Biznes mühitinin liberallaşdırılması tədbirləri
davam etdirilir
Özəl sektorun inkişafı, biznes mühitinin daha da liberallaşdırılması
son illərdə imzalanmış
bir sıra fundamental əhəmiyyətli sənədlərin
başlıca qayəsini
təşkil edir. Konkret olaraq
2018-ci ildə bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirilib, qanunlar daha da təkmilləşdirilib.
Ölkənin perspektiv
inkişaf hədəflərini
və istiqamətlərini
müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini
təmin etmək məqsədilə Azərbaycan
Respublikası Prezidentinin
6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş 11 istiqamət üzrə yol xəritələrində, o cümlədən
"Azərbaycan Respublikasında
kiçik və orta sahibkarlıq səviyyəsində istehlak
mallarının istehsalına
dair Strateji Yol Xəritəsi"ndə
müəyyən edilmiş
tapşırıqların icrası
istiqamətində islahatlar
2018-ci ildə də davam etdirilib.
İqtisadiyyat Nazirliyinin məlumatına
əsasən, sahibkarların
maliyyə resurslarına
çıxış imkanlarının
artırılması məqsədilə
"Kredit büroları
haqqında" və
"Daşınar əmlakın
yüklülüyü haqqında"
qanunlara uyğun olaraq 2018-ci ilin fevral ayında Azərbaycan Kredit bürosu, mart ayında isə Daşınar Əmlakın Yüklülüyü
Reyestri fəaliyyətə
başlayıb. 18 may 2018-ci il tarixdə
isə "Ələt
azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının
Qanunu qəbul edilib. Həmin Qanun Azərbaycan
Respublikası Ələt
Azad İqtisadi Zonasının
(AİZ) fəaliyyətinin, inkişafının və
idarə edilməsinin
hüquqi rejimini müəyyən edir.
Azərbaycan Respublikası
Prezidentinin 17 mart 2016-cı il tarixli, 1912 nömrəli sərəncamına
əsasən Ələt
qəsəbəsində yaranmaqda
olan yeni AİZ beynəlxalq yükdaşıma
və Avropa-Asiya logistika zəncirlərində
aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, "Made in Azerbaijan" brendinin dünya üzrə tanınmasında
müstəsna xidməti
olacaq. AİZnin
regional miqyasda Cənubi
Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərməsi planlaşdırılır.
Azərbaycan Respublikası Prezidentinin
28 dekabr 2017-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin
tabeliyində yaradılmış
Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin fəaliyyəti
əlaqələndirilib. Agentlik
tərəfindən 2018-ci il ərzində Masallı, Siyəzən, Xaçmaz, Şabran, Gəncə, Yevlax, Quba və Qusarda
yaradılmış 8 "KOB Dostu" fəaliyyətə
başlayıb və sahibkarlara xidmət göstərib.
Azərbaycan Respublikası Prezidentinin
26 iyun 2018-ci il
tarixli Fərmanı ilə Agentliyin Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin Nizamnaməsi,
Strukturu və kiçik və orta biznes evlərində
mikro, kiçik və orta sahibkarlıq
subyektlərinə göstərilə
xidmətlərin siyahısı
təsdiq edilib. Həmçinin, 24 dekabr
2018-ci il tarixdə Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin
Müşahidə Şurasının
ilk iclası keçirilib.
İclasda Agentliyin fəaliyyətinin
qısa, orta və uzunmüddətli prioritetləri, monitorinqi və qiymətləndirilməsi
Qaydaları təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin
5 sentyabr 2012-ci il tarixli 706 nömrəli Fərmanının 5.18-ci bəndinə
və 20 aprel
2016-cı il tarixli 866
nömrəli Fərmanın
2.3.1-ci yarımbəndinə əsasən 2 noyabr 2015-ci
il tarixindən sahibkarlıq fəaliyyətinin
lisenziya tələb olunan növləri üzrə (dövlət təhlükəsizliyindən irəli
gələn hallar istisna olmaqla) lisenziyaların verilməsi
İqtisadiyyat Nazirliyi
tərəfindən “ASAN xidmət”
mərkəzlərində həyata
keçirilməsi davam
etdirilib. 2018-ci ildə
İqtisadiyyat Nazirliyi tərəfindən
“ASAN xidmət” mərkəzləri
vasitəsilə sahibkarlara
2048 lisenziya verilib.
Azərbaycan Respublikası Prezidentinin
"Dövlət xidmətlərinin
göstərilməsində şəffaflığın artırılması,
yaşayış yeri
üzrə qeydiyyat və lisenziyalaşdırma
prosedurlarının elektronlaşdırılması
sahəsində bəzi
tədbirlər haqqında"
2015-ci il 31 avqust tarixli 588 nömrəli Fərmanının 2-ci hissəsinin
və "Lisenziyalar və icazələr" portalı haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə
2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanının 4.1-ci bəndinin
icrası məqsədilə
lisenziyaların və
icazələrin elektron
qaydada verilməsi üçün İqtisadiyyat
Nazirliyi tərəfindən
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi ilə birlikdə "Lisenziyalar və icazələr" portalı
yaradılıb. 1 mart 2018-cil il tarixindən
etibarən 24 fəaliyyət
növü üzrə
lisenziyaların elektron
qaydada verilməsi üçün portal vasitəsilə
müraciətlərin qəbulu,
8 aidiyyəti qurumdan rəyin alınması və nəticələrin
rəsmiləşdirilməsi imkanları təmin edilib. "Lisenziyalar
və icazələr"
portalı vasitəsilə
sahibkarlara 2018-ci ildə
580-dan çox elektron
lisenziyanın verilməsi
təmin edilib.
Sahibkarların hüquqlarının qorunması,
sahibkarlıq fəaliyyətinə
yersiz müdaxilələrin
qarşısının alınması,
şəffaflığın təmin edilməsi istiqamətində də mühüm addımlar atılıb. 20 oktyabr 2015-ci il tarixində qəbul edilmiş "Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
dayandırılması haqqında"
Azərbaycan Respublikasının
Qanununa əsasən vergi yoxlamaları; maliyyə bazarları sahəsində aparılan
yoxlamalar; gömrük
auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən
dərman vasitələrinin
keyfiyyəti, təhlükəsizliyi
qaydalarına riayət
edilməsi və qida məhsullarının
təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar;
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan
Respublikası Qanununun
tələblərinə əməl
edilməsinə nəzarətin
həyata keçirilməsi
ilə bağlı həmin Qanunla müəyyən edilmiş
nəzarət orqanları
tərəfindən həyata
keçirilən yoxlamalar;
insanların həyat və sağlamlığına,
dövlətin təhlükəsizliyinə
və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən
yoxlamalar; habelə korrupsiya cinayətlərinin
araşdırılması ilə
əlaqədar Azərbaycan
Respublikasının Baş
Prokurorluğu tərəfindən
aparılan yoxlamalar istisna olmaqla Azərbaycan Respublikası
ərazisində sahibkarlıq
sahəsində aparılan
yoxlamalar 1 noyabr 2015-ci
il tarixindən 1 yanvar 2021-ci il tarixinədək dayandırılıb.
Həmin
Qanunun tətbiqindən
sonrakı 38 ay ərzində
vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində
cəmi 640 yoxlama, o cümlədən 2018-ci il ərzində 483 yoxlama keçirilib. Müqayisə üçün yoxlamaların dayandırılmasından
əvvəlki 38 ay ərzində
vergi yoxlamaları istisna olmaqla, 185 mindən çox yoxlama keçirilib.
Sahibkarlığın inkişafına
dəstək mexanizminin
təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin,
infrastruktur sahələrinin
yaradılması, ixrac
əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi
və özəl sektorda fəaliyyət göstərən təsərrüfat
subyektlərinin maliyyə
resurslarına çıxış
imkanlarının genişləndirilməsi
məqsədilə dövlət
başçısının "Azərbaycan Respublikasında
sahibkarlığın inkişafına
dövlət dəstəyi
mexanizminin təkmilləşdirilməsi
haqqında" 31 iyul
2018-ci il tarixli 224 nömrəli fərmanı
ilə Sahibkarlığa
Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat
Nazirliyinin tabeliyində
Sahibkarlığın İnkişafı
Fondu publik hüquqi şəxsi yaradılıb və
"Azərbaycan Respublikası Sahibkarlığın
İnkişafı Fondunun
vəsaitindən istifadə
Qaydası" təsdiq
edilib. Yeni Qaydaya əsasən Sahibkarlığın İnkişafı
Fondunun kreditlərinin
illik faiz dərəcəsi 6 faizdən
5 faizə endirilib, orta həcmli kreditlərin yuxarı həddi 50 001 manatdan
1.000.000 manatadək artırılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı
ilə "Mikro, kiçik, orta və iri sahibkarlıq
subyektlərinin bölgüsü
meyarları" təsdiq
edilib. "Sahibkarlıq
fəaliyyəti haqqında"
Azərbaycan Respublikası
Qanununun 4-1-ci maddəsinin
3-cü hissəsinə əsasən,
sahibkarlığın tənzimlənməsi
tədbirləri çərçivəsində
mikro, kiçik və orta sahibkarlıq
subyektlərinə yönəldilən
dövlət dəstəyi
və güzəştlərin
həmin meyarlar əsasında həyata
keçirilməsi nəzərdə
tutulub.
Azərbaycan Respublikası Prezidentinin
21 dekabr 2018-ci il tarixli 427 nömrəli Fərmanına əsasən
"Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz"
buraxılış sistemindən
daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması,
ləğvi və bərpası Qaydası” təsdiq edilib. Həmin Fərmana əsasən 2019-cu il fevralın 1-dən "Yaşıl
dəhliz" buraxılış
sisteminin tətbiqi nəzərdə tutulub. "Yaşıl dəhliz"
buraxılış sisteminin
tətbiqində məqsəd
idxal-ixrac əməliyyatlarında
qanunvericiliyə riayət
edən xarici ticarət iştirakçıları
üçün daha əlverişli şərait
yaratmaq; gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsini
təmin etmək;
xarici ticarət iştirakçılarında
könüllü riayət
mədəniyyətini formalaşdırmaq;
risk qiymətləndirilməsi
əsasında gömrük
nəzarəti formalarını
tətbiq etmək; gömrük nəzarətini
daha çevik və şəffaf həyata keçirmək;
eləcə də idxal-ixrac əməliyyatlarında
məmur-sahibkar münasibətlərini
müasir idarəçilik
prinsipləri əsasında
qurmaqla beynəlxalq ticarəti asanlaşdırmaqdan
ibarətdir.
Samir Mustafayev
Mövqe.- 2019.- 12
sentyabr.- S.10