Vətənə zəfər bəxş
edən şəhidlərimiz-əbədi qəhrəman Orxan Avdiyev...
Hicran Avdıyeva: “Orxan müharibənin
ilk günündən könüllü olaraq cəbhəyə
gedib, qəhrəmanlıqla döyüşərək torpaq,
Vətən uğurunda şəhid olub, şəhidlik zirvəsini
fəth edib”
“Mən öz oğlumla fəxr
edirəm!”
Ağlama acı göz yaşların məzarıma süzülür ana! Ağlama, qəbrim damır, ağlama ruhum üşüyür, ağlama daha ana! Ağlama ki, zəfər gülləri ilə süslənib sakitləşən ruhum dinclik tapsın, cismim məzarımda rahatlığa qovuşsun. İndi rahatam ana, çox rahatam, ruhum şaddır, ruhum azaddır. Mən zəfərlər qazanan müzəffər bir ordunun şəhidliyi ilə ölümə qalib gələn, əbədiyaşarlıq qazanan ölməz bir oğluyam! Biz şəhidlər ölməzik. Biz xalqımıza, dövlətimizə zəfər bəxş edən şəhidlərik...25 yaşı vardı Orxanın, toyu çalınmamışdı, bəy otağı bəzənməmişdi, anası gəlin arzusunda, oğlunun toyunda qol qaldırıb ürəyi sevinə-sevinə oymamaq istəyirdi. Ananın balası ilə bağlı arzuları o qədər çox idi ki, bitib tükənmək bilmirdi. Amma oğlu anasının deyil, ana Vətənin arzularına, səsinə, harayına hay verdi, Vətən torpağının düşmən tapdağından azad olunmasına könül verdi, canını qurban etdi. Vətən hər şeydən öncədir, Vətən sevgisi bütün sevgilərdən öndədir. Orxan belə deyirdi, nakam Orxan, şəhid Orxan, qəhrəman Orxan...Könlünü Vətənə vermişdi Vətən borcunu bütün borclardan, ana-ata haqqından da uca tutan qəhrəmanımız. Çünki şəhidlərimizin qanı ilə Vətənə çevirilən ana torpaq ulularımızın, əcdadlarımızın əmanəti idi. Azərbaycan oğulları bu qutsal əmanətə heç zaman xəyanət etmədilər, son nəfəslərinə qədər Vətəni, yurdu əmanət kimi qorudular.
Bəlkə də borcundan çıxmadım,Vətən,
Ömür bahar deyil bir
də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm bir ovuc torpağın artsın! (Musa Yaqub)
Vətənin ölümsüz qəhrəmanları
Vətən uğurunda
canlarını fəda
etməklə təkcə
Vətənin bir parçasına, bir ovuc cənnət torpağına çevirilmədilər,
həm də əbədi olaraq Vətənin özünə
çevirildilər.
Qeyrət qılıncını sıyırıb
düşmən üstünə
varan igidlərimizdən
biri olan Orxan Habil oğlu
Avdiyev əslən Qərbi Azərbaycanın
Noyenberyan (Barana) rayonun Yuxarı Körpülü kəndindəndir. İgidlər,
vurub tutan oğulları, qəhrəmanları
ilə şöhrət
qazanan Yuxarı Körpülü eli 1988-ci ildə şovinist ermənilər
tərəfindən deportasiyaya
məruz qalıb, pərən-pərən salınıb.
Orxanın da babaları
Yuxarı Körpülünün
sayılıb seçilən
insanlarından olub.
Orxan Avdıyev 1995 ci ilin 2 avqustunda
Bakı şəhərində
doğulub. Daha sonra ailəsi ilə birlikdə Ağstafa rayonu Pirili kəndinə baba ocağına köçüblər. Pirili kəndindəki Məcid Əhmədov adına
tam orta məktəbdə
birinci sinifə gedib. Nizam-intizamlı şagird olub,
Orxanın tərbiyəsi,
davranışı həmişə
başqa sinif yoldaşlarına nümunə
göstərilib. 2013-cü
ildə orta məktəbi bitirən Orxan 2015ci ildə həqiqi hərbi xidmət üçün
ordu sıralarına çağırılıb. Ordu sıralarında Motoatıcı
alayında xidmət edib. Orxanın taleyinə 2016 cı il Aprel
döyüşlərini də
yazılıb. Düşmənlə dörd günlük müharibədə də
qəhrəmanlıq göstərən
qəhrəmanımız məktəb
illərində olduğu
kimi ordu sıralarında da öz nizam intizamı
ilə seçilib.
Vətən Müharibəsi başlayanda
Orxan da digər Vətən oğullarımızdan biri
kimi könüllü
olaraq cəbhəyə
gedib. Vətən uğurunda canını
fəda edən Orxan Cəbrayıl və Füzuli rayonlarının alınmasında
iştirak edib. Orxan Avdıyev 2020-ci il 25 oktyabr tarixində
Qubadlı uğrunda gedən
döyüşdə qəhrəmancasına
şəhid olub.
40 gündür ki,
Orxan şəhid olub. Anası Hicran xanım
40 gündür gözünün
ilk ovunu, böyük balasını axtarır.
Ananın gözü hər
yerdə Orxanını
axtarır. Elə bilir
ki, oğli əynində hərbi geyim evin qapısını
döyüb içəri
girəcək, “evə
qayıtmışam” deyəcək.
Ananın könlü
dolub boşalan payız bulududu, göz yaşı heç qurumur ki... Kiçik oğlu Məhəmməd
Avdıyev də Vətənə Xidmətdədir,
hərbiçidir. Avdıyevlər ailəsi cəbhəyə
iki oğul yola salıb. Məhəmməd Hərbi Hava
Qüvvələrindən Müdafiə
Qoşunlarında xidmətini
davam etdirir.
Orxanın anası Avdıyeva
Hicran Müzəffər
qızı bizimlə
söhbətində bildirdi
ki, oğlunun gənc yaşında şəhid olması bir ana kimi
onun qəlbini yandırsa da, ancaq o öz oğlunun qəhrəmanlıqla
şəhid olmasından
qürur duyur:”Mən öz oğlumla fəxr edirəm, onunla qürur duyuram. Orxan müharibənin ilk günündən
könüllü olaraq
cəbhəyə gedib,
qəhrəmanlıqla döyüşərək
torpaq, Vətən uğurunda şəhid olub, şəhidlik zirvəsini fəth edib. Orxanım az yaşadı,
amma şərəfli
yaşadı, ömrü
qısa oldu, lakin dolğun və mənalı oldu. 25 illik ömrünü Vətənimizin
azadlıq, zəfər
tarixinə yazıb balam”.
Orxanın nənəsi Xalidə
xanım da nəvəsinin qəhrəmanlıqla
şəhid olmasından
qürur duyduğunu bildirdi:”Mən Orxan Abdıyevin nənəsiyəm, nəvəm
Qarabağ savaşında
qəhrəmanlıqlar göstərib,
canı və qanı ilə Vətənimizi müdafiə
edib. O Qubadlı
uğurunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid olub.
Orxan son damla qanına qədər torpaqlarımızı
düşmən tapdağından
azad edilməsi yolunda döyüşüb.
Orxan Aprel döyüşlərində
də iştirak edib. Çox vətənpərvər, yurd, Vətən təəssübü çəkən
idi balam. Mən Orxanımla fəxr edirəm. Fəxr edirəm ki,
nəvəm bir vətən oğlu kimi öz borcunu
böyük ləyaqətlə,
qeyrətlə yerinə
yetirib, o öz şəhidliyi ilə Vətinin borcundan çıxıb. Orxanın uca
şəhidlik adı
ilə fəxr edirəm. O bizim başmızı dikəldib,
adını əbədi
olaraq tarixə yazıb. Torpaqlarımız işğalda olanda
hər birimizin qəlbində böyük
ağrı nisgil vardı. Amma Orxan da daxil olmaqla Azərbaycan
oğulları torpaqlarımızı
düşmən tapdağından
azad etməklə ürəyimizdəki o ağrıya
məlhəm oldular”.
Avdıyevlər ailəsinin yaxını
Validə xanım da bacısı nəvəsinin qəhrəmanlıqla
şəhid olmasından
qürur duyduqlarını
deyir:”Bacım nəvəsi Orxan şəhid oldu. Biz onun uca şəhidlik adı ilə fəxr edirik. Orxan və onun cəbhə yoldaşları,
müzəffər ordumuz
Azərbaycanın işğal
altında olan torpaqlarını düşmən
tapdağından azad etməklə müqəddəs
üçrəngli bayrağımızı
torpaqlarımızda yüksəldib”.
Orxan, anan da, nənən də, başqa qohumların da ürəklərinin yarasına
köz basa-basa, yaralarını göz yaşları ilə yuya-yuya, sarıya sarıya sənin uca şəhidlik adınla öyünürlər. Bu gün
sənin qəhrəmanlığın
haqqında bütün
Ağstafa rayonu, pərən-pərən salınan
Yuxarı Körpülü
eli fəxrlə
danışır. Yuxarı Körpülü
elinin camaatı deyir ki, Orxan
öz qəhrəmanlığı
ilə bu obanın, bu elin qəhrəmanlar yurdu olduğunu sübut etdi. Vətənin dar günündə
əlində silah Qarabağ cəbhəsində
döyüşərək şəhid olan Orxan Avdıyev yüzillər sonra da bizim güvənc,
fəxr ünvanlarımızdan
biri olaraq yaşayacaq. Nəsillər dəyişə də, xalqın, millətin ünvanı dəyişməzdir.
Bizim ünvanımız ana torpaq və bir də adı
ilə əbədi öyünəcəyimiz şəhidlərimizdir.
Ucalardan ucadır başın ay Vətən,
oğullara yastıq
oldu daşın ay Vətən! Şəhidlərin
qanından azad çöllərində lalələr
gözərəcək, hər
lalə bir şəhiddir, hər lalə bir şəhid
anasının yanıb
kösöv bağlayan
köksüdür ay Vətən!
Bağrı kösöv
olan anaların yarasına özün məlhəm ol, yanğısına özün
su çilə. Orxanın anası da bağrı yanıq lalədir, boynunu büküb yolara boylanır...
Nə bərə var, nə də ovçu
Ov kimi ovlanma ana.
Saçın kimi dolaşıqdı
Yollara boylanma ana!
Yollara boylanma ana, ürəyin kövrələndə, dərd
səni sıxçalayanda
Vətənin ən uca zirvəsinə bax-oğlunun qururdan, əzəmətdən yonulan
əzəmətli şəhidlik
heykəlinə, o uca və əbədi zirvəyə. Göylərə
bax, göylərə
köçən oğlun,
Orxanın o ucalıqdadır...
İradə SARIYEVA
Mövqe.– 2020.- 8
dekabr. S.10.