Sosialyönümlü islahatlar insanların rifahını yüksəldir
Azərbaycan
Prezidenti İlham Əliyevin yürütdüyü
sosialyönümlü siyasətin məqsədi təkcə
sosial bərabərsizliyi aradan götürmək olmayıb, həm
də onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki
fərqliliyi aradan qaldırmaq, kəskin təbəqələşməyə
yol verməmək, cəmiyyətin bütün üzvlərinin
layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir.
Azərbaycanda həyata keçirilən
iqtisadi siyasətin sosialyönümlü mahiyyəti
bir tərəfdən
Azərbaycanda insan amilinə, insan hüquqları sisteminə
yüksək həssaslıq
nümunəsidirsə, digər
tərəfdən bazar
iqtisadiyyatı yolu ilə inkişaf edən bir sıra
qabaqcıl dünya dövlətlərinin
təcrübəsinə əsaslanır.
Müasir dövrdə
hər bir inkişaf etmiş dövlət bazar münasibətlərinin inkişafı,
iqtisadi sərbəstlik,
azad sahibkarlıq və özəl mülkiyyətçilik şəraitində
sosial hüquqların
təminatı sisteminə
xüsusi diqqət yetirir. Vətəndaşların
sosial təminat hüquqlarının reallaşdırılması
demokratik inkişaf yolu tutmuş bütün dövlətlər
üçün mühüm
vəzifələrdən sayılır.
Dövlət başçısı tərəfindən
son 10 ildə imzalanmış sərəncamlar
sosial təminat və yoxsulluğun səviyyəsinin aşağı
salınması baxımından
mühüm əhəmiyyətə
malikdir. Buna misal olaraq «Əhalinin
təbii qazdan istifadəsi üzrə yaranmış borclarının
silinməsi tədbirləri
barədə» 29 dekabr
2009-cu il tarixli fərmanı xatırlatmaq
mümkündür. Fərmana əsasən,
əhalinin sosial müdafiəsinin gücləndirilməsi
və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış
vəziyyətin tənzimlənməsi
məqsədilə vətəndaşların
1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyinə yaranmış 327 milyon manat məbləğində
borcları silinib.
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 1 aprel tarixli fərmanı ilə əhalinin «Azərsu» Açıq Səhmdar Cəmiyyətinə
olan 294,2 milyon manat borcunun dövlət büdcəsi
hesabına silinməsi
də dövlətin sosialyönümlü siyasətinin
növbəti təcəssümü
olub. 2012-ci ilin iyun ayından 1-dən
vətəndaşların SSRİ dövründən əmanət
bankında qalmış
əmanətlərinin indeksasiya
olunaraq qaytarılması
da respublikamızın
sosialyönümlü iqtisadi
siyasətinin mahiyyətindən
irəli gəlib.
Bu və faktlar
göstərir ki, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin
cəmiyyətdə möhkəm
dayaqlar tapması, iqtisadiyyatın liberallaşdırılması
sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları
ilə qətiyyən
ziddiyyətə girmir.
Əksinə, əldə
edilən dividendlər
insanların sosial problemlərinin həllinə,
vətəndaşların həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönəldilir. 2018-ci ilin
11 aprel seçkilərindən
sonra sosialyönümlü
islahatlarda keyfiyyətcə
yeni mərhələnin
başlanması, xüsusən
də bu ilin əvvəlindən başlayaraq əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin
sosial müdafiəsinin
gücdəndirilməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsi
Azərbaycanın "sosial
dövlət" konsepsiyasına
sadiqliyinin bariz göstəricisidir.
Yürüdülən uğurlu iqtisadi siyasət - çevik və şəffaf vergi-gömrük islahatları
nəticəsində son
aylarda ölkəmizin
maliyyə imkanlarının
daha da artması
ilə paralel dövlətimizin başçısı
uğurlu sosial islahatlar paketinin reallaşdırılması təmin
edilib. Təkcə onu demək lazımdır ki, bu prosesini əyani
təzahürü olaraq
icbari tibbi sığorta sisteminin tətbiqi təmin edilib, bu sistemin
2020-ci ildən bütün
ölkədə tətbiqi
nəzərdə tutulub.
Bundan əlavə, İşsizlikdən Sığorta
Fondunun yaradılması,
məşğulluq strategiyasının
qəbulu, ünvanlı
sosial yardımın əhatə dairəsinin genişləndirilməsi,
özünüməşğulluq
proqramlarının təmin
edilməsi sosial islahatların mühüm
tərkib hissəsidir.
Son aylarda Azərbaycanın
ərazi bütövlüyünün
müdafiəsi zamanı
şəhid olmuş insanların ailələrinə
11 min manat məbləğində birdəfəlik
ödəniş edilib,
minimum əməkhaqqı,
sosial müavinət, pensiya və tələbə təqaüdləri
artırılıb, zəlzələdən
ciddi zərər çəkmiş
vətəndaşlar üçün
evlərin inşasına
başlanılıb, devalvasiya
nəticəsində banklara
borcu yaranmış vətəndaşların borcları
müəyyən şərtlər
civarında kompensasiya
edilib, yanğından
zərər çəkmiş
sahibkarlara kompensiya ödənilib, mavi yanacağa görə nəzərdə tutulmuş limit artırılıb.
Bu və digər sosialyönümlü
addımlar, şübhəsiz,
vətəndaşlar tərəfindən
də rəğbətlə
qarşılanır.
Bəzi statistik göstəricilər
fonunda Azərbaycanda sosial sahədə həyata keçirilən
islahatların real miqyasını təsəvvür
etmək çətin
deyil. Şəhid ailələrinə birdəfəlik
müavinətlərin verilməsi,
onların aylıq müavinətin 242 manatdan
300 manata, Əfqanıstan
veteranlarının müavinətinin 220 manatdan 300 manata yüksəldilməsi, məcburi
köçkünlərə verilən aylıq müavinətlərin 50 faiz
qaldırılması, minimum
əməkhaqqının 40 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılması, minimum
pensiyaların 40 faiz artırılaraq 116 manatdan
160 manata qədər qaldırılması,
100 minə yaxın tələbənin təqaüdünün
yüksəldilməsi əhali
tərəfindən də
yüksək dəyərləndirilir.
2019-cu il aprelin 1-də imzalanmış
"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində əlavə
tədbirlər haqqında"
sərəncam əsasında
14 kateqoriya üzrə
sosial müavinətlər,
7 kateqoriya üzrə
Prezident təqaüdləri
orta hesabla 100 faiz artırılıb.
576,8 min nəfəri əhatə edən sərəncamın icrası üçün
cari ilin 9 ayında 302 milyon manat, illik 400 milyon manat əlavə
vəsait ayrılıb.
Dövlətbaşçısının
iyunun 18-də imzaladığı
sərəncamlar sosialyönümlü
islahatların davamlı
səciyyə daşıdığını
bir daha təsdiqləyib. Bu baxımdan minimum əməkhaqqının məbləğinin
il ərzində ikinci dəfə 40 faizə yaxın artırılaraq 250 manata çatdırılması xüsusi
vurğulanmalıdır. Minimum
əməkhaqqının artımının
950 minədək vətəndaşı
əhatə edəcəyi
gözlənilir ki, onlardan da 600 min nəfəri dövlət sektorunda, 350 min nəfəri özəl sektorda işləyənlərdir. Bu
islahatın reallaşdırılması
üçün üçün
dövlət büdcəsindən
illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə
vəsait ayrılması
nəzərdə tutulur.
Minimum əməkhaqqının məbləğinin
250 manata çatdırılması
dövlət büdcəsindən
maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə
orta əməkhaqqının
da orta hesabla
40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.
Hesab olunur ki, bu sərəncamlar 2,1 milyon insanı əhatə etməklə,
həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan
şəxslərin maddi
vəziyyətini əhəmiyyətli
dərəcədə yaxşılaşdıracaq.
İmzalanmış sərəncamlar
əsasında minimum aylıq əməkhaqqının
180 manatdan 250 manata
çatdırılması; dövlət qulluqçularının
aylıq vəzifə
maaşları 50 faiz artırılması; pensiyaların
minimum məbləğinin
160 manatdan 200 manata qaldırılması; hərbi
və hüquq mühafizə orqanlarının
xüsusi rütbəli
əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının
məvaciblərinin 40 faiz
artırılması; dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində
çalışan, bilik
və bacarıqlarının
diaqnostik qiymətləndrilməsi
aparılan müəllimlərin
vahid aylıq vəzifə maaşlarının
orta hesabla 20 faiz artırılması nəzərdə tutulur.
Bundan əlavə, dövlət
büdcəsindən maliyyələşən bir
sıra digər təşkilatlarda çalışan
şəxslərin də
aylıq vəzifə
maaşlarının orta
hesabla 40 faizə yaxın artırılması
nəzərdə tutulub.
Ümumilikdə, yeni sərəncamlar 1 milyon 350 minədək vətəndaşın əməkhaqqında
ciddi artımlara səbəb olacaq. Ölkədə minimum əməkhaqqının məbləği
yaşayış minimumunu
(180 manat) 40 faizədək
üstələyəcək. Bundan əlavə, dövlət başçısının
təşəbbüsü ilə pensiyaların minimum məbləğinin
oktyabrın 1-dən 160 manatdan
200 manata çatdırılması,
2020-ci ilin yanvarında
isə daha 15 faiz artırılması nəzərdə tutulur. Minimum pensiya məbləğinin artırılmasının
ümumilikdə 660 min
pensiyaçını əhatə
edəcəyi gözlənilir.
Artımın edilməsi
üçün illik
216 milyon manat, cari il (oktyabr-dekabr
ayları) üzrə
62 milyon manat əlavə vəsait yönəldilməlidir.
İslahatların hazırki mərhələsində
mütərəqqi meyarlara
söykənən çevik
idarəetmə modelinin
formalaşdırılması da Azərbaycan üçün kifayət
qədər aktualdır.
Son illərdə həyata keçirilən kadr islahatlarının əsas
məqsədini əhalinin
sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının
formalaşdırılması ilə yanaşı, ümumilikdə dövlət
idarəçilik fəlsəfəsinin
dəyişdirilməsi təşkil
edir. Cənab İlham Əliyev, ilk növbədə, vətəndaşların mənafeyini
düşünərək dövlət idarəetməsi
ilə bağlı bu və digər
qərarlar qəbul edir, struktur islahatları həyata keçirir. Dövlət başçısının
2019-cu il 14 yanvar tarixli "Azərbaycan Respublikasında dövlət
idarəçiliyinin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər
haqqında" fərmanı
idarəetmə sistemində
çevikliyin və səmərəliliyin təmin
olunması baxımından
mühüm əhəmiyyət
kəsb edir.
Samir Mustafayev
Mövqe.- 2019.- 24
sentyabr.- S.10