Qeyri-qanuni miqrasiya ilə mübarizə əmək bazarını
qoruyur
Son 15 ildə Azərbaycanın
sürətli iqtisadi inkişafı, əmək
bazarının canlanması,
habelə turizm infrastrukturunun müasirləşdirilməsi
respublikada miqrasiya proseslərinin idarə olunmasında çevik üsul və vasitələrin tətbiqini,
habelə bu sahədə qanunvericiliyin
təkmilləşdirilməsini obyektiv zərurətə çevirmişdir. Xatırlatmaq yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafına
xidmət edən dövlət proqramlarında
hazırkı iqtisadi inkişaf mərhələsi
üçün aktual
bir mühüm məsələyə – miqrasiya
proseslərinin tənzimlənməsinə,
sosial-iqtisadi amillərlə
bağlı daxili miqrasiyanın fəsadlarının
aradan qaldırılmasına
da geniş yer ayrılmışdır.
Regional inkişaf
proqramlarında miqrasiya
proseslərindən ölkənin
inkişafı üçün
səmərəli istifadə
olunması; miqrasiya proqramlarının və tədbirlərinin həyata
keçirilməsində dövlətin,
cəmiyyətin mənafelərinin
nəzərə alınması;
miqrantların mövcud
sosial-iqtisadi vəziyyətə
adaptasiyasını sürətləndirən
şəraitin yaradılması;
miqrantların hüquqlarının
müdafiəsi; qeyri-qanuni miqrasiyanın
qarşısının alınması
kimi vacib məsələlər yer
almışdır. Ötən
illərdə dövlət
proqramının uğurla
icrası nəticəsində
bölgələrin proporsional
inkişafı təmin
olunmuş, iri şəhərlərə kütləvi
axının – urbanizasiya
proseslərinin qarşısı, demək olar ki, alınmış,
daxili və xarici miqrasiyanın tənzimlənməsi sahəsində
müsbət nəticələr
əldə edilmişdir.
Xatırlatmaq lazımdır ki,
Azərbaycan dövlət
müstəqilliyini qazandıqdan
sonra miqrasiya proseslərinin tənzimlənməsi
məsələsi yeni
ictimai-iqtisadi formasiyanın
ən aktual problemlərindən biri kimi gündəliyə gəlsə də, bu istiqamətdə ilk praktiki addımlar
yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən
sonra atılmışdır.
Azərbaycanın müharibə şəraitində
yaşamasını, 1 milyondan
artıq qaçqın
və məcburi köçkünün doğma
torpaqlarından digərgin
düşməsini, o cümlədən
respublikanın əlverişli
coğrafi-siyasi məkanda
yerləşməsini, əhəmiyyətli
tranzit-kommunikasiya imkanlarını
nəzərə alan böyük strateq Heydər Əliyev daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində
əməli tədbirlər
həyata keçirmişdir.
Bu mərhələdən ölkənin
gələcəyi ilə
bağlı ziddiyyətli
fikirlərin, narahatlıqların
və təhlükələrin
aradan qalxması, yaşayış üçün
yeni perspektivlərin açılması xarici ölkələrə miqrasiya
prosesinin qarşısını
almış, eyni zamanda əvvəlki illərdə Azərbaycandan
köçüb getməyə məcbur olan vətəndaşlar,
o cümlədən milli
azlıqların nümayəndələri
tədricən geriyə
qayıtmışlar.
İctimai-siyasi, iqtisadi sabitliyin
təmin olunması, habelə hərtərəfli
inkişafda lokomotiv rolunu oynayan «Əsrin müqaviləsi»nin
imzalanması respublikaya
xarici investisiya axınının sürətlənməsinə,
əlverişli biznes və sərmayə mühitinin formalaşmasına
təkan vermiş, yerli əmək bazarının inkişaf etməsi, yeni iş yerlərinin açılması
xüsusən də əmək miqrantlarının
respublikamıza marağını
gücləndirmişdir. Həmin dövrdə
modern texnogiyalarla işləyən bilən
yerli kadrların yoxluğu, habelə onların təcrübəsinin
qənaətbəxş səviyyədə
olmaması nəzərə
alınaraq əcnəbi
mütəxəssislərin ölkəyə gəlməsinə
liberal yanaşılırdı.
Bununla belə, əcnəbi əmək miqrantlarının qanunvericilikdə nəzərdə
tutulmuş qaydada qeydiyyata düşməsi,
ölkə qanunlarına
riayət etməsinə
diqqət artırılmış,
daxili işlər, milli təhlükəsizlik,
əmək və
əhalinin sosial müdafiəsi
nazirliklərinin tərkibində
bu işlə məşğul olan xüsusi qurumlar yaradılmışdı. Dövlət
sərhəd xidməti
və gömrük orqanları da ölkəyə qeyri-qanuni
miqrantların daxil olmasına qarşı mübarizə aparan qurumlar sırasında idi. Həyata keçirilən kompleks tədbirlər nəticəsində uzun illər ərzində ölkəyə miqrantların
daxil olması yerli əmək bazarının tələbinə
uyğunlaşdırıldı, qeyri-leqal miqrasiya proseslərin qarşı effektiv mübarizə tədbirləri həyata keçirildi.
Son illərdə Azərbaycanda
sürətli sosial-iqtisadi
inkişafın təmin
edilməsi, enerji-nəqliyyat
sahələrində beynəlxalq
kommunikasiyaların genişlənməsi,
eyni zamanda ölkəmizin geosiyasi mövqeyi Azərbaycan Respublikasında miqrasiya proseslərinin intensivləşməsinə
gətirib çıxarmışdır.
Eyni zamanda ölkəmizin bir sıra dövlətlərlə
vizasız gediş-gəliş
rejiminin mövcud olması nəticəsində
respublikamızın ərazisindən
tranzit qaydasında keçən və ya qısa müddətə
gələn, üçüncü
dövlətlərə getməyə
cəhd edən, yaxud qanuni əsaslar
olmadan daimi yaşamağa cəhd göstərən
əcnəbilərin sayı
getdikcə artır. Bütün bunlar ölkənin inkişafı və təhlükəsizliyinin təmini
baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini,
miqrasiya proseslərinin
tənzimlənməsi sisteminin
təkmilləşdirilməsi və inkişaf etdirilməsini, dövlət
orqanlarının fəaliyyətinin
əlaqələndirilməsini, habelə bu sahədə beynəlxalq əməkdaşlığı obyektiv zərurətə çevirmişdir.
Bütün bu reallıqları nəzərə alan Prezident İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi
sahəsində kompleks
tədbirlərin həyata
keçirilməsini təmin
etmişdir. Dövlət başçısı bu istiqamətlə ilk mühüm addımlarından biri kimi hələ 2006-cı il 25 iyul tarixdə
«Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Proqramının (2006-2008-ci illər)
təsdiq edilməsı
haqqında» sərəncam
imzalamışdır. Kompleks tədbirlər sistemini əks etdirən Dövlət Proqramında
miqrasiya idarəetmə
sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi
və proqnozlaşdırılması,
bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun
təkmilləşdirilməsi, qanunların tətbiqinin
effektivliyinin təmin edilməsi,
miqrasiya sahəsində
vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni
miqrasiyanın qarşısının
alınması, miqrantlarla
bağlı sosial müdafiə tədbirlərinin
həyata keçirilməsi
və digər mühüm məsələlər
yer almışdır.
Azərbaycanda miqrantların rahatlıqlarını
təmin etmək üçün Prezident İlham Əliyevin imzaladığı fərmana
əsasən, 2009-cu il
iyulun 1-dən miqrasiya
proseslərinin idarəolunmasında
«bir pəncərə»
prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini
Dövlət Miqrasiya Xidməti həyata keçirir. Respublikada əcnəbilərin
və vətəndaşlığı
olmayan şəxslərin
olduğu yer üzrə qeydiyyatı, müvəqqətiolma, müvəqqəti
və daimiyaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması,
qaçqın statusunun
müəyyənləşdirilməsi, vətəndaşlığa qəbul,
xitam, bərpa, vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması,
eləcə də vətəndaşlıq məsələlərinin
həlli ilə məşğul olan hüquq-mühafizə orqanı
statusunu daşıyan
Xidmət həm də miqrasiya qanunvericiliyinin tətbiqində
yol verilə biləcək nöqsan və sui-istifadələrin,
miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılmasını, qeyri-qanuni
miqrasiyaya qarşı
effektiv mübarizə
tədbirlərini həyata
keçirir.
Əcnəbi və vətəndaşlığı
olmayan şəxs əvvəllər Azərbaycan
Respublikasında olarkən
ölkəyə gəlişinin
bəyan edilmiş məqsədlərini pozduqda,
Azərbaycan Respublikasına
gəlməsi haqqında
vəsatət qaldırarkən,
özü və ya səfərinin məqsədi
haqqında yalan
məlumat verdikdə,
yaxud miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox
inzibati məsuliyyətə
cəlb olunduqda onların Azərbaycan Respublikasına gəlişinə
5 il müddətinə
qadağa qoyulur.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti
yaşamağa icazə
alınması üçün
əsas olmuş hal aradan qalxdıqda
və icazə alınması ilə bağlı digər əsaslar olmadıqda əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
ölkəmizin ərazisində
müvəqqəti yaşamaq
üçün icazə
verilmir, əvvəl
verilmiş icazə isə ləğv edilir. Həmçinin Miqrasiya Məcəlləsinin
tələbinə görə
əcnəbi 180 gün
ərzində 90 gündən
çox Azərbaycan Respublikasının ərazisindən
kənarda olduqda, yaxud ölkəmizdə müvəqqəti yaşadığı
dövrdə gəlişinin
bəyan edilmiş məqsədini pozduqda da ona müvəqqəti yaşamaq üçün icazə verilmir, yaxud əvvəl verilmiş icazə ləğv edilir.
Bundan əlavə ölkə
ərazisində qanunsuz
yaşayan, eləcə
də qaçqın statusu almaq niyyətində
olan şəxslər
hüquqi statusları
müəyyənləşənədək
qanunda göstərilən
müddətə kimi
Dövlət Miqrasiya Xidmətinin Bakı və Yevlax şəhərlərində beynəlxalq
standartlara uyğun olan Qanunsuz Miqrantların
Saxlanılması
Mərkəzlərində yerləşdirilir,
qanunamüvafiq tədbirlər
görülür, müvafiq
qərarlar qəbul olunur.
Miqrasiya Məcəlləsində
Azərbaycan Respublikasının
ərazisində olmalarının
arzuolunmaz hesab edilməsi proseduru müəyyən edilmişdir.
Bir daha qeyd edək
ki, əcnəbilərin
və vətəndaşlığı
olmayan şəxslərin
arzuolunmaz hesab edilməsinin 5 il müddətinə müəyyən
edilməsi, müvafiq
əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla
bilməsi və həmin şəxslər
barəsində Azərbaycan
Respublikasının hüdudlarından
kənara çıxarılması
haqqında qərar qəbul edilməsi miqrasiya orqanları tərəfindən həyata
keçirilir. Dünyanın
bütün ölkələrində
qanunsuz miqrasiya halları var. Əsas məsələ bu arzuolunmaz halın qarşısını
almaq və qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparmaqdır.
Dövlət Miqrasiya Xidməti bu işin öhdəsindən
uğurla gəlir və bu barədə
məlumatlar mütəmadi
olaraq ictimaiyyətə
açıqlanır.
Samir Mustafayev
Mövqe.- 2019.- 5
sentyabr.- S.10