Biznes islahatlarının davamına etibarlı təminat

 

Qeyri-neft sektorunun inkişafını qlobal antiböhran tədbirlərinin başlıca hədəfi kimi müəyyənləşdirən ölkə rəhbərliyi son illər bu istiqamətdə kompleks tədbirlər həyata keçirib: son iki ildə bir sıra mühüm fərman və sərəncamlar imzalanıb, xüsusilə də sahibkarlığın inkişafının stimullaşdırılması diqqət mərkəzində olub. Həyata keçirilmiş antiböhran tədbirləri elmi əsaslara söykənməklə, böhranın respublika iqtisadiyyatına mənfi təsirlərinin azaldılması məqsədinə xidmət edir.

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kiçik orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" isə ölkəmizdə sahibkarlıq biznes mühitinin yaxşılaşdırılması üçün yaxşı imkanlar açıb. Sahibkarlığın inkişafı məqsədilə həyata keçiriləcək kompleks tədbirlər sistemini özündə ehtiva edən sənəddə islahatların konkret istiqamətləri əksini tapıb.

 

Sənəddə göstərilir ki, sahibkarlıq fəaliyyəti üçün lisenziya icazələrin sayının ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması üzrə işlərin davam etdirilməsi; sahibkarların hüquqlarının qorunması ilə bağlı Apellyasiya Şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasındabir pəncərəprinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; tələb olunan sənədlərin prosedurların sayının minimuma endirilməsi; malların nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçünYaşıl dəhliz beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin yaradılması; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması s. işlər həyata keçirilib.

 

Azərbaycanda biznes mühiti daha da yaxşılaşdırılıb ölkə Dünya Bankının "Doing Business 2017" hesabatında bəzi göstəriciləri üzrə (məsələn, biznesə başlama, 9 əmlakın qeydiyyatı) yüksək nəticə əldə edib. Beynəlxalq təcrübəyə uyğun elektron hökumət portalının yaradılması ilə dövlət xidmətləri daha da genişləndirilib. Ölkədə KOS subyektlərinin inkişafına birbaşa təsir edəcək islahatların ünvanlılığının təmin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli "İri, orta kiçik sahibkar meyarları"nın təsdiq edilməsi haqqında" qərarı ilə KOS subyektlərinin meyarları müəyyənləşdirilib.

 

Sənəddə ölkədə sahibkarlığın inkişafı, onun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun cəlbedici biznes investisiya mühitinin formalaşdırılması əlverişliliyinin daha da artırılması, bu sahədə mütərəqqi tənzimləmə hüquqi bazanın olması vacib məsələlər kimi dəyərləndirilir. Qeyd olunur ki, göstərilən hədəflərə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin süni maneələrin aradan qaldırılması, rəqabətqabiliyyətliliyinin ixrac imkanlarının genişləndirilməsi, sahibkarlara dövlət

 

dəstəyi təşviq mexanizmlərinin formalaşdırılması, beynəlxalq standartlara uyğun elektron dövlət xidmətlərinin göstərilməsi sahəsində kompleks tədbirlər həyata keçirilib. Sahibkarlıq sahəsində son illər ərzində əldə olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi rəqabətqabiliyyətliliyin möhkəmləndirilməsi, eləcə beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədi ilə Komissiya yaradılıb.

 

Strateji Yol Xəritəsinə əsasən, bu prioritet çərçivəsində Azərbaycan dövləti biznes mühitinin institusional əsaslarını gücləndirəcək. Xüsusilə, azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması ilə səmərəlilik, hesabatlılıq şəffaflığın artırılması əsas istiqamət kimi götürüləcək. Dövlətin daha bir rolu xarici bazarlara çıxışın təmin edilməsi üçün azad ticarət sazişlərinin bağlanması, texniki tənzimləmə milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılmasını təmin etməkdən ibarət olacaq. Dövlət vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın şəffaflığın daha da artırılması optimal vergi yükü siyasəti vasitəsilə biznes mühitinin səmərəliliyinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

 

Sənəddə qeyd olunur ki, maliyyə sektoru real sektor arasında tarazlıq nöqtəsinin müəyyən edilməsi probleminin həlli Azərbaycanda rəqabət mühitinin daha da təkmilləşdirilməsi yolu ilə mümkündür: "Yalnız tam rəqabət şəraitində iqtisadiyyata stimul verməklə yerli məhsul xidmətlərin rəqabətqabiliyyətliliyini artırmaq olar. Rəqabət mühitinin təkmilləşdirilməsi sağlam tam təkmil rəqabət qanunvericiliyinin olmasını, bu qanunvericiliyin effektiv müstəqil fəaliyyət göstərən rəqabət qurumu tərəfindən tətbiqini ümumilikdə rəqabət prinsiplərinə əməl edən, rəqabətin inkişafındakı əngəlləri aradan qaldıran inhisarçılığa yol verməyən iqtisadi siyasətin gerçəkləşdirilməsini tələb edir. Rəqabət qanunvericiliyinin pozulması hallarının ilkin araşdırılması aşkar edilmiş qanun pozuntuları ilə bağlı qərarların qəbul edilməsi iki fərqli fəaliyyət istiqaməti olduğundan onların müvafiq ixtisaslaşması tələb olunur. Bu baxımdan, qabaqcıl xarici (ABŞ, Avstriya, Latviya, Litva, Macarıstan, Çexiya s.) təcrübəyə uyğun olaraq Azərbaycanda müstəqil fəaliyyət göstərən rəqabət orqanının yaradılması nəzərdən keçiriləcək beynəlxalq təcrübəyə uyğun Rəqabət Məcəlləsi qəbul ediləcəkdir".

 

Sənədə əsasən, qabaqcıl beynəlxalq standartlara uyğunluq dünyanın aparıcı ölkələrində tətbiq olunan vergi xidmətlərinin əksəriyyətinin göstərilməsi qarşıya məqsəd qoyulub. Bu məqsədlə özəl sektorun inkişafını sahibkarlıq subyektlərinin rəsmiləşdirilməsini təşviq edən, real vergi tarifləri olan, səmərəli ədalətli vergi icra sisteminin təqdim edilməsi istiqamətində islahatlar davam etdirilir. Vergi sistemi onun idarə olunması əlverişli biznes mühitinin əhəmiyyətli bir hissəsi olduğundan, Azərbaycanda sahibkarlıq subyektləri tərəfindən vergi ödənişlərinin həyata keçirilməsini asanlaşdıran islahatlar aparılıb: "Şəffaflığı artıraraq, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı inamı gücləndirmək, eləcə davamlı iqtisadi inkişafın təşviqində vergi potensialını müəyyən etmək üçün vergi sistemi inzibatçılığının təkmilləşdirilməsi sahəsində islahatlar davam etdiriləcək. Bu istiqamətdə irəliləmək məqsədilə, digər ölkələrdə şirkətlərin vergi yükü bütün əməliyyatlar üçün dəyər zənciri boyunca vergilər nəzərə alınaraq, ədalətli vergi

 

səviyyəsi qiymətləndiriləcək. Sahibkarlıq subyektlərinə lazım olan maliyyə öhdəliyinin proqnozlaşdırılması üçün ölkənin vergi öhdəliklərinin aydın müəyyənləşdirilməsi proqnozlaşdırılması sahəsində mümkün islahatlar təhlil ediləcək qiymətləndiriləcək. Bu islahatlar çərçivəsində sahibkarlıq subyektlərinin rəsmi qeydiyyatını təşviq etmək vergi bazasını genişləndirmək məqsədilə vergi əməletməsi xərclərinin azaldılması təşəbbüsləri nəzərdən keçiriləcək. İcra olunan islahatlarla yanaşı, iqtisadi fəaliyyətin stimullaşdırılması, prioritet sektorlarda inkişafın təşviqi xarici investisiyanın cəlb edilməsi üzrə fərqlənən vergi qaydalarının təsiri davamlı olaraq qiymətləndiriləcək".

 

Sənəddə qeyd olunur ki, islahatların səmərəli icrasını təmin etmək üçün proses ərzində müvafiq hesabatlılıqla yanaşı, vergi inzibatçılığı kimi digər amillərin rolu da təhlil ediləcək müvafiq formada nəzərə alınacaq. Vergi sistemindən əldə edilən vəsaitlərin dövlət proqramları vasitəsilə iqtisadi artıma yerlərinin açılmasına töhfə verən şirkətləri stimullaşdırmaqla, iqtisadi inkişafa dəstək verən sahələrə investisiya edilməsi imkanları təhlil ediləcək: "Əlverişli biznes mühitinin inkişafı üçün elektron hökumət xidmətlərinin müasir texnologiyaların tətbiqi genişləndirilməklə onlardan istifadə imkanları sadələşdirilməklə təkmilləşdirilməsi davam etdiriləcəkdir. Dövlət e-ödəniş, e-vergi, e-intellektual idarəetmə s. elektron xidmətlərin təşkilini genişləndirməklə, rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləyəcək beləliklə , dövlət idarəetməsinin təkmilləşdirilməsi ümumi iqtisadi səmərəliliyin artırılmasını təmin edəcəkdir".

 

Samir Mustafayev

Mövqe.- 2017.- 26 sentyabr.- S.10