Turizm Azərbayñana daha çox valyuta qazandıracaq
Müzəffər
Ağakərimov: “Turizm sahəsi neft-qaz sektorundan sonra
iqtisadiyyatın əsas aparıcı qüvvəsinə
çevriləcək”
Turizm Azərbaycanda valyuta
gətirən əsas
sahələrdən birinə
çevrilir. Ölkəmizə
səfər edən əcnəbilərin sayının
artması, onların burada xərclədiyi vəsatin dəyərinin yüksəlməsi turizmin
iqtisadiyyatda rolunun artmasına səbəb olur.
2019-cü ilin yanvar-avqust aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı
illik müqayisədə
8,3% artaraq 2,1 milyona çatıb. Ötən ilin statistikası göstərdi
ik, turistlər Azərbaycanda 2,6 milard dollardan çox pul xərcləyib.
Azərbayca gələn əcnəbilərin
sayında 2016-cı ildən
davamlı artım müşahidə olunur. Həmin
ildə ölkəmizə
2,25 milyon əcnəbi səfər edib. 2017-ci ildə bu göstərici 2,7 milyon nəfərə,
2018-ci ildə 2,85 milyon
nəfərə yüksəlib.
Proqnoza əsasən ölkəmizə
gələn turislərin
sayı 2019-cu ildə
3 milyon nəfəri ötəcək.
Ölkəmizin 2018-ci ildə turizmdən
gəliri 2,634 milyard
dollar, xərci 2,284 milyard
dollar, müsbət fərq
350 milyon dollar təşkil
edib. 2017-ci ildə turizm gəliri 3,01 milyard dollar, turizm xərci 2,658 milyard dollar, müsbət fərq 353 milyon dollar olub. 2016-cı ildə turizm xidmətlərindən gəlirimiz
2,713 milyard dollar, turizmə
xərcimiz 2,494 milyard
dollar, müsbət fərq
219,7 milyon dollar təşkil
edib. 2015-ci ildə isə turizm gəlirimiz 2,31 milyard dollar, xərcimiz 2,6
milyard dollar, mənfi fərq 293 milyon dollar olub.
Turist səfərlərinin
sayının artması
bu sahədə yaradılan əlavə dəyərin həcminin artmasına imkan verir. 2014-cü ildə turizm
sektorunda 2,4 milyard manatlıq əlavə dəyər yaradılıb. Bu göstərici
2018-ci ildə 3,46 milyard manata yüksəlib.
Turizm əhalinin
məşğulluğunun artmasına
da töhvə verir. 2014-cü ildə
turizm sektorunda 42 min insan çalışırdısa,
2018-ci ildə sektorda çalışanların sayı
53,2 mini ötüb. Bu
il tursitlərin
sayının artması
fonunda mühüm göstəricilərin artmasını
gözləmək olarmı?
Turizm əsas valyuta gətirən sahələrdən
birinə çevriləcəkmi?
Məsələ ilə bağlı
fikirlərini bölüşən
Azərbaycan Turizm Assosasiyasının müşaviri
Müzəffər Ağakərimov
dedi ki, Azərbaycana gələn turistlərin sayı, turizm sektorundan əldə edilən gəlirlər ildən-ilə
artacaq. Onun qənaətincə bunun
da başlıca səbəbi
turizmlə bağlı
hökumət tərəfindən
həyata keçirilən
ardıcıl siyasətlə
bağlıdır: “Bu sahəyə
dövlətin dəstəyi
var. Otellərin inşasında,
yeni turuzm növlərinin inkişafında
dövlət dəstək
verir. Turist səfərlərinin asanlaşdırılması məqsədilə
dövlət viza alınmasını sadələşdirib.
Ona görə də turizm inkişaf edir.
Azərbaycanda keçirilən beynəlxalq
tədbirlər, ilk növbədə
idman yarışları,
musiqi festifalları, mədəniyyət tədbirləri,
konqresslər, simpoizmlər
və digər beynəlxalq səviyyəli
tədbirlər ölkəmizə
gələn turuistlərin
sayını artırır”.
Müxtəlif ölkələrdən gələn turistlərin kəmiyyət və keyfiyyət göstəricilərinin
yaxşılaşdığıbı söyləyən M.Ağakərimov
bu yeniliyin Azərbaycana gələn turislərin sayının
ildən-ilə artacağının
xəbərçisi olduğunu
qeyd etdi: “Strateji yol xəritəsində
göstərildiyi kimi
Azərbaycan 2025-ci ildə
dünyanın 20 ən
yaxşı inkişaf
edən turizm ölkəsindən birinə
çevriləcək. Mövcud
şərait həm Qərdən,həm də Şərqdən olan turisləri cəlb edir. Azərbaycanda turizm infrasturkturu
və müxtəlif turizm növləri inkişaf edir, eyni zamanda Azərbaycan
xalqının qonaqpərvərliyi
və Azərbaycanın
sabit ölkə olması turist səfərlərinə müsbət
təsir edir.
Azərbaycan həm təbiətinə,
həm coğrafi mövqeyinə, həm də sabitliyinə görə unikal ölkədir. Turistlər, xüsusilə də
ailələri ilə
o ölkəyə üz
tuturlar ki, orada sabitlik, insanlara, əcnəbilərə
münasibət yüksək
səviyyədə olsun.
Azərbaycan turizm şirkətləri daha da püxtələşir,
göstərdikləri xidmətlərin
keyfiyyəti, turizm növlərinin sayı artır. Əvəllər Azərbaycanda
turizm növləri az idi. Sonradan qış turizm növü inkişaf etdirildi. Tufandağda, Şahdağda, Qusarda
və digər yerlərdə qış turizminin inkişafını
müşahidə edirik.
Azərbaycanda çimərlik turizm növü getdikcə inkişaf edir. Müxtəlif yaşıl kənd turizm növləri də inkişaf edir. Turistlərin bir çoxu
Şəkidə, Qusarda,
Qubada, Qəbələdə
fərdi evlərdə
də qalırlar.
Bu da kənd turizminin
inkişafı üçün
yaxşı amildir”.
Həmsöhbətimiz bildirdi ki, Azərbaycana daha çox turist cəlb etmək üçün və turizmdən daha çox pul qazanmaq üçün
sağlamlıq turizmi
inkişaf etdirilməlidir:
“Azərbaycanda sağlamlıq
turizmi getdikcə inkişaf edir. Biz bunu Qalaaltı,
Duzdağ, Naftalanda görürük. Naftalanda artıq
otel də fəaliyyət göstərir.
Gələcəkdə bu otellərin
sayı arta bilər. Sağlamlıq turizminin digər
mənbələri də
inkişaf edir. Azərbaycanda Termal və
Sağlamlıq Turizmi
Assosasiyası fəaliyyət
göstərir.
Masallıda, Lənkəranda istisu mənbələri yaxınlığında
yeni otellər tikilib. Bu da sağlamlıq turizminin inkişafı üçün imkanlar yaradır.
Turizìin müxtəlif
növlərinin inkişafı
müxtəlif ölkələrdən
turist cəlbini artıra bilər. Bu sahəni daha da genişləndirmək olar,
mövcüd vəziyyət
bizi arxayın salmamalıdır. Sağlamlıq turizmini daha da inkişaf etdirmək olar. Sağlamlıq məqsədilə gələn turistlər iki-üç gün deyil, ən azı 14 gün qalır. Bu da ölkəyə daha çox valyuta gətirir”.
M.Ağakərimov söylədi ki,
turizm növlərinin
inkişafı, yeni otellərin inşaası iş yerlərinin sayını da artırır:
“Turizmin inkişafı
yeni iş yerləri deməkdir. Bu nəinki Bakı şəhərində, həm
də regionlarda yeni iş yerləri
deməkdir. Regionlarda turizmi inkişaf
etdirməliyik, bunun üçün dövlətin
dəstəyi də
var. Dövlət yol, su, enerji infrastrukturunu
yaxşılaşdırır. Yollar çəkilir, su xətləri yenilənir,
elektriklə təminat
yaxşılaşır. Bütün bunlar turizmin inkişafında mühüm
rol oynayır.
Heç bir MDB ölkələrində
Azərbaycanda olduğu
qədər turizmə
dəstək yoxdur. Dövlətin dəstəyi güclüdür.
Gələcəkdə turizm sektoru
neft-qaz sektorundan sonra iqtisadiyyatın əsas aparıcı qüvvəsinə çevriləcək”.
Vasif CƏFƏROV
Mövqe.- 2019.- 13
sentyabr.- S.10