Səmərəli iqtisadi islahatlar dinamik inkişafı təmin edir
Səmərəli idarəetmə sistemi xalqın mənafeyinə cavab verən strateji əhəmiyyətli qərarların
qəbulu ilə yanaşı, konkret zamanda həyata keçirilmiş tədbirlər
sistemi ilə bağlı müntəzəm
olaraq ictimaiyyətin məlumatlandırılmasını da zəruri tələb kimi önə çıxarır. Dövlət
başçısı İlham
Əliyev ötən
16 ildə ayrı-ayrı
məmurlara etimad meyarını məhz onların fəaliyyətinə
nəzərən müəyyənləşdirərək,
ictimaiyyətin görülmüş
işlər, qarşıda
duran məqsədlər
və həyata keçiriləcək layihələr
barədə məlumatlandırılmasını
zəruri sayıb.
Bu cür hesabatlar
konkret dövrdə əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi,
qazanılmış uğurların
ictimaiyyətə düzgün,
obyektiv çatdırılması,
mövcud problemlər
ətrafında obyektiv
müzakirələrin aparılması,
bu problemlərin həlli yollarının tapılması üçün
səmərəli vasitəyə
çevrilib.
2003-cü ildən etibarən Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi siyasətin uğurlarını şərtləndirən
əsas amillərdən
biri də məhz inkişafın mərkəz və regionlar üzrə tarazlı xarakter daşıması, rentabelli
istehsal sahələrinin
ölkənin bütün
regionlarını əhatə
etməsi, yerli resurslardan istifadənin səmərəliyinin artırılması,
infrastrukturun yeniləşdirilməsi
tədbirləri ilə
sıx şəkildə bağlıdır.
Məhz bu iqtisadi strategiya
regionlarda sahibkarlığın
inkişafını sürətləndirməklə,
oradakı əmək
ehtiyatlarından, təbii
və iqtisadi potensialdan səmərəli
istifadə edilməsinə
imkan yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2004-cü il tarixli «Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafi
Dövlət Proqramı
(2004-2008-ci illər)», 14 aprel
2009-cu il tarixli «Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı» və
2014-cü il 27 fevral tarixli «Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı» regionların
iqtisadi inkişafında
tamamilə yeni səhifə açıb,
insanların kəndlərdən
şəhərlərə axınının qarşısını
alıb, xüsusilə
də qeyri-neft sektorunun, sahibkarlığın
inkişafına xüsusi təkan verib.
2004-2018-ci illər ərzində
reallaşdırılan regionların
sosial-iqtisadi inkişafi
dövlət proqramlarının
təhlili göstərir
ki, ötən müddətdə ölkənin
makroiqtisadi göstəricilərində
regionların xüsusi
çəkisi əhəmiyyətli
dərəcədə yüksəlib. Yerlərdə sahibkarlığın
inkişafının sürətləndirilməsi,
yerli istehsal və emal müəssisələrinin
fəaliyyətinin bərpası
və genişləndirilməsi,
iqtisadi və sosial-mədəni infrastruktur
obyektlərinin yenidən
qurulması, yoxsulluğun
azaldılması, yeni
iş yerlərinin açılması nəticəsində
əhalinin həyat səviyyəsinin yüksəldilməsi
istiqamətində böyük
uğurlar əldə
olunub.
Statistik göstəricilər
son 16 ildə Azərbaycan
iqtisadiyyatının inkişafını
və dayanıqlılığını
bir daha təsdiq edir: Ötən dövrdə ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 49 mlrd. ABŞ dollarına
çatıb. 2004-2018-ci illərdə ümumi daxili məhsul (ÜDM)
real ifadədə 3,2 dəfə, o cümlədən
qeyri-neft sektoru 2,7 dəfə artıb. Davamlı sosial-iqtisadi inkişafın
təmin edilməsi məqsədilə dövlət
büdcəsində dövlət
əsaslı vəsait
qoyuluşu xərcləri
dinamik olaraq artıb, investisiya xərcləri dövlət
büdcəsində əhəmiyyətli
çəkiyə malik
olub.
Görülən tədbirlərin nəticəsi olaraq bölgələrdəki rayon və
şəhərlərlə paytaxt Bakı şəhərinin inkişafı
arasında arasında
kəskin getdikcə azalır. Dövlət proqramları
nəticəsində regionların
tərəqqisinə 50 milyard
manatdan çox vəsaitin yatırılması
inkişafdakı tarazlığı təmin
edib. Yalnız onu demək
kifayətdir ki, 2019-cu
ildə Azərbaycanın
34 şəhər və
rayonu mərkəzdən
dotasiya almadan özünü maliyyələşdirir.
Son 15 ildə açılmış
1,9 milyona yaxın iş yerinin 50 faizdən çoxunun məhz regionların payına düşməsi Azərbaycan
Prezidenti İlham Əliyevin regional siyasətinin
uğurlarının əyani
təcəssümüdür.
Dövlət rəhbəri Azərbaycanı müasir
və qüdrətli dövlətə çevirmək
məqsədini sadəcə
deklorativ bəyanatlarla
ifadə etmir, onun konkret icra
mexanizmlərinin müəyyənləşdirilməsi
istiqamətində konkret
addımlar atır. Son illərdə imzalanmış
"Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyası və
"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"
kimi konseptual əhəmiyyətli sənədlər
deməyə əsas verir ki, Prezident
İlham Əliyev Azərbaycanın uzunmuddətli
inkişaf strategiyasının
dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına
çalışır.
Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin,
eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının,
İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin,
Maliyyə Sabitliyi və Turizm, habelə Apellyasiya şuralarının, Sosial
Tədqiqatlar Mərkəzinin
yaradılması iqtisadi
islahatların səmərəliliyi
yüksəldib. Dövlət başçısının siyasi
iradəsilə həyata
keçirilən sistemli
islahatlar - imzalanan fərman və sərəncamlar respublikamızın
postneft dövrünə
uyğunlaşdırılması, sahibkarların hərtərəfli
dəstəklənməsi yolu
ilə qeyri-neft sektorunun inkişafının
sürətləndirilməsi məqsədini önə
çəkir. Bu baxımdan
3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi
və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması
haqqında", 20 aprel
2016-cı il tarixli “İnvestisiyanın həyata
keçirildiyi iqtisadi
fəaliyyət sahələri,
investisiya layihəsinin
həcmi ilə bağlı minimal məbləğ
və həyata keçiriləcəyi inzibati
ərazi vahidləri"nin
təsdiq edilməsi haqqında, 19 may 2016-cı il
tarixli "Dövlət
əmlakının özəlləşdirilməsi
prosesinin təkmilləşdirilməsi
sahəsində əlavə
tədbirlər haqqında"
və "Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi
haqqında" fərmanları,
habelə 2016-cı il
21 may tarixli fərmanla
təsdiq edilmiş
"Malların və
nəqliyyat vasitələrinin
gömrük sərhədindən
keçirilməsi üçün
"Yaşıl dəhliz"
və digər buraxılış sistemlərindən
istifadə Qaydaları»,
21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikasında "Sahibkarlar
Günü"nün təsis
edilməsi haqqında"
və digər sənədlər ölkədə
sahibkarlığın inkişafına
ciddi təkan verib, ölkəmizin qlobal böhran meyillərinə çevik
müqavimətini təmin
edib.
Nazirlər Kabinetinin 2019-cu ilin
birinci rübünün
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə
həsr olunmuş iclası respublikamızın
dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyib. Hesabat dövründə
dövlət büdcəsinə
vergi və gömrük orqanlarının
xəttilə 200 milyon
manatdan əlavə vəsait toplanıb, ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektoruna sənaye istehsalı 15,6 faiz artıb. Hesabat dövründə kənd
təsərrüfatının 3,6 faiz, əhalinin gəlirlərinin 5,5 faiz artması, inflyasiyanın aşağı həddə
- 2,1 faiz civarında olması, ölkə iqtisadiyyatına 2,8 milyard
dollar sərmayənin qoyulması
inkişafdakı pozitiv
dinamikanın əyani
göstəriciləri kimi
qeyd olunmalıdır.
Azərbaycanda sahibkarlığın
inkişaf etdirilməsi
ilə bağlı aparılan siyasət, görülmüş işlər
nüfuzlu beynəlxalq
təşkilatlar tərəfindən
də yüksək qiymət alır. Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan
iqtisadiyyatı hazırda
rəqabət qabiliyyətinə
görə 141 ölkə
arasında 58-ci yerdədir
və 11 pillə irəliləyib. BMT
İnkişaf Proqramının
insan inkişafı indeksinə görə Azərbaycan «orta insan inkişafı» qrupu ölkələrini tərk edərək, «yüksək insan inkişafı» ölkələri
kateqoriyasına daxil olub.
Yürüdülən uğurlu iqtisadi siyasət - çevik və şəffaf vergi-gömrük
islahatları nəticəsində
son aylarda ölkəmizin maliyyə imkanlarının daha da artması ilə paralel dövlət başçısı
uğurlu sosial islahatlar paketinin reallaşdırılması təmin
edilib. Təkcə onu demək lazımdır ki, bu prosesini əyani
təzahürü olaraq
icbari tibbi sığorta sisteminin tətbiqi təmin edilib, bu sistemin
2020-ci ildən bütün
ölkədə tətbiqi
nəzərdə tutulub.
Bundan əlavə, İşsizlikdən Sığorta
Fondunun yaradılması,
məşğulluq strategiyasının
qəbulu, ünvanlı
sosial yardımın əhatə dairəsinin genişləndirilməsi, özünüməşğulluq
proqramlarının təmin
edilməsi sosial islahatların mühüm
tərkib hissəsidir.
Qısaca demək
kifayətdir ki, son aylarda Azərbaycanın
ərazi bütövlüyünün
müdafiəsi zamanı
şəhid olmuş insanların ailələrinə
11 min manat məbləğində birdəfəlik
ödəniş edilib,
minimum əməkhaqqı,
sosial müavinət, pensiya və tələbə təqaüdləri
artırılıb, zəlzələdən
ciddi zərər çəkmiş vətəndaşlar
üçün evlərin
inşasına başlanılıb,
devalvasiya nəticəsində
banklara borcu yaranmış vətəndaşların
borcları müəyyən
şərtlər civarında
kompensasiya edilib, yanğından zərər
çəkmiş sahibkarlara
kompensiya ödənilib,
mavi yanacağa görə
nəzərdə tutulmuş
limit artırılıb.
Bu və digər sosialyönümlü
addımlar, şübhəsiz,
vətəndaşlar tərəfindən
də rəğbətlə
qarşılanır.
Samir Mustafayev
Mövqe.- 2019.- 12 oktyabr.- S.10