Sahibkarların güzəştli kreditlərlə təminatı genişlənir

 

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Bunda başlıca məqsəd Azərbaycanda sahibkarların dövlətin güzəştli kreditlərə çıxış imkanlarının sadələşdirilməsidir.

 

Fond sahibkarların maarifləndirilməsi, onlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində növbəti işgüzar forumu oktyabrın 2-də Saatlı rayonunda təşkil edib. Fonddan bildirilir ki, Forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin verilməsi mexanizmi barədə treninq, Saatlı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, intensiv bağçılıq təsərrüfatlarının, meyvə emalı müəsssisəsinin, logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr metodiki materiallar paylanıb. Bildirilib ki, dövlət başçısının uğurlu siyasəti nəticəsində iqtisadiyyatın davamlı dayanıqlı inkişafının təmin edilib, əlverişli biznes investisiya mühiti yaradılıb, rəqabətqabiliyyətli ixracyönümlü məhsul istehsalı genişlənib. Bu istiqamətdə mühüm tədbirlərdən biri sahibkarların dövlətin güzəştli kreditləri ilə təminatıdır - ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 130 milyon manatadək güzəştli kredit verilib.

 

İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,4 milyon manatadək güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, bağçılıq, çörək istehsalı müəssisəsinin yaradılması s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yerinin açılması mümkün olacaq. Ümumilikdə isə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14200-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 590 milyon manatdan çox güzəştli kredit verilib.

 

Ümumiyyətlə, dövlət başçısı İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi xüsusi diqqət özəl sektora davamlı dövlət maliyyə dəstəyinin göstərilməsi nəticəsində sahibkarlığın inkişafı daha da sürətlənib. Dövlətin maliyyə dəstəyini həyata keçirən Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlər məqsədli dövlət proqramlarının Azərbaycan Respublikası Prezidentinin fərman sərəncamlarından irəli gələn tapşırıqların icrasına, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritet sahələrin maliyyələşdirilməsinə, regionların tarazlı inkişafına, o cümlədən yoxsulluğun azaldılması, məşğulluğun təmin edilməsi ilə əlaqəli olan sahələrdə dinamik iqtisadi inkişafın təmin edilməsinə yönəldilir.

 

Fond Azərbaycan təcrübəsində sahibkarın dövlətin maliyyə imkanlarından əlverişli şərtlərlə bəhrələnməsinin, xüsusilə qeyri-neft sektorunda səmərəli investisiya layihələrinin reallaşdırılması məqsədilə uzunmüddətli kreditlər almasının pozitiv nümunəsinə çevrilib. Ölkənin maliyyə imkanları genişləndikcə Fonda ayrılan vəsaitlərin həcmi artır, eyni zamanda, bu vəsaitlərdən istifadə imkanlarını sadələşdirən çevik işlək mexanizmlər tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2002, 2004, 2005, 2006, 2009 2011-ci il tarixli sərəncamları ilə əvvəllər SKMF adı ilə fəaliyyət göstərən Fondun vəsaitlərindən istifadə qaydaları təkmilləşdirilib, bu sahədə fəaliyyətin genişləndirilməsinə imkan yaradılıb. Nəticədə

 

güzəştli kreditlərin daha aşağı faizlərlə alınması, məqsədəuyğun, rentabelli şəkildə yerləşdirilməsi mümkün olub.

 

Fondun vəsaitlərinin yönəldiyi sahələrdən biri dünya ölkələrinin qabaqcıl təcrübəsinin Azərbaycana gətirilməsi, respublikada müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal infrastruktur sahələrinin yaradılmasıdır. Bu baxımdan, qeyri-neft sektoru sahələrinin inkişafının sürətləndirilməsi yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsinə xüsusi diqqət göstərilir.

 

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”na əsasən Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına rəsmi qaydada müraciət edirlər.

 

Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər qiymətləndirmə meyarları əsasında investisiya layihələrini təhlil edərək layihənin maliyyələşdirilməsi ya maliyyələşdirmədən imtina barədə qərarını sahibkara bildirir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam hərtərəfli ekspertizası üçün əlavə məlumat sənədlər tələb edə bilər.

 

Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir kiçikhəcmli kreditlər istisna olmaqla, müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir. Ekspertizanın nəticəsindən asılı olaraq, müraciətlərin təmin olunması ya ondan imtina edilməsinə dair İdarə Heyətinin qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

 

Sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir. Fond 3 (üç) bank günü ərzində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür bu barədə Fonda sahibkarlıq subyektinə məlumat verir.

 

Fondun güzəştli kreditlərindən istifadə etmək üçün müraciət etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatı hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq Fonda məlumat verməlidir. Təqdim olunacaq məlumatın formasını Fond müəyyənləşdirir. Zəruri hallarda Fond bu məlumatları müəyyən edilmiş müddətdən əvvəl tələb edə bilər.

 

Müvəkkil kredit təşkilatları Fondun müəyyən etdiyi qaydada ildə azı iki dəfə hər bir sahibkarlıq subyektinin Fondun vəsaitindən investisiya layihəsi üzrə istifadə etməsinin monitorinqini aparır bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturunu formasını Fond müəyyən edir. Müvəkkil kredit təşkilatı apardığı

 

monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində məhz bu layihə üzrə əsas kredit faiz borcunu bütövlükdə Fondun hesabına köçürməlidir.

 

Sahibkarlıq subyektlərinin maarifləndirilməsi istiqamətində həyata keçirilən təşviqat işləri sırasında iqtisadiyyatın müxtəlif sahələri üzrə Fond tərəfindən hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatlarının keçirilməsi həmin nümunəvi layihələrin sahibkarlara təqdim olunması xüsusi qeyd olunmalıdır. Bu təqdimatlar biznes layihələrinin hazırlanmasında nəzəri biliklərin praktiki biliklərlə əlaqələndirilməsini təmin edir, eyni zamanda, konkret biznes sahəsində daha geniş dəqiq məlumatların əldə olunmasında, hesablamaların düzgün aparılmasında, səmərəlilik baxımından biznes fəaliyyətlərinin qiymətləndirilməsində müqayisə edilməsində sahibkarlara dəstək olur. Eyni zamanda, hər bir regionun potensial imkanları nəzərə alınmaqla yeni biznes sahələrinin yaradılmasına təşəbbüslərin artmasına, sahibkarlıq subyektlərinin iqtisadi aktivliyinin əhəmiyyətli dərəcədə yüksəlməsinə öz müsbət təsirini göstərir.

 

Samir Mustafayev

 Mövqe.- 2019.- 8 oktyabr.- S.10