Turizm büdcəyə
gəlir gətirən
sahələrdən birinə
çevrilir
Əlverişli
turizm potensialına malik Azərbaycan son illər dünya
turistlərinin daha çox üz tutduqları ölkələr
sırasında yer almağa iddialıdır və demək
olar ki, bu istiqamətdə nəzərəçarpacaq
uğurlar da əldə edib. Sözügedən
məqsədin reallaşdırılması
üçün ölkəmizdə
turizm infrastrukturunun müasirləşdirilməsi və
mövcud potensialın
səmərəli şəkildə
realizəsi istiqamətində
ardıcıl tədbirlər
həyata keçirilir.
Bu sektorda aparılan islahatların əsas məqsədi respublikada qabaqcıl səviyyədə turizm mədəniyyətinin formalaşdırılması
və xidmət səviyyəsinin davamlı
şəkildə yüksəldilməsidir.
Dövlət Sərhəd Xidmətinin
məlumatına əsasən
məlumatına əsasən,
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən
1777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə
7,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,6 faizi Rusiya
Federasiyası, 22,8 faizi
Gürcüstan, 9,9 faizi
Türkiyə, 7,2 faizi
İran, 3,6 faizi Səudiyyə Ərəbistanı,
2,3 faizi Birləşmiş
Ərəb Əmirlikləri,
hər birindən 1,9 faiz olmaqla Ukrayna
və Hindistan, hər birindən 1,5 faiz olmaqla Türkmənistan
və İraq, hər birindən 1,4
faiz olmaqla Qazaxıstan, İsrail və Pakistan, 1,3 faizi Böyük Britaniya, 11,2 faizi digər ölkələrin
vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin
66,8 faizini kişilər,
33,2 faizini isə qadınlar təşkil edib.
Ölkəmizə yanvar-iyul aylarında
gələnlərin sayında
daha çox artım Misir (83,2 faiz), Hindistan (80,6 faiz), Türkmənistan
(78,5 faiz), Çin
(74,3 faiz), Səudiyyə
Ərəbistanı (48,8 faiz),
Macarıstan (48,1 faiz),
Böyük Britaniya
(30,9 faiz), Cənubi Koreya (30,9 faiz), Yaponiya (29,3 faiz), Polşa (27,7 faiz), Kanada (25,2 faiz), Almaniya (25,1 faiz) və Gürcüstan (23,4
faiz) vətəndaşları
arasında qeydə alınıb.
2019-cu ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən
gələnlərin sayı
26,3 faiz artaraq 83,2 min nəfər, MDB ölkələrindən gələnlərin
sayı isə 6,7 faiz artaraq 655,1 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər
və vətəndaşlığı
olmayan şəxslərin
57,8 faizi dəmir yolu və avtomobil,
41,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.
2019-cu ilin yanvar-iyul aylarında xarici ölkələrə
gedən Azərbaycan Respublikası vətəndaşlarının
sayı əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz
artaraq 3115,1 min nəfər olub. Ölkə vətəndaşlarının
37,8 faizi İrana, 28,1
faizi Gürcüstana,
17,7 faizi Rusiya Federasiyasına, 11,0 faizi Türkiyəyə,
5,4 faizi digər ölkələrə getmişdir.
Gedənlərin 64,7 faizini
kişilər, 35,3 faizini
qadınlar təşkil
edib.
Bu dövrdə
İrana gedən Azərbaycan vətəndaşlarının
sayı 61,8 faiz, Gürcüstana gedənlərin
sayı 12,4 faiz, Rusiya Federasiyasına gedənlərin sayı
7,7 faiz, Türkiyəyə
gedənlərin sayı
isə 3,7 faiz artıb.
Əlverişli iqlim şəraiti,
əsrarəngiz meşələr,
çaylar, şəlalələr,
təbii göllər,
dağ massivləri, eləcə də unikal yaşayış məskənləri və
tarixi mədəniyyət
abidələri ölkəmizdə
turizmi daha cazibəli vəziyyətə
gətirir. Bundan əlavə,
son illər ayrı-ayrı bölgələrdə
müasir tələblərə
cavab verən istirahət mərkəzlərinin,
hotellərin inşası
edilməsi, yol-nəqliyyat
infrastrukturunun müasirləşdirilməsi
həm xarici, həm də yerli turistlərin bölgələrə marağını
artırıb. Əcnəbi
turistlərin diqqətinin səfalı guşələrə cəlb
edilməsi məqsədilə
yeddi turizm marşrutu müəyyən
olunub. Əsas turizm marşrutları
Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara
və Bakı-Qazax; əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq
Qarabağ, Bakı-Naxçıvan
hesab edilir. Turizm zonalarının hər biri təbii
gözəlliyi, zəngin
bitki və heyvanat aləmi, təmiz havası, mineral bulaqları ilə turistlərin diqqətini çəkir.
Bakı şəhərinin
qədim abidələrlə
zəngin olması, habelə burada ən müasir tələblərə cavab
verən otellərin tikilib istifadəyə verilməsi turizmin inkişafı üçün
yaxşı imkanlar açır. Hazırda Bakıda dünyanın ən aparıcı otellər şəbəkələri
fəaliyyət göstərir.
Son 15 ildə Bakıda 10-a yaxın beşulduzlu otel tikilib. Dünyanın “Four Seasons”, “Fairmont”, “Hilton”, “Mariott” “Kempinski” “Jumeirah”, “Sheraton”, “Hyatt”, “Radisson” və s. nüfuzlu hotellərinin Bakıda fəaliyyətə başlaması
ölkəmizdə turizm
üçün əlverişli
imkanların yaradılması
məqsədindən irəli
gəlir.
Hələ 2010-cu ildə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə
turizmin inkişafına
dair” Dövlət Proqramının qəbul olunması, 2011-ci ilin ölkədə “Turizm ili” elan olunması
da bu sahənin
inkişafını sürətləndirib.
Ümumiyyətlə, son illər iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində həyata
keçirilən tədbirlər
Azərbaycanın turizm
potensialının əhəmiyyətli
dərəcədə güclənməsinə
şərait yaradıb.
Davamlı və tarazlı
inkişafda, büdcə
gəlirlərinin formalaşmasında,
vergi daxilolmalarının
həcminin artımında
mühüm rolu oynayan turizm sektorunda zəruri infrastrukturun formalaşdırılması
son illər hökumət üçün
prioritet məsələlərdən
birinə çevrilib.
Ölkəmizin sosial-iqtisadi
inkişafının sürətlənməsi, beynəlxalq
əlaqələrin genişlənməsi,
habelə mədəniyyət
və idman sahələrində əldə
olunan nailiyyətlər
turizm sahəsinin davamlı inkişafını
təmin edir.
Prezident İlham
Əliyevin təşəbbüsü
ilə ölkədə
qış-yay turizminin
inkişafı məqsədi
ilə 2009-cu ildə Qusar rayonundan 30 kilometr Şimalda, dəniz səviyyəsindən
2500 metr hündürlükdə
«Şahdağ» Qış-Yay
Turizm Kompeksinin tikintisi reallaşdırılıb.
Qusarla yanaşı, hazırda Azərbaycanın
əsas turizm marşrutlarından sayılan
Qəbələdə də
qış turizminin inkişafı istiqamətində
sistemli tədbirlər
həyata keçirilib.
Rayonun turizm potensialının möhkəmləndirilməsi
məqsədilə «Tufandağ»
yay-qış istirahət
kompleksinin inşası
reallaşdırılıb. Kompleks turistlər üçün ilin bütün fəsillərində
ekskursiya və digər istirahət imkanlarını təmin etməklə yanaşı,
onların qış idman növləri ilə məşğul olmalarına şərait yaradır.
Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq
təşkilatların və
maliyyə qurumlarının
hesabatlarında yüksək
dəyərləndirilir. Dünya
Turizm Təşkilatı
(DTT) Azərbaycanda turizmin
inkişafını yüksək
dəyərləndirərək, xüsusən də elektron və asan viza sisteminə
keçidi alqışlayıb.
Yeni viza sisteminə keçid Azərbaycana turist axınını gücləndirməklə,
bütövlükdə ölkəmizdə
turistlər üçün
daha sadə və əlverişli viza prosedurunun formalaşmasına imkan verib.
Elektron viza
sistemi sənədləşmənin
daha asan aparılmasına, viza xərclərinin azaldılmasına,
habelə vaxta qənaət edilməsinə
şərait yaradır.
Yeni Miqrasiya Məcəlləsində də
turist vizalarının
elektron formada verilməsini nəzərdə
tutan bir sıra maddələr əksini tapıb. Mühüm yeniliklərdən
biri də turizm sahəsində elektron xidmətlərin təşkilidir. Bu məqsədlə yaradılmış
yeni internet saytında vətəndaşlara
15 növ elektron xidmət göstərilir.
Hazırda əcnəbi
turistlər elektron formada nüfuzlu hotellərdə nömrələr
bron edə bilirlər və bu da mühüm
irəliləyişlərdən sayılır.
Azərbaycanın turizm potensialının təbliği məqsədilə
son illərdə “Euronews” kanalında ölkəmizin turizm potensialını əks etdirən reklam çarxlarının nümayişi
təmin edilib. Bununla yanaşı, telekanlaın “Postcards”, “Le Mag” və
“Focus” proqramlarında
müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair xüsusi buraxılışlar
nümayiş olunub, habelə “Euronews.com” saytında
müvafiq elektron banner kampaniyaları təşkil edilib.
Ümumilikdə, Asiya, Afrika
və Amerika qitələri də daxil olmaqla dünyanın
200-dək ölkəsində 1 milyard nəfərədək
auditoriyaya malik olan “Euronews” və “CNN” kanalları ilə əməkdaşlıqda
əsas məqsədi
təkcə kanalların
auditoriyasını Azərbaycana
turist qismində cəlb etmək deyil. Bunda məqsəd həm də xarici vətəndaşların ölkəmizin
mədəniyyəti, beynəlxalq
tədbirlərin keçirilməsində
Azərbaycanın uğurları
ilə tanış etməkdir.
Onu da xatırladaq ki, ölkəmizdə turizmin
inkişafının sürətləndirilməsi
məqsədilə ölkə
başçısı «Elektron
vizaların verilməsi
prosedurunun sadələşdirilməsi
və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
elektron viza verilməsi üçün
“ASAN Viza” sistemini yaradıb və onun idarə olunmasını təmin edib.
Hökumət səviyyəsində keçirilən tədbirlər
deməyə əsas verir ki, yaxın
illərdə turizm sektoru Azərbaycan iqtisadiyyatının qeyri-neft
sektorunun prioritet sahələrindən birinə
çevriləcək. Ölkədəki
iqtisadi inkişaf və müasirlik, tolerant mühit, xalqın multikultural dəyərlərə bağlılığı da bu hədəfin reallaşdırılması üçün
geniş imkanlar açır.
Samir Mustafayev
Mövqe.- 2019.- 17
sentyabr.- S.10