Könüllü gedib şəhid
olan prokurorluq işçisi…
O, öz adını yaddaqalan hesab edirdi. Sanki günün
birində şəhid
olacağını, bu
dünyadan vaxtsız köçəcəyini bilirdi.
Yəqin
elə buna görə hələ dünyaya gəlməmiş
qardaşı oğluna
adının verilməsini
istəmişdi. Bəli, dekabrın
3-də dünyaya daha
bir Yüksəl adlı oğul gəldi. 24 yaşlı
əmi Yüksəl Əlizadə isə o zaman artıq şəhidlik zirvəsinə
yüksəlmişdi...
“Qafqazinfo” xəbər
verir ki, şəhid qəhrəman
Y. Əlizadə 1996-cı ilin
iyunun 5-də prokuror İlqar Əliyevin ailəsində dünyaya göz açıb. Atası İ. Əliyev 2017-ci ildə dünyasını dəyişib.
Ailədə 3 qardaş olublar,
Yüksəl evin ən kiçik oğlu idi. O, Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əvvəlcə Gəncə İnzibati-İqtisad
məhkəməsində, son olaraq isə Gəncə şəhər
prokurorluğunda böyük
mütəxəssis vəzifəsində
işləyib.
Tovuz hadisələrində
könüllü şəkildə
Səfərbərlik Xidmətinə
müraciət edərək
orduya yazılıb. Xidmətdən ona zəng gələndən
sonra isə oktyabrın əvvəllərindən
sona qədər Vətən müharibəsində
iştirak edib. Döyüşlərdə dəfələrlə yaralı şəhid yoldaşlarını kürəyində
sürünə-sürünə daşıyaraq həyatlarını
xilas edib. Sonuncu döyüşü Xocavənd
istiqamətində Üçtəpə
yüksəkliyində olub.
İgidimiz 19 güllə yarası
alaraq şəhid olub.
Ailəsi 11 gün ondan xəbər ala bilməyib. 19 noyabr tarixində isə ailəsinə Yüksəlin şəhid
olduğu xəbəri
verilir. Qəhrəmanım 20 noyabrda Gəncə
Şəhidlər Xiyabanında
torpağa tapşırılır.
Hazırda Baş Prokurorluqda
dövlət ittihamçısı
vəzifəsində çalışan
ailənin böyük
qardaşı Aqil Əlizadə “Qafqazinfo”ya bildirib ki, Yüksəllə
sonuncu dəfə 8 noyabr tarixində danışıblar: “Ailəmizi
Şuşanın işğaldan
azad edilməsi münasibətilə təbrik
etdi. Əsas danışığımız
bu məsələ ətrafında oldu. Demək olar ki, günaşırı
bizimlə əlaqə
saxlayıb. Əhval-ruhiyyəsi də həmişə yaxşı olub. O qədər fərqli uşaq idi ki,
daim irəli gedib nəticə əldə etməyə
can atardı. Həmişə şad xəbərləri
biz ondan eşidərdik.
Sevinə-sevinə zəng vurub
deyirdi ki, bu gün filan
nailiyyətləri əldə
etdik.
Nə hadisə
baş verdisə, noyabrın 9-u günortadan
sonra oldu. Bizə
dedi ki, hələ döyüşlərdədir.
Növbəti yüksəkliyi götürmək
üçün çalışırlar.
Ona kimi 3-cü taborun üzvləri olaraq 3 kəndi və 4 yüksəkliyi düşməndən
azad etmişdilər.
Əsas çətin yüksəkliklərdən
biri də Xocavənddə yerləşən
Üçtəpə yüksəkliyi
olub. Son döyüşü də
burada keçib.
34 nəfər dağın 2 istiqamətində
bölünüblər. 17 nəfərdən 3-ü yaralanıb. Yaralılardan ikisini Yüksəl Vidadi adlı döyüş yoldaşıyla
birgə aşağı
düşürüb. Daha sonra döyüşçü
yoldaşlarının yanına
qayıdıb. Qayıtdıqdan sonra elə ikisi də bir
yerdə şəhid olublar. Yerdə qalan 12 nəfər
də bir yerdə şəhid olublar. Qardaşımdan 11 gün xəbər
almadıq. 19 noyabr tarixində isə şəhid olması xəbəri gəldi".
Aqil Əlizadə qeyd edib ki, Yüksəl
subay olub: "Dekabrın 3-də övladım
dünyaya gəldi. Onun adını Yüksəl qoyduq. Yüksəl hətta müharibəyə
getməmişdən qabaq
iyun ayında bizə demişdi ki, oğlunuzun adını Yüksəl qoyarsınız. Çox vətənpərvər
oğul idi. 2014-cü ildən etibarən sosial şəbəkə hesablarında
müharibəylə bağlı
postlar paylaşıb.
Xüsusilə Qarabağ şəhidləri,
qaziləri və şəhid anaları ilə bağlı paylaşımlar edirdi.
Bu qısa müddətdə
onunla bağlı çoxlu videoçarxlar çəkilib, dostları
onun xatirəsinə şeirlər yazıblar.
Yaralı döyüş yoldaşları
Yüksəlin bu müddətdə göstərdiyi
şücaətlər barədə
bizə çox danışıblar”.
Yüksəl canını Vətən torpağına tapşırsa da, xatirəsi onu sevənlərin və bütün Azərbaycanın qəlbində daima yaşayacaq. Onun yoxluğuna şeir yazan dostları dərdiylə dolub daşsalar da, Yüksəllə fəxr edərək uca zirvə olan şəhidlik məqamının ona çox yaraşdığını dilə gətirirlər. Məqamın yüksək olsun Şəhidim!
Mövqe.- 2020.- 8
dekabr S. 11