədir

 

 

Son 16 ildə sahibkarlığın inkişafı istiqamətində dövlət səviyyəsində bir sıra siyasi, təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, sahibkarlıq fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir.

 

Regionların sosial-iqtisadi inkişafına xidmət edən (2004-2008, 2009-2013, 2014-2018-ci 2019-2023-cü illər) dövlət proqramlarının ən uğurlu nəticələrindən biri ölkədə daha əlverişli biznes investisiya mühitinin formalaşması, adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsidir. Həyata keçirilmiş tədbirlərin mahiyyəti konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılması sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 83 faizə çatıb.

 

Sahibkarlığa Kömək Milli Fondunun (Hazırda Sahibkarlığın İnkişafı Fondu adlanır) fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 2002-ci, 2004-cü, 2005-ci, 2006-cı, 2008-ci 2010-cu il tarixli fərmanları ilə Fondun statusu vəsaitlərinin istifadə edilməsi qaydaları təkmilləşdirilib, güzəştli kredit vəsaitlərinin daha məqsədəuyğun yerləşdirilməsinə sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadə etməsinə əlverişli şərait yaradılıb.

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasında kiçik orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəfləri nəzərə alaraq Azərbaycan Respublikasının PrezidentiKiçik orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” 28 dekabr 2017-ci il tarixdə fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Kiçik Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.

 

Bu qurumun yaradılması ilə bağlı təkliflər hazırlanarkən sahibkarlığın inkişafı tənzimlənməsi sahəsində beynəlxalq təcrübədə tətbiq olunan mütərəqqi idarəçilik təcrübəsi araşdırılıb. Belə ki, bir sıra inkişaf etmiş ölkələrdə sahibkarlığın, xüsusilə KOS-ların inkişafı məqsədilə investisiyaların, müasir texnologiyaların, qabaqcıl idarəetmə təcrübəsinin dövlət tənzimləmə mexanizmlərinin tətbiqinə, yüksək keyfiyyətli, rəqabət qabiliyyətli ixracyönümlü məhsulların istehsalının stimullaşdırılmasına, sahibkarlıq subyektlərinə informasiya, hüquqi iqtisadi məsləhət xidmətlərinin göstərilməsi onların dövlət təşkilatları, yerli xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasına yardım göstərən müvafiq təsisatlar fəaliyyət göstərir.

 

Azərbaycanda özəl bölmənin inkişafında xüsusi rolu olacaq Kiçik Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması dövlət başçısının özəl sektorun, xüsusilə kiçik orta sahibkarlığın inkişafına verdiyi böyük önəmin, göstərdiyi davamlı diqqət qayğının təzahürü sayıla bilər. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Kiçik Orta Sahibkarlığın İnkişafı Agentliyi qarşısında

 

qoyulan əsas vəzifə ölkədə KOS-ların iqtisadiyyatda rolunun əhəmiyyətinin, rəqabət qabiliyyətliliyinin artırılması, inkişafının dəstəklənməsi, KOS-lara xidmətlərin göstərilməsi, dövlət orqanları təşkilatlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi, KOS sferasında dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, dövlət dəstəyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsidir. Dövlət başçının müəyyənləşdirdiyi vəzifələrə uyğun olaraq, Agentlik KOS-lara dəstək infrastrukturunun inkişafına köməklik göstərir, KOS-ların dəstəklənməsi məqsədilə yerli, xarici beynəlxalq təşkilatların maliyyə vəsaitlərinin cəlb edilməsi, məqsədli proqramların hazırlanması icrasının təşkilini təmin edir.

 

Agentliyin daha bir fəaliyyət istiqaməti KOS-lara təlim-tədris, məsləhət, innovasiya, hüquq, maliyyə xidmətlərinə, həmçinin kadr informasiya-kommunikasiya resurslarına çıxış, marketinq satışa dəstək, layihələrin idarə olunması, korporativ idarəetmə s. digər bu kimi beynəlxalq təcrübədə tətbiq edilən kommunikativ mexanizmlərin, eləcə dövlət orqanları təşkilatları tərəfindən göstərilən xidmətlərin vahid məkanda - KOS evlərində təşkili, sahibkarlara göstərilən dövlət xidmətlərinin elektronlaşdırılmasıdır. Bütün bu kommunikasiya xidmətlər sahibkar məmnunluğunu təmin etməklə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət rahatlıq prinsiplərinə uyğun həyata keçirilir

 

Kiçik Orta Sahibkarlığın İnkişafı Agentliyi dövlət satınalmalarında KOS-ların iştirakının genişləndirilməsinə istiqamətlənmiş tədbirlər, kiçik orta sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, müvafiq xarici yerli təşkilatların KOS-ların dəstəklənməsinə cəlb edilməsi sahəvi normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlayır. Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, kiçik orta sahibkarlara göstərilən xidmətlərin vahid məkandabir pəncərəprinsipi üzrə təşkili müsbət nəticələr verməklə, həmin xidmətlərin keyfiyyətinin əlçatanlığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

 

Agentlik tərəfindən KOS-lar üçün digər xidmətlərin, xüsusilə bazar araşdırmaların aparılması, elmi-tədqiqat təhsil müəssisələri ilə əlaqələrin qurulması qabaqcıl elmi-texnoloji yeniliklərin tətbiqi, sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək göstərilməsi, biznes inkubatorların fəaliyyətinin təşkili, sahibkarların müraciətlərinə baxılması s. xidmətlərin “KOS evlərivasitəsilə həyata keçirilməsi sahibkarlar üçün faydalı olmaqla, onların səmərəli fəaliyyətinin təşkilində əhəmiyyətli rol oynayır.

 

KOS subyektlərinin hüquqi biznes biliklərinə, mütəxəssis bankına müxtəlif xarakterli məlumat mənbələrinə çıxış imkanlarının artırılması, dövlət xidmətlərindən bir məkanda istifadə imkanlarının yaradılması, biznes tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə vahid məlumat portalının yaradılması da nəzərdə tutulur.

 

Ötən müddətdə Kiçik Orta Sahibkarlığın İnkişafı Agentliyinin fəaliyyətinin təmin olunması üçün təşkilati tədbirlər həyata keçirilib sahəvi normativ hüquqi bazanın formalaşdırılması istiqamətində işlər aparılıb. Azərbaycan Respublikası Prezidentinin "Kiçik orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında" Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu "Azərbaycan Respublikasının Kiçik Orta Sahibkarlığın İnkişafı Agentliyi" yaradılıb.

 

Fərmanla mərkəzi yerli icra hakimiyyəti bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin verdikləri hüquqmüəyyənedici sənədlərin vahid "G2B" (dövlət-biznes) elektron reyestrinin yaradılması təmin edilməlidir. Fərmanla müəyyən edilib ki, Azərbaycan Respublikasının Kiçik Orta Biznesin İnkişafı Agentliyi ölkədə mikro, kiçik orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir; Agentliyin nizamnamə fondu 5 milyon manatdır dövlət büdcəsinin vəsaiti hesabına formalaşır; Fərmanda nəzərdə tutulan reyestrin operatoru funksiyalarını Agentlik həyata keçirir; Agentlik öz fəaliyyətində sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət rahatlıq prinsiplərini rəhbər tutur; Agentliyin Aparatının işçilərinin say həddi 240 ştat vahididir.

 

Ümumilikdə, Agentliyin onun tərkibində KOS evlərinin fəaliyyətə başlaması bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılmasına, institusional dəstək mexanizmlərinin daha da təkmilləşdirilməsinə, KOS-lar üçün zəruri bütün xidmətlərə vahid məkanda rahat çıxışın təmin edilməsinə şərait yaradıb.

 

 

 

Samir Mustafayev

 Mövqe.- 2019.- 5 oktyabr.- S.10