Turizm sektorunda sahibkarlıq fəaliyyəti
üçün əlverişli
mühit formalaşıb
Əlverişli
coğrafi mövqeyə malik Azərbaycan son illər dünya
turistlərinin daha çox üz tutduqları ölkələr
sırasında yer almağa iddialıdır və demək
olar ki, bu istiqamətdə nəzərəçarpacaq uğurlar
da əldə edib. Sözügedən
məqsədin reallaşdırılması
üçün ölkəmizdə
turizm infrastrukturunun müasirləşdirilməsi və
mövcud potensialın
səmərəli şəkildə
realizəsi istiqamətində
ardıcıl tədbirlər
həyata keçirilir.
Bu sektorda aparılan islahatların əsas məqsədi respublikada qabaqcıl səviyyədə turizm mədəniyyətinin formalaşdırılması
və xidmət səviyyəsinin davamlı
şəkildə yüksəldilməsidir.
Dövlət Statistika Komitəsinin
məlumatına əsasən
2019-cu ilin yanvar-sentyabr
aylarında Azərbaycana
dünyanın 191 ölkəsindən
2418,3 min və ya 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə
9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,0 faizi Rusiya
Federasiyası, 22,0 faizi
Gürcüstan, 9,7 faizi
Türkiyə, 8,2 faizi
İran, 3,9 faizi Səudiyyə Ərəbistanı,
2,1 faizi Birləşmiş
Ərəb Əmirlikləri,
1,9 faizi Hindistan, hər birindən 1,8 faiz olmaqla İraq
və Ukrayna, 1,6 faizi Türkmənistan, hər birindən 1,5 faiz olmaqla İsrail
və Qazaxıstan,
1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,3 faizi digər ölkələrin
vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin
65,9 faizini kişilər,
34,1 faizini isə qadınlar təşkil edib.
Ölkəmizə yanvar-sentyabr aylarında
gələnlərin sayında
daha çox artım Türkmənistan
(96,0 faiz), Hindistan
(70,1 faiz), Misir (66,3 faiz), Çin (63,7 faiz), Səudiyyə Ərəbistanı (42,0 faiz),
Filippin (39,4 faiz), Macarıstan (34,8 faiz), Polşa (32,0 faiz), Malayziya (27,3 faiz), Böyük Britaniya (27,0 faiz), İspaniya (26,7 faiz), Cənubi Koreya (22,4 faiz), Gürcüstan (21,6 faiz) və Almaniya (21,6 faiz) vətəndaşları
arasında qeydə alınıb.
2019-cu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən
gələnlərin sayı
24,0 faiz artaraq 110,3 min nəfər, MDB ölkələrindən gələnlərin
sayı isə 8,3 faiz artaraq 880,9 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər
və vətəndaşlığı
olmayan şəxslərin
57,9 faizi dəmir yolu və avtomobil,
41,3 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.
2019-cu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə
gedən Azərbaycan Respublikası vətəndaşlarının
sayı əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz
artaraq 4201,5 min nəfər olub. Ölkə vətəndaşlarının
36,3 faizi İrana, 29,0
faizi Gürcüstana,
17,5 faizi Rusiya Federasiyasına, 11,8 faizi Türkiyəyə,
5,4 faizi isə digər ölkələrə
gedib. Gedənlərin
63,8 faizini kişilər,
36,2 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının
sayı 39,1 faiz, Gürcüstana gedənlərin
sayı 12,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı
6,5 faiz, Türkiyəyə
gedənlərin sayı
isə 4,7 faiz artıb.
Əlverişli iqlim şəraiti,
əsrarəngiz meşələr,
çaylar, şəlalələr,
təbii göllər,
dağ massivləri, eləcə də unikal yaşayış məskənləri və
tarixi mədəniyyət
abidələri ölkəmizdə
turizmi daha cazibəli vəziyyətə
gətirir. Bundan əlavə,
son illər ayrı-ayrı bölgələrdə
müasir tələblərə
cavab verən istirahət mərkəzlərinin,
hotellərin inşası
edilməsi, yol-nəqliyyat
infrastrukturunun müasirləşdirilməsi
həm xarici, həm də yerli turistlərin bölgələrə marağını
artırıb. Əcnəbi
turistlərin diqqətinin səfalı guşələrə cəlb
edilməsi məqsədilə
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən yeddi turizm marşrutu
müəyyən olunub. Əsas turizm marşrutları Bakı-Xaçmaz, Bakı-Balakən,
Bakı-Astara və Bakı-Qazax; əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası,
Bakı-Dağlıq Qarabağ,
Bakı-Naxçıvan hesab
edilir. Turizm zonalarının hər biri təbii gözəlliyi, zəngin bitki və heyvanat
aləmi, təmiz havası, mineral bulaqları ilə turistlərin diqqətini çəkir.
Bakı şəhərinin
qədim abidələrlə
zəngin olması, habelə burada ən müasir tələblərə cavab
verən otellərin tikilib istifadəyə verilməsi turizmin inkişafı üçün
yaxşı imkanlar açır. Hazırda Bakıda dünyanın ən aparıcı otellər şəbəkələri
fəaliyyət göstərir.
Son 10 ildə Bakıda 10-a yaxın beşulduzlu otel tikilib. Dünyanın “Four Seasons”, “Fairmont”, “Hilton”, “Mariott” “Kempinski” “Jumeirah”, “Sheraton”, “Hyatt”, “Radisson” və s. nüfuzlu hotellərinin Bakıda fəaliyyətə başlaması
ölkəmizdə turizm
üçün əlverişli
imkanların yaradılması
məqsədindən irəli
gəlir. Bu eyni zamanda, ölkəmizdə
biznes mühitinin liberallaşdırılması tədbirlərinin
mühüm tərkib
hissəsidir.
Ümumiyyətlə, son illər iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində həyata
keçirilən tədbirlər
Azərbaycanın turizm
potensialının əhəmiyyətli
dərəcədə güclənməsinə
şərait yaradıb.
Davamlı və tarazlı
inkişafda, büdcə
gəlirlərinin formalaşmasında,
vergi daxilolmalarının
həcminin artımında
mühüm rolu oynayan turizm sektorunda zəruri infrastrukturun formalaşdırılması
son illər hökumət üçün
prioritet məsələlərdən
birinə çevrilib.
Ölkəmizin sosial-iqtisadi
inkişafının sürətlənməsi, beynəlxalq
əlaqələrin genişlənməsi,
habelə mədəniyyət
və idman sahələrində əldə
olunan nailiyyətlər
turizm sahəsinin davamlı inkişafını
təmin edir.
Prezident İlham
Əliyevin təşəbbüsü
ilə ölkədə
qış-yay turizminin
inkişafı məqsədi
ilə 2009-cu ildə Qusar rayonundan 30 kilometr Şimalda, dəniz səviyyəsindən
2500 metr hündürlükdə
«Şahdağ» Qış-Yay
Turizm Kompeksinin tikintisi reallaşdırılıb.
Qusarla yanaşı, hazırda Azərbaycanın
əsas turizm marşrutlarından sayılan
Qəbələdə də
qış turizminin inkişafı istiqamətində
sistemli tədbirlər
həyata keçirilib.
Rayonun turizm potensialının möhkəmləndirilməsi
məqsədilə «Tufandağ»
yay-qış istirahət
kompleksinin inşası
reallaşdırılıb. Kompleks turistlər üçün ilin bütün fəsillərində
ekskursiya və digər istirahət imkanlarını təmin etməklə yanaşı,
onların qış idman növləri ilə məşğul olmalarına şərait yaradır.
Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq
təşkilatların və
maliyyə qurumlarının
hesabatlarında yüksək
dəyərləndirilir. Dünya
Turizm Təşkilatı
(DTT) Azərbaycanda turizmin
inkişafını yüksək
dəyərləndirərək, xüsusən də elektron və asan viza sisteminə
keçidi alqışlayıb.
Yeni viza sisteminə keçid Azərbaycana turist axınını gücləndirməklə,
bütövlükdə ölkəmizdə
turistlər üçün
daha sadə və əlverişli viza prosedurunun formalaşmasına imkan verib.
Elektron viza
sistemi sənədləşmənin
daha asan aparılmasına, viza xərclərinin azaldılmasına,
habelə vaxta qənaət edilməsinə
şərait yaradır.
Yeni Miqrasiya Məcəlləsində də
turist vizalarının
elektron formada verilməsini nəzərdə
tutan bir sıra maddələr əksini tapıb. Mühüm yeniliklərdən
biri də turizm sahəsində elektron xidmətlərin təşkilidir. Bu məqsədlə yaradılmış
yeni internet saytında vətəndaşlara
15 növ elektron xidmət göstərilir.
Hazırda əcnəbi
turistlər elektron formada nüfuzlu hotellərdə nömrələr
bron edə bilirlər və bu da mühüm
irəliləyişlərdən sayılır.
Azərbaycanın turizm potensialının təbliği məqsədilə
“Euronews” kanalında ölkəmizin turizm potensialını əks etdirən reklam çarxlarının nümayişi
təmin edilib. Bununla yanaşı, telekanlaın “Postcards”, “Le Mag” və
“Focus” proqramlarında
müvafiq media
plan üzrə ölkəmizin turizm potensialına dair xüsusi buraxılışlar
nümayiş olunub, habelə “Euronews.com” saytında
müvafiq elektron banner kampaniyaları təşkil edilib.
Ümumilikdə, Azərbaycanın Mədəniyyət və
Turizm Nazirliyinin Asiya, Afrika və
Amerika qitələri də daxil olmaqla
dünyanın 200-dək ölkəsində
1 milyard nəfərədək
auditoriyaya malik olan “Euronews” və “CNN” kanalları ilə əməkdaşlığının
əsas məqsədi
təkcə kanalların
auditoriyasını Azərbaycana
turist qismində cəlb etmək deyil. Bunda məqsəd
həm də xarici vətəndaşların
ölkəmizin mədəniyyəti,
beynəlxalq tədbirlərin
keçirilməsində Azərbaycanın
uğurları ilə
tanış etməkdir.
Onu da bildirək ki, ölkəmizdə turizmin
inkişafının sürətləndirilməsi
məqsədilə ölkə
başçısı «Elektron
vizaların verilməsi
prosedurunun sadələşdirilməsi
və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
elektron viza verilməsi üçün
“ASAN Viza” sistemini yaradıb və onun idarə olunmasını təmin edib.
Son illər ölkədə
həyata keçirilən
uğurlu siyasətin nəticəsi kimi reallaşdırılan beynəlxalq
idman yarışları,
eləcə də digər tədbirlər əcnəbi turistlərin
ölkəmizə gəlişini
sürətləndirən əsas
amilərdən biridir.
Hökumət səviyyəsində keçirilən tədbirlər
deməyə əsas verir ki, yaxın
illərdə turizm sektoru Azərbaycan iqtisadiyyatının qeyri-neft
sektorunun prioritet sahələrindən birinə
çevriləcək. Ölkədəki
iqtisadi inkişaf və müasirlik, tolerant mühit, xalqın multikultural dəyərlərə bağlılığı da bu hədəfin reallaşdırılması üçün
geniş imkanlar açır.
Samir Mustafayev
Mövqe.- 2019.- 29
oktyabr.- S.10