İslahatlar ölkənin sənaye potensialının güclənməsini təmin edir

 

Son 16 ildə ölkəmizdə yürüdülən siyasətinin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlülü olması və bütün problemlərin həllində iqtisadi aspektin ön plana çəkilməsidir. «Müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah» tezisi əsasında reallaşdırılan iqtisadi siyasət sivil inkişaf etmiş cəmiyyət quruculuğu sahəsində mühüm uğurların əldə olunmasına imkan yaradıb.

 

Qlobal böhran şəraitində Azərbaycanın iqtisadi dayanıqlılıq nümayiş etdirməsi ilk növbədə, ölkədə sahibkarlar sinfinin formalaşması hazırkı inkişaf səviyyəsi ilə izah olunmalıdır. Son 16 ildə sahibkarlığın inkişafı istiqamətində dövlət səviyyəsində bir sıra siyasi, təşkilati, hüquqi iqtisadi tədbirlərin görülməsi, sahibkarlıq fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir.

 

Regionların sosial-iqtisadi inkişafına xidmət edən (2004-2008-ci, 2009-2013, 2014-2018-ci illər) dövlət proqramlarının ən uğurlu nəticələrindən biri ölkədə daha əlverişli biznes investisiya mühitinin formalaşması, adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsidir. Həyata keçirilmiş tədbilərin mahiyyəti konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılması sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 83 faizə çatıb.

 

Sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində ölkə iqtisadiyyatının tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi təkmilləşdirilib. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılıb, sahibkarlara zəruri texniki yardımlarməsləhət, informasiya s. xidmətlər göstərən strukturlar formalaşıb. Sahibkarlıq fəaliyyətinə yüksək diqqət qayğı qayğı sayəsində bu sektorda mühüm inkişaf müşahidə olunur. Təsərrüfat subyektlərinin fəaliyyətinə nəzarətedici yoxlayıcı orqanlar tərəfindən əsassız müdaxilənin aradan qaldırılması, lisenziyalaşdırılan fəaliyyət növlərinin azalması, iqtisadiyyatın liberallaşmasının dərinləşməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib.

 

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 2002-ci, 2004-cü, 2005-ci, 2006-cı, 2008-ci 2010-cu il tarixli fərmanları ilə Fondun statusu vəsaitlərinin istifadə edilməsi qaydaları təkmilləşdirilib, güzəştli kredit vəsaitlərinin daha məqsədəuyğun yerləşdirilməsinə sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadə etməsinə əlverişli şərait yaradılıb.

 

Sahibkarların hüquqlarının müdafiəsi zərurətini diqqətə çəkən Prezident İlham Əliyev deyib: "Yerlərdə sahibkarlara tam şərait yaradılmalıdır. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Yerli icra orqanları bu şəraiti yaratmalıdırlar. Yerli

 

icra orqanlarının rəhbərlərinin fəaliyyətini ilk növbədə o bölgələrdə, o rayonlarda iqtisadi inkişafın templəri müəyyən edəcəkdir. Çünki indi əsas vəzifə hər bir rayonun sosial-iqtisadi inkişafıdır. Yeni yerləri, yeni istehsal sahələri, ixracyönümlü istehsal sahələri yaradılmalıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq".

 

Şübhəsiz, sahibkarlığın inkişafı, yeni müəssisələrin istifadəyə verilməsi həm işsizlik probleminin həlli baxımından vacibdir. Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri məhz yeni yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılmasıdır. Bu baxımdan sahibkarlığın, əsasən, kiçik orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Ötən illərdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təminatından ibarət olmuşdur. Bu məqsədə nail olmaq üçün sahibkarlığın, xüsusilə kiçik orta sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması; məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığının dəstəklənməsi; işaxtaran işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlər həyata keçirilib. Əmək bazarında tələb təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş infrastruktur təkmilləşdirilib, kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı ixtisasartırma şəbəkələrinin fəaliyyətinin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması təmin edilib.

 

Azərbaycanda enerji resurslarından asılıllığın azaldılmasını, qeyri-neft sektorunun inkişafını prioritet istiqamətlərdən biri elan etmiş Prezident İlham Əliyev davamlı tərəqqinin təmini baxımından respublikada güclü sənaye potensialının yaradılmasını da vacib sayır. Hələ 2014-cü ilin "Sənaye ili" elan edilməsi ölkənin zəngin sənaye potensialının realizəsinə yaxşı imkanlar açıb. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin keyfiyyət kəmiyyət baxımından sıçrayışına təkan verib.

 

Sənayenin inkişafı üçün ölkədə müvafiq qanunverici bazanın formalaşdırılması da diqqət mərkəzində saxlanılır. Hələ 2009-cu il 14 aprel tarixli «Xüsusi iqtisadi zonalar haqqında» Qanun ölkədə sənayeləşmə prosesinin sürətlənməsinə yeni təkan verib. Dünya təcrübəsi göstərir ki, iqtisadiyyata, qeyri-neft sektorunun inkişafına xarici kapital axınını, habelə beynəlxalq inteqrasiyanı sürətləndirmək baxımından xüsusi iqtisadi zonaların yaradılması zəruridir. Bu cür iqtisadi zonalar xüsusi əlverişli hüquqi rejimə malik müstəqil ərazi təsərrüfat kompleksi olmaqla yanaşı, ölkədə beynəlxalq iqtisadi əlaqələr sisteminə açılan səmərəli dəhlizdir. Bu dəhliz vasitəsilə ölkə iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına xarici kapital, qabaqcıl texnalogiya, mütərəqqi idarəetmə üsulları cəlb edilir.

 

Hökumət sənayenin inkişafını stimullaşdıracaq tədbirləri diqqət mərkəzində saxlayır. Orta uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye texnologiyalar parklarında çalışan fiziki hüquqi şəxslərə, eləcə parkların idarəedici təşkilat operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulur. 2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə dəyişikliklər iqtisadiyyatın inkişafına müsbət təsir göstərməklə, bu sahəyə investorların cəlb olunmasına, yüksək

 

texnologiyalar əsasında rəqabətqabiliyyətli, elmtutumlu sənaye məhsullarının istehsalına, yeni yerlərinin açılmasına imkan verir.

 

Dünyada davam edən maliyyə böhrana baxmayaraq, Azərbaycanda yerli məhsul istehsalı bolluğu yaratmaq üçün məqsədyönlü tədbirlər ardıcıl iqtisadi islahatlar aparılır. Bu baxımdan Azərbaycan Respublikasının Vergi Məcəlləsində Gömrük tarifi haqqındaAzərbaycan Respublikasının Qanununda investisiyanın təşviqi sənədini almış şəxslər fərdi sahibkarlar tərəfindən ölkəyə idxal olunan texnika, texnoloji avadanlıqlar qurğular əlavə dəyər vergisi gömrük rüsumlarından azad olunub. 2016-2020-cı illərdə Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi ilə əlaqədar malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizi mal mövqelərinə tətbiq olunacaq əmsallara uyğun dövlət büdcəsindən əlavə vəsaitin sahibkarlara ödənilməsi kimi tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasında sahibkarlığın inkişaf strategiyasının nəinki ölkəmizin iqtisadi tərəqqisində xüsusi rola malik göstəricisidir.

 

Samir Mustafayev

Mövqe.- 2019.- 10 sentyabr.- S.10