Xalçaçılıq da ölkəyə valyuta qazandıracaq

 

 

Tural Səfərov: “Azərbaycan xalçalarına dünya bazarında kifayət qədər tələbat var”

 

Azərbaycanda xalçaçılıq sənətinin inkişafı, bu sahədə istehsal edilən məhsulların ixrac edilməsi məqsədilə ölkəmizdə 30 xalça fabriki inşa ediləcək. Oktyabrın 28-də “AzərxalçaAçıq Səhmdar Cəmiyyətinin (ASC) Qəbələ filialının açılış mərasimində iştirak edən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda xalçaçılıq sənətinin bundan sonra da yaşadılması üçün çox böyük işlər görüləcək. Dövlət başçısı bildirib ki, bu məqsədləAzərxalçamüəssisəsi yaradılıb ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir: “Bu fabriklərdə minlərlə yeni yeri yaradılacaq. Xalçaçılıq sənəti bizim milli sənətimizdir, bizim qədim sənətimizdir. Azərbaycan xalçaları dünyanın ən aparıcı muzeylərində nümayiş etdirilir. Xalça bizim məişətimizin ayrılmaz hissəsidir Azərbaycan xalçaları öz keyfiyyəti ilə seçilir. Biz elə etməliyik ki, bu sənət daim yaşasın. Buna nail olmaq üçün, əlbəttə ki, belə fabriklərin yaradılması çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, gənc nəsil bu gözəl sənətə gələcək bizim peşəkar mütəxəssislərimiz öz təcrübələrini bölüşərək bunu gənc nəslə ötürəcəklər. Beləliklə, xalça sənəti yaşayacaq, necə ki, əsrlərboyu yaşayıb”.

 

 

 

Prezident söyləyib ki, xalça ixracyönümlü məhsuldur: “Bu xalçalar xaricə satılmaqla ölkəmizə valyuta gələcək. Biz indi Sumqayıt şəhərində böyük əyirici-boyaq müəssisəsini yaradırıq. Ölkə üzrə yun tədarük mərkəzləri yaradılır. Bizim öz boyalarımız, öz iplərimiz olacaq idxaldan asılılıq aradan qaldırılacaq. Ona görəAzərxalça”nın yaradılması, görün, qədər böyük, gözəl hadisələrə təkan verdi. Həm yerləri yaradılır, biz sənətimizi yaşadırıq, gənc nəsli yetişdiririk, həm bölgələrdə yunçuluqla bağlı aparılan tədbirlər öz səmərəsini verir nəticədə Azərbaycan daha da güclənir, ölkəmizin uğurlu inkişafı təmin edilir”.

 

Qeyd edək ki, indiyə qədər nəzərdə tutulan fabriklərdən bir neçəsi istifadəyə verilib yun tədarükü məntəqələri yaradılıb. Azərxalça” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tural Səfərovun fikrincə, Azərbaycanda xalçaçılıq sənətinin yaşadılması gələcək nəsillərə ötürülməsi üçün filialların yaradılması önəmli məsələdir. O xatırlatdı ki, Prezidentin 2016-ci ilin mayın 5-də imzaladığı SərəncamlaAzərxalça” ASC yaradılıb. T.Səfərov dedi ki, ilkin mərhələdə 10 fabrikin tikilməsi qarşıya vəzifə qoyulmuşdu 2016-2017-cı illərdə həmin fabriklər tikilərək istifadəyə verilib. 2018-ci ildə cənab Prezidentin müvafiq sərəncamlarına uyğun olaraqAzərxalça”nın daha 10 filialının istehsala başladığını söyləyən T.Səfərov artıq müəssisələrin sayının 20-nı ötdüyünü söylədi: “Azərbaycanda 21 xalça istehsalı-emalatxanası fəaliyyət göstərir. Bu 21 emalatxananın hamısında xalça toxunması davam etdirilir. Xalça emalatxanalarının doqquzunun açılışında Prezident İlham Əliyev iştirak edib.

 

İstehsalın təmin edilməsi üçün bölgələrdə tədris-hazırlıq kursları təşkil olunub, xalçaçı yetişdirilir. Xalçaçılıqda xammalla təminat önəmli məsələlərdən biridir. Çünki yerli xammal olmasa xalça istehsalında müəyyən çətinliklərlə qarşılaşa bilərik ki, bu da maya dəyərinin yüksəlməsinə gətirib çıxara bilər. Bu halda fakbirklərin işi rentabelli olmaz. Buna görə yun tədarükü təşkil edilir.

 

Prezidentin tapşırığına uyğun olaraq Sumqayıt Kimya Sənaye parkında Yun-əyrici Boya Fabriki tikilib. Hazırda avadanlıqların quraşdırılması prosesi davam edir. 2020-ci ilin mart ayında həmin fabrikin istifadəyə verilməsi nəzərdə tutulub. Bu fabrikin xammalla təmin edilməsi məqsədilə republikanın 5 bölgəsində regionun yun boyaq bitkilərinin tədarükü məntələri yaradılıb. Həmin məntəqələr Naxçıvanda, Sabirabadda, Bərdədə, Çabranda Qobustanda yerləşir. Məntəqələrdə indiyə qədər 250 tona yaxın yun qəbul edilib. Regional məntəqələrin hər birində 300 ton olmaqla, ildə 1500 ton yun qəbul olunacaq. Tədarük edilən yunun bir kiloqramı üçün əlavə dəyər vergisi daxil 2 manat müəyyənləşdirilib. Bu ilin may ayından tədarük məntəqələrində yun qəbulu həyata keçirilir. Sentyabrın 25-dən isə Yunəyirici-Boyaq Fabrikində yunun qəbuluna başlanılıb.

 

2021-ci ildən respublikanın bölgələrindən təbii boyaq bitkilərinin qəbulu da həyata keçiriləcək. Öz yunumuzdan ip istehsal olunacaq, öz təbii boyaqlarımızla boyanıb yerli istehsalda Azərbaycan xalçaları toxunacaq”.

 

T.Səfərov qeyd etdi ki, Azərbaycan xalçalarına dünya bazarında kifayət qədər ciddi tələbat var: “Bu yaxınlarda Yaponiyanın 2 ixtisaslaşmış şirkəti Azərbaycanda oldu, görüş keçirdilər bizdə razılıq əldə olundu ki, “Azərxalça”nın məhsulları Yaponiyaya ixrac edilsin. İlkin mərhələdə həmin şirkət tərəfindən 10 ədəd xalça alınıb. Gələcəkdə satılan xalçaların sayı artırılacaq. Azərbaycanın istehsal etdiyi xalçalar keyfiyyətli olduğu üçün dünya bazarında bu xalçalara tələbat var. Dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün təbliğat işlərimiz gedir. MəhşurXalıjurnalında Azərbaycan xalçalarının təbliğatı aparılır. Keçirilən beynəlxalq xalça sərgilərində iştirak edirik. Bütün bunlar ona gətirilib çıxarır ki, dünyada Azərbaycan xalçaları tanıdılır gələcəkdəAzərxalçarentabelli müəssisə olacaq, ciddi valyuta gətirən quruma çevriləcək.

 

Bizim hədəfimiz xarici bazardır. Daxildə onsuz da Azərbaycan əhalisinin xalça toxuma bacarığı yüksəkdir, ehtiyac olan xalçalar evlərdə toxunur. Daxildə bizim məhsulları alanlar var. Amma bizim əsas hədəfimiz xarici bazarlardır. Azərxalça”nın məhsullarının çox hissəsi ixraca yönəldiləcək”.

 

 

 

Vasif CƏFƏROV

Mövqe.- 2019.- 30 oktyabr.- S.7