Erməni lobbisinə
Fransada növbəti zərbə
Elman
Nəsirov: “Fransa məhkəmələri tərəfindən
verilən həmin qərarlar Parisin Azərbaycanın regionda
yeri və rolunu yüksək qiymətləndirməsinin nəticəsidir”
Fransa məhkəməsi
bu ölkənin daha bir kommunasının
separatçı Qarabağ
rejimilə imzaladığı
“xartiyanı” ləğv
edib. Belə ki, Fransanın
Lion inzibati məhkəməsi öz qərarı ilə cari ilin oktyabrın
17-də bu ölkənin
Vilörban kommunası
ilə Azərbaycanın
işğal altında
olan Şuşa şəhəri arasında
18 may 2015-ci ildə imzalanan qeyri-qanuni “saziş”i ləğv edib. Məsələyə
münasibət bildirən
Azərbaycan Xarici İşlər Nazirliyi
(XİN) verdiyi bəyanatda
Azərbaycan və Fransa milli qanunvericiliyinə
zidd olaraq imzalanan həmin "saziş"in ləğv
olunmasına dair verilən sözügedən
qərarı alqışlayıb.
Nazirliyin Mətbuat xidməti
idarəsinin məlumatına
görə, bu günədək Fransa şəhərləri ilə
Azərbaycanın işğal
olunmuş ərazilərindəki
qondarma rejim tərəfindən yaradılan
"yerli hakimiyyət
orqanları" arasında
imzalanan 10 qanunsuz
"müqavilə" Fransanın
müvafiq məhkəmə
qərarları ilə ləğv olunub. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi mərkəzi olan Şuşa şəhəri
ilə imzalanmış
3 qanunsuz "xartiya"nın
hamısı ləğv
edilib. Ardınca qeyd edilir ki, Azərbaycan tərəfi hazırda qüvvədə olan və Fransa qanunvericiliyi, xüsusilə
də ölkə Konstitusiyasının 73-cü maddəsi
ilə ziddiyyət təşkil edən digər qeyri-qanuni "sənədlər"in də tezliklə Fransa Məhkəmələri
tərəfindən ləğv
ediləcəyinə
inanır.
Göründüyü kimi, Fransa məhkəmələri
cari il ərzində
artıq neçənci
dəfədir ki, qanuna söykənərək
belə doğru qəralar verir. Buna səbəb nədir? Bu vəziyyətdə Ermənistanın,
erməni lobbisinin güclü olduğu Fransada belə Azərbaycana məğlub
olduğunu demək olarmı?
Milli Məclisin deputatı
Elman Nəsirovun fikrincə, Fransa məhkəmələrinin bu
ölkədəki bir
sıra kommunaların
separatçı rejimlə
bağladığı “sazişləri”
ləğv etməsinin
başlıca səbəbi
Azərbaycanın dünya
miqyasında artan nüfuzu ilə bağlıdır: “Artıq
Fransa dövlətində
bu ölkənin ayrı-ayrı kommunalarının
qondarma rejimlə imzaladıqları “dostluq”
xartiyalarının ləğv
olunması prosesi dinamik şəkildə davam etməkdədir. Məlumata görə artıq ləğv olunan bu tip
“dostluq” xartiyalarının
sayı 10-a çatıb.
Bu proses getməkdədir.
Görünür, müəyyən zamanda Dağlıq Qarabağdakı
qondarma rejimlə bu istiqamətdə çox intensiv şəkildə iş gedib. Fransadakı erməni lobbisi və diasporunun imkanlarından istifadə etməklə belə qeyri-qanuni addımlar atıblar. Lakin son zamanlar bu istiqamətdə
əks prosesin getdiyini müşahidə
edirik. Bu da təbii
ki, səbəbsiz deyil. Birinci səbəb onunla bağlıdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hücum taktikasına söykənən
xarici siyasət kursu öz nəticələrini
verməkdədir. Bu nəticələr dərhal
əldə olunmur.
Bunun üçün müəyyən
zaman lazımdır.
Səbrlə gözləmək
lazımdır ki, atılan addımlar öz effektini versin. Bu istiqamətdə
dövlət başçımızın
olduqca məsuldar fəaliyyəti var.
Eyni zamanda, Heydər Əliyev Fondu və xüsusilə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu istiqamətdə çox fəal iş aparır. Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kampaniyası bütün qitələri əhatə
edib. Bəzən səbirsiz olub
dərhal nəticənin
olmasını istəyirik.
Amma gördüyümüz kimi,
zaman keçdikcə hər şey öz yerini tapır.
Artıq Fransa dövləti də onun fərqindədir ki, erməni təxribatlarına uyaraq belə addımların atılması, Parisin özünün üzərinə
götürdüyü beynəlxalq
öhdəliklərin prinsip
və normalarına ziddir. Eyni zamanda, Fransa
məhkəmələri tərəfindən
verilən həmin qərarlar həm də Parisin təbii ki, Azərbaycanın regionda yeri və rolunu
yüksək qiymətləndirməsinin
nəticəsidir”.
Həmsöhbətimizin fikrincə, burada erməni lobbisi və diasporunun Paşinyanın siyasətindən
məyus olması da öz rolunu
oynayıb: “Bu, həm də onunla bağlıdır ki, Ermənistanda Paşinyan rejiminin həyata keçirdiyi siyasət Fransanın özündəki çoxsaylı
erməni diasporu və lobbisini də məyus edib. Görürlər ki, Paşinyanın qeyri-müəyyən siyasəti,
populist bəyanatları,
bir çox hallarda avanturist davranışı Ermənistanın
özünü çıxılmaz
vəziyyətə salır.
Erməni lobbisi və
diasporu görür ki, Paşinyanın gəlişilə erməni
xalqının həyatında
nəinki müsbətə
doğru dəyişiklik
olmadı. Əksinə,
proses daha təhlükəli istiqamətdə
getməkdə və insanların sosial rifahı daha da aşağı düşməkdədir.
Hesab edirəm
ki, Fransanın təşəbbüskarı olduğu
bir sıra layihələrdə ölkəmizin
iştirak etməsi də Parisin Azərbaycana xüsusi önəm verməsinin nəticəsidir.
Xüsusən də bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında ölkəsinin
təşəbbüskarı olduğu və ağır xəstəliklərə
qarşı mübarizəni
özündə ehtiva
edən mühüm bir layihədə Bakının iştirakını
xahiş etmişdi.
Azərbaycan Prezidenti də buna razılıq
vermişdi. Hər halda Makron hər
prezidentə zəng edərək belə xahişlərdə bulunmur.
Makron adətən o dövlətin başçılarına
zəng edir ki, onun yaxşı
maliyyə-iqtisadi imkanı
olsun, habelə beynəlxalq sülhə, təhlükəsizliyə, sağlamlığa
ciddi dəstək versin”.
Deputatın fikrincə,
rəsmi Bakının
atdığı ardıcıl
və prinsipial addımlar Azərbaycanın
beynəlxalq mövqeyinin
gücləndirir ki, nəticədə Paris də onunla hesablaşmalı olur: “Bütün bu
söylənilənlər o qənaətə gəlməyə
əsas verir ki, atılan addımlar və yürüdülən düzgün,
prinsipial, qətiyyətli
siyasət nəticə etibarı ilə Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir və bu amil Fransaya
da təsirsiz qalmır. Ona görə də Fransada Ermənistanı xeyli dərəcədə məyus
edən bu kimi addımlar indi baş verməkdədir”.
Rüfət NADİROĞLU
Mövqe.- 2019.- 22
oktyabr.- S.5