Sahibkarların dövlət qurumlarından
informasiya alması asanlaşıb
Korrupsiyaya
qarşı mübarizə sahəsində həyata
keçirilən strategiya nəticəsində ölkəmiz
son illər böyük uğurlara imza atıb. Açıq
hökumət prinsipləri,
daim bu strategiyanın
ayrılmaz hissəsi olaraq dövlət idarəçiliyində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqinin
genişləndirilməsini, informasiyanın əldə
edilməsində açıqlığın
təmin edilməsini,
ictimai iştirakçılığın
artmasını və
vətəndaş cəmiyyəti
institutları ilə sıx əməkdaşlığı
nəzərdə tutub.
Ölkəmiz açıq
hökumət prinsiplərinin
təşviqi sahəsində
beynəlxalq səylərə
də öz töhfəsini verib və “Açıq Hökumət Tərəfdaşlığı”
beynəlxalq təşəbbüsünə
ilk qoşulan dövlətlərdən biri
olub.
Dövlət xidmətlərinin göstərilməsində tətbiq
edilən və Birləşmiş Millətlər
Təşkilatının 2015-ci il “Dövlət Xidmətləri Mükafatına”
layiq görülmüş
innovativ “ASAN xidmət”
modeli bu yanaşmanın uğurlu nümunəsidir. Açıq hökumət prinsiplərindən
biri olan, ictimai iştirakçılığın
genişlənməsi üçün
qanunvericilik bazasını
formalaşdıran “İctimai
iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu və icrası dövlət orqanları yanında ictimai şuraların yaradılmasını, ictimai
əhəmiyyət kəsb
edən qanun layihələrinin müzakirəsində və
dövlət orqanlarının
fəaliyyətində vətəndaş
cəmiyyəti institutlarının
daha sıx iştirakını təmin
edib.
Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti
indeksinə əsasən
148 ölkə arasında
35-cı yeri, Dünya
Bankının “Doing Business” 2018-ci il hesabatında isə 25-ci yeri tutub. Dövlət orqanları tərəfindən
açıq hökumətin
təşviqi üzrə
həyata keçirilən
layihələr və
təşəbbüslər prioritet müəyyən edilib, bu sahədə
fəaliyyət göstərən
vətəndaş cəmiyyəti
institutlarına dəstək
göstərilib. Şəffaflığın
artırılması və
korrupsiyaya qarşı
mübarizə üzrə
tədbirlər uğurla
həyata keçirilir
və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin
edilməkdədir. Bu tədbirlər eyni zamanda iqtisadi sahədə aparılan islahatları tamamlamış
və dayanıqlı
iqtisadi inkişaf üçün yeni imkanlar yaradıb.
“Açıq
hökumətin təşviqinə
dair 2016-2018-ci illər
üçün Milli
Fəaliyyət Planı”nın
qəbul edilməsi və nəzərdə tutulan tədbirlərin əhatəsi Azərbaycanda
açıq hökumət
prinsiplərinin genişlənməsi
və korrupsiyanın qarşısının alınması
üçün mövcud
güclü siyasi iradənin növbəti göstəricisi
olub. Milli Fəaliyyət Planı vətəndaş cəmiyyəti
üzvlərinin fəal
iştirakı ilə
hazırlanıb və
çoxsaylı ictimai
dinləmələrdə müzakirə
edilib. Proqramla Vergilər Nazirliyi və digər qurumlar qarşısında
müəyyənləşdirilmiş vəzifələrdən biri
də sahibkarlar üçün daha liberal, şəffaf mühitin formalaşdırılması
idi.
Xatırladaq ki, son illər qəbul olunmuş bir sıra dövlət proqramlarında, imzalanmış
fərman və sərəncamlarda sahibkarların
məlumatlandırılması işinin müasir tələblər səviyyəsində
qurulmasının vacibliyi
ön plana çəkilir. Ölkə
başçısının 2012-ci il 5 sentyabr tarixli
sərəncamı ilə
təsdiq edilmiş «Açıq Hökumətin
təşviqinə dair
2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı»nın 1-ci maddəsinə
əsasən, şəffaflığın
artırılması və
açıq hökumətin
təşviqi baxımından
informasiya əldə edilməsinin asanlaşdırılması
nəzərdə tutulub.
Fəaliyyət Planının
2-ci maddəsində dövlət
orqanlarının öz
fəaliyyəti barədə
ictimaiyyətə müntəzəm
məlumat verməsi zərurəti önə çəkilib. Bu məqsədlə dövlət
orqanlarının öz
fəaliyyəti barədə
məlumatları
mütəmadi, yenilənmiş əsaslarla
internet səhifələrində
yerləşdirməsi; dövlət
orqanlarının öz
fəaliyyəti barədə
illik məruzələr
tərtib etməsi və internet səhifələrində açıqlaması;
dövlət orqanlarının
öz fəaliyyəti
barədə mətbuat
konfransları və ictimaiyyətlə birbaşa
ünsiyyət formasında
tədbirlər keçirməsi;
və digər mühüm tədbirlər
təmin edilib.
Son illər
sahibkarların məlumatlandırılması
istiqamətində həyata
keçirilən mühüm
layihələrdən biri
də universal telefon-məlumat xidmətinin
yaradılması olub.
Xatırladaq ki, Nazirlər
Kabinetinin 2013-cü il
28 oktyabr tarixli sərəncamına əsasən,
Vergilər, Maliyyə,
Ədliyyə, İqtisadiyyat,
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin,
habelə Dövlət
Gömrük Komitəsinin
və Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət sahələrini əhatə
edəcək «Sahibkarlıq fəaliyyəti sahəsində Universal Çağrı Mərkəzi»nin
yaradılması nəzərdə
tutulmuşdu. Belə bir
mərkəzin yaradılmasında
başlıca məqsəd
sahibkarlara göstərilən
dövlət dəstəyinin
səmərəliliyinin artırılması,
dövlət və sahibkarlar arasında münasibətlərin yaxşılaşdırılması
və sadələşdirilməsi,
fiziki və hüquqi şəxslərin
vahid mənbədən
məlumat almalarının
təmin olunması, əhali arasında hüquqi maarifləndirilmə
işinin səviyyəsinin
yüksəldilməsidir.
Xatırladaq ki, Vergilər
Nazirliyinin «195» Çağrı
Mərkəzi ilk dəfə 2003-cü ilin sonundan sahibkarların məlumatlandırılması və
müraciətlərinin qəbulu
məqsədilə yaradılıb,
Bakı şəhərini
əhatə etməklə
fəaliyyətə başlayıb.
2006-cı ilin may ayından mərkəzin əhatə dairəsi
genişləndirilib, respublikanın bütün
regionlarından gələn
sual və müraciətlərin qəbulunu
həyata keçirib.
2014-cü ilin noyabr ayında Beynəlxalq Sertifikatlaşdırma və
Sorğu Mərkəzləri
İnstitutu tərəfindən
audit keçirilib və bunun nəticəsində
sorğu mərkəzlərinin idarəetmə sistemi üzrə vahid Avropa standartını
müəyyən edən
«Austrian Standards plus» təşkilatı tərəfindən Vergilər
Nazirliyinin Çağrı
Mərkəzinə "EN-15838" standartlarına uyğunluq
barədə verilən
sertifikat yenilənib.
2015-ci ilin fevral ayından Vergilər, Maliyyə, İqtisadiyyat, Ədliyyə,
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərini,
Dövlət Gömrük
Komitəsini və Dövlət Sosial Müdafiə Fondunu əhatə edən «195» Çağrı Mərkəzi
fəaliyyətə başlayıb.
Çağrı Mərkəzi
iqtisadi qanunvericilik və onun tətbiqi, təqdim edilən elektron xidmətlər barədə
operativ, düzgün,
vergi orqanlarına gəlmədən məlumat
verilməsini, vergi qanunvericiliyinin pozulması
halları barədə
müraciətlərin qəbulunu
təmin edib. Sahibkarların, vətəndaşların vaxt itkisinə yol vermədən bir mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, vergilər,
rüsumlar və sahibkarları maraqlandıran
digər məsələlər
barədə məlumat
almalarını təmin
etmək məqsədilə
«195» Universal Çağrı
Mərkəzi və ayrı-ayrı dövlət orqanlarındakı
analoji xidmətlər
vahid telefon-məlumat xidmətinə inteqrasiya olunublar. Respublikanın istənilən regionundan stasionar nömrələrdən
birbaşa «195» nömrəsinə
edilən zəng, eləcə də Çağrı Mərkəzi
tərəfindən göstərilən
xidmətlər ödənişsiz
həyata keçirilir.
2019-cu ilin 9 ayında «195» Universal Çağrı Mərkəzi
tərəfindən vergi
ödəyicilərinin və
vətəndaşların həm
avtomatik, həm də canlı rejimdə fəaliyyət zamanı müfəttiş-operatorlar
tərəfindən müraciətləri
cavablandırılıb, onların
ərizə, şikayət
və məlumat xarakterli müraciətləri qəbul
olunub, vergi ödəyiciləri mesaj xidməti vasitəsilə
məlumatlandırılıb. Bununla yanaşı, mərkəz tərəfindən
gücləndirilmiş elektron
imzaya, o cümlədən
«Asan imza»ya dair müraciətlərin
cavablandırılması
təmin edilib.
Çağrı Mərkəzində
«Asan imza» vasitəsilə əməliyyatların
aparılması təmin
edilib.
Qeyd edildiyi kimi,
«195» Universal Çağrı
Mərkəzi 2015-ci ildə
fevralın 4-dən əhalinin,
o cümlədən sahibkarların
suallarının operativ
və keyfiyyətli cavablandırılması, şikayətlərinin,
habelə təkliflərinin
qəbulu məqsədilə
fəaliyyətə başlayıb.
Hazırda onun xidmətlərindən
istifadə etmək üçün birbaşa
195 nömrəsinə zəng
edərək, səsli
menyunun köməkliyi
ilə və ya müvafiq düymələrdən birini
seçərək birbaşa
Vergilər, İqtisadiyyat,
Maliyyə, Ədliyyə,
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə,
Dövlət Gömrük Komitəsinə
və Dövlət Sosial Müdafiə Fonduna müraciət edilə bilər.
Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmizdə biznes mühitinin daha da liberallaşdırılması
istiqamətində həyata
keçirilən mühüm
tədbirlərdən biri
də sahibkarların müvafiq dövlət qurumlarından məlumat əldə etmək imkanlarının genişləndirilməsidir.
Özəl sektorun təmsilçiləri
ilə daha sıx təmasda olan, onlara müxtəlif
xidmətlər göstərən
nazirlik, komitə, xidmət və agentliklər bu məqsədlə fəaliyyətlərində
mütərəqqi yenilikləri
nəzərə alır,
informasiya-kommunikasiya texnologiyalarının
ən son yeniliklərin, o cümlədən, “e-xidmətlər”in
geniş tətbiqinə
nail olmağa çalışırlar.
Samir Mustafayev
Mövqe.- 2019.- 25
sentyabr.- S.10