Qələbəmizi borclu olduğumuz
qəhrəmanlarımızdan biri "Zəfər" ordenli şəhid polkovnik Babək Səmidli...
Mətləb Səmidli:“Babəkin özünün
bir sözü vardı:”Ya qazi olmalıyıq, ya da şəhid!”
“Müharibə 5-6 gün idi başlamışdı,
şiddətli döyüşlər
gedirdi, 9 yaşlı balaca oğlu mənə dedi ki, baba, mənim
çox da balaca olmağıma baxma haa, xahiş
edirəm atam yaralansa, ya şəhid
olsa məndən gizlətmə”
“Oğlum Vətən uğurunda şəhid olub, dövlətimiz də onun əməyini
qiymətləndirib, Vətən
sağ olsun!”
Əlində silah Zəfər yürüşünün önündə
gedən Vətən oğullarının hər
biri bizim üçün əzizdir,
şəhidi də, qazisi də xalqımızın gözünün
işığı, başının
tacıdır. Bizə qələbə şərbəti
içirən, bununla
da xalqımızı
30 illik xiffətdən,
möhnətdən, başı
aşağı gəzməkdən
xilas edən Vətən oğullarının
sırasında şəhid
polkovnik Babək Samidli də var. Müzəffər Azərbaycan
Ordusunun yüksək peşəkarlıq qabiliyyətinə
malik zabitlərindən,
komandanlarından biri kimi Babək Səmidli torpaqlarımızın
işğaldan azad edilməsində misilsiz xidmət göstərib, əsgərlərinə atalıq,
qardaşlıq edib. 46 yaşlı polkovnik
Babək Səmidli qələbədən bir
neçə gün sonra noyabrın 23-də öz əsgərlərinin
cəsədlərini axtararkən
Suqovuşanda minaya düşərək şəhid
olub. Babək Səmidlinin şəhid
olması xəbəri
bütün ölkəyə
yayıldı və hər bir insan
xalqımızın qeyrətli
oğlunun şəhid
olmasını yanğı
ilə qarşıladı.
Düşmən gülləsindən
xilas olsa da, düşmən minasından xilas ola bilmədi
qəhrəmanımız. Dekabrın 9-da Babək Mətləb oğlu Səmidli Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə ölümündən
sonra “Zəfər” ordeni ilə təltif edildi. Zəfəri qazanan Vətən oğuna Vətən müharibəsi
ilə əlaqədar
təsis edilən “Zəfər” ordeni verdi Vətən!
1974-cü
ildə Göyçayda
doğulan Babək Səmidli həyatanı, taleyini Azərbaycan ordusuna bağlayıb, hər an bilib
ki, onu qarşıda
ya şəhidlik, ya da qazilik
gözləyir. Buna görə də, həmişə əzizlərini
baş verə biləcək bu hadisələrə hazırlayıb.
“Vətən
sag olsun!” deyir şəhid polkovnik Babək Samidlinin atası Mətləb həkim. Mətləb həkim Göyçayın
adlı-sanlı həkimlərindən,
ziyalılarından biridir.
Oğluna Prezident tərəfindən “Zəfər”
ordeni verilməsini Babəkinin ruhuna verilən böyük dəyər olaraq qiymətləndirir:”Allah dövlətimizi
qorusun, Allah Prezidentimizin
canını sağ eləsin. Oğlum Vətən uğurunda
şəhid olub, dövlətimiz də onun əməyini qiymətləndirib. Vətən
sağ olsun! Biz 44 günlük Vətən müharibəsi dövründə
həmişə gözləmişik
ki, o ya şəhid, ya da qazi ola bilər. Müharibə başa çatsa
da, o şəhid olan əsgərlərinin cəsədlərini yığmaqla,
ailələrinə təhvil
verməklə məşğul
idi. Çünki valideynlər öz
şəhid olan övladlarının cəsədlərini
gözləyirdilər. Axırıncı dəfə
mənimlə danışanda
dedi ki, çoxunu yığmışam,
10-12 cəsəd qalıb,
ata, onları da tapacağam, ailərinə verəcəyəm.
O öz əsgərlərini
axtarmalı idi, bu onun işi
idi. Ona görə də
Babək sülhməramlılarla
və ermənilərlə
birlikdə Suqovuşanda
öz əsgərlərini
axtarırdı. Bu zaman da minaya
düşüb və
şəhid olub.
Biz başqa nə
deyə bilərik”.
Babək Səmidlidən iki oğul övladı yadigar qaldığını
deyən Mətləb
həkimin sözlərinə
görə, Babəkin
ailəsi onlarla bir yerdə yaşayır. “Həyat
yoldaşı və iki oğlu bizim
yanımızda Göyçayda
yaşayır. Oğlanları məktəblidilər. Babəkin uşaqları
bilirdilər ki, ataları hərbiçidir,
onu gec-gec həftədə, on gündə
bir dəfə görürdülər. Bilirdilər
ki, müharibədir...kiçik oğlunun 9 yaşı var. Müharibə
5-6 gün idi başlamışdı, şiddətli
döyüşlər gedirdi,
9 yaşlı balaca oğlu mənə dedi ki, baba,
mənim çox da balaca olmağıma
baxma haa, xahiş edirəm atam yaralansa, ya şəhid olsa məndən gizlətmə. Bunu hələ balaca
uşaq deyir. Bir azca anası təlaşlanlırdı, həyacanlanırdı
onu da yola
gətirmişik. Ana ürəyidir...Nə qədər çətin olsa da dözməliyik...Babək belə şərəfli həyat
sürüb şəhid
olub, o ən yüksək məqama çatıb, öz cənnətinə gedib....
Babəkin özünün
bir sözü vardı:”Ya qazi olmalıyıq, ya da şəhid!
2016-cı ildə 4 günlük Aprel döyüşlərində Babək
yaralandı qazi oldu. 44 günlük
Vətən müharibəsində
də qalib oldular, müharibə zəfərlə bitdi.
Müharibədən sonra isə
məlum olduğu şəraitdə şəhid
oldu. Babək hər iki məqama-qaziliyə də,
şəhidliyə də
ucaldı. Mən bir
ata kimi bununla şərəf, qürur duyuram. Biz Babəkin şəhid
olmasını çox
da faciə kimi qəbul etmirik. Əsas odur ki, torpaqlarımız işğaldan
azad olundu, bayrağımız işğaldan
azad edilən ərazilərimizdə dalğalanır,
təki insanlarımız
öz doğma evlərinə qayıtsınlar.
Bu gün Babəki
hamı tanıyır,
hər kəs onunla qürur duyur. Mən də bir ata kimi oğlumla
q ürur duyuram.
Onsuz da bu dünya gəlimli-gedimli
dünyadı, hamı
gedəcək bir az tez, bir az gec,
ancaq şərəflə
getmək, torpaq, xalq, dövlət yolunda şəhid olmağın özü böyük şərəfdir.
Bu bizim ailəmiz
üçün şərəfdir”.
İki oğul bir qız
böyüdüb boya
başa çatdıran,
onları Vətənə,
xalqa layiq övlad kimi yetişdirən Mətləb
həkim deyir ki, şəhid polkovnik ailənin sonbeşiyi olub:”Mənim iki oğlum bir qızım var. Böyük
oğlumla qızım
Bakıda yaşayırlar.
Babək
isə bizim yanımızda yaşayırdı.
Babək
sonbeşiyimiz idi.
1974-cü ildə doğulmuşdu”...
Mətləb həkim özü hiss etdirməsə də, ata ürəyindən nələr keçdiyini duymaq elə də çətin deyil. Bir tərəfdən Vətənə bəxş etdiyi qəhrəman oğlunun şəhidliyindən keçirdiyi qürur hissi, o biri tərəfdən isə balasının nakam taleyinin yaşatdığı ağrılar atanın ürəyində yuva salıb. Elə bir yuva ki, o yuvanı nə iləsə isitmək, ovutmaq çətindi. Təsəllisi Babəkindən əmanət qalan cüt nəvələri, bir də oğlunun uca şəhidlik adıdır. Zəfərlə, qələbə ilə süslənən bu ömür isə əbədiyyətə qədər davam edəcək. Şəhidliyin qürur mənbəyimizdir cənab polkovnik!!!Səni heç vaxt unutmarıq!!!Ölümsüzlər nə unudulur, nə də yaddan çıxır...Zamanın tufanları, boranları, acı yelləri belə ölümsüzlərə qalib gələ bilmir. Zəfərin və şəhidliyin mübarək polkovnik Babək Səmidli!!!
İradə SARIYEVA
Mövqe.- 2020.- 12
dekabr. S. 10.