Dilçilik
İnstitutu "Nəsimi ili"ndə hansı işlərin
görüləcəyini
açıqlayıb
Möhsün Nağısoylu:
"Alimlərin Nəsimi
irsinin təbliğı ilə
bağlı Azərbaycan rayonlarına səfəri nəzərə tutulur"
İnstitutun
direktoru Möhsün Nağısoylu "Report"a müsahibəsində
deyib ki, 2019-cu ilin “Nəsimi” ili elan olunması olduqca əlamətdar
və təqdirəlayiq bir hadisədir: “Bu, ölkə rəhbərliyimizin,
elm, mədəniyyət və incəsənət xadimlərinə,
dilimizə ədəbiyyatımıza verdi böyük dəyərin
ən bariz nümunəsidir. Bu, bir ənənənin davamıdır. Bu ənənənin əsasını
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevqoyub. Məhz Heydər Əlliyevin vaxtında İmadəddin Nəsiminin
600 illik yubileyi YUNESKO-nun tədbirlər planına daxil edilib və ölkəmizdə geniş
miqyasda qeyd edilib. Həmin tədbirlər çərçivəsində
İmadəddin Nəsiminin
əsərləri nəşr
olunub, xarici dillərə tərcümə
olunub. 1973-cü ildə
Akademiyanın Dilçilik
institutuna Nəsiminin adı verilib. 1979-cu ildə Bakının mərkəzində İmadəddin
Nəsiminin möhtəşəm
heykəli ucaldılıb.
İmadəddin Nəsimi
haqqında film çəkilib. Bütün
bunlar ulu öndərin bizim ədəbiyyatımıza nə
dərəcədə böyük
dəyər verdiyinin əyani sübutudur. Ölkə prezidenti İlham Əliyev də eyni ənənəni
davam etdirir”.
Alim xatırladıb
ki, bu il
böyük Azərbaycan
şairi İmadəddin
Nəsiminin anadan olmasının 650 illik yubileyidir: “O, 1369-cu ildə
anadan olub. İmadəddin Nəsimi 3
dildə əsərlər
yazıb, amma ona dünya şöhrəti gətirən
ana dilində yazdığı şeirləridir.
Nəsimi Azərbaycan
ədəbiyyatında fəlsəfi
şeirin, fəlsəfi
qəzəlin əsasını
qoyub. Onun ən böyük xidmətlərindən biri
Azərbaycan milli ədəbi dilini zənginləşdirməsi olub.
Onun dilini bugünkü oxucu da rahat başa
düşür”.
M.Nağısoylu deyib ki, müvafiq
sərəncamdan sonra
Dilçilik İnstitutu
Nəsiminin bütün
şeirlərinin sözlüyünü,
yəni lüğətini
hazırlamağa başlayıb:
“Əvvəlcə biz
elektron lüğət
hazırlamağı düşünürük.
Gələcəkdə isə
kitab şəklində
çap olunacaq. Nəsiminin haqqında ayrıca araşdırmalar
toplusu nəşr etdirmək istəyirik. Nizami adına Ədəbiyyat institutu ilə bir yerdə
“Nəsiminin söz dünyası, poetik dili, ədəbi irsi” adlı beynəlxalq konfrans keçirilməsi düşünürük.
Konfransda həm ədəbiyyat, həm də dil məsələləri
işıqlandırılacaq. Bu Nəsiminin təbliğinə böyük
tövhə olacaq”.
Direktorun sözlərinə
görə, institutda ədəbi dil tarixi şöbəsinin yanında “Nəsimi dil araşdırmaları qrupu” yaradılması nəzərdə tutulub: “Bu qrup Nəsiminin
dilini hərtərəfli
araşdıracaq. Həmçinin,
İmadəddin Nəsiminin
əsərlərinin yeni
akademik nəşrinə
ehtiyac var. Akademik nəşrlə birgə elmi-tənqidi mətnini də hazırlamaq olar”.
M.Nağısoylu qeyd edib ki,
alimlərin Nəsimi irsinin təbliği ilə bağlı Azərbaycan rayonlarına səfəri nəzərdə
tutulur: “Rayonlardadkı
univesitetlərin filiallarında
çıxışlar edəcəyik.
Nəsiminin irsi ilə bağlı araşdırmalar aparan müəlliflər var. Həmin alimlərin rayonlara səfər etməsi olduqca vacibdir. Hətta növbəti tədris ilində ilk dərs gününün ilk dərsi İmadəddin Nəsimi yaradıcılığına həsr
oluna bilər”.
Mövqe.-
2019.-22 yanvar.- S.4