Əmək müqaviləsi
ilə çalışanların
sayı yüksələn
xəttlə artır
Respublikamızda
əmək bazarına nəzarətin daha da gücləndirilməsi
məqsədilə bir sıra qanunvericilik aktlarına əlavə
və dəyişikliklər edilməsi mahiyyətcə əmək
ehtiyatlarından səmərəli istifadəyə, əmək
bazarında mövcud münasibətlər sisteminin hüquqi
müstəvidə tənzimlənməsinə, işçi
hüquqlarının etibarlı müdafiəsinə və
qeyri-leqal məşğulluğun ardan qaldırılmasına
xidmət edir.
"Azərbaycan
Respublikasının Əmək
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında"
2013-cü il 27 dekabr tarixli qanun və
həmin qanunun tətbiqi ilə bağlı imzalanmış
2014-cü il 3 fevral tarixli fərman qeyri-leqal məşğulluqla
mübarizənin gücləndirilməsi,
bu sahədə çevik və səmərəli, müasir tələblərə
uyğun iş üsullarının formalaşdırılmasına
yaxşı imkanlar açıb. Fərmana uyğun olaraq
Vergilər Nazirliyinin yaxından iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyində (ƏƏSMN) yaradılmış
elektron informasiya sistemi işəgötürənlərlə
işçilər arasında
yaranmış əmək
münasibətlərinin operativ,
dəqiq və əhatəli uçotunun
aparılması baxımından
mühüm əhəmiyyətə malikdir.
Həmin dəyişikliklər əsasında tətbiq edilən mühüm yeniliklərdən biri də əmək müqaviləsi bildirişinin
elektron informasiya sisteminə daxil edilməsidir. Əmək müqaviləsi bildirişi
- əmək müqaviləsinin
bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin
ƏƏSMN-nin elektron
informasiya sistemində
elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən
həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir. Əmək Məcəlləsinin
49-cu maddəsinə edilmiş
dəyişikliyə əsasən,
əmək müqaviləsinin
bağlanılması, ona
dəyişiklik edilməsi və
ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi
bildirişinin həmin
elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən
sonra hüquqi qüvvəyə minir.
Nazirlər Kabinetinin 6 iyun
2014-cü il tarixli qərarı ilə “Əmək müqaviləsi
bildirişinin forması
və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi
bildirişinin qeydiyyata
alınması ilə
bağlı işəgötürənə
göndərilən məlumat
forması, habelə qeydiyyata alınmış
əmək müqaviləsi bildirişinin
məlumatlarını real
vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilib. Həmin Qaydaların
3-cü bəndində işəgötürənlər
və ya onların səlahiyyət
verdiyi şəxslər
tərəfindən əmək
müqaviləsi bildirişinin
elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı müddəalar
təsbit olunub. Həmin müddəalara əsasən, əmək müqaviləsi bildirişinin
elektron informasiya sisteminə daxil edilməsi üçün
işəgötürənlərin və ya onların
səlahiyyət verdiyi
şəxslərin gücləndirilmiş
elektron imzası olmalıdır.
Prosesin həyata
keçirilməsinə nəzarət
prosesində ƏƏSMN-lə
yanaşı, Vergilər
Nazirliyinin də yaxından iştirakı Vergi Məcəlləsinin
tələblərindən irəli
gəlir. Belə ki, işəgötürənlər
tərəfindən əmək
müqaviləsi (kontraktı)
hüquqi qüvvəyə
minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə
yetirilməsinə cəlb
edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati
Xətalar Məcəlləsinin
53.1-ci və Cinayət
Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş
məsuliyyətə səbəb
olur.
Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən,
əmək müqaviləsi
(kontraktı) hüquqi
qüvvəyə minmədən
işəgötürən tərəfindən fiziki şəxslərin hər
hansı işlərin
(xidmətlərin) yerinə
yetirilməsinə cəlb
edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait
yaradıldığına görə
işəgötürənə hər bir belə
şəxs üzrə
1000 manat məbləğində
maliyyə sanksiyası
tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə
əsasən, Əmək
Məcəlləsində nəzərdə
tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi
qüvvəyə minmədən
işəgötürən tərəfindən fiziki şəxslərin hər
hansı işlərin
(xidmətlərin) yerinə
yetirilməsinə cəlb
edilməsinə görə
- fiziki şəxslər
min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər
üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər
iyirmi min manatdan iyirmi beş min manatadək
miqdarda cərimə edilir.
Əmək Məcəlləsində nəzərdə tutulmuş
qaydada əmək müqaviləsi (kontraktı)
hüquqi qüvvəyə
minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin)
yerinə yetirilməsinə
cəlb edilməsinə
görə isə işəgötürən Cinayət
Məcəlləsinin 162-1-ci maddəsinə əsasən,
cinayət məsuliyyətinə
cəlb edilir. Burada "xeyli sayda" dedikdə on nəfər və ondan çox
olan işçilərin
sayı nəzərdə
tutulur. "Azərbaycan
Respublikası Cinayət-Prosessual
Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında"
Azərbaycan Respublikası
Qanununun və həminin qanunun tətbiqi ilə bağlı "Azərbaycan
Respublikası Cinayət-Prosessual
Məcəlləsinin tətbiq
edilməsi barədə” Fərmanın 3-cü bəndinin
14-cü abzasına əsasən,
cinayətin əlamətləri
vergi nəzarəti zamanı aşkar olunduqda Cinayət Məcəlləsinin 162-1-ci maddəsində
nəzərdə tutulmuş
cinayətə dair iş üzrə ibtidai istintaq Vergilər Nazirliyinə həvalə edilib.
Vergilər Nazirliyi
vergi ödəyicilərini
həmin yeniliklərdən
irəli gələn məsələlərlə bağlı
məlumatlandırılması istiqamətində sistemli işlər həyata keçirib. Bu məqsədlə işəgötürənlərə
əmək müqaviləsi
bildirişinin elektron informasiya sisteminə yalnız gücləndirilmiş
elektron imza - o cümlədən "ASAN imza"
vasitəsilə daxil edilməsinin mümkünlüyü
izah edilib.
Əmək müqaviləsi
bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərin məlumatlandırılması da
təmin edilir. Bununla əlaqədar Vergilər Nazirliyinin rəsmi internet saytında elanın yerləşdirilməsi,
habelə işəgötürənlərin
SMS vasitəsilə məlumatlandırılması
təmin edilir. Əmək müqavilələri
barədə əmək
müqaviləsi bildirişlərinin
elektron informasiya sisteminə daxil edilməsində işəgötürənlərə zəruri köməklik göstərilir.
Qanunvericiliyin tələblərinin pozulması
halında işəgötürənlərin
üzləşəcəkləri sanksiyalar, cərimələr
və cinayət məsuliyyəti barədə
onlara zəruri xəbərdarlıqlar edilir.
Bununla bağlı nazirlik işəgötürənlər
üçün xüsusi
xəbərdarlıq forması
hazırlayıb. Həmin
formada əmək müqaviləsinin imzalanmamasının,
habelə əmək müqaviləsi bildirişinin
müvafiq elektron informasiya sisteminə daxil edilməməsinin doğurduğu hüquqi məsuliyyət barədə
fiziki və hüquqi şəxslərə
ətraflı məlumatlar
verilir. Xəbərdarlıq
formasında, həmçinin,
işəgötürənlərə əmək müqavilələrinin
bağlanılması ilə
bağlı əlavə
məlumat almaq üçün nazirliyin
195 nömrəli Çağrı
Mərkəzinə müraciət
etmək tövsiyə
olunur.
Əmək münasibətlərinə vergi nəzarəti sahəsində yerli vergi orqanları tərəfindən həyata
keçirilən tədbirlərin
düzgün uçotunun
aparılması, eləcə
də nəzarətin
həyata keçirilməsi
məqsədilə ölkə
ərazisi vergi orqanlarının sahə nəzarətini həyata
keçirən strukturlar tərəfindən
nəzarətə götürülüb
və bütün obyektlərdə vergi nəzarəti tədbirləri
gücləndirilib. İşəgötürənlər
tərəfindən iş
yerlərinin rəsmiləşdirilməməsi
hallarının qarşısının
alınması, əməkhaqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının genişləndirilməsi
və qeyri-leqal məşğulluğun leqallaşdırılması
istiqamətində tədbirlər
davam etdirilir.
Bunun nəticəsidir ki, Əmək Müqaviləsi Bildirişi
Elektron İnformasiya Sistemində əmək müqaviləsi ilə işləyənlərin sayı
65 821 nəfər artaraq
1 467 782 təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən
verilən məlumata görə, cari ilin 1 aprel tarixinə Vergilər Nazirliyində qeydiyyatda olan aktiv fiziki
şəxs fərdi sahibkarların sayı birinci rüb ərzində 10 568 nəfər
artaraq 371 569 nəfər
təşkil edib.
Azərbaycan Sahibkarklar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyasının (ASTMK) hüquqşünasi Tapdıq
Osmanov hesab edir ki, ölkə
iqtisadiyyatının inkişafında
və şəffaflığın
təmin olunmasında,
istehsalatda işçilərin
əmək hüquqlarının
etibarlı müdafiəsində
və qeyri-leqal məşğulluqla mübarizənin
gücləndirilməsində
əmək müqavilələri
mühüm əhəmiyyət
daşıyır: "Konfederasiya
Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasında,
sahibkarların iqtisadi-hüquqi
mənafelərinin və
əmək münasibətlərinin
qorunmasında müxtəlif
təşəbbüslərlə çıxış edir.
Hansı
müəssisə və
təşkilatda əmək
qanunvericiliyinə düzgün
əməl olunursa, işəgötürənlə işçi arasında sosial dialoq imkanlarından
səmərəli istifadə
edilirsə, orada istehsalatda sabit və mütləq nailiyyətlər əldə
olunur. İşçi
ilə işəgötürən
arasında ən etibarlı münasibət,
dialoq elə əmək müqaviləsidir".
Əmək Məcəlləsinə edilən dəyişikliklərə
uyğun olaraq informasiya sistemi fəaliyyətə başladıqdan
sonra həm işəgötürənlər, həm də işçilər öz öhdəliklərini,vəzifələrini daha aydın şəkildə anlayırlar.
Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə
əsasən, işçilərin
əmək müqaviləsi
bağlanmadan işə
cəlb olunmasına görə işəgötürənlər
üçün 7 min
manatdan 10 min manatadak cərimə, yaxud 3 il müddətinə
azadlıqdan məhrumetmə
müəyyənləşib. Qaydaların bu qədər sərtləşdirilməsində
başlıca məqsəd
ölkədə bütün
işəgötürənləri işçilərlə əmək
müqaviləsi bağlamağa
dəvət etməkdir.
Samir Mustafayev
Mövqe.- 2019.- 13
sentyabr.- S.10