Qeyri-neft sektoruna yönəldilən daxili investisiyaların həcmi artır
Hazırda
respublikamız inkişafının elə mərhələsindədir
ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət
həyatının müxtəlif sahələrində intibaha
xidmət edən, hər bir vətəndaşın həyatında
kardinal dəyişikliklərlə müşayiət olunan,
bir sözlə, insan inkişafına xidmət edən
infrastruktur layihələrini gerçəkləşdirmək
imkanı yaradır. Hökumət ölkə iqtisadiyyatının
inkişaf perspektivləri
nəzərə alaraq
müəyyən məqamlarda
böyük maliyyə
hesabına başa gələn infrastruktur layihələrinə də
vəsait ayırır.
İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin
davamlı olaraq artırılması istiqamətində
düşünülmüş strategiya həyata keçirən Azərbaycan
hökuməti 2019-ci ilin
9 ayında da karbohidrogen resurslarından
asılılığın azaldılması, investisiya
cəlbediciliyinin, makroiqtisadi
sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması
və digər mühüm istiqamətlərdə
pozitiv göstəricilərə
imza atıb.
Hökumət iqtisadiyyata əsaslı
kapital qoyuluşu prosesində əcnəbi sahibkarlıq subyektlərinin
də fəal iştirakını təmin
etməyə çalışır,
bu məqsədlə
«açıq qapı»
siyasəti həyata keçirilir. Ölkədə
əcnəbi investorların
hüquq və mənafelərinin qorunmasına,
mülkiyyətininin toxunulmazlığına,
yerli sahibkarlara bərabər iş şəraitinin yaradılmasına,
əldə edilmiş
mənfəətdən maneəsiz
istifadəsinə imkan
verən mükəməl
qanunvericik sistemi mövcuddur.
Nazirlər Kabinetinin 2019-cu ilin
9 ayının sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrin müzakirəsinə həsr
olunmuş iclası dünya ölkələrində
iqtisadi böhranın
səngimədiyi bir dövrdə Azərbaycanın
rəqabət qabiliyyətinin
artdığını və
investisiya reytinqinin yüksəldiyini göstərir. Hesabat dövründə iqtisadiyyatın bütün
funksional sahələri
üzrə optimal nəticələr əldə
olunub, regionların sosial-iqtisadi inkişafına,
biznes mühitinin liberallaşdırılmasına istiqamətlənmiş dövlət
siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də strateji valyuta ehtiyatlarının
artımına imkan yaradıb.
Bu mərhələnin
diqqətçəkən göstəricilərindən
biri də qeyri-neft sektorunun dinamik artım tempinin qorunub saxlanılmasıdır. Büdcə
gəlirlərinin formalaşmasında
neft sektorunun payının ilbəil azalması da qeyri-neft sektorunun inkisaf etdirilməsi və şaxələndirilməsi
sahəsində həyata
keşirilən genişmiqyaslı
fəaliyyətin nəticəsidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı nitqində
bununla bağlı demişdir: "Yenə də qeyri-neft sənayesi sahəsində
yüksək göstəricilər
mövcuddur. Beləliklə,
qeyri-neft sənayemiz
15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə
aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər.
Bununla bərabər,
bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına
böyük investisiyalar
qoyulmuşdur. Kənd
təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir.
Mən, eyni zamanda, əvvəlki
illərdə bir qədər təəccüblənirdim
ki, nə üçün bu qədər investisiyaların
müqabilində, bu qədər dəstəyin,
subsidiyaların, güzəştli
şərtlərlə verilmiş
kreditlərin olduğu
bir zamanda kənd təsərrüfatında
artım 2-3 faiz
idi. Ancaq
hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz
ayda 7 faizdən çox artmışdır".
Qeyri-neft sektorunda müşahidə
edilən yüksək
artım tempi hökumətin ortamüddətli
perspektivdə qarşıya
qoyuduğu strateji hədəflərə əsaslanaraq,
ilk növbədə,
makroiqtisadi sabitlik amili ilə şərtlənir. İlin
9 ayında Azərbaycanda
ümumi daxili məhsulun 2.4 faizədək
artması respublikamızın
həm daxili, həm də xarici sərmayələr üçün açıqlığını
təmin edib.
Yeni regional
proqram çərçivəsində
yol-nəqliyyat, enerji,
qaz infrastrukturunun, sosial obyektlərin tikintisi, su və
kanalizasiya təminatının
yaxşılaşdırılması və digər layihələr üzrə
işlər davam etdirilib. Böyük iqtisadi və
siyasi potensiala malik olan Şərq-Qərb
və Şimal-Cənub
tranzit nəqliyyat dəhlizləri üzrə
layihələrin həyata
keçirilməsi bu imkanlardan daha səmərəli istifadə
olunmasını, bu sahədə gəlirləri
artırmaqla, iqtisadiyyatın
şaxələndirilməsinin sürətləndirilməsini təmin
edir.
Daxili investisiyaların yüksək artım tempi, ilk növbədə,
respublikanın sosialyönümlü
siyasətinin mahiyyətindən,
cəmiyyət həyatının
ən bütün sahələrində modernləşməyə
nail olmaq, iqtisadi potensialın səmərəli realizəsinə
etibarlı zəmin formalaşdırmaq məqsədindən irəli gəlir. Cəmiyyətin gələcəkdə əldə
edəcəyi böyük
faydalar nəzərə
alınaraq, müəyyən
məqamlarda böyük
maliyyə hesabına başa gələn infrastruktur layihələri
də gerçəkləşdirilir.
Köhnə infrastrukturla
müasir Azərbaycanın
artan ehtiyaclarını
təmin etməyin, iqtisadi inkişafda davamlı və sabit inkişafa nail olmağın, sahibkarlığı inkişaf
etdirməyin, əhalinin
həyat keyfiyyətini
yüksəltməyin qeyri-mümkünlüyü
yaxşı məlumdur.
Dövlət vəsaitləri hesabına
kommunal xidmətlərin
səviyyəsinin yüksəldilməsi,
əhalinin fasiləsiz
olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təmin
olunması, yolların
bərpası və yenidən çəkilişi,
zəruri infrastrukturun
yaradılması və
s. işlər həyata
keçirilir.
Ölkə iqtisadiyyatına umumi
investisiya qoyuluşunda
daxili investisiyaların
xüsusi çəkisinin
ilbəil artması həm də ölkənin öz milli iqtisadiyyatını daxili resursları hesabına maliyyələşdirmək
imkanında olduğunu,
digər tərəfdən
onun xarici amillərdən asılılığının
azaldığını təsdiq
edir. Qeyri-dövlət bölməsinin inkişafı
sahəsində həyata
keçirilmiş tədbirlər
nəticəsində əsas
kapitala investisiya qoyuluşlarında özəl
sektorun rolu da artır. 2020-ci ildə ölkədə əsas kapitala investisiya qoyuluşlarında
qeyri-dövlət bölməsinin
payının daha da artacağı gözlənilir.
2019-cu ilin yanvar-sentyabr
aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün
bütün maliyyə
mənbələrindən əsas
kapitala 10146,2 milyon manat vəsait yönəldilib. Sərf edilmiş vəsaitin 66,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin
dəyəri təşkil
edib. Ümumi sərmayənin 65,4 faizi məhsul istehsalı sahələrinə, 25,0 faizi
xidmət sahələrinə,
9,6 faizi isə yaşayış evlərinin
tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas
kapitala yönəldilmiş
vəsait ümumi sərmayənin 71,5 faizini
təşkil edib.
Əsas kapitala yönəldilmiş
sərmayənin ümumi
dəyərində müəssisə
və təşkilatların
vəsaitləri 57,5 faiz,
büdcə vəsaitləri
26,9 faiz, bank kreditləri 7,3 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, büdcədənkənar fondların
vəsaitləri 1,5 faiz,
sair vəsaitlər isə 0,2 faiz təşkil edib.
2019-cu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində
Nəqliyyat Agentliyinin
"Koroğlu" Nəqliyyat
Mübadilə Mərkəzi,
şpris istehsalı zavodu, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, DOST Agentliyinin
və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda "Azərxalça"
ASC-nin Qobustan filialı, Qobustan-Poladlı
avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin
Əmlak Xidmətləri
Məkanı, Mərdəkan-Qala
avtomobil yolu, Sumqayıt şəhərində
"SOCAR karbamid" zavodu,
Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq
Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci
Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya
Mingəçevir-Bəhrəmtəpə-Beyləqan
avtomobil yolları, bunlardan əlavə Bakı
şəhərində 960 yerlik
ümümtəhsil məktəb
binası, 140 yerlik məktəbəqədər təhsil
müəssisəsi və
200 çarpayılıq xəstəxana,
Naxçıvan Muxtar
Respublikasında 1530 şagird
yerlik 3 ümumtəhsil
məktəb binası,
200 yerlik məktəbəqədər
təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı
50 nəfər olan 3 ambulatoriya-poliklinika müəssisəsi,
Şəki şəhərində
624 yerlik, İsmayıllı
rayonunda 400 yerlik, Lerik, Cəlilabad və Quba rayonlarının
hər birində 180 yerlik olmaqla 3 ümümtəhsil məktəb
binası, Goranboy, Qobustan və Şəmkir rayonlarında
440 çarpayılıq 3 xəstəxana
və s. mühüm əhəmiyyətli obyektlər
istifadəyə verilib.
Əsaslı kapital qoyuluşlarının
həcminin dinamik artması «Azərbaycan Respublikası regionlarının
2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı»nda
nəzərdə tutulmuş
tədbirlərin həyata
keçirilməsinə təkan
verməklə yanaşı,
ölkədə investisiya
mühitinin yaxşılaşmasına
və sahibkarlığın
inkişafı üçün
sağlam mühitin formalaşmasına
da imkan yaradır.
Samir Mustafayev
Mövqe.- 2019.- 22
oktyabr.- S.10