Özəl sektor iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilir

 

 

Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

Azərbaycanın dövlət başçısı sahibkarlıq fəaliyyətin inkişafına, bu inkişafla bağlı dövlət siyasətinə mane olan qüvvələrə qarşı sərt tədbirlərin görüləcəyini bəyan edib. Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edən zaman sahibkarlığa göstərilən dəstəyin artırılmasının, onlara qarşı maneələrin azaldılmasının önəmli oduğunu qeyd edib. Biz çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun”, - deyən İlham Əliyev sahibkarların faəliyyətinə dövlət məmurlarının əsassız müdaxilələrinin dayandırılmasını tələb edib: “Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz”.

 

Cənab Prezidentin bu vurğusu ondan xəbər verir ki, islahatların növbəti mərhələsi kimi özəl sektorun inkişafına, onun genişlənməsinə verilən dəstək bir qədər artırılacaq, özəl sektor iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevriləcək.

 

Azad bazar münasibətlərinin əsas təzahürü özəl sektordur. Özəl sektorun olması, onun iqtisadiyyatda payının daha böyük olması azad bazar münasibətlərini inkişaf etdirir. Ölkəmizdə özəl sektorun inkişaf etdirilməsi məqsədilə indiyə qədər bir çox tədbirlər görülüb hələ bu istiqamətdə işlər davam etdirilir. Yəni, özəl sektorun genişlənməsi davamlı prosesdir onun zaman bitəcəyini təxmin etmək mümkün deyil.

 

Azərbaycanda özəl sektorun iqtisadiyyatda payı böyükdür. Son məlumatlara əsasən, ümumi daxili məhsul (ÜDM) istehsalının 85 faizi özəl sektor tərəfindən təmin edilir. Bəzi sahələrdə, o cümlədən kənd təsərrüfatında, ticarət sektorunda yaradılan əlavə dəyərin 100 faizə yaxını özəl sektorun payına düşür. Bu göstərici sənayedə 90 faiz təşkil edir. Sosial sair xidmətlər istisna olmaqla özəl sektorun xüsusi çəkisi 80 faizdən yüksəkdir.

 

Bazar iqtisadi münasibətləri keçid edən ölkələrdə iqtisadiyyatda dövlət müəssisələrinin payının nisbətən yüksək olması çox təsadüf olunan haldır. İnkişaf etməkdə olan keçid dövrünü yaşayan iqtisadiyyatlarının bir çoxunda ÜDM-nin müəyyən hissəsi hələ dövlət müəssisələrinin hesabına yaradılır. Hökumətin vəzifəsi firmaların yerinə fəaliyyət göstərmək yox, onların müvəffəqiyyət qazanması üçün əlverişli şəraiti təmin etmək onlar arasındakı münaqişələri mühakimə etməkdir. Bazar iqtisadiyyatı şəraitində ölkələr öz biznes mühitlərini təkmilləşdirməyə qlobal iqtisadiyyatda rəqabət aparmağa çalışmalı, hökumətlər iqtisadiyyatın iştirakçılarından müstəqil tənzimləyicilərə çevrilməlidir.

 

Azərbaycanda aparılan iqtisadi islahatlar onu deməyə əsas verir ki, ölkəmizdə özəl sektorun inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Bir çox mütəxəsisin fikrincə, böyük özəlləşmənin (həm istehsal, həm xidmət sahələrində) olacağı təqdirdə ÜDM istehsalında dövlət bölməsinin payı 1-2 faiz səviyyəsinə enəcək.

 

Müstəqillik qazandıqdan sonrakı dövrdə Azərbaycanda özəl sektorun inkişafı bir neçə mərhələdən keçib. Birinci mərhələ 1993-cü ilə qədər olan mərhələdir. Həmin mərhələdə bazar iqtisadiyyatına keçid üzrə mühüm strateji tədbir olan özəlləşdirmə aparılmadığından iqtisadiyyatda özəl sektorun rolu zəif oldu. Özəl sektorun inkişafının ikinci mərhələsi 1993-2003-cü illəri əhatə edir. Bu mərhələdə kənd təsərrüfatında, ticarət xidmət sahələrində, sənaye sekorunda geniş özəlləşdirilmə aparıldı ümumi daxili məhsul istehsalında (ÜDM) özəl sektorun payı xeyli yüksəldi. 1993-cü ildə 25 faiz olan pay 2003-cü ildə 73 faizə çatdı.

 

Özəl sektorun inkişafında üçüncü mərhələ 2003-cü ildən sonrakı dövrə təsadüf edir. Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi məqsədilə bu dövrdə özəl sektora çox böyük dəstək verildi. Nəticədə, sahibkarlar sadəcə dəstək uman yox, həm mövcud problemlərin həlledicisinə çevrildi. Bu baxımdan yaradılan mexanizmlər dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynadı.

 

Hazırda bu strateji xətt davam etdirilir. Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi onların işgüzar əlaqələrinin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 85 faizə yüksəlib, məşğul əhalinin təqribən 75 faizi bu sektorda cəmləşib.

 

İqtisadiyyatda yaranan yeni çağırışlar sahibkarlığın inkişafına əlavə dəstəyin verilməsini tələb edir. Sahibkarlığa dəstəyin artırılması ÜDM istehsalında, eyni zamanda ixracda özəl sektorun payını artıracaq.

 

 

 

Vasif CƏFƏROV

 

Mövqe.- 2019.-26 oktyabr.- S.7