Rusiya şirkətlərinin
Azərbaycana investisiya
marağı artır
Fikrət
Yusifov: “Son illərdə
qeyri-neft sektoruna Rusiya sərmayələrinin
artmasının şahidi
oluruq”
Rusiya şirkətlərinin
Azərbaycana investisiya
marağının artması
müşahidə edilir. Bu ölkənin əsas investisiya qurumlarından olan "Qazprombank" Azərbaycanda bir sıra layihələr reallaşdırmağı planlaşdırdığını
ifadə edib.
"Qazprombank" üçün
Azərbaycanda maliyyələşmə
üçün prioritet
sahələr əsasən
neft, qaz və neft-qaz-kimya sahələridir.
Qurumdan verilən açıqlamada
qeyd edilib ki, "Qazprombank" bu sahələrdə bir sıra iri
layihələr reallaşdırıb
və SOCAR-la əməkdaşlığı
davam etdirməyi planlaşdırır.
Hazırda "Qazprombank" Qaradağ rayonunda inşa olunacaq qaz-kimya kompleksinin tikintisi layihəsində SOCAR-la birgə
iştirak edir. Rusiya bankı
Azərbaycanda "SOCAR Polymer" zavodunun tikintisinin maliyyələşdirilməsində iştirak etmişdi.
Bank bu layihə
üçün 489 milyon
dollar kredit ayırmışdı.
Ticarət və qarşılıqlı
investisiya qoyuluşları
Azərbaycan-Rusiya əlaqələrinin
mühüm istiqamətlərindəndir. 2019-cu ilin
birinci yarısına
aid olan məlumata əsasən, Azərbaycan
Rusiya iqtisadiyyatına
1 milyard dollardan çox, Rusiya isə Azərbaycana 4,4 milyard dollardan
artıq investisiya qoyub. Azərbaycan Rusiyanın Şimali
Qafqaz regionunda əsas investorlardan sayılır. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin
yaradılması, Gəncə
Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı,
“Azərmaş” və
“QAZ” şirkətləri arasında
birgə layihələrin
reallaşdırılması qarşılıqlı investisiya
qoyuluşu sahəsində
önəmli layihələrdən
sayılır.
Azərbaycanda təqribən 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri
Azərbaycanda həyata
keçirilən layihələrdə
podratçı qismində
də iştirak edirlər.
Rusiyanın Azərbaycana yalnız son ilyarımda qoyduğu sərmayənin həcmi
700 milyon dollardan artıq olub. Belə
ki, 2018-ci ilə qədər Rusiyanın Azərbaycana qoyduğu sərmayələrin həcmi
3,7 milyard dollar idi və son ilyarımda əlavə sərmayələr hesabına
investisiyanın həcmi
4,4 milyard dollara yüksəlib.
Bəs, Rusiya şirkətlərinin Azərbaycana
artan investisiya marağı nə ilə bağlıdır və bu hal
şimaldan Azərbaycana
maliyyə axınının
daha da çoxalmasına
rəvac verə biləmi?
İqtisadçı-ekspert Fikrət Yusifov bildirir ki, Rusiya
həm siyasi müstəvidə, həm
də istisadi müstəvidə hər
zaman Azərbaycana maraq göstərib. O xatırlatdı
ki, Rusiya əvvəllər yalnız
neft-qaz sektoruna maraq göstərirdi və sərmayələrini
əsasən bu sahəyə yönəldirdi.
Ekspert qeyd etdi ki,
son illərdə qeyri-neft
sektoruna da Rusiya sərmayələrinin artmasının
şahidi oluruq. Onun fikrincə, Rusiya sərmayələrinin artmasının
əsas səbəbi Azərbaycanda sənayeləşmə
prosesinə dövlət
dəstəyinin artması,
vergi və gömrük güzəştlərinin
tətbiqi, ölkəmizin
iqtisadiyyatının və
daxili bazarının böyüməsi ilə bağlıdır. Bununla bərabər
ekspert söylədi ki, Azərbaycanda xarici sərmayələrin
toxunulmazlığına təminatın
artırılması, Rusiya
investisiyasının ölkəmizdə
çətinliklə üzləşməməsi
şimal qonşumuzun investisiyalarının artmasına
gətirib çıxarıb.
F.Yusifov dedi
ki, hazırda Rusiya sərmayələrini
iqtisadiyyatın əksər
sahələrində görmək
mümkündür. O hesab edir ki, Rusiyanın
iqtisadiyyatın bütün
sahələrinə maraq
göstərməsi səbəbindən
gələcəkdə rus
investisiyalarının həcmi
artmaqda davam edəcək: “Qarşıdakı
illərdə Rusiyanın
Azərbaycana sərmayələrində
bir qədər də artımın olacağını gözləyə
bilərik. Çünki
sərmayə qoyuluşu
artıq iqtisadiyyatın
bütün seqmentlərini
əhatə etməyə
başlayıb. Qida, maşınqayırma, bank-maliyyə,
kənd təsərrüfatı
sahələrində sərmayə
qoyuluşu var. Bizim şimal regionlarımızda tərəvəz
yetişdirilməsinə sərmayə
qoyulur. Rusiyanın sərmayəsi ilə istixana kompleksləri salınır. Hətta Rusiya investisiyalarını
biz səhiyyə sahəsində də görürük. Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta,
İKT, nəqliyyat, kənd
təsərrüfatı və
s. sahələrdə 700-dən çox Rusiya kapitalı müəssisə
fəaliyyət göstərir.
İndiyədək Rusiya
tərəfi Azərbaycan
iqtisadiyyatına 4 milytard
dollardan artıq investisiya qoyub. “SOCAR Polymer” layihəsi,
Pirallahı Sənaye Parkında əczaçılıq
müəssisəsinin yaradılması,
Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı,
“Azərmaş” və
“QAZ” şirkətləri arasında
birgə layihələrin
reallaşdırılması göstərir ki, Rusiya sənayenin əksər sahələrində sərmayə qoymaqda maraqlıdır”.
Rusiyanın getdikcə
Azərbaycan üçün
çox münbit investora çevrilidiyin deyən F.Yusifov sərmayə qoyuluşunun
artmasının ölkəmizin
əlverişli coğrafi
mövqeyi ilə də əlaqələndirdi.
O söylədi ki, ölkəmizdən Orta Asiya bazarlarına, İrana, Gürcüstana,
Türkiyə və Yaxın Şərqə məsafə yaxınlığı
var. Onun fikrincə Rusiya sərmayə qoyan zaman burada açılan
müəssisələrin perspektivdə
ixrac imkanlarını
da nəzərə alıb.
F.Yusifov Azərbaycan
və Rusiyanın mədəni cəhətdən
yaxın olmasının
da sərmayə qoyuluşunu artırdığını
düşünür: “Rus
insanı, sərmayəçisi
burada özünü
daha rahat hiss edir. Dil,
ünsiyyət problemi
yoxdur, mühit onun üçün yad deyil. Buna
görə də son bir neçə
ildə rus turistlərinin Azərbaycana
səfərlərinin sayının
artımı müşahidə
edilir”.
Vasif CƏFƏROV
Mövqe.- 2019.- 12
sentyabr.- S.5