Prezidentin səramcamı
Nəsiminin
yaradıcılığını yenidən təhlil etmək üçün fürsət
yaradıb
Əbülfəs
Qarayev: "Nəsimi ili" xalqımızın mənəviyyatı və mədəniyyəti ilə
birbaşa əlaqəlidir
Prezident
İlham Əliyevin "Nəsimi İli” ilə əlaqədar
sərəncamı bu böyük şəxsiyyətin
yaradıcılığını, xalqımıza verdiyi
böyük töhfələri yenidən dərk və təhlil
etmək üçün fürsət yaradıb.
Trend-in məlumatına
görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib
ki, ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə
1973-cü ildə Nəsiminin
600 illik yubileyinin
UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti
tarixində əhəmiyyətli
hadisəyə çevrilmişdi:
"O vaxt Nəsimiyə
heykəl də qoyuldu. Müəllifi Tokay Məmmədov olan həmin heykəl bu gün şəhərimizin
ən gözəl yerlərindən birində
ucalır. Eyni zamanda böyük mütəfəkkirə həsr
olunan film də çəkildi, elmi tədqiqatlar aparıldı, kitablar çap edildi”.
Nazir vurğulayıb
ki, ötən illər ərzində Nəsiminin adı nəinki ölkə daxilində, hətta dünya miqyasında uca tutulub, dünya
ictimaiyyəti də onun yaradıcılığı
ilə tanış olub:
"2017-ci ilin
may ayında Parisdə, UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının
600 illiyi qeyd olunub. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə ölkəmizdə
ilk dəfə Nəsimi – poeziya, sənət və mənəviyyat festivalı
keçirilib. Festival
çərçivəsində ölkəmizdə çoxsaylı
ölkələrdən ədiblər,
alimlər və tədqiqatçılar iştirak
edirdi. Bu festival Nəsimi irsinin öyrənilməsi
və dünyaya tanıdılması ilə
yanaşı, ölkəmizin
də təbliğinə
yeni imkanlar açdı. "Nəsimi
İli” xalqımızın
mənəviyyatı və
mədəniyyəti ilə
birbaşa əlaqəlidir.
Biz bu il
üçün tədbirlər
planı hazırlamışıq.
İlk addımı buradan başlayırıq”.
Ə.Qarayev bu
il həm ölkəmizdə, həm
də xaricdə müxtəlif tədbirlərin,
sərgilərin, ədəbi-bədii
axşamların təşkili,
kitabların nəşrinin
nəzərdə tutulduğunu
diqqətə çatdırıb.
Mövqe.-
2019.- 30 yanvar.- S.4.