İNTİQAM DÜŞMƏNDƏN
İNTİQAMINI ALIB...
Masallı
rayonunun Köçəkli kəndindən olan gizir İntiqam
Abbasovun həyat hekayəsi. Onu hamı bilməlidir.Torpaq qanla
qarışanda Vətən olur… Hamı, böyük də,
kiçik də bir yumruq kimi Müzəffər Ali Baş
Komandan İlham Heydər oğlu Əliyevin ətrafında
sıx birləşərək, birlik nümayiş etdirdilər,
Qələbə qazandılar...
.Masallı
rayonunun Köçəkli kəndinə gələndə
abad kəndin nümunəsini gördük. Asfalt yolda
şütüyən maşınımız asta-asta irəliləyirdi.
Kəndə gələn maşınların, yolboyu hərəkət
edən insanların
ardı-arası kəsilmirdi. Asfalt yolun solunda və
sağındakı uşaqlar əsgər nizamı ilə
düzülmüş uşaqların əllərində
üçrəngli Azərbaycan Bayrağı
dalğalanırdı.
Bayrağımızı hündürə qaldıraraq,
havada yelləyirdilər. Fərəhdən adamın ürəyi
dağ boyda olur. Deyirər, torpaq qanla qarışanda Vətən
olur. İndi böyükdən – kiçiyə kimi
bütün insanlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin
ətrafında sıx birləşir, Ali Baş Komandana
inanır. Ona görə ki, nizami, güclü ordumuz erməniyə
öz gücünü göstərdi. Bu, xalqımızı
sevindirir. Ermənistan özünün
işğalçılıq siyasətinin qurbanına
çevrilib.
..İntiqam
Vətən müharibəsinin ilk günlərindən
döyüşlərə qatılır.
Sentyabrın 27-də səhər saatlarında erməni təxribatı Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdam, Ağdərə istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlara yol açmışlar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün həmyerlimiz əks-hücumla düşmənə ağır zərbələr endirmişlər. İlık həmlədə bir neçə kəndi azad edən Azərbaycan Ordusu düşmənə öz gücünü göstərdi. Təəsüf ki, belə qanlı vuruşda həmyerlimiz İntiqam Yavər oğlu Abbasov igidliklə həlak olmuşdur.
Həyat hekayəsinə dalğın düşüncələrlə başladığım İntiqam 21 sentyabr 1978-ci ildə Masallı rayonunun Köçəkli kəndində anadan olub. Hamı kimi kənd məktəbinə gedib, parta arxasında oturub, müəllimlərini dinləyib. Riyaziyyatı yaxşı oxuyub. Müəllimləri deyib ki, səndən yaxşı riyaziyyatşı olar, İntiqam. O isə cavabında Vətən keşiyini çəkmək arzusunda olduğunu bildirib. 1996-cı ildə hərbi xidmətə yollanıb, 1999-cu ildə Salyanda gizir məktəbini qurtardıqdan sonra, yəni 2000-ci ildən ömrünü-gününü hərb peşəsinə bağlayıb, Aprel döyüşlərinin iştirakçısı olub. BTR sürürdü...
Ailəliydi. Bir qızı , bir oğlu yadigar qaldı.
... Şəhidin cənazəsi əvvəlcə evə gətirildi. Buradakı insan axınında fürsət tapıb şəhidin müəllimi, bu kəndin ilk ali təhsilli ziyalısı, dil-ədəbiyyatçı Arif Kərimovla görüşürəm. Arif müəllim danışır ki, İntiqama orta məktəbdə dərs demişdim. Vətənpərvər gənc idi. Mən şagirdlərimi çox istədiyim kimi, onlar da məni çox istəyirlər.
Qayınatası Qasıməli müəllim də söhbətə qoşulur. Tarix-coğrafiya müəllimidir. Bildirir ki, qızı Sifayə riyaziyyat müəllimidir. Övladları – mənim nəvəm Xdicə bu il ali məktəbə daxil olub. Bu münasibətlə İntiqam da evlərində düzənlənən şənliyə gəlmişdi. Sanki ürəyinə damıbmış, gedəndə deyib ki, əgər şəhid olsam, başınızı uca edəcəyəm.
Belə də oldu. İntiqam təkcə övladlarının yox, Masallının, boy atdığı Köçəklinin adını dillər əzbəri elədi.
Həyətdən başlanan yol Köçəkli kənd qəbiristanlığında qurtarır. O, uğrunda şəhid olduğu torpağa tapşırılır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, şəhidin həmkəndliləri də buradadır.
Mən dünyanın bir neçə yerində olmuşam, məşhur azərbaycanlılarla görüşmüşəm. Masallının icra başçısı Şahin müəllim kimi öz Vətənini sevən, torpağına məhəbbət bəsləyən, Vətən haqqında ustad dərsləri keçən əsl Azərbaycan vətəndaşı az insan olar. O, bütün Masallı şəhidlərinin dəfn mərasimində iştirak edib, hər birində geniş nitqlə çıxış edib, Azərbaycanı, Vətəni, Ali Baş Komandanı, əsgərləri, zabitləri vəsf edib...
Masallı RİH başçısı çıxış edib dedi ki, indi kəndin cəsur oğlu, ordumuzun igid çavuşu İntiqam Abbasovu doğulub boy atdığı, uğrunda vuruşduğu torpağa dəfn etdik. Başın sağ olsun, Vətən! İndi Azərbaycan vətəndaşı arxasız deyil. Ölkəmizin İlham Əliyev kimi Prezidenti, Ali Baş Komandanı, cəsur əsgəri, güclü Ordusu var. Son dörd ildə düşməni məhv etməyə kifayət qədər əsgərimiz, müasir silahlarımız var. 2016-2017-ci illərdə, bu ilin iyulunda düşmən gücümüzü gördü. Ancaq ermənilər həyasız niyyətlərindən əl çəkmirlər. Düşmən növbəti təxribatında bir daha gücümüzə bələd oldu. Ordumuz ilk əks-hücum zamanı düşməni susdurmağa, onları sıxışdırıb Füzulinin, Cəbrayılın bir neçə kəndini, bir sıra strateji yüksəkliyini azad etməyə nail oldu. Təəssüf ki, igid övladımız gizir İntiqam Abbasov Füzuli və Cəbrayılın 7 kəndinin və bir sıra strateji yüksəkliyin ələ keçirilməsində iştirak edib həlak olmuşdur.
-Övladlarına torpağı sanı ömür arzu edirəm. Yaxşı kişinin yaxşı övladı olar. Mən Sizə xoşbəxtlik arzu edirəm. Sizin atanız torpaq uğrunda şəhid olub. Onun ruhu qarşısında hər birimiz baş əyirik. Qələbəmiz böyükdür, uğurlarımız çoxdur. Gənclər hər an torpağı qorumağa hazır olmalıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Milli Məclisin
deputatı Məşhur Məmmədov:
-Vətən
şəhid övladlarının hesabına yaşayırsa
deməli onu qoruyan var. Biz şəhidlərimizə müqəddəslər
kimi baxırıq. Çünki onlar Vətən
torpağına qan töküb. Onların
qanı isə yerdə qalmayacaq. Artıq qələbələrimiz
onların zəhmətinin, cəsurluqlarının
görüntüsüdür. Onların
ruhu şəhid olan torpaqlardadır.
Allah bütün şəhidlərimizə rəhmət
eləsin.
Onda Vətən müharibəsi hələ
qurtarmamışdı. Dost da, düşmən də Azərbaycanın
Vətən müharibəsini izləyirdi. Ermənistana yerini göstərənə qədər
bu davam etdi. Qələbə əzmimiz, ruh
yüksəkliyimiz daha da artdı. Çünki,
bu ölkənin İlham Əliyev kimi Ali Baş Komandanı
var. Hamı Ali Baş Komandanının, Prezidentinin ətrafındadır.
Ona görə qalib olduq.
Köçəklinin igid oğlu Şəhid gizir
İntiqam Abbasovun tabutuna bükülmüş üçrəngli
Azərbaycan Bayrağı məktəbli oğlu Əliyə
təhvil verildi.
İcra
başçısı Şahin müəllim dedi:
-Başınızı
dik tutun. Bu bayraqda şəhidimizin ruhu var, qoxusu
var. Mən bu bayrağı öpərək sizə təhvil
verirəm. Bu bayraq evinizin ən əziz
yerində olmalıdır. Qoy şəhidimizin qoxusunu
almaq istəyənlər bu bayrağı öpsünlər,
Əli də Bayrağı öpüb gözünün
üstünə qoydu...Yəni mən də bu bayrağı
atam kimi qoruyacağam.
İndi
rahat yat, İntiqam!
Radionun efirində qələbəlikdir. Vətən nəğməsi
səslənir, Qarabağ vəsf olunur. Adam
duruxur. Mənim gözlərimə
masallılı şəhidlərin, İntiqamın hünəri
gəlir.
Dumanlı
dağların başında durdum,
Dumandan
özümə bir
xeymə
qurdum,
Keçdi
xəyalımdan öz gözəl yurdum,
Dumanlar içində duman görünür.
Cəbrayıl
bizimdir!
Füzuli
bizimdir!
Zəngilan
bizimdir!
Qubadlı
bizimdir!
Ağdam
bizimdir!
Kəlbəcər
bizimdir!
Laçın
bizimdir!
Şuşa
bizimdir!
QARABAĞ
BİZİMDİR!!!
ƏLİHÜSEYN
ŞÜKÜROV
Mövqe.- 2020.- 5 dekabr.
S.11.